Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə131/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   127   128   129   130   131   132   133   134   ...   138

                                                     

 

  



                                                                            

                                                    

521 

saat  davam  edən  döyüş  zamanı  Lautaro  başda  olmaqla, 



ispanlar  hinduların  hamısını  qılıncdan  keçirirlər.  Villaqro 

bir “qalib” kimi hindularda vahimə yaratmaq üçün Lautaro-

nun kəsilmiş başını Santyaqoda nümayiş etdirir. 

Lakin  buna  baxmayaraq  araukanlar  kapitulyasiya  etmə-

dilər.  İyirmi  il  müddətinə  araukanlar  peşəkarcasına  at 

belində çapmağı öyrənir və həmin  müddət ərzində xeyli at 

yetişdirərək,  özlərinin  süvari  dəstələrini  təşkil  etməyə 

müvəffəq olurlar. Bununla da onlar ispanların taktiki üstün-

lüyünə son qoyurlar. 

Lautarodan  sonra  araukanların  ümumi  rəhbəri  qocaman 

Kaupolikan  elan  edilir.  O,  yarışların  birində  bütün  gücünü 

çiynində araukaniya ağacının dirəyini daşımaqla, döyüşçü-

lərin  hüsn-rəğbətini  qazanmışdır.  Onun  dözümlü  və  möh-

kəm  olması  araukanları  fərəhləndirmişdi.  Ümumiyyətlə, 

Kaupolikan  şəxsi  igidliyi,  şücaəti,  cəsarəti,  mərdliyi  və 

qəhrəmənlığı ilə fərqlənirdi. İspanlara qarşı mübarizədə ona 

bütün  Araukaniya  kömək  edirdi,  hətta  qadınlar  və  uşaqlar 

da. Qeyd etmək lazımdır ki, araukan müharibələrində onlar-

la qadın xüsusi  fədakarlıqla döyüşmüş və öz qəhrəmanlıq-

ları ilə silahdaşları arasında xeyli fərqlənmişdilər. Kaupoli-

kanın  həyat  yoldaşından  biri  Fresiya  öz  igidliyi  ilə  hətta 

ispanların  özlərini  heyrətə  gətirmişdi.  Onun  fəaliyyətini, 

Ersiliya-i-Sunyiqa  özünün  gözəl  poeması  olan  “Arauka-



                                                     

 

  



                                                                            

                                                    

522 

na”da əks elətdirmişdi. Həlledici döyüşdə Fresiya döyüşçü-

lərin  sıralarında  lap  önə  çıxaraq  öz  körpə  uşağını  yuxarı 

qaldırıb,  əzəmətlə  qışqırır:  “Mən  istəmirəm,  biz  isəmirik 

qorxaq  kişilərin  oğullarının  anası  olaq.  Döyüşün,  döyüşün 

mapuçelər!” 

İspanlar  bütün  əyalətlərdən,  Çilidə  yerləşdirilən  ispan 

ordusunun komandanı Qusman Qarsia Urtado de Mendosa-

nın köməyinə əsgərlər göndəririlər. Lakin buna baxmayaraq 

araukanlar təslim olmurdular. Yalnız düşmən  düşərgəsində 

satqınlar  tapılanda  və  ispanlar  artilleriyadan  istifadə 

edəndən sonra, konkistadorlar qələbə əldə etməyə müvəffəq 

oldular.  İspan  dəstəsinin  rəisi  Alonso  de  Reynoso  “gözəl 

konkistadorlar ənənəsi” ilə, artıq qocalmış və əldən düşmüş 

hindu rəhbəri ilə haqq-hesab çürüdür. Reynosonun əmri ilə 

Kaupolikanı anadangəlmə soyundurub dirəyə bağlayırlar və 

lazım  olan  məsafədən  ispan  əsgərləri  birbirinin  ardınca 

hindu  rəhbərinin  üstünə,  nizə  ataraq  onu  öldürürlər.  Lau-

taronun  şərəfli  və  layiqli  sələfi  bu  cür  həlak  olur.  Hazırda 

Kaupolikan Çili xalqının qəhrəmanı sayılır. 

Hətta onun ölümü, araukanların silahlarını yerə qoymağa 

sövq  etmir.  Konkistadorların  cəza  tədbirləri,  məğrur  hindu 

tayfasını  daha  da  hiddətləndirir  və  onlar  1561-ci  ildə  bir 

daha  ümumi  üsyana  qalxırlar.  Araukanlar  yeni  baş  rəhbər 

sayılan Kolokolanın başçılığı altında, polkovnik Alonsonun 




                                                     

 

  



                                                                            

                                                    

523 

ekspedisiyası  Mərkəzi  Çili  sahillərinə  gələnə  qədər,  bir 



necə  dəfə  müvəffəqiyyətlər  əldə  edərək  ispanlara  qarşı 

mübarizə aparırlar. 

Yarım  əsirlik  müqavimət  zamanı  hər  iki  tərəf  canlı 

qüvvə  sarıdan  xeyli  itkilər  vermiş,  lakin  istədiklərinə  tam 

şəkildə  nail  ola  bilməmişdilər.  Araukanlar  Bio-Bio  çayın-

dan  bir  qədər  aşağıda  öz  mövqelərini  qoruyub  saxlamış-

dılar, ispanlar isə bir qədər yuxarıda Vilyarrika, La İmperial 

və Valdiviya şəhərlərində qalıb möhkəmlənmişdilər. 

Araukan  müharibəsinin  əsl  tarixi  ilə  polkovnik  Alonso, 

coğrafiyaşünas  Bartolomeu  və  mərhum  qoca  səyyah 

Rodriges  tanış  idilər.  Mərhum  Rodriges  bilavasitə  həmin 

müharibənin  iştirakçısı  olduğu  üçün,  həmin  tarixi  tam 

şəkildə  mənimsəmişdi  və  bu  haqda  həm  Alonso,  həm  də 

Bartolomeunu lazımi məlumatlarla təchiz etmişdi. Bartolo-

meu  isə  Araukan  müharibəsini  öz  əsərində  əks  etdirmək 

üçün  bir  başa  qanlı  döyüşlərdə  iştirak  etməyə  öz  razılığını 

bildirmişdi.  Nəinki  ispan  içtimaiyyəti,  hətta  bütün  Avropa 

bütün araukanların necə döyüşkən və mübariz olmalarından 

hali olmalı idi. Artıq bu haqda don Alonso Ersiliya-i-Sunyi-

qa həmin müharibənin bəzi incəliklərini öz poemasında əks 

etdirərək,  İspaniyada  yaşayan  millətlərə  bir  çox  məlumat-

ları verməyə cəhd etmişdi. Alonso Ersiliyadan fərqli olaraq, 

Bartolomeu  bir  alim  kimi  araukanların  müharibə  zamanı 



                                                     

 

  



                                                                            

                                                    

524 

dövri fəaliyyəti və orada hərbi əməliyyatlarda iştirak etmiş 



insanlar  haqqında  dürüst  məlumatlar  verməyə  böyük  səy 

göstərmişdi. 

Polkovnik  Alonso  təcrübəli  və  bacarıqlı  bir  sərkərdə 

kimi Mərkəzi Çili sahillərində, yarım əsrə yaxın bir müddət 

ərzində  gedən  qanlı  mübarizəyə  gözucu  baxmamış,  bu 

məsələyə ehtiyatla yanaşmışdı. Mərhum Rodrigesdən arau-

kanlar  barəsində  ilkin  məlumatları  eşidəndən  sonra  o, 

İspaniyanın  bir  çox  bölgələrində  həmin  hindu  tayfası 

haqqında  sənədli  materiallar  toplamağa  başlamışdı.  İlk 

növbədə  onu  həmin  müharibənin  iştirakçıları  olan,  canlı 

şahidlər  möhkəm  maraqlandırırdı.  Polkovnikin  mərhum 

qardaşı  kapitan  Xuan  başçılıq  etdiyi  ekspedisiya  ilə  Kata-

loniya  sahillərini  tərk  edəndən  sonra,  Alonso  həmin 

şahidlərin axtarışı ilə İspaniyanın cənub əyalətlərinə yollan-

mış və şəhərlərin birində “Araukana” poemasının müəllifi 

sayılan ispan zabiti don Alonso Ersiliya-i-Sunyiqa ilə tanış 

olaraq,  məğrur  hindu  tayfası  barəsində  özü  üçün  lazımlı 

məlumatlar  əldə  etmişdir.  Çiliyə  yola  düşməmişdən  əvvəl 

Alonso  bir  sərkərdə  kimi,  ekspedisiyaya  ciddi  hazırlaşır. 

Peru  vitse-kralının  yanında  olarkən,  araukanların  ciddi 

müqavimətinə  son  qoymaq  üçün  mükəmməl  hərbi  plan 

hazırlanır.  Həmin  əməliyyat  barəsində  yalnız  ekspedisiya 

rəisi,  onun  müavini  və  Çilinin  general-kapitanı  Onyes  de 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə