Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə129/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   125   126   127   128   129   130   131   132   ...   138

                                                     

 

  



                                                                            

                                                    

513 

qoruyub saxlaya bilmişdilər, hətta uğurlu hərbi əməliyyatlar 



keçirməklə  ispan  konkistadorlarını  vurub  öz  ölkələrindən 

çıxarmışdılar. 

Hələ  ispanlar  Amerika  qitəsinə  ayaq  basmamış  İnk 

imperiyasının  məğlubedilməz  ordusu  Araukaniyanı  işğal 

etmək  üçün  bir  necə  dəfə  səy  göstərmişdir,  lakin  yerli 

hindular  tərəfindən  kəskin  müqavimətə  rast  gələrək,  geri 

çəkilməyə  məcbur  olmuşlar.  İnk  imperiyasını  işğal  edən 

konkistadorlar  araukanların  inadkarılğı,  döyüşkənliyi  və 

yenilməzliyi  haqqında  qısaca  olsa  da  məlumatlandırıl-

mışdılar,  lakin  bütün  bunlara  baxmayaraq  ispanlar  Arau-

kaniyanı  işğal  etməyi  qərara  aldılır.  Araukanların  ölkəsinə 

ilk  ekspedisiyanı  Diyeqo  Almarqo  (böyük)  təşkil  edir. 

Həmin  dövr  üçün  onun  ixtiyarında  böyük  bir  qüvvə  olur: 

570 ispan və 15 min hindu. 1535-ci ilin iyulunda Almaqro 

Kusko şəhərini tərk edir və 1536-cı ilin mart ayında indiki 

Çilinin  ərazisinə  daxil  olur.  Dörd  min  metr  yüksəklikdə 

yerləşən  dağ  aşırımlarından,  şaxtalı  havalar-dakı  keçid, 

konkistador  ekspedisiyalarının  ən  böyük  “müvəffəqiyyət-

lərindən”  biri  sayılır.  Lakin  həmin  “müvəffəqiyyət”  ispan-

lar  üçün,  11  min  hindunun  qarlı  çovğunda  həlak  olmaları 

hesabına gəlmişdi. Yolda ekspedisiyanın bütün atları məhv 

olmuşdu. 




                                                     

 

  



                                                                            

                                                    

514 

Qət  edilən  çayların  birinin  sahilində,  bir  necə  yüz 



nəfərdən ibarət olan araukan döyüşçülərinin üzərinə hücum 

çəkir.  Araukanlar  bir  necə  dəfə  özlərindən  çox  olan 

qoşunun  üzərinə  hücuma  keçmiş  və  düşmənə  xeyli  təlafat 

vermişdi. Amerika qitəsində, 45 il hakimlik edən konkista-

dorlar buna bənzər hadisə ilə rastlaşmamışdılar. 

Həmin  ölkədə  qızıl  olmadığından,  yerli  əhalinin  mədə-

niyyət inkişafının Peruda yaşayan hindulardan aşağı olması, 

lakin  döyüşkənliyinə  və  mərdliyinə  görə  heç  bir  hindu 

tayfasına  oxşamaması,  ispanları  geri  qayıtmağa  məcbur 

etmişdi. 

Lakin  buna  baxmayaraq,  Fransisko  Pisarronun  əmri  ilə 

Kuskodan,  Pedro  Valdiviya  adlı  bir  zabit,  “Çili  ölkəsini 

işğal  etmək  üçün,  cənub  istiqamətinə  yola  düşür. 

Müharibəyə  hərtərəfli  hazırlaşan  araukanlar  sərhədə  yaxın 

olan  kəndlərdən  mülki  əhalini  çıxardır,  ərzaq  ehtiyatını  isə 

əlçatmaz yerlərdə gizlədirlər. Valdiviyanın dəstəsi, Belalka-

sardan  nümunə  götürərək,  həmin  yürüşə  “toxunulmaz 

ehtiyat” sayılan çoxlu donuz götürürlər. Çilidə salınan ilkin 

“avropalı”  şəhəri  ekspedisiyanın  rəisi  İspaniyada  anadan 

olduğu  şəhərin  adını  qoyur  -  La-Serena.  Rastlaşdığı  ən 

böyük  çaya  öz  adını  verir  Valdiviya.  Çayın  sahilində 

saldırdığı  Santyaqo-del-Nuevo-Ekstremo  şəhərini  Çilinin 

paytaxtı  elan  edir.  Araukanlar  əvvəlki  kimi  Santyaqo 



                                                     

 

  



                                                                            

                                                    

515 

şəhərindən cənubda, Bio-Bio çayından aşağıda yaşayırdılar. 



Valdiviya çətinliklə də olsa, inadkar hinduların hücumlarını 

dəf  edə  bilir.  Hərbi  əməliyyatlar  zamanı  o,  əsir  alınmış 

hindu  kasiklərini  öldürməyərək,  müvəqqəti  olaraq  girov 

kimi saxlamağı qərara alır. 

Bir  dəfə  Valdiviya,  işçi  qüvvəsi  əldə  etməkdən  ötrü 

cənuba yola düşür. O, inanırdı ki, Valdiviya çayında çoxlu 

qızıl  var  və  qızılların  çaydan  çıxarılmasında  bilavasitə 

hindu  işçilərindən  istifadə  etmək  istəyirdi.  Lakin  1541-ci 

ilin  sentyabrın  11-də  sübh  tezdən  araukanlar  kasik 

Miçimalonkonun  başçılığı  altında,  gözlənilmədən  Santya-

qoya  yaxınlaşırlar  və  tərəddüd  etmədən  böyük  olmayan 

ispan  qarnizonunun  üzərinə  hücum  edirlər.  İspanların 

təmamilə  darmadağın  edilməsinə  az  qalmış,  Valdiviyanın 

sevgilisi  İnyes  Suares  əmr  edir  ki,  əsir  alınmış  hindu 

kasiklərinin  hamısı  bir  nəfər  kimi  edam  edilsinlər  və 

onların  başları  qarnizon  divarlarından  aşağı,  hücum  edən 

araukanların  ayaqları  altına  atılsın.  İnyesin  qanlı  silahı  öz 

bəhrəsini  verdi:  Bu  işdə  pis  əlamətin  olduğuna  inanan, 

Amerika  qitəsinin  ən  məğrur  hindu  tayfası  geri  çəkilməli 

olur,  lakin  onlar  həmin  döyüşdə  ispanların  xeyli  canlı 

qüvvəsini  məhv  edirlər.  Vəziyyətin  belə  gərgin  xarakter 

aldığını görən Valdiviya özünün ən etibarlı köməkçisi olan 




                                                     

 

  



                                                                            

                                                    

516 

Monroyu  altı  əsgərlə  birlikdə  kömək  almaq  üçün  Peruya 



göndərir. İki il keçir, lakin Perudan heç bir kömək gəlmir. 

Maraqlı  idi,  Valdiviyanın  ən  etibarlı  zabitinin  yolda 

başına nə gəlmişdi? İş ondadır ki, Monroy Çilinin şimalına 

çatanda  onların  üzərinə  yerli  hindu  tayfası  hücuma  edir. 

Döyüş  vaxtı  dörd  ispan  həlak  olur,  Monroy  və  onun  bir 

silahdaşı  düşmənə  əsir  düşür.  Onlar  işğalçı  kimi  edam 

edilməliydilər. Lakin Monroy  yerli hindu kasikinin arvadı-

nın  xoşuna  gəldiyindən,  qadın  onun  müdafiəsinə  qalxaraq 

hər  ikisini  ölümün  pəncəsindən  qurtarır.  Həmin  kopiap 

hinduların  başçısı  əsirlərdən  at  çapmağı  öyrənir.  Belə  bir 

məşqlərin birində əsirlər kasiki yaralayaraq özləri at belində 

şimal istiqamətində təhlükəli ərazini tərk edirlər. 

Yolda heç bir hadisə baş vermədən onlar gedib Kuskoya 

çıxırlar.  Perunun  yeni  hökmdarı  Vaska  de  Kastro  onları 

mehribancasına  qarşılayır  və  kömək  göstərilməsinə  söz 

verir. İki ildən sonra Monroy 160 süvari ilə quru yolla, eyni 

vaxtda isə 200 əsgər iki karavellada Valparaisoya yollanır. 

Beləliklə,  Valdiviya  yeni  müstəmləkəni  yaratmağa  baş-

ladı.  İlkin  vaxtlar  o,  cənubda  yaşayan  araukanları  narahat 

etmək fikrində deyildi. 

Araukan  müharibəsinin  “əsl  tarixi”  1549-cu  ildə  başla-

yır.  Valdiviya  həmin  il  Limadan  yeni  instruksiya  ilə  qayı-

dır.  Əvvəlcə  o,  düşmən  üzərində  müəyyən  müvəffəqiyyət-



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə