Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə130/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   126   127   128   129   130   131   132   133   ...   138

                                                     

 

  



                                                                            

                                                    

517 

lər  əldə  edir.  İspanlar  Bio-Bio  çayını  keçəndən  sonra 



araukanlar  onlara  kəskin  müqavimət  göstərməyə  başlayır-

lar.  Andalyen  düzənliyində  dörd  min  araukan  əsgəri  kasik 

Ayyavilanın  başçılığı  altında  konkistadorların  üzərinə 

hücum edirlər. Lakin muşketlərin atəşi hinduların hücumu-

nu  dəf  edir.  Ayyavila  həmin  döyüşdə  həlak  olandan  sonra 

araukanlar geri çəkilməyə məcbur olurlar. 

İspanlar  bir-birinin  ardınca  dayaq  məntəqələrini  yara-

daraq,  bununla  da  həmin  ölkənin  şimalında  şəhər-qalaların 

zəncirvari  təməlini  qoydular.  Beləliklə,  araukanların 

hərəkətləri  xeyli  məhdudlaşdırılmış  olurdu.  Araukaniyanın 

düz  mərkəzində  isə  Valdiviya,  bir-birinin  arasında  səkkiz 

ispan mili məsafəsi olan üç əsas möhkəm məntəqələr yara-

dır  -  Arauko,  Tukapel  və  Puren.  Bununla  da  komandor 

Araukaniyanın içərilərində möhkəmləndi. 

Araukanların yeni təyin edilmiş baş kasiki Linkoyan öz 

silahdaşlarına  bildirir  ki,  müvəqqəti  olaraq  konkistadorlara 

qarşı müqaviməti dayandırmaq lazımdır. Lakin ispanlar əsir 

düşmüş  yüzlərlə  hindunun  əllərini  biləyindən  kəsərək  və 

burunlarını  tənələrindən  qopararaq,  şikəst  edilənləri  öz 

kəndlərinə buraxırlar. Məhz bundan sonra araukanların səbr 

kasası  dolur  və  onlar  işğalçılardan  qisas  almaq  üçün 

hərəkətə başlayırlar. Qasid əlində, ucu al qan ilə rənglənmiş 

oxu başı üzərində yuxarıda saxlayaraq, hinduların yaşadıq-



                                                     

 

  



                                                                            

                                                    

518 

ları  kəndləri  hərlənir.  Hər  bir  döyüşçü  çətinlik  çəkmədən 



həmin işarəni başa düşür. Bütün icmalarda olan araukanlar 

döyüşə  hazırlaşırlar.  Ümumi  üsyan  vaxtı  Araukaniyanın 

əhalisi  yarım  milyona  yaxın  idi  və  maraqlı  cəhət  bundan 

ibarət  idi  ki,  bu  qədər  əhalinin  içərisində  bir  nəfər  olsun 

satqın  tapılmamışdır.  Satqın  olmaması  ucbatından  ispanlar 

ümumaraukan  üsyanından  xəbərsiz  idilər.  Linkoyanın 

yerinə araukanlar cəsarəti, məğrurluğu, müdrükliyi heç vaxt 

yaddan  çıxmayacaq,  ən  məhşur  hindu  başçılarından  biri 

sayılan Lautaronu seçdilər. 

Lautaro qırmızı oxu ispanların üstünə atanda hələ cavan 

idi.  Uşaq  olan  vaxtı,  ispanlar  zor  gücünə  onu  Santyaqoya 

aparırlar.  Bic  və  çevik  hərəkətləri  ilə  həmyaşıdlarından 

xeyli  dərəcədə  fərqlənən  Lautaro,  şəxsən  Valdiviyanın 

mehtəri  olmuşdur.  Santyaqoda  o,  tam  şəkildə  ispanların 

hərbi  taktikasına  yiyələnir.  Bir  necə  ildən  sonra  Lautaro 

paytaxtı tərk edərək Araukaniyaya qayıdır və orada ümumi 

üsyanın planını tərtib edir. İspanlar üzərində üstünlüyü ələ 

almaq  üçün  ilk  növbədə  o,  araukan  ərazisində  hakimlik 

edən üç ispan qalasını darmadağın etməyi qərara alır. Məhz 

ondan sonra bütün ölkəni işğalçılardan təmizləməyə başla-

yırlar.  1553-cü  ilin  ortasında  araukanlar  Tukapel  qalasına 

hücum edərək, həmin iqamətgahı yer üzündən silirlər. 




                                                     

 

  



                                                                            

                                                    

519 

Elə  həmin  vaxtı  Valdiviya  öz  qoşununun  bir  hissəsi  ilə 



Tukapelə  gedirdi.  Beləliklə,  rəqib  qoşunların  hər  iki 

komandanı, açıq döyüşdə üzbəüz görüşməli idilər. Lautaro 

əməliyyat planını çox mükəmməl hazırlamışdı. İlk növbədə 

Qomes de Almaqorunun qoşununu yayındırmaq üçün o, bir 

necə  dəstəni  yanlış  yol  ilə  qabağa  göndərir.  Bu  vaxtı 

Qomes  de  Almaqro  Pureni  mühafizə  edirdi.  Yerdə  qalan 

qoşunu  Lautaro  on  iki  dəstəyə  bölür  və  onları  dağların 

arasında yerləşdirir ki, süvari dəstələrin sərbəst hərəkətləri-

nə maneçilik törətsinlər. 

Hərb  tarixində  Lautaro  ispanlara  qarşı  ən  gözəl  hərbi 

taktikanı  tətbiq  edir.  İspanlar  araukanların  böyük  olmayan 

dəstəsini  görən  kimi  cəld  hücuma  keçirlər.  Bir  necə  əsgər 

və  at  itirəndən  sonra  onlar  nəhayət  hinduların  dəstəsini  iki 

hissəyə  bölməyə  müvəffəq  olurlar.  Lakin  elə  həmin  vaxtı 

konkistadorların qarşısında ikinci dəstə peyda olur. Hücum 

edənlər  hinduların  bu  dəstəsini  də  parçalayandan  sonra, 

üçüncü dəstə peyda olur. Beləliklə, döyüş zamanı araukan-

ların  bir-birinin  ardınca  on  iki  dəstəsi  döyüş  meydanına 

daxil  olaraq  ispanların  özlərini  mühasirəyə  alırlar.  Çox 

keçmədən konkistadorlar və onların tərəfində doyüşən  min 

nəfər  hindu  araukanlar  tərəfindən  darmadağın  edilirlər. 

Valdiviya  həmin  döyüşdə  yaralı  halda  əsir  alınaraq,  hamı-

nın gözü qarşısında edam edilir. 



                                                     

 

  



                                                                            

                                                    

520 

Bir  necə  gündən  sonra  Lautaro  növbəti  döyüşdə,  Valdi-



viyanın köməyinə gələn Almaqronun qoşununun böyük bir 

hissəsini  məhv  edir,  daha  sonra  isə  böyüklüyünə  görə 

Çilinin ikinci böyük şəhəri Konsepsionu xarabalığa çevirir. 

Lautaronu  məhv  etmək  üçün  Valdiviyanın  sələfi  olan 

Fransisko de Villaqro ixtiyarındakı bütün əsgərləri bir yerə 

toplayaraq yürüşə başlayır. Lakin Marikenya yaxınlığındakı 

döyüşdə  (Lautaro  yenə  də  öz  dəstəsini  dağların  arasında 

yerləşdirir)  araukanlar  tərəfindən  darmadağın  edilir. 

Beləliklə, Lautaro Çilinin bütün cənub hissəsini ispanlardan 

azad  edir.  Yalnız  iki  şəhərdən  -  La  İmperial  və  Valdiviya-

dan  -  o,  ispanları  çıxarda  bilmir.  Müharibənin  dörd  illik 

müddətində  Lautaro  Santyaqodan  başqa,  indiki  Çilinin 

araukanların məskunlaşdığı bütün ərazini konkistadorlardan 

təmizləməyə  müvəffəq  olur.  O,  Santyaqonu  azad  etməyə 

hazırlaşan  vaxt,  hinduların  arasında  ağır  tif  epidemiyası 

yayılır  və  qısa  müddət  ərzində  araukan  döyüşçülərinin 

beşdə-dörd  hissəsini  məhv  edir.  Bundan  sonra  ispanlar 

hinduların  üzərinə  gözlənilmədən  şığıyaraq,  düşmənə  bir-

birinin  ardınca  sarsıdıcı  zərbələr  endirir.  Reyd  əməliyyat-

larının  birində  konkistadorlar  Lautaronun  başçılıq  etdiyi, 

lakin əldən düşmüş dəstə ilə üzləşirlər və hinduları mühasi-

rəyə  alaraq  təslim  olmalarını  tələb  edirlər.  Araukanlar  zəif 

olsalar  da,  mühasirəni  yarmağa  cəhd  göstərirlər.  Bir  neçə 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə