Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə128/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   124   125   126   127   128   129   130   131   ...   138

                                                     

 

  



                                                                            

                                                    

509 

yetirə  bilməmiş  və  məğlub  kimi  qiyamçılar  ölkəsinin 



sərhədlərindən  kənara  çıxmağa  məcbur  olmuşdular.  Artıq 

yəqin  bilinirdi  ki,  araukanların  cəzalandırılaraq,  ram  edil-

məsi  üçün  uzun  müddət  bu  ölkəyə  cəza  ekspedisiyası 

göndərilməyəcək. 

Alonso  Araukaniyadakı  ekspedisiyanın  məğlubiyyətlə 

üzləşməsindən xəbərsiz idi. O, əvvəlki kimi Karib dənizinin 

cənub  sahillərində  dəniz  quldurları  haqqında  məlumatlar 

toplamaqla məşğul idi. Tale elə gətirdi ki, Alonso Portobelo 

limanına  gəlib  çıxır  və  orada  Migelgil  ilə  rastlaşır.  Köhnə 

silahdaşların görüşü mehribançılıq şəraitində keçir. 

Araukaniyaya göndərilən qasid Portobeloya bəd xəbərlə 

gəlir.  Ekspedisiyanın  oradakı  uğursuzluğu  köhnə  konkista-

dorların təəccübünə səbəb olur və hamı bir nəfərə kimi bu 

işdə  qraf  Ferdinandı  taqsırlandırırlar.  Qraf  Ferdinandın 

Araukaniyada  apardığı  sərt  siyasət  nəticəsində,  ispan 

əsgərinin qanı bahasına əldə edilən qələbə, məğlubiyyət ilə 

nəticələnmişdi.  İspaniyaya  qalib  kimi  yola  düşməyə  hazır-

laşan  polkovnik  Alonso  artıq  məğlub  qismində  Mərkəzi 

Amerika sahillərində qalmağı məcbur olmuşdur. Necə olsa 

da,  kral  II  Filipp  özü  ona  xəbərdarlıq  etmişdir  ki, 

Araukaniya  fəth  edilməsə  və  orada  yaşayan  aborigenlər 

cəzalandırılmasalar, polkovnik Alonso İspaniyaya qayıtma-

ya  bilər.  Məğrur  sərkərdə  qəzəbli  monarxın  gözünə 



                                                     

 

  



                                                                            

                                                    

510 

dəyməməli idi. Hamıdan pis vəziyyətə məhz ekspedisiyanın 



rəisi  düşmüşdür.  O,  Araukaniyanın  fəth  edilməsi  və  silahlı 

döyüşçülərin fiziki cəhətdən məhv edilməsi barəsində geniş 

məzmunlu  məktub  tərtib  edərək,  artıq  Eskorial  sarayına 

göndərmişdi.  Söz  yox  ki,  kral  bu  haqda  məlumatlandırıl-

mışdı. Əgər Araukaniyanın, İspaniyanın mülkləri siyahısın-

dan çıxması xəbəri krala çatdırılsa, onda qəzəbli monarx bu 

işdə qraf Ferdinand Morelosu günahlandıracaq. Çunki kral-

da  olan  məlumata  əsasən,  Araukaniyanı  fəth  edən  Alonso, 

həmin  ölkəni  idarə  etmək  və  orada  ispan  qayda-qanunları-

nın həyata keçrilməsi üçün bütün səlahiyyətləri qraf Ferdi-

nanda  vermişdi.  Bu  haqda  kral  notariusunun  tərtib  etdiyi 

müvafiq  sənədlər  Eskorial  sarayına  göndərilmişdi.  Qrafın 

səriştəsizliyi və səhlənkarlığı ucbatından, böyük uğur qaza-

nan ekspedisiya iştirakçıları qısa müddət ərzində qiyamçılar 

ölkəsi  sayılan  Araukaniyada  böyük  bir  məğlubiyyətlə 

üzləşiblər.  Polkovnik  Alonso  istəsə,  Araukaniyanın  fəth 

edilməsi üçün növbəti ekspedisiya təşkil edər, lakin o, yaxşı 

bilirdi  ki,  nə  indi,  nə  də  ki,  sonrakı  illərdə  araukanları 

dizləri  üstə  çökdürmək  mümkün  olmayacaq.  Onların  hansı 

amal  uğrunda  mübarizə  aparmaları,  bu  müharibədə  iştirak 

edən  hər  bir  insana  bəlli  idr.  Alonso  bu  müharibədə  bircə 

şeyi  yaxşı  dərk  etdi;  hər  hansı  bir  ölkəni  fəth  etmək  olar, 

hər hansı bir düşmən ordusunu məhv etmək olar, lakin hər 



                                                     

 

  



                                                                            

                                                    

511 

hansı  bir  xalqı  dizləri  üstə  çökdürmək,  heç  bir  sərkərdəyə 



və  ya  hakimə  müəssər  ola  bilməz.  Bütün  araukanları 

qılıncdan keçirsələr, onda Araukaniya uzun müddətə ölü bir 

ölkəyə çevriləcək. Çunki heç bir mühacir və ya təsərrüfat-

çılar sərt iqlimi ilə tanınan bu ölkədə yaşamağa öz razılığını 

bildirməyəcək.  Hamını  münbit  və  bərəkətli  torpaqlar 

maraqlandırırdı. 

 

 

 



 

 

    XXII fəsil. Araukan müharibəsinin qısaca  



                                 tarixi  

 

Bacarıqlı  sərkərdə  ekspedisiyaya  başçılıq  edəndə 



ispanlar,  məğlubedilməz  və  yenilməz  sayılan  araukanlar 

üzərində  bir  necə  dəfə  uğurlu  əməliyyatlar  keçirmiş  və 

Araukaniyanın  işğalını  tam  başa  çatdırmaq  üzrə  idi.  Lakin 

adi səhlənkarlıq uçbatından konkistadaorların əldə etdikləri 

qələbə puç olub yoxa çıxmışdır. 

Coğrafiyaşünas  Bartolomeu  XVI  əsrin  ortasından 

başlayan  araukan  müharibəsinin  son  illərinin  iştirakçısı 

olmuş və həmin müharibəni bir şahid kimi öz kitabında əks 




                                                     

 

  



                                                                            

                                                    

512 

etdirmək  istəyirdi.  Artıq,  vaxtı  ilə  məşhur  konkistador 



Diyeqo  Almarqo  tərəfindən  başlanan  amansız  müharibə, 

araukanlara qarşı aparılan döyüş əməliyyatlarının bilavasitə 

iştirakçısı sayılan kapitan don Alonso de Ersilya-i-Sunyiqa 

tərəfindən  “Araukana”  poemasında  (1569-1589)  təsvir 

edilmişdir.  İspan  zabiti  araukanları  ruhun,  şücaətin  və 

gücün  Axillası  adlandırmışdı.  Alim  bilavasitə  həmin 

poemanı böyük bir həvəslə oxuyub, hərarətlənmişdi. 

Polkovnik  Alonso  nəinki  həmin  poemanı  oxumuş,  hətta 

əsərin müəllifi ilə də tanış olmuşdu. Araukan məsələsi kata-

lon  zadəganları  arasında  qaldırılan  zaman  və  qoca  səyyah 

Rodrigesin  rəğbətlə  Mərkəzi  Çilidə  yaşayan  hinduların 

gücünü  və  yenilməzliyini  nümayiş  etdirməsi,  hər  hansı  bir 

sərkərdə  tərəfindən  birmənalı  qarşılanmamalıydı.  Polkov-

nik  Alonso  araukanlar  barəsində  daha  dürüst,  daha  ətraflı 

məlumat  toplamaq  üçün  bir  başa  “Araukana”  poeması 

müəllifinin  evinə  yollanmışdır.  Don  Alonso  Ersilya-i-

Sunyiqanın  dedikləri  Rodriges  Kartahenanın  dedikləri  ilə 

identik  formada  eyni  idi.  Həmin  söhbətlərdən  məlum 

olmuşdu  ki,  Amerika  qitəsinə  ayaq  basan  ispan  konkista-

dorları irili-xırdalı ölkələri işğal edən zaman, həmin qitədə 

yaşayan minlərlə hindu tayfaları arasında yalnız araukanlar 

tərəfindən  ciddi  müqavimətə  rast  gəlmişdilər.  Araukanlar 

mübarizə  vaxtı  nəinki  öz  müstəqilliklərini,  azadlıqlarını 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə