Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə126/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   122   123   124   125   126   127   128   129   ...   138

                                                     

 

  



                                                                            

                                                    

501 

hücuma keçirlər. Bu döyüşə hazırlaşan araukanlar rəqibləri-



nin  bu  cür  kobud  səhvə  yol  verəcəklərini  gözləmirdilər. 

Uzun  çəkməyən  bu  döyüşdə  konkistadorlar  darmadağın 

edilir və onlardan cəmi 6 nəfəri ağır məngənəni xatırladan, 

sıx mühasirəni yarmağa müvəffəq olurlar. Hindular əllərinə 

keçirdikləri  bütün  ərzaq  ehtiyatını  arabaların  köməyi  ilə 

Osorno  vulkanı  istiqamətində  aparırlar.  Həmin  döyüşdə 

araukanlar 30 nəfərə yaxın döyüşçü itirdiklərindən düşmən-

lərinin  meyidləri  toxunulmaz  halda  döyüş  meydanında 

qalır. Araukanların bu uğurlu hücumu ispanlara ikiqat zərbə 

vurur;  19  nəfər  əsgər  öldürülmüş,  bütün  ərzaq  ehtiyatı  isə 

arabalar qarşı qənimət  kimi düşmənin əlinə keçir. Bununla 

da “qanlı vadi”dəki konkistadorlar aclığa məruz qalırlar. 

 

 

 



 

 

 XXI fəsil. Əlacsız qalan konkitadorlar  



      Araukaniyadan getməli olurlar 

 

Əməliyyata  yollanan  süvari  dəstəsi  bir  həftədən  sonra 



heç  bir  müsbət  nəticə  əldə  etmədən  kor-peşman  halda 

“qanlı  vadi”yə  qayıdır.  Orada  konkistadorlar  arasında 




                                                     

 

  



                                                                            

                                                    

502 

yavaş-yavaş nizam-intizam pozulmağa başlayırdı. Aclıq və 



fəaliyyətsizlik  onların  psixologiyasına  mənfi  təsir  göstərir 

və  gərginlikdən  öz  hərəkətlərinə  nəzarət  edə  bilmirlər. 

“Qanlı  vadi”nin  mühafizəsində  duran  konkistadorların 

əksəriyyəti  bu  torpaqda  heç  bir  perspektivin  olmadığını 

görub Araukaniyadan getməyi tələb edirlər. Çünki araukan-

ların  partizan  taktikası  onların  hamısını  təngə  gətirmişdi. 

Gündüzlər  gizlənir,  gecələr  isə  hücum  edirdilər.  Ova 

çıxmağa  imkan  vermirdilər,  açıq  döyüşdən  ümumiyyətlə 

boyun  qaçırırdılar.  Belə  bir  şəraitdə  konkistadorlar  əmin 

idilər  ki,  heç  vaxt  buradakı  aborigenləri  tam  məğlubiyyətə 

uğrada  bilməyəcəklər.  Bu  üsul  ilə  isə  araukanlar  bir-bir 

konkistadorları  məhv  edəcəklər.  Məhz  buna  görə  də  onlar 

komandanlıqdan  tələb  etməyə  başladılar  ki,  burada  başla-

nan  mənasız  müharibə  dayandırılsın  və  hamı  evlərinə 

buraxılsın.  İş  o  yerə  gəlib  çatır  ki,  konkistadorlar  hətta 

onlara verilən torpaq payından imtina edirlər. Onsuz da hin-

dular  burada  məskunlaşan  ispanlara  rahat  yaşamağa  imkan 

verməyəcəklər.  Bu  amili  komandanlıq  da  çox  yaxşı  başa 

düşürdü. Qraf Ferdinandın buraxdığı səhvlər bağışlanılmaz 

idi.  O,  ispan  qılıncından  yaxa  qurtarmış  araukanları 

lazımınca  qiymətləndirə  bilməmiş  və  Perudan  bura  yeni 

qüvvə gəlməmiş xeyli sayda konkistadorları ekspedisiyanın 

sıralarından tərxis etmişdir. Bundan əlavə qraf qış fəslindən 



                                                     

 

  



                                                                            

                                                    

503 

də  səmərəli  istifadə  edə  bilməmişdir.  Dağlarda  və 



meşələrdə  gizlənən  hindular  daim  tonqal  qalayırdılar  ki, 

qışın  sərt  soyuğuna  tab  gətirsinlər.  Kiçik  qruplu  cəza 

dəstələri  təşkil  etməklə,  onlar  tonqalların  vasitəsilə  gedib 

hinduları  tapa  bilərdilər.  Ən  nəhayət  isə  qraf  peşəkar 

döyüşçulərin təcrübəsiz döyüşçülər ilə əvəz olunmasına öz 

razılığını bildirmişdir. 

Hindu  kasikləri  ispanların  buraxdıqları  səhvləri  çoxdan 

nəzərə  almışdı  və  işğalçıları  öz  ölkələrindən  qovmaq  üçün 

bütün  imkanlarından  istifadə  etmişdilər.  İndi  isə  konkista-

dorların  sırasında  baş  verən  sarsıntıdan  və  çaşqınlıqdan 

agah  olaraq  təbliğat  mexanizmini  işə  saldılar.  Kasiklər 

məsafəli  rabitədən  istifadə  edərək  ispanlara  bildirdilər  ki, 

“qanlı  vadi”  təcavüzkarlardan  azad  edilməsə,  istehkamda-

kılar  ciddi  mühasirə  halqası  ilə  əhatə  olunacaq  və  qısa 

müddət  ərzində  həm  aclıqdan,  həm  də  hinduların  hücumu 

nəticəsində  məhv

 

ediləcəklər.  Bura  yığışan  əsgərlərin 



əksəriyyəti  təcrübəsiz  olsa  da,  onların  qeyrətinə  söz  ola 

bilməzdi.  Lakin  fəaliyyətsizlikdən  və  düşmənlə  üz-üzə 

gəlməməkdə onların daxili aləmində ruh duşgünlüyu əmələ 

gəlmişdir.  Qraf  Ferdinand  bütün  bu  amilləri  çox  yaxşı 

anlayırdı.  O,  kasiklərə  bildirdi  ki,  hindular  qardaşlıq 

qəbristanlığında basdırılan döyüşçülərin məzarlarına toxun-

masalar,  ispanlar  “qanlı  vadi”ni  tərk  etməyə  hazırdılar. 



                                                     

 

  



                                                                            

                                                    

504 

Müsbət  cavab  alandan  sonra  qraf  Araukaniyaya  gətirilən 



bütün  qüvvələrini  Anqud  körfəzi  sahilində  yerləşən  fortda 

cəmləşdirdi. 

Hazırda  konkistadorlar,  vaxtı  ilə  polkovnik  Alonsonun 

bu  ölkədə  yaratdığı  dörd  sektordan  yalnız  birinə  nəzarət 

edirdilər, o da ki, qismən. Araukanların döyüşkən dəstələri 

fortun sərhədinədək gəlib, burada kəşfiyyat işləri ilə məşğul 

olurdular.  İspanların  gördükləri  bütün  işlər  onların  diqqət 

mərkəzində  idi.  Ərzaq  ehtiyatının  istifadə  olunmasına 

qənaətlə  yanaşan  döyüşçülər  fortun  möhkəmlənməsi

 

üçün 



heç bir tikinti işlərində işləmək istəmirdilər. Onların yalnız 

bir  istəyi  vardı,  o  da  ki,  Araukaniyanı  tezliklə  tərk  etmək. 

Konkistadorların  istək  və  tələblərinə  birtəhər  sinə  gərən 

qraf Ferdinand da bir rəis kimi fortda boş-bekar oturmurdu. 

O,  ölkənin  içərilərinə  iki  dəstədən  ibarət  kəşfiyyatçılar 

göndərdi.  Kəşfiyyatçılardan  alınan  məlumata  görə  silahlı 

araukanların sayı 300 nəfərdən çox idi. Bu rəqəm qraf üçün 

heç  də  real  rəqəm  kimi  sayılmırdı.  Çünki  hamı  bir  nəfərə 

kimi  bilirdi  ki,  araukanların  tərkibində  150  nəfərə  kimi 

döyüşçü  var.  Sonradan  kəşfiyyatçılar  təyin  edirlər  ki, 

Araukaniyadakı  döyüşçülərin  sırası  Çiloe  adasından  gələn 

döyüşçülərin  sayı  ilə  genişlənirdi.  Bunun  qarşısı  alınmasa, 

araukanlar  qısa  bir  müddət  ərzində  böyük  bir  qoşun 

toplamağa müəssər olacaqlar. Qraf Ferdinand Çiloe adasına 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə