Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə134/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   130   131   132   133   134   135   136   137   138

                                                     

 

  



                                                                            

                                                    

533 

köməkçi  bir  gəmi  kimi  ekspedisiyanın  tərkibində  qalacaq-



dır. İkinci gəmi isə, bu birisindən xeyli fərqlənməli idi. 

Alonso  Portobeloda  gəmi  axtarışı  ilə  məşğul  olanda 

birdən ona bildirdilər ki, Çilinin general-kapitanı Onyes de 

Loyola  və  kralın  xüsusi  nümayəndəsi  polkovniki  təcili 

surətdə  Santyaqoya  çağırırlar.  Özü  də  ki,  Alonso  oraya, 

ixtiyarında  olan  bütün  əsgərlərlə  gəlməlidir.  Nizam-

intizama  bir  zabit  kimi  həmişə  riayət  edən  polkovnik 

tərəddüd  etmədən  Qızıl  Kastiliyanın  Sakit  okean  sahilinə 

yollanır, oradan isə birbaşa Santyaqoya üz tutur. 

Santyaqoda  Alonsoya  kral  II  Filippin  Çilinin  general-

kapitanına  ünvanladığı  məktubu  verirlər.  Naməni  oxuyan-

dan  sonra  o,  dəhşətə  gəlmişdi.  Araukaniyada  gedən 

müharibənin  nəticəsi  kralı  hiddətə  gətirmiş  və  həmin 

müvəffəqiyyətsizlikdə İspaniyanın zəhimli monarxı birbaşa 

polkovnik  Alonsonu  ittiham  edirdi.  Kral  qarşısında 

günahlarını yumaq üçün o, ixtiyarında olan bütün qüvvələri 

toplayıb  Çilinin  hakimi  ilə  birlikdə,  Bio-Bio  çayından  bir 

qədər  aşağıda  olan  araukanların  strateji  cəhətdən  möhkəm 

və  lazımlı  sayılan  mövqeləri  ələ  keçirməli  və  heç  olmasa 

həmin mövqelərdə möhkəmlənməlidirlər. İş ondadır ki, son 

döyüş  əməliyyatları  zamanı  konkistadorların  darmadağın 

edilərək  məhv  olunmasına  dair  kral  nümayəndəsi  birtərəfli 

istintaq aparmış və həmin məğlubiyyətlərdə yalnız bacarıqlı 



                                                     

 

  



                                                                            

                                                    

534 

sərkərdəni ittiham etmişdi. Heç kimin qarşısında  əskilməyi 



xoşlamayan, xüsusən də ona qarşı nahaq ittiham sürüləndə, 

Alonso özünü lazımi səviyyədə müdafiə etməyə can atır və 

öz  oponentlərini  dialoq  vasitəsilə  düzgün  mövqedən  çıxış 

etmədiklərini  sübuta  yetirirdi.  O,  çox  yaxşı  bilirdi  ki,  bu 

işdə  Çilinin  general-kapitanı  xüsusi  rol  oynayaraq,  döyüş 

zamanı baş verən uğursuzluqlarda özünün günahı olmadığı-

nı  sübuta  yetirməyə  çalışmışdı.  Həmin  məsələ  qaldırılan 

zaman  Alonso  hər  ikisinə  qətiyyətlə  bildirmişdir  ki,  həmin 

məğlubiyyətlərdə  heç  bir  günahının  olmadığına  baxmaya-

raq,  o,  can-başla  kralın  verdiyi  tapşırığı  yerinə  yetirəcək. 

Bu fikirlə razılaşmayan kral nümayəndəsi polkovnikə dedi: 

-  Don  Alonso,  Araukaniyaya  hücum  iki  istiqamətdə 

başlamışdı şimal və cənub-qərb. Bildiyiniz kimi don Onyes 

de  Loyolanın  başçılıq  etdiyi  qoşunlar  Bio-Bio  çayından 

aşağıda  yerləşən  düşmən  mövqelərini  ələ  keçirmişdi  və 

Araukaniyanın işğalını başa çatdırmaq üzrə idi. Yalnız sizin 

ekspedisiya  cənubda  ələ  keçirilən  mövqeləri  düşmənə  təh-

vil  verdikdən  sonra  şimaldakı  mövqelər  bir-birinin  ardınca 

itirildi. Mənə elə gəlir ki, artıq izahata ehtiyac yoxdur. 

-  Don  Alonso,  keçmişdə  nə  baş  veribsə,  mən  hər  şeyi 

yaddan  çıxarmağa  hazıram.  -  Onyes  de  Loyola  rişxəndlə 

dilləndi.  -  İndi  birgə  əməliyyatlar  barəsində  düşünmək 

lazımdır. 



                                                     

 

  



                                                                            

                                                    

535 

Əlbəttə, polkovnik ona qarşı yürüdülən qərəzli fikirlərlə 



razılaşa  bilməzdi.  Çünki  danışıqlardan  aydın  başa  düşmək 

olurdu ki, həmsöhbətləri olmayan bir şeyləri onun boynuna 

yıxmaq  istəyirlər.  Alonso  üzünü  kral  nümayəndəsinə  tərəf 

tutaraq qürurla dedi: 

- Gün kimi aydındır ki, Araukaniyada gedən müharibədə 

baş verən uğursuzluqlarda mənim heç bir taqsirim yoxdur. 

Bunu  siz  bilməsəniz  də,  general-kapitan  Onyes  de  Loyola 

çox yaxşı bilir.  

– Axı, siz əldə edilən qələbəni, cənubda fəaliyyət göstə-

rən ekspedisiyanın uğursuzluğu nəticəsiində əldən verdiniz. 

-  deyə  kral  nümayəndəsi  hüzünlə  dilləndi.  -  İndi  həmin 

qələbini təzədən əldə etməliyik. 

- Sizə bildirmək istəyirəm ki, cənubda fəaliyyət göstərən 

ekspedisiya  lazımi  qələbəni  əldə  etmişdi.  -  deyə  Alonso 

qamətini  şax  tutaraq  qətiyyətlə  dilləndi.  -  Sadəcə  olaraq 

bizə  kömək  gəlmədiyindən  araukanlar  bütün  cəbhə  boyu 

hücuma  keçərək,  öz  torpaqlarını  azad  etməyə  müvəffəq 

oldular.  Birincisi,  biz  öhdəmizə  düşən  missiyanı  yerinə 

yetirərək,  Araukaniyanın  mərkəzinə  doğru  irəlilədik.  İkin-

cisi,  biz  işğal  edilmiş  ərazidə  dövlət  inzibati  orqanlarını 

yaratdıq.  Üçüncüsü,  qüdrətli  kralımız  olan  əlahəzrət  II 

Filippin  növbəti  tapşırıqlarını  yerinə  yetirmək  üçün 

Araukaniyanın  işğal  edilən  mövqelərimizi  kapitan  qraf 



                                                     

 

  



                                                                            

                                                    

536 

Ferdinand  Morelosa  təhvil  verərək,  Qəraib  dənizi  sahilinə 



yollandım. Dördüncüsü, general-kapitan Onyes de Loyola-

nın başçılıq etdiyi qüvvələr Bio-Bio çayını keçəndən sonra 

araukanların  bütün  dəstələrini  darmadağın  etməli  və  bizim 

qüvvələr  Araukaniyada  birləşməli  idi.  Təəssuflər  olsun  ki, 

general-kapitan həmin işin öhdəsindən gələ bilmədi. 

- Cənab polkovnik, siz sözlərinizdə yanılırsınız. - Çilinin 

hakimi ayağa qalxaraq dərhal öz etirazını bildirdi. - Mənim 

ixtiyarımda  kifəyət  qədər  qüvvə  yox  idi  ki,  arxanı  boş 

boşuna qoyaraq Araukaniyanın mərkəzinə qədər irəliləyim. 

Hamı çox yaxşı bilir ki, araukanlar əsas qüvvələrini ölkənin 

şimalında  yerləşdirmişdilər,  7-8  ay  müddətinə  isə  onların 

qüvvəsi  təxminən  üç  dəfə  artmışdı.  Belə  bir  təhlükəli 

sindrom ilə  mən üzləşə bilməzdim. Onlar hər tərəfdən bizi 

mühasirəyə ala bilərdilər. 

-  Don  Onyes,  etiraf  etməlisiniz  ki,  müəyyən  səhvlərin 

ucbatından biz Araukaniyada tam qələbə əldə edə bilmədik. 

- deyə Alonso həmsöhbətinə iti bir nəzər salaraq aludəliklə 

dilləndi. - Araukaniyada döyüş əməliyyatları başlayan kimi 

siz dayanmadan ölkənin içərilərinə irəliləməliydiniz. Lakin 

siz  azacıq  bir  yürüşdən  sonra  şimalda  gözləmə  mövqeyi 

tutdunuz.  Sizin  fəaliyyətsiz  halda  bir  yerdə  durmağınız, 

düşmənin  qruplaşmasına  imkan  yaratdı  və  araukanlar  7-8 

aydan  sonra  sizin  tutduğunuz  mövqelərə  hücum  etdilər. 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə