Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə132/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   128   129   130   131   132   133   134   135   ...   138

                                                     

 

  



                                                                            

                                                    

525 

Loyola bilməli, bu haqda heç kimə xəbər verməməli idi. İş 



ondadır ki, əvvəlki döyüşlərdə ispanlar hərbi əməliyyatlara 

başlayanda  onların  nə  edəcəklərini  araukanlar  əvvəlcədən 

hali  olurdular.  Silahlı  toqquşma  baş  verəndə  isə  əksər 

hallarda,  hücuma  birinci  olaraq  konkistadorlar  yox,  arau-

kanlar  keçirdilər.  Bu  dəfə  polkovnik  Alonso  düşmənə 

gözlənilməz  və  sarsıdıcı  zərbə  endirməyi  planlaşdırmışdı. 

Həmin zərbə nədən ibarət idi? 

Araukaniyada  müharibə  başlanandan  bəri  bütün  hərbi 

toqquşmalar  Bio-Bio  çayının  yaxınlığında  baş  verirdi. 

Araukanlar  da  konkistadorlara  qarşı  ən  güclü  pusquları 

ölkənin  məhz  həmin  yerlərində  qurur  və  istədikləri 

nailiyyətləri əldə edə bilirdilər. Bu dəfəki hücum əməliyyatı 

Anqud körfəzinin şimal hissəsində başlamalı və And dağla-

rına kimi dayanmadan irəliləməli, oradan isə Bio-Bio çayı-

na  qədər  yürüş  etməli  idi.  Eyni  vaxtda  isə  general-kapitan 

Onyes de Loyolanın qoşunu Bio-Bio çayını keçib, Alonso-

nun qüvvəsi ilə Osorno vulkanının ətəyində görüşməli idi. 

Birinci  mərhələdə  kapitan  Xuan  Odovaldonun  başçılıq 

etdiyi ekspedisiya Anqud körfəzinin şimal sahilinə çıxaraq, 

məğrur araukanlara arxadan zərbə endirir, lakin həmin vaxtı 

Loyola öz qoşunu ilə gözləmə mövqeyi tutmuşdu. Bu da ki, 

Xuan Odovaldonun ekspedisiyasının faciəli surətdə darma-

dağın edilməsi ilə nəticələnir. İkinci mərhələdə əsir alınmış 



                                                     

 

  



                                                                            

                                                    

526 

silahdaşlarını  azad  etməkdən  otrü,  Araukaniyanın  içəri-



lərinə  ölkənin  şimal  sərhədlərindən  kəşfiyyat  dəstəsi  daxil 

olur və kor-təbii halda, aborigenlərlə konkistdorlar arasında 

qanlı  döyüşlər  başlanır.  Polkovnik  Alonso  ümumi  razılığa 

əsasən, böyük bir dəstə ilə Anqud körfəzinin şimal sahilinə 

çıxarılmalı,  general-kapitan  Loyola  isə  mobil  qüvvələr  ilə 

ölkənin şimal sərhədlərini keçməli idi. Həmişəki kimi arau-

kanlar  əsas  qüvvələrini  ölkənin  şimal  hissəsində  yerləşdir-

mişdilər.  Məhz  buna  görə  də  Alonso  öz  ekspedisiyası  ilə 

Araukaniyanın  mərkəzini  işğal  etməyə  müvəffəq  olmuşdu. 

Plana əsasən Loyola da şimal sərhəddində yerləşən düşmən 

qüvvəsini  məhv  etməli  və  ölkənin  içərilərində  Alonsonun 

ekspedisiyası  ilə  birləşməli  idi.  Lakin  şimaldakı  ispan 

dəstələri  hindular  üzərində  qələbə  əldə  edə  bilməmişdi. 

Bununla  da  araukanlar  öz  qoşununun  bir  hissəsini  cənuba 

göndərmiş.  Araukaniyanın  mərkəzini  Alonsonun  döyüşçü-

lərindən  təmizləmişdilər.  Deməli,  Araukaniyadakı  məğlu-

biyyətə  görə  nəinki  qraf  Ferdinand,  hətta  general-kapitan 

Onyes  de  Loyola  da  təqsirli  bilinməli  idi.  Çünki  məhz  o, 

araukanların böyük bir hissəsini məhv edə bilməmişdi. 

Araukaniyadakı  məğlubiyyət  nəinki  Çilinin  general-

kapitanını  və  Perunun  vitse-kralını,  hətta  İspaniyanın 

kralını  da  hiddətə  gətirmişdi.  Həmin  məğlubiyyətdə  bütün 

müharibə iştirakçıları təqsirləndirilirdi. Hamı kral qarşısın-



                                                     

 

  



                                                                            

                                                    

527 

da bəraət qazanmaq üçün birbirlərini ittiham etməyə başla-



dılar. Perunun vitse-kralı, Çilinin general-kapitanı Onyes de 

Loyolanı və İspaniyadan gələn ekspedisiyanın rəisi polkov-

nik Alonso Odovaldonu, Çilinin general-kapitanı polkovnik 

Alonso,  polkovnikin  öz  köməkçisi  qraf  Ferdinand  Morelo-

su,  qraf  isə  ekspedisiya  iştirakçılarının  mərd  və  qəhrəman 

döyüşçülərini məğlubiyyətin baş verməsində ittiham edirdi-

lər.  Kral  II  Filipp  isə  həmin  məsələni  araşdırmaq  üçün 

Peruya xüsusi nümayəndəsini göndərmişdi. Kral nümayən-

dəsi əsl təqsirkarları araşdırıb üzə çıxarmalı idi. 

 

 



 

 

 



           XXIII fəsil. Polkovnik Alonsonun 

     Araukaniyadakı sonuncu hərbi əməliyyatı 

 

Migel və onun dostları İspaniyaya yola düşməzdən əvvəl 



boş  vaxtlarını  Portobelonun  limanında  keçirirdilər.  Əsasən 

onları  burada  yaranmış  müstəmləkə  qanunları  və  həm-

yerlilərinin  yeni  həyat  tərzinə  necə  öyrəşdikləri  maraqlan-

dırırdı.  Şəhər  limanının  cənubundakı  fort  və  bastionlar 

ondan  xəbər  verirdi  ki,  heç  də  buradakı  yaşayış  məskunla-



                                                     

 

  



                                                                            

                                                    

528 

şan ispanlar üçün sakit  keçmir. Əsas təhlükəni  aborigenlər 



yox, İngiltərədən gəlmiş korsarlar yaradırdı. Demək olar ki, 

hər  il  başqa  limanlarda  olduğu  kimi  ingilis  korsarlarının 

gəmiləri  Portobelo  sahillərində  görünürdü.  Xüsusən  də 

Frensis  Dreykin  və  Con  Xoukinsin  başkəsənləri  buradakı 

mülki əhalidə vahimə yaradır və onların dinc həyat sürmə-

lərinə maneəçilik törədirdilər. Avropanın döyüş teatrlarında 

hamıya  meydan  oxuyan  ispan  əsgəri,  burada  fəaliyyət 

göstərən  dəniz  quldurlarının  qarşısında  aciz  qalmışdılar. 

Əlbəttə,  bunun  birçə  səbəbi  vardı:  korsarlar  necə  ki,  sahil 

zolağına gözlənilməz və gizlin halda sahilə yaxınlaşaraq öz 

quldur  əməllərini  həyata  keçirirdilər,  eləcə  də  gözlənilməz 

və gizlin halda da yoxa çıxırdılar. 

Migel  limanda  olarkən  tez-tez  polkovnik  Alonso  ilə 

görüşür  və  onunla  dəniz  quldurları  haqqında  maraqlı  və 

lazımlı söhbətlər aparırdı. Alonso hər gün öz komandasına 

bacarıqlı  və  təcrübəli  matroslar  və  mərd  əsgərlər  qəbul 

edirdi.  O,  istəmirdi  ki,  dəniz  quldurları  ilə  toqquşma  baş 

verən  zaman  peşəkar  komandası  düşmən  qarşısında  aciz 

görünsün. Əlbəttə, Migel də gələcəkdə belə bir komandanın 

yaradılmasını  planlaşdırırdı.  Alonsodan  fərqli  olaraq  o,  öz 

komandasının  yarı  heyətini  İspaniyada,  qalan  heyətini  isə 

Qızıl  Kastiliya  sahillərində  təşkil  etmək  istəyirdi.  Koman-

danın  özəyini  isə  cavan  idalqonun  yaxın  dostları  və 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə