Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


planlarını puça çıxardı.  Seçkilərdən az sonra “Zerkalo”  qəzeti yaz­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə84/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   80   81   82   83   84   85   86   87   ...   115

planlarını puça çıxardı.  Seçkilərdən az sonra “Zerkalo”  qəzeti yaz­
mışdı:  “Hamı, iqtidar da, müxalifətin özü də gözəl başa düşürdü ki, 
2003-cü  ilin seçkilərində məğlubiyyət indiki müxalifət liderlərinin 
böyük əksəriyyətinin siyasi  məhvinə  gətirib  çıxaracaqdır...  Müxa­
lifət nəyə layiq idisə,  onu da aldı.  Heç kim inkar edə bilməz ki, ha­
kimiyyətdə  olmamasına görə müxalifətin  özü m əsuliyyət daşıyır... 
Beləliklə,  müxalifət  uduzdu.  Bir çox  müxalifət  liderlərinin  ölkəyə 
nə vaxtsa başçılıq  etmək ümidləri puç  oldu” 164.
Prezident  seçkiləri  ərəfəsində  bir  çox  araşdırıcılar bildirirdilər 
ki, müxalifət m əğlubiyyətə uğrasa,  aparıcı partiyalarda liderlər də­
yişməlidir.  Əgər onlar on ildən artıq bir dövrdə m üvəffəqiyyət qa­
zana bilm əmişlərsə, qoy indi öz yerlərini gənclərə versinlər. AXCP 
lideri Ə.Kərimli də bu səslərə səs vermişdir:  “Prezident seçkilərin­
dən hələ  xeyli  əvvəl...  mən demişdim ki,  güman edilən məğlubiy­
yət müxalifət  düşərgəsində  zəlzələ  effekti  doğuracaqdır.  Düşünü­
rəm ki,  proqnozlarımda yanılmadım”165.
Həqiqətən,  prezident  seçkilərinin yekunları  təbii  və gözlənilən 
oldu.  ABŞ  Prezidentinin  m illi  təhlükəsizlik  üzrə  sabiq  müşaviri, 
Strateji v ə  Beynəlxalq Tədqiqatlar Mərkəzinin m əsləhətçisi  Zbiq- 
nev  Bjezinski  yazır:  “Bakıda  son  on  ildə  baş  verən  dəyişikliklər 
bizə  böyük  təsir  bağışladı.  Bütün  bu  dəyişikliklər  Heydər  Ə liyev 
siyasətinin nəticəsidir.  Bu dəyişikliklər g ələcək  gözəl  inkişaf üçün 
zəmin  yaratdı.  Biz  Azərbaycanın  ABŞ  üçün  həqiqətən  vacib  ölkə 
olmasını  qəbul  edir  v ə  bunu  gözəl  anlayırıq.  Azərbaycanın  ABŞ 
üçün  əhəmiyyətini  heç  bir  amil  azalda  bilməz.  Əslində,  ABŞ  ilə 
Azərbaycan  arasında  münasibətləri  alyans  kimi  səciyyələndirmək 
olar.  Azərbaycanda  keçirilmiş  seçkilərin  nəticələri  məlumdur: 
İlham Ə liyev qələbə  qazandı  v ə başlıcası  da budur” 166.
Ölkənin  siyasi  həyatında  müxalifətin  destruktiv  iştirakı  illəri, 
onun  irəli  sürdüyü  layihələrin  əsassızlığı,  dövlətin  dünya  birliyinə 
doğru irəliləm əsi yolunu görmək qabiliyyətsizliyi,  qlobal  təfəkkü­
rün olmaması,  şəxsi  iddialar,  “kürsü”  davası -  müxalifətin  cəm iy­
yətdə mövqeyini bax,  bunlar m üəyyən edirdi.  Aydın görünürdü ki, 
müxalifətin məqsədi cəm iyyəti v ə dövləti modernləşdirmək deyil­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
33 6
dir.  Onun  acizliyi,  iqtisadiyyatın  inkişafına  dair  real  proqram  irəli 
sürməyə qadir olmaması  göz qabağında idi.
Bütün bunlara görə Azərbaycan seçicisi gələcək naminə seçimə 
laqeyd  qala bilməzdi.  Müxalifət  Dağlıq  Qarabağ  probleminin həl­
lində iqtidara kömək göstərmək,  öz Vətəninin nüfuzunu qaldırmaq 
üçün heç nə  etmədi.  Ona görə də tamamilə məntiqidir ki,  2003-cü 
ilin oktyabrında seçici nəinki ölkə prezidenti vəzifəsinə artıq sınaq­
lardan çıxmış namizədə  səs verdi, həm  də ölkəni yenidən anarxiya 
girdabına sürükləmək cəhdinə qarşı  çıxdı.
2003-cü  ilin  oktyabrındakı  prezident  seçkiləri  elektoratın  belə 
fəallığını  gözləm əyən  v ə  seçkiləri  tənqid  etmək  sifarişini  yerinə 
yetirməyə  qabaqcadan  hazırlaşan  bəzi  beynəlxalq  müşahidəçilərlə 
yanaşı,  bu  cür  ictimai  etirazı  başa  düşməkdə  aciz olan  və  seçicilə­
rin  seçkilərə  gəlm əyəcəyinə,  onları  boykot  edəcəyinə  v ə  seçki 
prosesinin  ədalətliliyinə  inanmayacağına ümid bəsləyən  müxalifət 
liderlərini də sarsıtdı.  Təhlilçilərimizin düzgün qeyd etdikləri kimi, 
bütün bunlar müxalifətin iqtidara opponentliyə yönəldilən strategi- 
yasındakı  kobud  siyasi-texnoloji  səhvlərin  nəticəsi  idi  v ə  onun 
məğlubiyyətini  bəri  başdan  şərtləndirmişdi.  Əhalinin  seçkilərdə 
fəal iştirakının başlıca səbəbi isə onda idi ki,  xalq Prezident Heydər 
Əliyevin apardığı  daxili və xarici  siyasəti, ölkənin liberal,  bazar iq­
tisadiyyatı yolu ilə, hüquqi  dövlət və demokratik cəm iyyət qurucu­
luğu yolu ilə  tədricən  inkişafı xəttini  dəstəkləyirdi.  Seçkilər parlaq 
şəkildə nümayiş  etdirdi  ki,  müxalifətin  “kürsü”  davası vətəndaşla­
rımızı təngə gətirmişdir və onlar ölkənin sabit siyasi inkişafına,  iq­
tisadi  yüksəlişinə  ehtiyac  duyurlar.  Tam  aşkar  oldu  ki,  müxalifət 
partiyalarının dövlət və cəm iyyətin inkişaf xəttini inqilabi yolla də­
yişdirmək  ideyası  Azərbaycan  vətəndaşlarının  niyyətlərinə  və 
ümidlərinə uyğun gəlmir.
Təhlilçilər  təşəkkül  tapmış  vəziyyəti  ölkədə  tədricən  yeni  si­
yasi  məkan yaratmaq imkanı kimi qiymətləndirirlər.  Elə məkan ki, 
burada  müxalifət  sivilizasiyalı  qiyafədə  təşkilatlanacaq  və  siyasi 
reallığa layiq yer tutaraq rasional mövqelərdən çıxış edəcəkdir.
_____________
Vfəsil.  Hakimiyyət və müxalifət:  inkişaf naminə rəqabət
337


Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
Konstruktiv  müxalifət  demokratik  cəm iyyətin  ayrılmaz  tərkib 
hissəsidir.  Rəylərin,  mövqe  v ə  layihələrin  rəqabət  aparmadığı, 
m üxtəlif tərəflər arasında qarşılıqlı anlaşma olmayan yerdə ədavətə 
v ə  nifrətə gətirib çıxaran qorxu yaranır.  Həqiqət mübahisələrdə v ə  
“ideyalar müharibəsi”ndə meydana gəlir.  D övləti v ə  cəm iyyəti tə ­
rəqqi  yolu  ilə  irəlilətm əyə,  durğunluğa  və  destruksiyaya müqavi­
mət  göstərm əyə  m əhz  azad  v ə  sərbəst  diskussiyalarda  cilalanmış 
nəzəriyyələr və praktiki modellər qadirdir. Lakin bu, ancaq iqtidar­
la  müxalifətin  konseptual  bəhsləşm əsi  v ə  sivilizasiyalı  rəqabəti 
şəraitində mümkündür.  Hər şeyi dağıdaraq,  siyasi refleksiyanın hər 
bir formasını və dialoq  imkanlarını rədd edərək, “təm iz vərəq”dən 
başlamaq istəyənlərlə rəqabətə girmək son dərəcə çətindir.  Bu ar- 
xaika tərəfdarlarının heç ağlına da gəlmir ki, sistemli fəaliyyətin ta­
mamilə  başqa  mühit  v ə  formulunu,  habelə  yeni  siyasi  perspektivi 
formalaşdıran idarəetmə  texnologiyalarının  artıq yeni  nəsli  (matri- 
salı,  şəbəkəli,  qlobal) yaradılmışdır.
Politoloq və sosioloqlar ölkədə kütləvi iğtişaşların real təhlükə­
sini  hələ  2003-cü  ilin  əvvəllərində  proqnozlaşdıraraq  xəbərdarlıq 
etmişdilər ki, radikal müxalifətdə dərin kök salmış qisasçılıq əhval- 
ruhiyyəsi  onu idarəolunmaz  edəcəkdir.  Əgər bütün bunlar müxalif 
məkanın  öz  üm umtəmizləməsinə,  seleksiyasına,  müxalifətin təzə­
lənm əsinə  və Avropa  demokratiyasının  standartlarına yaxınlaşma­
sına xidmət  etsə,  deməli,  göstərilən  m eyillər yeni  milli  siyasi  m ə­
kanın  formalaşmasının  müsbət  amili  olacaqdır.  Lakin  hadisələrin 
inkişafı başqa yön alarsa, onda müxalifətin siyasi aksiyaları dağıdıcı 
mexanizmi hərəkətə gətirən yaya çevriləcəkdir ki, bu da demokra­
tik cəm iyyət quruculuğu üçün əsla arzuedilməz hal  olacaqdır.
Prinsipcə,  belə  də  oldu.  2003-cü  il  oktyabrın  15-də  axşam  və 
16-da  gündüz  küçələri  bürüyən  mənfi  enerji  dalğası  həmin müla­
hizənin doğruluğunu təsdiqlədi.  H ələ dünən demokratik prinsiplərə 
sadiq olduqlarına cəm iyyəti  inandırmağa  çalışan radikal  müxalifə­
tin  liderləri  idarəolunmaz kütlənin qabağına düşərək, paytaxtı xaos 
və  anarxiya  vəziyyətinə  saldılar.  Bütün  bunlar  unudulmaz  1992- 
1993-cü illərdən tanış  idi.
338
Mən  Azadlıq meydanında baş  vermiş  hadisələri  təhlil  edərkən 
“Vaşinqton post” qəzetindən bir sitatı qeyri-iradi xatırladım.  Qəzet 
1992-ci  ildə  yazmışdı:  “Əgər  Bakıda  hakimiyyətin  dəyişm əsini 
görmək  istəyirsinizsə,  bir  neçə  saat  gözləyin,  burada  hakimiyyət 
Bakı küləyi kimi dəyişir”.  2003-cü il oktyabrın  15-də xalq düzgün 
seçim etm əsəydi,  cəm iyyətin haraya yuvarlanacağını Müsavat Par­
tiyasının  rəhbərləri  v ə   onların  əlaltıları  başda  olmaqla  2-3  min 
nəfərlik  kütlənin  Bakı  küçələrində  bir  neçə  saat  ərzində  törətdiyi 
qarmaqarışıqlıq aydın  göstərdi.
Beləliklə,  seçkilər ərəfəsində v ə  seçkilərdən sonra müxalifətin 
səhvi nədə  idi? N ə üçün radikallar ictimai rəydə öz məğlubiyyətini 
öncədən görə v ə onun qarşısını ala bilmədilər? Müsavat başqanı İsa 
Qəmbərin  məğlubiyyətinin  başlıca  səbəbi  onda  idi  ki,  ölkədə  ta­
mamilə yeni bir  şəraitdə, Azərbaycanın dünya birliyində mövqeyi­
nin,  Azərbaycan  cəm iyyətində  siyasi  qüvvələrin nisbətinin  dəyiş­
diyi  bir  vaxtda  o,  əw ə lk itə k ,  davakar  qisasçılıq  siyasətindən  əl 
çəkmirdi.  Onun  “Yeni  Müsavat”  qəzetindəki  yazılan  və  hökumət 
əleyhinə  bütün  təbliğatı  getdikcə  daha  qara-qəhvəyi  rəng  alırdı. 
Təsadüfi  deyil  ki,  “Zerkalo”  qəzeti  sonralar  yazmışdı:  “Müsavat” 
başqanının  tərəfdarları  Göbbels  təbliğatının  üsullarından  istifadə 
edirlər” 167.
Müsavatın  v ə   digər  əsas  m üxalif qüvvələrin  iflasının  az  əh ə ­
miyyətli  olmayan daha bir  səbəbi bunda idi  ki,  hətta iqtidarın  əsas 
namizədi  İlham  Ə liyev  təklif edəndə  də  onlar dialoqa qadir  deyil­
dilər.  Yalnız  siyasi  rəqabətə  və  qaliblə  əməkdaşlığa  yönəldilmiş 
konstruktiv  diskussiyaya  başlamaq  təklifinə  müxalifət  iğtişaşlarla 
cavab verdi.  Şübhə yoxdur ki,  müxalifətin məğlubiyyəti,  parçalan­
ması  və  sıralarına  təfriqə  düşməsi  obyektiv  surətdə  seçkilərdən 
xeyli  əvvəl  m üəyyən  edilmişdi.  İ.Qəmbərin  AMİP  və  AX CP-dən 
vahid namizəd m əsələsində m üəyyən bir qərara gəlm əkdən imtina 
etməsi  m üxalif  qüvvələrin  birləşməsi  ümidlərini  boşa  çıxardı. 
Prezident  seçkiləri  ərəfəsində  Rəsul  Q uliyevlə  sazişə  girən  İsa 
Qəmbər  özünün  v ə  bu  ittifaqın  imkanlarını  həddindən  artıq  qiy­
mətləndirməklə  siyasətçi  üçün bağışlanılmaz  səhvə  yol  verdi.  Lap
_____________
Vfəsil.  Hakimiyyət və müxalifət:  inkişaf naminə rəqabət
3 39


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə