demokratik cəm iyyətdə vəziyyətə görə iqtidarla yanaşı, müxalifət
də eyni dərəcədə m əsuliyyət daşıyır.
Dünya demokratiyasının inkişaf təcrübəsini toplayaraq v ə dərk
edərək, sözün əsil mənasında, yenidən təşkilatlanmaq vaxtı artıq
gəlib çatmışdır. 2003 -cü ilin oktyabr hadisələrinin dərin təhlili güc
işlətm əklə hakimiyyət uğrunda mübarizənin ölkəyə qarşı törətdiyi
əyani təhlükələri anlamaqdan ötrü təkcə radikal müxalifətə deyil,
həm də bütün cəm iyyətə lazım olan ciddi nəticələr çıxarılması və
çox mühüm ibrət götürülməsi üçün zəngin material verə bilər.
Ölkədə hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsi
nin, qarmaqarışıqlıq və xaos vəziyyəti yaranmasının milyonlarla
Azərbaycan vətəndaşı üçün nə ilə nəticələnəcəyini radikal müxa
lifətçilərdən m əsuliyyət hissi ilə düşünən yoxdur. Bir çox polito-
loqlar yekdil fikirdədirlər ki, Bakıda 2003 -cü ilin 15-16 oktyabr və
Gürcüstanda 2003-cü il noyabr hadisələrinin ssenariləri eyni cür
yazılmışdır. 200 0 -ci ilin payızında Yuqoslaviyada hadisələrinin
fəallaşdırılmasında iştirak etmiş beynəlxalq strukturların nümayən
dələrinin oktyabr hadisələrindən xeyli əv vəl respublikamıza g əl
m əsi də bu fikri təsdiqləyir.
Ədalət naminə qeyd etmək lazımdır ki, 2003-cü il oktyabrın
15-16-da mağazaların vitrinlərini dağıdan, dövlət idarələrinin pən
cərələrini və avtomaşınların şüşələrini sındıran, asayiş keşikçilərini
vəhşicəsinə döyən, günahsız insanların qanını tökən, uşaqları və
küçədən keçənləri daşa basan, digər cinayətlər törədən Azərbay
can müxalifətindən fərqli olaraq, Gürcüstan müxalifəti fitnəkarlığa
uymadı v ə özünü nisbətən abırlı apardı. Bu vəhşilik zamanı bir n ə
fərin ölümünə görə də bizim radikal müxalifət vicdan əzabı çək
məlidir.
Bunu təəssüflə qeyd etmək və keçm işə yenidən nəzər salmaq
lazım g əlsə də, fakt faktlığında qalır, çünki bu iki gün də milli tari
ximizin bir hissəsidir. Həyat isə hələ dünən iqtidan demokratiya və
dözümlülük prinsiplərini gözləm əyə çağıranların əsil simasını bir
daha nümayiş etdirdi. Reallıqlar göstərdi ki, partiya liderləri öz şəx
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
344
si iddiaları və hikkələrini ümummilli mənafelərdən daim yüksək
tuturlar.
Dünya təcrübəsi isə sübut edir ki, siyasətin və hakimiyyətin
münaqişə kimi yozulması olduqca təhlükəlidir. Ölkənin istər daxi
lində, istərsə də xaricində daimi mübarizənin ideya zəminini məhz
bu yaradır, xalqın m ən əvi qüvvələrini tükəndirir, insan resursları
nın və maddi ehtiyatların itkisinə gətirib çıxarır.
Müxalifət qəzetlərindəki yazılardan göründüyü kimi, Müsavat
başqanı İsa Qəmbər öz tərəfdarlarını aldadaraq onları inandırmağa
çalışmışdır ki, onun qələb əsi təm in olunmuşdur. O, seçkilərdən
hələ xeyli əv vəl özünü g ələcək prezident elan edərək hökumətin
tərkibini “formalaşdırır” , Nazirlər Kabinetində, Prezidentin İcra
Aparatında, digər hakimiyyət strukturlarında silahdaşlarına tələm -
tələsik vəzifələr paylayırdı. O vaxt müstəqil mətbuat haqlı olaraq
yazırdı ki, müxalifət partiyaları rəhbərlərinin bu cür m əsuliyyətsiz
bəyanatları v ə əm əlləri ona işarə idi ki, hakimiyyət “tamarzısında
olan” naşılar ölkəni idarə etm əyə yenidən can atırlar.
Oktyabrın 16-da Azadlıq meydanını zəbt edən “avanqard”ın
sosial tərkibi, m ənəvi siması və ruhi vəziyyəti, hər halda çox şey
deyir.
Siyasi xəttin köklü surətdə dəyişm əsi ölkəni nə kimi hərc-
mərcliyə düçar edərdi - bax, bu m əsə lə üzərində düşünmək lazım
dır. Əgər bu adamlar dövlətə başçılıq etsəydilər, hadisələrin belə
şəkil alması labüd olardı. Onların qarşılarına çıxan hər şeyi dərhal
yerlə-yeksan etm əyə hazır olması v ə ötən əsrin 90-cı illərinin ə v
vəllərində öz m üxalifətçiliyi dövrünü xatırladan hərəkətləri ölkəni
ciddi sınaqlar qarşısında qoyardı, hətta vətəndaş qarşıdurmasına
gətirib çıxarardı.
Amma xoşbəxtlikdən, təbiətdə “sürtünmə qüvvəsi” mövcud
dur. Vaxtilə Şarl M onteskyö onun haqqında çox gözəl yazmışdır:
“Səhv nəzəriyyənin müddəalarını dəyişdirən və ya alt-üst edən
sürtünmə qüvvəsinə mexanikada tez-tez rast gəlirsən; bu cür sür
tünmə qüvvəsi siyasətdə də var”. 15-16 oktyabr hadisələri göstər
di ki, həyat reallıqlarını obyektiv şəkildə qiymətləndirməyə heç
Vfəsil. Hakimiyyət və müxalifət: inkişaf naminə rəqabət
345
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
vaxt qadir olmayan müxalifət bu faktı qulaqardına vurdu, nəzərə
almadı.
2003-cü il oktyabrın 15-də Azərbaycan seçicisi nümayiş etdir
di ki, hazırkı iqtidarın seçdiyi xətt, Heydər Əliyevin siyasi xətti onu
tam qane edir. Təbii ki, m əhz İlham Əliyevin ölkə prezidenti seçil
məsinin zəruriliyini seçiciyə sübut etmək üçün iqtidann daha çox
imkanı vardı. Sirr deyil ki, onun məşhurluğunda mühüm rol oyna
mış şəxsi keyfiyyətlərlə yanaşı, əvvəlki prezidentin - Heydər
Ə liyevin nüfuzu v ə Azərbaycanı tərəqqi v ə demokratik dəyişiklik
lər yolu ilə m əhz İlham Əliyevin irəli aparacağına ölkə əhalisinin
haqlı inamı da ona çox böyük dəstək oldu.
M ən seçkilərdən əv vəl də, sonra da islahatlarımızın strategiya
sını araşdırarkən özüm ə dəfələrlə belə bir sual vermişəm: İlham
Əliyevin 2003-cü ilin prezident seçkilərində qələbəsini proqnoz
laşdırmaq olardımı? Cavab birmənalıdır - Bəli! Əlbəttə, iqtidann
gördüyü işlərin heç də hamısı əhalinin geniş təbəqələrinin tələblə
rini ödəmir. H ələ çox işlər görülməlidir və tamamilə aydındır ki,
ölkənin uğurla inkişafı üçün biz nail olduqlarımızm çoxunu yenidən
nəzərdən keçirməli v ə bəzi sosial oriyentirləri zamanın yeni tələb
lərinə müvafiq surətdə dəqiqləşdirməliyik. Başlıcası odur ki, iqti
dar bunu gizlətmir, Azərbaycanı daha sabit, çiçəklənən və abad
dövlət etmək üçün həm siyasi, həm də iqtisadi xəttin təkmilləşdi-
rilm əsinə cəm iyyətlə birlikdə getm əyə, cəm iyyətlə ə l-ə lə verib
işləm əyə hazırdır.
Ö lkə Prezidenti İlham Ə liyev demişdir: “Yerinə yetiriləcək v ə
zifələr çoxdur. Həyatımızın bir çox sahələri beynəlxalq standartlara
cavab vermir. Bunun obyektiv və bəzi hallarda subyektiv səbəbləri
var. Müharibədən, işğaldan əziyyət çəkmiş, vətəndaş müharibəsi
və digər faciəli hallarla üzləşm iş ölkə birdən-birə tam demokratik
və tam azad ola bilm əz. Amma bu yol bizim seçimimizdir, strateji
seçimimizdir. Prezident seçkilərindən sonra gedən proseslər, höku
mətimizin qəbul etdiyi qərarlar bizim yüksək qiymətləndirdiyimiz
dəyərlərə sadiq olduğumuzu göstərir. Bizim azad, demokratik, plü-
ralist cəm iyyət qurmaq əzm im izi göstərir”173.
346
Bu gün Azərbaycan kamil düşüncələr v ə addımlar, keçmişdən
dərs almaq dövrünü, müsbət təcrübəni zərrə-zərrə toplamaq və
onu inkişaf etdirmək, vətəndaş konsensusunun ictimai-siyasi tə
rəqqi üçün təminat olduğu əsil hüquqi dövlət v ə demokratik cəm iy
yət qurmaq dövrünü yaşayır.
2003-cü ilin prezident seçkilərindən sonra baş vermiş proseslər
Azərbaycan cəm iyyətini yeni m üxalif mühitin meydana gəlm əsi
zərurəti faktı qarşısında qoymuşdur. O, necə olacaq, daha doğrusu,
necə olmalıdır - bu, mürəkkəb m əsələdir. B iz Azərbaycanın siyasi
cəbhəsində təm sil oluna biləcək siyasi qüvvələrin ancaq təxmini
proqnozunu verə bilərik.
Əgər əvvəlk i (2003-cü ilin oktyabrınadək) siyasi təcrübəyə
əsaslansaq, onda yeni məkanın mümkün siyasi təşkilatlan üç qrupa
bölünəcəklər: (1) - dini amilə istiqamətlənən partiyalar; (2) - dün
yəvi partiyalar, yəni öz proqramında dini baxışlardan istifadə etmə
yən təşkilatlar; (3) - siyasi sanbalı olmayan, m üəyyən müxalifət
təşkilatı liderinin başçılıq etdiyi blokun əhəm iyyətini virtual surət
də artırmaq üçün yaradılan satellit, kiçik partiyalar.
Bu qrupların hər biri əhalinin m üəyyən sosial təbəqəsini, seçi
cilərin xüsusi qrupunu təm sil edəcəklər. Buna görə də, onlardan
hər birinin siyasi səhnəyə çıxdığı şəraiti v ə ölkənin g ələcək iqti
sadi, sosial inkişafına təsirini ətraflı araşdırmaq son dərəcə vacib
dir. Yuxarıda biz doktrinaları və ideoloji konsepsiyası ilə əlaqədar
siyasi təşkilatların danışaraq qeyd etmişdik ki, ölkənin müxalifət
məkanında nüfuzlu liderlər və partiyaların ideoloji istiqamətləri ba
rədə hələlik bir m üəyyənlik yoxdur. Ona görə də bu prosesin siyasi
məkanın yeni davranış stereotipləri inkişaf etdikcə baş verəcəyi ta
mamilə mümkündür.
Siyasi təşkilatların birinci qrupu, yəni ölkədə islam dövləti qur
maq mövqeyindən çıxış edən radikal islamçılar qrupu amorfdur,
yayğındır, əsil mənada partiya kimi strukturca formalaşmayıbdır.
B elə təşkilatların cəm iyyətə ciddi təsiri olmasa da, bəzən “suyu
bulandırmağı” bacarırlar. Boşalmış siyasi məkanı tutmağa çalışan
radikal islamçılar ölkəni uçuruma gətirib çıxara bilərlər ki, bunun
_____________
V fəsil. Hakimiyyət və müxalifət: inkişaf naminə rəqabət
3 4 7
Dostları ilə paylaş: |