Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


əvvəldən  aydın  idi  ki,  onların  ifrat  radikalizm  platformasından



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə85/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   81   82   83   84   85   86   87   88   ...   115

əvvəldən  aydın  idi  ki,  onların  ifrat  radikalizm  platformasından 
birgə çıxış etməsi v ə  iqtidara şüurlu surətdə güc təzyiqi göstərməsi 
Müsavat v ə ADP üçün yaxşı heç nə vəd etmirdi.
Ə.Kərimliyə  xeyli  təsiri  olan  E.M əmmədov  daha  praqmatik 
oldu v ə İsa Qəmbərin onun blokuna qoşulmaq barədə təklifini rədd 
etdi.  İsa  Qəmbər belə bir faktı  da qulaqardına vurdu ki,  onun üçün 
başlıcası partiyanın  simasını  qoruyub  saxlamaqdır.  Bunun əvəzinə, 
Müsavat  özünün  m əğlubiyyətində  digər  partiyaları  qınamağa 
başladı.
AMİP  sədri  Etibar M əmm ədov İsa Qəmbəri  və  onun yaxın ə t­
rafını  destruktiv  fəaliyyətdə  təqsirləndirməklə  yanaşı,  2003-cü   il 
oktyabrın  15-16-da baş vermiş kütləvi  iğtişaşlara görə məsuliyyəti 
də  onların  üzərinə  atır:  “Toqquşmalar  zamanı  kütləni  idarə  etm ə­
m əyə görə buna m əsul şəxslər m əsuliyyət daşıyır.  Siz düşdüyünüz 
vəziyyətdə  də  çapalaya-çapalaya  yenə  də  başqalarına  cırmaq  at­
maqla  məşğulsunuz.  Siz  h ələ  düşdüyünüz  vəziyyəti  dərk  edə 
bilmirsiniz.  Başqalarına  şər-şəbədə  toxuyursunuz.  Düşdüyünüz 
vəziyyətə  görə  başqalarını  günahlandırmaq,  böhtan  atmaq  siyasə­
tindən əl çəkin. Düşdüyünüz vəziyyətə görə məni, AMİP-i günah­
kar  çıxarırsınız.  Buna  görə  də  m üxtəlif  böhtanlar,  şərlər  fikirlə­
şirsiniz” 168.
AXCP  (islahatçılar)  sədrinin  müavini  Asim  Mollazadə  hesab 
edir  ki,  İsa  Qəmbərin  bütün  fəaliyyəti  m üxalifət  hərəkatına  z i­
yandan  başqa,  müsbət  heç  nə  gətirməmişdir.  O  yazır:  “Hansısa 
siyasi  üsullarla  mübarizə  apara  bilm əyən  İsa  Qəmbər  siyasi  mü­
barizəsini  ancaq  siyasi  m ünaqişələrdə...  görür.  İqtidarla mübarizə 
aparmağı bacarmayan, siyasəti münaqişə  kimi başa düşən səriştə­
siz siyasətçilər siyasi mövcudluqlarını ancaq münaqişələrlə təsdiq 
edirlər.
Onun  bütün  fəaliyyəti  hər  zaman  sıfırla nəticələnib.  İsa  Q əm ­
bər  sıfırla  nəticələnən  bir  siyasətçidir:  əməkdaşlığı  bacara  bilm ə­
yən,  əməkdaşlıq  edə  bilm əyən  və  hər  zaman  məğlub  olan.  M ən 
çox  təəssüflənirəm   ki,  bu  adamın  fəaliyyəti  hətta  ona  da  xidmət 
edir ki,  onun partiyasından həbs  olunmuş  adamlar  da azadlığa ç ıx -
Ramiz Mehdiyev,  Azərbaycan:  qloballaşma  dövrünün  tələbləri
340
maşın.  Çünki  çıxandan  sonra  İsa  Qəmbərə  müəyyən  suallar verilə 
bilər” 169.
ADP-nin  baş  katibi  Sərdar  Cəlaloğlu  əmin  idi  ki,  müxalifət 
2003-cü  ilin  prezident  seçkilərində  qalib  g ələ  bilm əsə,  tam  iflasa 
uğrayacaqdır:  “B elə vəziyyət yaransa,  Azərbaycan xalqı  müxalifə­
tin  perspektivinə  yeni  gözlə  baxmalı  olacaqdır.  Biz  bu  seçkiləri 
uduzsaq,  xalqa nə cavab verəcəyik? Xalqı necə inandıracağıq ki,  on 
ildə  hakimiyyəti  dəyişdirmək  üçün  heç  nə  edə  bilmədik?  Müxali­
fətin bu  istiqamətdə  ciddi  iş  gördüyünü  iddia edənlər həqiqəti  de­
mirlər.  Bu  müddət  ərzində  müxalifət  ancaq  öz  varlığını  qoruyub 
saxlamağın qeydinə qalmışdır” 170.
Artıq  dediyim kimi,  üm um iyyətlə, yaranmış v əziyyət  1992-ci 
ili, Xalq Cəbhəsində  iki  cərəyanın m ənafelərinin milli  siyasi  m ə­
kanda  ilk  dəfə  toqquşduğu  ili  xatırladırdı.  Onda AXC  rəhbərləri­
nin  əksəriyyəti  mərhum  Ə .Elçibəyin  prezidentliyə  namizədliyini 
təkid edirdi. N ə y ə  görə? Ona görə ki, hətta AXC rəhbərliyində də 
çoxları  İ.Qəmbərə  şübhə  və  inamsızlıqla baxırdı.  O  vaxt  “cəbhə- 
çilər”  arasında  digər  real  namizəd  E.M əm m ədov  olduğuna  görə, 
İ.Qəmbərin  namizədliyinin  irəli  sürülməsi  təkcə  təşkilatın  özünü 
deyil,  ümumən  cəm iyyəti  də  parçalaya  bilərdi.  Bundan  başqa, 
m əhz  iddialılığına  görə  İ.Qəmbərin  nam izədliyi  A X C -d ə  çoxla­
rını  qane  etmirdi.  Üstəlik,  çoxları  onu  Əbdürəhman  Vəzirov  və 
M ixail  Qorbaçovun  xüsusi  nümayəndəsi  -   Bakıda  1990-cı  ilin 
yanvar  hadisələrinin  təşkilatçılarından  biri  olan  Yevgeni  Prima- 
kov  tərəfindən  AXC  rəhbərliyinə  yeridilmiş  adam  hesab  edirdi. 
İsa  Qəmbərin  efirdə  səslənm iş  “simpatiçnı  parenyok”  (“qəşəng 
oğlan”) xarakteristikasını o dövrün yüksək  siyasi dairələri birmə­
nalı  şəkildə D T K -ya yaxınlıq kimi qiymətləndirmişdi.  AXC  fəal­
larını  son  dərəcə  qıcıqlandıran  bir  də  o  idi  ki,  İsa  Qəmbər  səla­
hiyyəti  olmadan,  “cəbhəçilər”in  yeganə  lideri  rolunu  tez-tez  öz 
üzərinə  götürürdü.
Təhlilçilərin fikrincə, 2003-cü ilin oktyabrında sarsıdıcı m əğlu­
biyyətə  uğrayan  İsa  Qəmbər  müxalifət  düşərgəsində  özünün 
əvvəlki  reytinqini  daha  bərpa  edə  bilməyəcəkdir.  O,  2003-cü  ilin
_____________
Vfəsil.  Hakimiyyət və müxalifət:  inkişaf naminə rəqabət
341


Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
prezident  seçkilərindən  ə v v əl  və  sonra  da  cidd-cəhdlə  oynamağa 
çalışdığı  müxalifətin  əsas  lideri  rolundan  istəsə  də,  istəm əsə  də  əl 
çəkm əli  olacaqdır.  Üm um iyyətlə  demək  lazımdır  ki,  2003-cü  ilin 
oktyabrından sonra aparıcı m üxalif siyasi partiyalardan heç biri y e­
tərli  v ə  fəaliyyət  qabiliyyətli  siyasi  qüvvə  deyildir.  Müxalifət  dü­
şərgəsində  ümumi  düşkünlük,  şaşqınlıq  və  məyusluq  ab-havası 
müşahidə  olunur.  Bunun  nə  vaxtadək  davam  edəcəyini  söyləm ək 
mümkün deyildir.  Lakin bir şey aydındır: radikal müxalifətin başçı­
ları 2003-cü il oktyabrın  15-16-da azğınlığa səbəb olmuş öz m əsu­
liyyətsiz  əm əllərinə  qiymət  verməyincə,  həmin  hadisələrə  görə 
səhvlərini  və  təqsirlərini  açıqca  boyunlarına  almayınca,  müxalifət 
düşərgəsində  ayılmanın  v ə  təzələnm ənin  baş  verəcəyinə  ümid 
bəsləm ək çətindir, bəlkə də mümkün deyildir.
Hər  dəfə  seçkilərdə  uğursuzluqla  əlaqədar  müxalifət  liderləri 
öz  m əğlubiyyətini  səsverm ənin  nəticələrinin  saxtalaşdırılması, 
seçkilər haqqında  qanunun  pozulması v ə  inzibati  vasitələrdən isti­
fadə  olunması  ilə  izah  etm əyə  çalışırlar.  Hər  dəfə  də bu nəticələr 
elektoratın  siyasi  davranışının  ağıllı  və  sabit  olduğunu  təsdiqləyir. 
Etibar M əmm ədov gileylənir ki,  əgər beynəlxalq strukturlar müxa­
lifətin  hakimiyyətə  gəlm əsini  çox  istəsəydi  və  ona  daha  fəal  kö­
mək göstərsəydi,  onda 2003-cü  ilin oktyabrında qələbə təmin edi­
lərdi.  Lakin  onlar  “müxalifətin  hakimiyyətə  gəlm əsini  istəmir” 171. 
B elə  çıxır  ki,  hakimiyyəti  onlara  xalq  deyil,  beynəlxalq  təşkilatlar 
verməlidir?  Əslinə  qalsa,  müxalifətin özü  də başa düşür ki,  vətən­
daşlarımızın böyük əksəriyyəti müxalifətin fəaliyyət qabiliyyətinin 
və konstruktivliyinin  olmamasına çoxdan əmindir.
Radikal müxalifətin beynəlxalq strukturların maliyyə yardımın­
dan asılılığını digər partiyaların rəhbərləri də təsdiqləyirlər.  Müsa­
vat Partiyası  başqanının  birinci  müavini  Vurğun  Əyyub  2004-cü  il 
mayın  ortalarında  öz  ətrafındakılarla  söhbətdə  bildirmişdi  ki,  ma­
liyyə problemini  həll  etmək məqsədi  ilə  aparıcı  müxalifət partiya­
larının iqtidara yeni  güc təzyiqi mərkəzi yaratmaq  cəhdlərinə bax­
mayaraq,  son  beş  ayda  beynəlxalq  təşkilatlar  öz  yardımını  kəskin 
surətdə  azaltmışdır v ə yaxın dövrdə pul ayrılacağı gözlənilmir.
342
Təxm inən  elə  o  dövrdə  AXCP  (islahatçılar)  sədri  Əli  Kərimli 
də  öz  ətrafındakılara  həmin  problem  barəsində  danışmışdır.  Onun 
sözlərinə  görə,  AXCP  fəallığı  artıraraq  beynəlxalq təşkilatlar  qar­
şısında siyasi dividend toplayır v ə bununla da öz maliyyə problem­
lərinin xeyli  hissəsini  həll  etmək  imkanı  qazanacaqdır.  Bu  isə  cari 
ildə  (2 0 04-cü   il)  keçirilən  b ələd iyyə  seçkilərində  AXCP-nin 
müəyyən uğurlar əld ə  etm əsinə  şərait yaradacaqdır.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan 
üzrə monitorinq qrupunun nümayəndəsi Martines Kassan Azərbay­
can müxalifətini  vətənpərvərsizlikdə  və  şəxsi  m ənfəət  güdməkdə 
açıq-aşkar təqsirləndirir: “Azərbaycanda siyasi partiyaların liderlə­
rindən heç biri öz Vətənini sevmir.  M ən belə bir məntiqi başa düşə 
bilmirəm ki,  bu m əntiqə görə,  qanunvericilik müxalifətin mənafe­
lərinin  təminatçısı  rolunu  oynamalıdır.  S izə  hansı  qanunvericilik 
lazımdır:  beynəlxalq  standartlara uyğun olan  demokratik  qanunve­
ricilik, yoxsa müxalifətin mövcud olması imkanlarını müdafiə edən 
qanunvericilik?  Qanunvericiliyə  belə  münasibət  demokratiyanın 
bərqərar edilm əsi v ə demokratik qanunlar qəbul olunması baxımın­
dan  qeyri-məqbuldur”.  Kassan  müxalifətin  xalq  tərəfindən  dəs­
təklənməsi  v ə   seçkilərin  saxtalaşdırılması  m əsələsinə  toxunaraq 
bildirir:  “Siz  haradan bilirsiniz  ki,  xalq müxalifəti  dəstəkləyir?  Bu, 
hansı  seçkilərdə  təsdiqlənmişdir?  Əgər  seçkilərin  keçirilm əsi 
şəraiti və nəticələri  xalqı razı salmasaydı, onda Azərbaycanda pro­
seslər  tamam  başqa  istiqamətdə  inkişaf edərdi.  Əgər  bütün  bunlar 
xalqı razı  salırsa, onda xalqı qane etm əyən digər prosesə can atma­
ğınızı  necə başa düşmək olar?” 172.
Daim  eyni  bir  m əsələdən  yapışıb  qalmaq  və  elə  hey  iqtidarı 
qeyri-demokratiklikdə  təqsirləndirmək  mümkün  deyildir.  Dövlət 
müstəqilliyi  illəri,  iqtidarın  beynəlxalq  qurumlarla,  o  cümlədən 
Avropa Şurası, ATƏT v ə  digərləri  ile əməkdaşlığı göstərmişdir ki, 
müxalifətin bu cür mövqeyinin ciddi əsası  yoxdur.
M əsələ  tamam  başqa m üstəviyə  keçirilməlidir:  müxalifət real­
lıqla  hesablaşmalı,  güzgünün  qarşısında  dayanıb  öz  simasındakı 
eyiblərə diqqətlə baxmalıdır. B elə bir sadə həqiqəti anlamalıdır ki,
______________
Vfəsil.  Hakimiyyət və müxalifət:  inkişaf naminə rəqabət
343


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə