Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Əliyevin  fəal  siyasi  və  iqtisadi  tədbirləri  sayəsində  formalaşan



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə88/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   84   85   86   87   88   89   90   91   ...   115

Əliyevin  fəal  siyasi  və  iqtisadi  tədbirləri  sayəsində  formalaşan 
“yeni təfəkkür”  iqtidarla konstruktiv dialoqa v ə  sivilizasiyalı rəqa­
bətə  hazır  olan  opponentlərin  siyasi  fəaliyyəti  üçün hər  cür  şərait 
yaradır. M əhz belə olmalıdır -  siyasi rəqabət tərəflərin dialoqunda, 
siyasi,  iqtisadi v ə  sosial problemlərin həlli yollarının qarşılıqlı  ax­
tarışında aparılmalıdır.  Bu rəqabətin məntiqi sonluğu elektoratın bu 
və ya digər siyasi  spektrdə mövqeyini nümayiş  etdirən seçkilərdir.
“Yeni  təfəkkür”  hakimiyyətə  gəlm əyin güc  metodunu  demok­
ratik dövlətdə  siyasi  olimpə nail  olmağın  qeyri-məqbul üsulu kimi 
rədd  edir.  Ona  görə  də  bizim  siyasi  məkanın  sivilizasiyalı  dialoqa 
qabil  olmayan  siyasi  qüvvələri bu məkanın hüdudlarından kənarda 
qoyacaq  seleksiyaya  ehtiyacı  vardır.  Bu  prosesin  təm əli  2003-cü 
ilin prezident seçkilərinin yekunları ilə  qoyulmuşdur.
Cəm iyyətdə  yeni  siyasi  məkan  formalaşdıqca,  xeyli  dərəcədə 
liberal  yönlü,  yəni  dünyəvi  dövlətin  dəyərlərinə  v ə  iqtisadi  azad­
lıqların  genişlənm əsinə  istiqamətlənmiş  siyasi  təşkilatlar meydana 
gələcəkdir.  İqtisadiyyat müasir  siyasətin  ayrılmaz  tərkib  hissəsidir 
və  iqtisadiyyatla  siyasətin  bir-birilə  bağlı  sahələr  olmadığı barədə 
yayılmış fikir kökündən səhvdir. “İqtisadiyyatla siyasət arasında sıx 
qarşılıqlı əlaqə mövcuddur v ə cəmiyyətin siyasi v ə iqtisadi qurulu­
şunun  yalnız  m üəyyən  kombinasiyaları  mümkündür.  M əsələn, 
sosialist cəm iyyəti həm də demokratik ola bilməz, bu mənada ki, o, 
şəxsi  azadlıqlara  təminat verə bilm əz” 176.
İnkişaf etmiş  v ə  intensiv  sürətlə inkişaf edən bir çox dövlətlər­
də gedən siyasi proseslər göstərir ki,  doqmatik  ideologiyalar dövrü 
keçmişdə  qalmışdır  və  qloballaşan  cəm iyyətdə  normal  siyasi  m ə­
kanın  yaranmasına  ideoloji  konsepsiyalardan  daha  çox,  hakim  eli­
tanın  praqmatik  v ə  səm ərəli  siyasi  v ə  iqtisadi  tədbirləri  təsir  g ös­
tərir.  X X   əsrin  sonu  və  XXI  əsrin  əv v əli  onunla  səciyyələnir  ki, 
yuxarıda dediyimiz kimi,  “uğurlu  demokratiyalar”ın  siyasi məkan­
ları  liberalların  və  ya  sosialistlərin,  demokratların  və  ya konserva- 
torların konkret ideoloji  “m əktəb”lərini  təmsil etmir.
Avropa ölkələrinin siyasi məkanları özlüyündə iki, çox vaxt isə, 
üç  siyasi  cərəyanın  və  iqtisadi baxışın  sintezidir ki, burada da ə n ə ­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
352
nələrin qorunub saxlanılması və cəm iyyətin m ənəvi-əxlaqi dayaq­
larının  möhkəmləndirilməsi  dövlətin  iqtisadiyyata  v ə  sahibkarlıq 
sahəsinə  müdaxiləsini  minimuma  endirmək  qədər  öncül  əhəm iy­
y ətə malikdir.  Buna baxmayaraq,  regionlar v ə   qitələr yaxınlaşdıq­
ca,  ənənəvi  ideoloji  konsepsiyalardan  getdikcə  daha  aşkar  surətdə 
uzaqlaşma  prosesi  baş  verir.  Məkanlann  əksəriyyəti  üçün  daha 
praqmatik  və  səm ərəli  olan  universal  ideya  v ə   nəzəriyyələrə  üs­
tünlük  verilir.  Onların  əsasını  dövlətin  keyfiyyət  baxımından 
irəliyə doğru sıçrayışı v ə  səmərəli  inkişafı üçün iki v ə ya üç sosio- 
siyasi modelin konvergensiyası təşkil edir.  Dünya açıq-aşkar qarşı­
lıqlı  surətdə  asılı  olur ki,  bu  da inkişafın m illi  daxili  siyasi  am illə­
rinə əhəm iyyətli dərəcədə təsir göstərm əyə bilməz.
Lakin  daxili  siyasət  xarici  siyasətlə  həm işə  sıx  bağlıdır.  Bu 
aksiomadır.  Xarici  siyasət  doktrinasının  həyata  keçirilməsi  haki­
miyyətdə  olan  qüvvələrin proqramı  ilə və ya  ölkənin daxili  vəziy­
yəti  ilə  şərtləndirilir.  Xarici  siyasət  konsepsiyalarının  formalaş­
masına  səbəb  və  nəticələrin  bütöv  bir  kompleksi  təsir  göstərir. 
Müasir  beynəlxalq  vəziyyət,  qloballaşma  meyillərinin  intensivliyi 
və Azərbaycanın mühüm geostrateji m övqedə yerləşm əsi onun da­
xili siyasətini  xarici amillərin təsirindən asılı  edir. Üstəlik,  seçkilər 
ərəfəsində  və  gedişində  Azərbaycanda  daxili  siyasi  proseslərə 
qonşu dövlətlərin və beynəlxalq təşkilatların təsiri milli  suverenlik 
anlayışını  beynəlxalq  münasibətlər  subyektlərinin  və  beynəlxalq 
təşkilatların mənafelərindən çox vaxt asılı vəziyyətə  salır.
Tamamilə  qanunauyğun haldır ki,  qloballaşma prosesində  milli 
suverenlik planetar prosesin bir hissəsinə  çevrilir.  O,  sanki  “müda- 
x ilə ”yə  m əniz  qalır,  yəni  “suverenlik”  anlayışı  əzəli  məzmununu 
itirir, çünki dövlətlər arasındakı sərhədlər iqtisadi cəhətdən, m üəy­
yən  dərəcədə  isə,  sosiom ədəni cəhətdən yox olur.
Bəs bəşəriyyətin postindustrial  səddi keçdiyi  şəraitdə  “yeni  si­
yasi  konstruksiyalar”  nə  deməkdir?  Bu,  öz  struktural  formulu  və 
ərazilərin  təşkili  sistemi  olan  yeni  sosial  orqanizmdir.  Nəhayət, 
“m illi dövlət” anlayışı tranzit anlayışdır.  Hazırda biz sosial ümumi­
liyin bəzi formalarının v ə milli elitaların gələcəyinin necə təşəkkül
_____________
Vfəsil.  Hakimiyyət və müxalifət:  inkişaf naminə rəqabət
353


Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
tapdığını  görürük.  Ekspertlərin  fikrincə,  bu  proses  xeyli  dərəcədə 
milli  elitaların  belə  “qeyri-m üəyyən  məkanlar”da  nə  səviyyədə 
olması  v ə  fəaliyyəti  ilə  bağlıdır.  Lakin  bu  m eyillər  ölkənin  milli 
xüsusiyyətlərini  v ə  daxili  siyasi  xəttin,  -  o,  hətta  vətəndaş  cəm iy­
yətinin  liberal-demokratik  dəyərlərinə  və  ideallarına  əsaslanmış 
olsa da, -  m üəyyən edilməsində dövlətin ali rolunu şübhə altma ala 
bilməz v ə almamalıdır.
Qlobal  miqyasda  demokratiya  milli  mənafelərə  zidd  olan  yeni 
“oyun  qaydaları”nm  qəbul  edilməsi  məqsədi  ilə  bu  və  ya  digər 
dövlətin,  yaxud  beynəlxalq  təşkilatın  monosentrik  təzyiqini  deyil, 
baxışların  və  ideyaların  polisentrikliyini  nəzərdə  tutur.  Regionun 
xüsusiyyətləri  v ə  xalqın mentaliteti  barədə  lazımi  biliklər  olmadı­
ğına görə,  beynəlxalq təşkilatların transformasiya  cəmiyyətlərində 
apardıqları siyasət,  onların istər siyasi,  istərsə də iqtisadi xarakterli 
tələm -tələsik verdikləri m əsləhətlər və  imperativ (məcburi) tövsi­
yələr çox vaxt fəlakətli nəticələrə gətirib çıxarır.  N əticədə cəm iy­
yətdə  sosiom ədəni  köklər  yox  olur  ki,  bu  da  ölkənin  liberal- 
demokratik  transformasiyası  prosesində  böhranlı  dəyişikliklərə  və 
onun  siyasi  inkişafının  hibridləşməsinə  səbəb  olur.  B elə  bir  siyasi 
ehkamı  daim  yadda  saxlamaq  lazımdır:  xarakterindən  və  hansı  sa­
həyə  aidiyyətindən  asılı  olmayaraq,  istənilən  tövsiyələr  hakimiy­
yətin  əsaslarını  sarsıtmamalı,  cəm iyyəti  dramatik  sınaqlara  məruz 
qoymamalıdır.
Bununla əlaqədar qeyd etmək  lazımdır ki, kənar aktorların (xa­
rici  dövlətlərin  v ə  ya  beynəlxalq  strukturların  nümayəndələri  nə­
zərdə  tutulur)  təsiri  nəticəsində  transformasiya  cəmiyyətlərində 
korporativ  qruplar  formalaşır  ki,  onların  da  məqsədi  bu  aktorların 
mənafelərini  “lobbiləşdirməkdir”.  B elə  qrupların  təsiri  öz  fəaliy­
yətində  məlum  dərəcədə  m üxtəlif dövlətlərin  mənafelərini  ifadə 
edən və  bu zaman milli  təhlükəsizlik mənafelərinə  tam etinasızlıq 
göstərən  siyasi təşkilatlara yayılır.
Həmin aktorların dəstəyinə arxalanan belə təşkilatlar bəzən öz­
ləri  də dərk etmədən, Azərbaycanda dövlətin müstəqilliyinin əsas­
larının  sarsıdılmasına və  separatçılıq  fəaliyyətinə yönəldilmişdir.
354
Müasir beynəlxalq münasibətlərin şəffaflığı v ə  ümumdünya in­
teqrasiya proseslərinin  genişləndiyi  şəraitdə m illi  siyasi  məkan si­
yasi  həyatımıza bu cür təsirin elementlərindən  sığortalanmamışdır. 
Davakar  radikal  qüvvələrin  prezident  seçkilərinə  reaksiyası  olan 
2003-cü  ilin  15-16  oktyabr  hadisələri  sübut  etdi  ki,  ölkədə  belə 
qruplar fəaliyyət göstərir v ə onlar çox vaxt diplomatik nümayəndə­
liklərin və beynəlxalq təşkilatların qəyyumluğu altındadır.  Demok­
ratik  yolla  seçilən  hakimiyyət  bu  qüvvələrin  dağıdıcı  fəaliyyətini 
zərərsizləşdirməyə borcludur. Bizdə formalaşan milli siyasi məkan 
dövlətin mənafelərini nəzərə  alaraq v ə  siyasi  elitanın “yeni  təfək­
kürü”  əsasında  bu  cür “lobbiçilik  fəaliyyəti”nin həyata keçirilmə­
sinə  istiqamətlənmiş  qrup  v ə  təşkilatları  tədricən  sıxışdırıb  siyasi 
autsayderlərə  çevirməlidir.
B eləlik lə,  hakim iyyətin  əsas  təsisatı  kimi  Azərbaycanda 
1998-ci və 2003-cü illərdə keçirilən prezident seçkiləri m üxalif si­
yasi  partiyaların  sosial  bazasının  z ə if v ə   taktiki  fəaliyyətinin  səhv 
olduğunu  göstərdi.  Seçkilər  bu  partiyalara  rəhbərlik  prinsiplərini 
dəyişdirməyin,  liderlərin  qeyri-real  iddialardan  əl  çəkməsinin  və 
onları  əsil  milli  mənafelər  məcrasına  istiqamətləndirməyin  vaxtı 
çatmış  zərurət olduğunu nümayiş etdirdi.
Ölkə  prezidentliyinə  namizədlərin  seçkiqabağı  marafonun  lap 
əvvəlindən bəyan etdikləri prioritetlər onların əsasən şəxsi  iddiala­
rının  ödənilm əsinə yönəldilmiş  siyasi praktikasına zidd idi.
2003-cü  ilin  prezident  seçkilərindən  sonra  ölkədə  siyasi  para- 
diqma  artıq  yeni  reallıqlar  şəraitində  yaranmağa  başladı.  Lakin 
Azərbaycanda  hakimiyyətin  mahiyyəti  dəyişm əz  qalmışdır,  onun 
əsasında Prezident Heydər Əliyevin başladığı siyasi və iqtisadi xət­
tin  davam  etdirilməsi  durur.
Radikal  müxalifətə gəldikdə isə,  seçkilər onu  tamamilə  etibar­
dan saldı, hakimiyyətə gəlm əyə olan bütün ümidlərini puç etdi, indi 
o, öz varlığının mürəkkəb bir dövrünə qədəm  qoymuşdur ki, burada 
da  başlıca vəzifə  özünü  siyasi  subyekt kimi  saxlamaqdır.  Radikal­
ların böhranı o  dərəcədə dərindir ki, onlar nəinki möhkəm müxalif 
ittifaq v ə ya blok formalaşdırmaqda, həm də daxili ziddiyyətləri və
_____________
Vfəsil.  Hakimiyyət və müxalifət:  inkişaf naminə rəqabət
355


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə