Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün tələbləri



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə90/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   86   87   88   89   90   91   92   93   ...   115

Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün tələbləri
rin meydana  gəlm əsi  ilə   əvəzlənir.  B elə  vəziyyət partiyaları  mər­
kəzə  doğru getdikcə daha çox yönəldəcəkdir.  Mərkəzdəki boşluğu 
h ələ doldurmaq lazım gələcəkdir. İqtidar partiyası olan Yeni A zər­
baycan Partiyası  özünün  siyasi və  iqtisadi proqramları ilə m ərkəzə, 
yəni,  m üxtəlif  mövqelərin  yaxınlaşması  v ə   qarşılıqlı  anlaşması 
nöqtəsinə başqalarına nisbətən daha yaxındır.
M ərkəzçilik baxışların qarşılıqlı sintezidir v ə cəm iyyətin ümdə 
problemlərinin həlli üçün onlardan səm ərəli istifadə edilməsini n ə­
zərdə  tutur.  Əks  halda,  mərkəz  yoxdur,  onun  fokuslarından  ancaq 
biri var. M ərkəzin başlıca üstünlüklərindən biri qeyri-radikal siyasi 
manevr üçün  çox  geniş  meydanın  olmasıdır.  Ona  görə  də  mərkəz 
real, praktik əsaslarda yaradılmalıdır.  Onların bazasında hakimiyyət 
iyerarxiyasında yerdəyişm ə və ya  artıq mövcud hakimiyyətin  əldə 
saxlanılması m əqsəd yox, yalnız vasitədir.
M ərkəzçilik  fə lsə fə si  radikal  niyyətlərdən  uzaqdır.  M ər­
kəzçilik ehkamçı ola bilməz. O, son dərəcə geniş, hərtərəfli v ə eyni 
zamanda  konkretləşdirilmiş  məkan  formalaşdırır  ki,  bu  məkan  da 
iki  bazisə  əsaslanır:  (1)  -   ümumi  problemlərin  üzə  çıxarılması; 
(2) -   onların  həlli  yollarının  tapılması.  Mərkəzçiliyin  məharəti 
m əhz adi siyasi şüurun “ağrılı nöqtələr”ini təsbit etməkdə v ə onla­
rın  həlli  üçün  praktik  əsaslar  verməkdədir.  Təbii  ki,  cəmiyyətin 
problemlərini zor gücünə həll etmək olmaz. Ona görə də bunu başa 
düşmək son dərəcə vacibdir ki, cəmiyyətin siyasi, iqtisadi və sosio- 
m ədəni  problemlərinin  miqyası  və  energetikası  bəzən  elə  böyük 
olur ki, mərkəz meydana gəlm əyə sadəcə borcludur.  Əks halda, if­
las  baş  verəcəkdir:  baxışlardan  biri  digərinə  qalib  gələcək  və  əks 
mövqenin narahatlığı  gerçəkliyə çevriləcəkdir.  Mərkəzin isə məq­
sədi  sintezin  zəruriliyindədir,  çünki  əks halda  sosial  qütbləşmə və 
parçalanma qaçılmazdır.
Demokratik cəm iyyətdə monosentrik baxışlara və ideyalara yer 
yoxdur.  Plüralizm,  ideya və rəylərin rəqabəti dövlət və cəmiyyətin 
mükəmməl  inkişafının  əsasıdır.  Dem əli,  mərkəzçilik  məkanının 
saxta  deyil,  m əhz real  olan problemləri  əhatə  etməsi prinsipial  su­
rətdə vacibdir.  Saxtalıq v ə ya qeyri-saxtalıq dərəcəsi isə cəm iyyə­
360
tin “ağrılı  nöqtə”sinin  siyasi  vəziyyəti,  bu vəziyyətin aktual və  ta­
rixi dönəmlərini nə qədər geniş əhatə etm əsi ilə müəyyənləşdirilir.
Əslində,  mərkəzçilik  hakimiyyətdə  tradisionalizmdir.  İqtidar 
partiyası  m əhz həm in fəlsəfəni rəhbər tutur.  Protopartiyalar adlan­
dırıla  bilən  digər  partiyalar  isə  h ələ  tam  formalaşmayıblar.  Onlar 
ifrat radikal mövqelərdədir.  Ona görə  də  öz  sosial bazasını  narazı­
ların  və  işsizlərin  hesabına  gücləndirm əyə,  xaricdən  siyasi  dəstək 
və maddi  yardım  almağa ümid bəsləyirlər.
Bir sözlə, Azərbaycanda çoxpartiyalı  sistem əvvəlk i proporsio­
nal  sistemdən majoritar sistemə  transformasiya  şəraitində  təşəkkül 
tapacaqdır.  C əm iyyətə  hansı  siyasi  qüvvələrin  daha  çox  gərəklili- 
yini  v ə  sivilizasiyalı  rəqabət  mübarizəsi  şəraitində  daha  çox  həyat 
qabiliyyətli  olduğunu məhz çoxpartiyalı  sistem  göstərəcəkdir.
Siyasət son dərəcə mürəkkəb  prosesdir v ə çox vaxt  çirkin  tex­
nologiyalarla və  sərt  rəqabətlə  bağlı  olur.  Siyasi  fəaliyyətə  başla­
yan adam  öz g ələcək  taleyinin bu “p eşə”  tərəfindən “bəxş olunan” 
bir çox kəşm əkəşlərini dərk etm əli və irəlicədən görməlidir.  Siya­
sət bəhsləşm ə, rəqabət, ideyaların və layihələrin,  iki dixotomiyanın 
-  sağ,  optimal və sol, radikal,  inqilabi dixotomiyalarm mübarizəsini 
nəzərdə  tutur.  Sosial  konstruksiyaya  m əhz  bu bilavasitə  təsir g ö s­
tərir.  Postmodemitidə  cəmiyyətin v ə dövlətin inkişafına,  iqtisadiy­
yatın  m odernləşdirilm əsinə  v ə   sosiom ədəni  transformasiyaya 
yönəldilmiş qaynar, əyani mühit də burada, bu sosial kosmosda for­
malaşır. Hətta “rəqabətin “kor” olmasına əsaslanaraq, ona qarşı eti­
raz  edildikdə  d ə”.  Onu  da  xatırlatmaq  lazımdır  ki,  qədim  insanlar 
ədalət mühakiməsi  ilahəsini  gözləri  sarınmış  şəkildə  təsvir edirdi­
lər:  bu,  onun qərəzsiz  və ədalətli  olduğuna  işarə  idi.  Rəqabət əda- 
lətliliklə  bəlkə  də  bir  qədər  oxşarlıdır,  amma  onların  bir  ümumi 
m əziyyəti  var:  rəqabət də,  ədalətlilik də “şəxsiyyətə baxmır” 180.
Tamamilə  doğrudur:  siyasi  rəqabət  şəxsləri  görmür.  O,  ancaq 
real,  praqmatik  v ə  səmərəli  hərəkətləri  v ə  planları,  demokratik 
Azərbaycanın g ələcək  inkişafı, -  biz bu inkişafın inandırıcı kontur­
larını  artıq  indi görürük, -  barədə  öz versiyalarını  tək lif edən  siya­
sətçiləri  görür.
_____________
Vfəsil.  Hakimiyyət və müxalifət:  inkişaf naminə rəqabət
361


V FƏSİL
DEMOKRATİYA 
DÖVLƏT VƏ  CƏMİYYƏTİN 
İNKİŞAFININ PRİORİTETİ  KİMİ
Sivilizasiyaların  texnokratik inkişafı prosesində  insanın müasir 
dünyagörüşü  daim  təkmilləşir.  Texnoloji  nailiyyətlər  insana  xeyli 
uğurlar  vəd   edir  v ə  bunlardan  başlıcası  şəxsi  azadlığın  dəyərinin 
dərk edilm əsi  şəraitində yeninin başa düşülməsidir.  H ələ orta əsr­
lərdə  bir  ço x   filosoflar  insanın  öz  azadlığı  və  hüquqlarını  dərk 
etməsinin  vacibliyi  v ə  zəruriliyi  barədə  ideyalar  irəli  sürür,  trak­
tatlar yazır v ə  öz konseptual baxışlarını əsaslandırırdılar.  Lakin  in­
sanın  tam  mənada  azadlığı  tək cə  qanunun  v ə  hüquq  qaydalarının 
deyil,  həm   də  iqtisadi  müstəqilliyin hökm  sürdüyü  cəm iyyətlərdə 
mümkün  olur.  A forizm ə  çevrilm iş  “İqtisadi  m üstəqilliksiz, 
üm um iyyətlə  müstəqillik  yoxdur”  ifadəsi  bu  fikri  daha  aydın  əks 
etdirir.
Azərbaycanda  demokratik  dəyərlərin  təşəkkülü  və  siyasi  ori­
yentirlərin  formalaşması  prosesi  elə  bir m ərhələyə  daxil  olmuşdur 
ki,  indi hər bir kəsin hüquq və  azadlıqlarının təmin edildiyi, vətən­
daş  m ədəniyyətinin  formalaşdığı,  demokratik  quruluşun  demokra­
tiya təsisatları kimi mühüm atributlarının yaradıldığı,  siyasi dözüm­
lülüyə,  şəxsiyyətlərarası  etimada,  siyasi  iştiraka,  çoxvariantlı  fərdi 
səmərəlilik  hissinə  və  s.  nail  olunduğu  cəm iyyət  quruculuğunun 
prinsiplərinə  kor-koranə  əm əl  etm əklə kifayətlənmək  olmaz.  H ə­
qiqi mənada demokratiya qurulmasında cəm iyyətin necə və haraya 
getdiyi  barədə  aydın təsəvvürün olması  tələb  edilir.
Postkommunist  transformasiya prosesində  yaranmış  yeni  siyasi 
təsisatlar v ə bizim cəmiyyətimizin siyasi dəyərləri və kütləvi siyasi 
istiqamətləri arasında olan əlaqə müstəqil dövlətçilik inkişaf etdik­
cə çox dəyişikliyə məruz qalacaq v ə keyfiyyətcə təkmilləşəcəkdir.
363


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə