Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Son  vaxtlar  demokratiyanın  həyat  qabiliyyətliliyinin  dördüncü



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə92/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   88   89   90   91   92   93   94   95   ...   115

Son  vaxtlar  demokratiyanın  həyat  qabiliyyətliliyinin  dördüncü 
amilini -  təsirli  v ə  səm ərəli  dövlətin mövcud olmasım  da getdikcə 
daha  tez-tez  əsaslandırılar.  Lakin  bu  da məlumdur ki,  posttotalitar 
v ə postavtoritar cəm iyyətlərin əksəriyyəti, -  o cümlədən postsovet 
məkanında,- uzun müddət dövlət idarəçiliyi və nəzarətinin səmərəli 
sistemini yarada bilməmişlər. Postsovet məkanında bu sxem ə uyğun 
gələn  və  deyilənləri təsdiq edən xeyli  sayda misal çəkmək olar.
Postsovet respublikalarından  çoxu aparılan  islahatların  uğurunu 
təmin  etmək  üçün  h ələ  də  məqbul  sistemlər  axtarmaqdadır.  Həm 
də  belə  bir  məqamı  vurğulamaq  olduqca  vacibdir  ki,  sabit  sosial- 
iqtisadi sistemə malik ölkələrdə demokratiyanın nisbətən həyat qa­
biliyyətli  olması  barədə  ötən  illərin  tezisi  indi,  yeni  dünya  nizamı 
şəraitində işləmir.  Son illərin təcrübəsi göstərmişdir ki, demokrati­
yaya  keçid  daha  endogen  xarakter  daşıyır v ə   əsasən  başlıca  siyasi 
aktorların m üəyyən qərarlarının və seçdikləri taktika və strategiya­
ların nəticəsidir.
Müasir  dünya  nizamında  səyləri  dünya  birliyinin  demokratik 
dəyişiklikləri  probleminin  ön  sırasına  “uğurlu  demokratiya”  ölkə­
lərinin (bu termin altında biz birinci dünya ölkələrini, m əsələn, de­
mokratiyanın  bir neçə  yüzilliklər  ərzində bərqərar olduğu ölkələri
-  A B Ş,  Böyük Britaniya v ə  Fransanı  nəzərdə tuturuq) təkcə bütün 
bəşəriyyət  üçün  vahid  olan  dəyərləri  və  oriyentirləri  vasitəsilə 
deyil,  həm  də  zəm anəm izin  aktual  problemlərinin  həllinə  vahid 
optimal  yanaşmalar  vasitəsilə  sabitlik  və  təhlükəsizliyi  təmin  et­
m ək çıxır.
Geosiyasi  baxımdan  demokratiyanın  ənənəvi  anlamı  regional 
və  beynəlxalq təhlükəsizliklə birlikdə getdikcə daha çox milli təh­
lükəsizliklə  qarışdırılır.  Görünür,  bu  bəziləri,  məsələn,  Avrasiya 
məktəbinin nümayəndələri  üçün  bir növ hegemonluqdur.
Lakin,  zənnim cə,  hərbi  güc  işlədilm ədən  v ə  cəmiyyətə,  döv­
lətə  yeni  bazar  ənənələri,  demokratik  ənənələr  və  oriyentirlər,
-  hansılar ki, tariximizin bütün sovet dövrü ərzində bizdən çox uzaq 
idi, -  gətirən hegemonluq kütləvi  şüuru təzələm əyə,  iqtisadiyyatın 
inkişaf dinamikasını keyfiyyətcə yaxşılaşdırmağa,  siyasəti dövlətin
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün tələbləri
368
və  cəmiyyətin  qarşılıqlı  əlaqəsinin  səm ərəli  mexanizminə  çevir­
məyə  imkan verən yalnız müsbət amil kimi  qiymətləndirilə bilər.
Dövlətin  və  cəmiyyətin  Qərb  nümunəsini  və  üslubunu  kor- 
koranə  təqlid etm əyə  cəhd göstərməsi,  beynəlxalq  iqtisadi-maliy­
yə  strukturlarının  belə  taktika  v ə   strategiyanı  diktə  etməsi,  ölkəni 
beynəlxalq  münasibətlərin  müstəqil  subyektindən  qərb  iqtisadiy­
yatının hansısa əlavəsinə  çevirməsi  isə  tamamilə  başqa məsələdir. 
Belə vəziyyətə yol verilməm əsi üçün hər bir ölkənin  öz milli  iqti­
sadiyyatını  və  siyasi  strategiyasını  yaratması  və  inkişaf etdirməsi 
vacibdir. Bu,  ən azı,  2001-ci  ildə  Argentinadakı hadisəni təkrar et­
məmək  üçün  vacibdir.  Həmin  vaxt  “BVF  büdcə  xərclərinin  azal­
dılması taktikasını -  “böyük durğunluq” dövrünün səhv praktikasını 
tətbiq  etmişdi” 181.
Aşağıda biz bu  m əsələlərin  çoxuna cavab tapmağa çalışacağıq. 
Lakin  digər  ölkələrin  milli  postkommunist  transformasiyasının  və 
demokratiyaya  keçidinin  müqayisəli  təhlili  üçün  çıxış  nöqtəsi  tap­
maqdan  ötrü  əvv əlcə  nəzəriyyə  sahəsinə  qısa  ekskurs  edək.  Bun­
dan əlavə, postkommunist dövründə Azərbaycandakı siyasi  dəyər­
lərin  və  kütləvi  siyasi  meyillərin  dinamikasını  təhlil  etm əyə  cəhd 
göstərəcəyik.  Bu zaman real ictimai-siyasi proseslərlə, ilk növbədə 
yeni  milli  siyasi  təsisatların təşəkkülü,  inkişafı  və  əm əli  fəaliyyəti 
ilə  birbaşa  əlaqədə  cavab  verm əyə  çalışacağıq.  Nəhayət,  izah  et­
məyə çalışacağıq ki,  nə üçün demokratiya ölkələrin bəzilərində tez 
yaranır və formalaşır, digərlərində yavaş sürətlə gedir, daha başqa­
larında  isə  posttotalitar  transformasiya  mühiti  elitasının  avtoritar 
səyləri  ilə  aradan  çıxarılır.  *
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
§ Demokratiya:  eyforiya, yoxsa panaseya
XIX  əsrin  birinci  yarısında  yaşamış  məşhur  fransız  tarixçisi, 
sosioloqu v ə  siyasi  xadimi Aleksis  de Tokvilin182 vaxtından polito- 
logiya  ədəbiyyatında  belə  bir  fikir  dəfələrlə  vurğulanmışdır  ki, 
dövlət  formalarının  inkişafı  bəşər  cəmiyyətini  hökmən  və  qa­
3 69


nunauyğun  surətdə  demokratiyaya  gətirib  çıxaracaqdır.  Sonralar 
Tokvil  kimi  bir  sıra  nüfuzlu  politoloqlar  bu  fikrin  ictimai  şüurda 
möhkəmlənməsinə  kömək  etmişdir.  Onların  bir  çoxunun  fikirləri 
ona  görə  əhəm iyyətli  görünürdü  ki,  bu  fikirlər  heç  də  demokratik 
ideyalar  qarşısında  bəh-bəhlə  baş  əyməkdən  irəli  gəlmirdi.  Onlar 
demokratiyanı ayn-ayrı fərdlərin və ya insan qruplarının köm əyin­
dən,  yaxud  müqavimətindən  asılı  olmayaraq,  dərhal  baş  verəcək 
təbii  v ə  labüd hal kimi təsəvvür edirdilər.  İngiltərə  ictimai  fikri bu 
baxışı Fransadan yayılan “diletant” ümumiləşdirmələrdən biri kimi 
ehtiyatla  sarsıtmağa  cəhd  göstərirdi.  Bununla  belə,  bu  “fransız” 
fikri İngiltərəyə də nüfuz  edərək,  orada özünün möhkəm ardıcılla­
rını tapdı.
Lakin  ümumbəşəri  dəyərlər  sistemində  demokratiyanın  yeri 
barədə mövcud olan son dərəcə m üxtəlif mövqeləri bir ortaq m əx­
rəcə  gətirməyə cəhd göstərəndə,  adamın ağlına istər-istəm əz belə 
bir  əks  fikir gəlir ki,  Tokvilin  irəlicədən  söylədikləri  heç  cür  belə 
ortaq məxrəc ola bilməz.
Ölkələrin  əksəriyyətində  demokratiya  (heç  olmasa,  hətta 
“nisbi”  demokratiya)  həqiqətə  çevrildiyi  vaxtdan  bəri  o,  eyni  za­
manda, amansız tənqid obyektinə çevrilmişdir. Əgər əvvəllər siyasi 
elmin ən xarakterik ümumiləşdirməsi demokratiyanın gələcək tən­
tənəsi barədə  fikir idisə, nə qədər qəribə görünsə  də,  indi bir çox­
ları  gələcəyin  aydın  olmaması,  onun  inkişafı  və  təkmilləşdirilmə- 
sinin mümkün yollan  haqqında danışırlar.
N ə  qədər ki,  demokratiyanı gözləyirdilər, deyirdilər ki, o, hök- 
mən  gələcəkdir.  O  gələndən  sonra  isə  deyirlər  ki,  yox  olub  gedə 
də  bilər.  Ə vvəllər  demokratiyanı  çox  vaxt sosiumun inamlı və  fi­
ravan mövcudluğunu təmin edən ali və  son  ictimai  forma adlandı­
rırdılar.  İndi  isə  aydın şəkildə hiss edirlər ki,  o,  bərabərləşdirilmiş 
həyatın  möhkəm  bazasını  əsla  yaratmadan,  yeni  yollar  axtarmağa 
hər hansı digər formadan daha çox təhrik edir.  Demokratiyanı təc­
rübədə sınamış ölkələrdə artıq ondan qorxmurlar, eyni zamanda, o, 
daha  pərəstiş  obyekti  də  deyildir.  Demokratiyanın  əleyhdarları 
başa  düşürlər  ki,  hər  halda  onun  olduğu  şəraitdə  yaşamaq  müm­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
370
kündür.  Tərəfdarları  isə  razılaşırlar  ki,  demokratiyanı  həddindən 
artıq  idealizə  etmək  lazım  deyil,  çünki  onun  olduqca  çoxlu  çatış­
mazlıqları vardır.
Mahiyyət  etibarilə,  demokratiyanın  müasir  anlamına  lap  çox 
yaxınlaşan yalnız X X  əsrin əvvəlinin siyasi fikri olmuşdur. Lakin o, 
bunu  araşdırıb  gördü  ki,  demokratik  quruluş  aydın  v ə  düz  yola 
deyil,  yolayrıcına  gətirib  çıxarmışdır.  Demokratiya  m əsələlərin 
həlli  olmaq  əvəzinə,  özü  problemə  çevrilmişdi.  Nikbinlər  iddia 
edirdilər ki, həqiqi yol hələ də  itirilməmişdir, bədbinlər isə təşviş­
lə  faciəli anın başlayacağını təsdiqləyirdilər.
Qəribə də olsa, “demokratiya” termini müasir siyasi nəzəriyyə­
nin  ən  mübahisəli  və  qeyri-m üəyyən  anlayışları  sırasına  aiddir. 
Tanınmış  Avstriya  dövlətşünası  Hans  Kelzen  bolşevizmi  tənqid 
edərək deyirdi ki,  X IX -X X  əsrlərdə “demokratiya”  sözü hər yerdə 
hakim  şüar olmuşdur və əgər hər hansı  digər şüar kimi,  o  da aydın 
və qəti məzmununu itiribsə, bu, təəccüblü deyildir. Modanın tələb ­
lərinə  əm əl edərək,  onu bütün mümkün səbəblər barədə və müm­
kün  olan  bütün  məqsədlər  üçün  işlətm əyi  lazım  bilirdilər,  buna 
görə də o,  ən m üxtəlif və çox vaxt da bir-birinə tamamilə zidd olan 
anlayışları  bürüməyə başlamışdı.
Praktik  olaraq  özünü  kommunist partiyası  ilə  eyniləşdirm əyən 
istənilən sosialist deyərdi ki, proletariat diktaturası demokratik baş­
lanğıcların  büsbütün  inkar  edilməsidir.  Kommunist  hərəkatının 
məddahları  isə tamamilə əks fikirdə idilər.  Bir vaxtlar dünyaya ya­
yılmış  “K XDR”,  “Y X D R ”  kimi  adlara “demokratiyanın”  başa  dü­
şülməsində öz səriştəsizliyinin açıq etirafından başqa bir şey demək 
olmaz. “Koreya Xalq Demokratik Respublikası” adını hamının başa 
düşdüyü  dilə  çevirsək,  az  anlaşılan  “Koreya  Xalq  Xalqın  Xalq 
Özünüidarəsi”  kimi  tavtologiya almar.
“Xalq”  və “burjua”  demokratiyalarının olması barədə uydurul­
muş nəzəriyyənin heç bir əsası yoxdur.  B elə gülünc  hallara indi  də 
hər addımda rast gəlm ək  olur,  özü  də  çox  vaxt “demokratiya”  an­
layışına əksərən  tamamilə m üxtəlif məzmun  daxil  edirlər.
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
371


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə