Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Çox  vaxt  eyni  təriflərə  m üxtəlif  məna  daxil  edildiyinə  görə



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə93/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   89   90   91   92   93   94   95   96   ...   115

Çox  vaxt  eyni  təriflərə  m üxtəlif  məna  daxil  edildiyinə  görə, 
sadə bir  suala  cavab  verməyə  çalışaq:  “Demokratiya nədir?”  Şüb­
həsiz ki,  bu mürəkkəb anlayışın “son”,  ideal tərifini verm əyə  iddia 
etməyərək, problemə  öz baxışımızı bildirməyə çalışacağıq.
Antik mütəfəkkirlər, Platon və Aristotel kimi nəhənglər bu sua­
la  cavab  verəndə,  ilk  növbədə,  demokratiyanı  idarəetmə  forması 
kimi  nəzərdə  tuturdular.  Onlar  bu  formanı  bir  nəfərin,  az  bir  qis­
min,  yaxud bütün  xalqın  idarə  etməsindən  asılı  olaraq  fərqləndirir 
və üç  əsas -  monarxiya,  aristokratiya v ə demokratiya haqqında da­
nışırdılar.
Həm   Platon,  həm   də  Aristotel  idarəetmənin  hər  bir  formasını 
ictimai həyatın məlum forması  ilə,  ictimai inkişafın bəzi  şərtləri ilə 
əlaqələndirirdilər.  İnkişaf v ə  siyasi  formaların  dəyişm əsi  m əsə ləsi 
barədə onların hər ikisinin müəyyən empirik materialı vardı v ə  ikisi 
də  görürdü  ki,  əgər  dövlətdə  onu  saxlayan  hansısa  daxili  qüvvə 
vardırsa,  heç bir  fəlakətə  baxmayaraq,  onun  formaları  dəyişir.  Qa­
nun yol ilə getməsindən və ya bundan  kənara çıxmasından,  ümumi 
rifahı,  yoxsa  hakimiyyətdə  olanların  şəxsi  mənafelərini  nəzərdə 
tutmasından  asılı  olaraq, bu formalardan hər biri yaxşı və ya pis ola 
bilər.  Ancaq bu formaların hamısı  mütəhərrik və  dəyişkəndir.  On­
lardan heç biri  sonuncu  və  ideal  şəkildə  möhkəm  deyildir.  Bu  fikir 
həm  də demokratiyaya aid  idi.
Platonun  təfsirində  demokratiyanın  dəyişkənliyi  çıxılmaz  dai­
rəyə  çevrilir:  bir  tərəfdən,  bu,  idarəetmələrin  ən  yaxşısıdır,  hamı 
azad  olur,  hər  kəs  öz  həyatını  istədiyi  kimi  qurmaq  imkanı  əldə 
edir.  Lakin  digər  tərəfdən,  guya  “insanların  həyatında  möhkəm 
plan v ə  qayda olmadığına görə”,  burada hər şey pozulur.
Demokratiyanın  dəyişkənliyi  v ə  mütəhərrikliyini  Aristotel  də 
vurğulayır.  Onun  fikrincə  sadə,  təbiətə  yaxın  şəkildə  həyat  sürən 
xalqlarda demokratiya daha möhkəmdir.  O hesab edir ki,  demokra­
tiyanın  digər  növləri  dəyişikliklərə  məruz  qalmışdır.  Özü  də  o, 
xalqın  hökmranlığı  adı  altında  bir  dəstə  demaqoqun  idarə  etdiyi, 
möhkəm  qanunların  deyil,  daim  dəyişən  göstərişlərin  olduğu  və 
m əhkəmə  sisteminin  həqiqi  ədalət  mühakiməsinin  təhqirinə  çev-
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
________
372
VIfəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
rildiyi  halı  ən  pis  hal  sayır.  Avropa  humanizmi  yunan  təriflərinin 
“sadəliyinə”  xeyli  “mürəkkəbliklər”  daxil  etmişdir.  Qədim  dünya 
yalnız birbaşa demokratiyanı -  ümumi xalq yığıncağı vasitəsilə xal­
qın,  azad  vətəndaşların  dövləti  idarə  etməsini  tanıyırdı.  Burada 
“demokratiya”  anlayışı  “demokratik  idarəetmə  forması”,  birbaşa 
“xalq  idarəçiliyi”  tərifi ilə üst-üstə  düşürdü.
Jan Jak Russo da bu yunan sözünü işlətmişdir,  amma demokra­
tiyanın  bizim  dövrümüzdə  bərqərar  olmuş  daha  geniş  anlayışının 
nəzəri  əsaslandırılmasını  m əhz  o  yaratmışdır.  Russo  hesab  edirdi 
ki, dövlət hakimiyyətinin m üxtəlif formaları -  demokratik, aristok- 
ratik, monarxiya formaları xalqın üstünlüyü ilə uyğunlaşa bilər.  Bu­
nunla da o,  dövlət  forması kimi, -  ali  hakimiyyət xalqa məxsusdur, 
idarəetmə  formaları  isə  m üxtəlif  ola  bilər,-  demokratiyanın  yeni 
şəkildə  anlaşılmasına yol  açdı.
Russonun  özü hesab  edirdi  ki,  demokratiya yalnız  qanunverici­
liyi  icra  ilə   birləşdirən  birbaşa  “xalq  idarəçiliyi”  şəklində  müm­
kündür.  Xalqın  öz  əlində  yalnız  ali  qanunvericilik  hakimiyyətini 
saxladığı,  icranı  isə  monarxa  və  ya  məhdud  dairədə  şəxslərə  ver­
diyi  dövlət  formalarını  isə  o,  “xalqın  suverenliyi”  baxımından  qa­
nuni  sayır,  lakin bunları  demokratik formalar adlandırmırdı.
Sonralar  demokratiya  anlayışı  hakimiyyətin  qurulmasında  və 
onun  üzərində  nəzarətdə  üstünlüyün  xalqa  mənsub  olduğu  bütün 
dövlət formalarına şamil edildi.  Bu zaman xalqın öz ali hakimiyyə­
tini  həm   birbaşa,  həm  də  nümayəndələri  vasitəsilə  həyata  keçirə 
bilməsi  mümkün  sayılırdı.  Buna  uyğun  olaraq,  demokratiya  ilk 
növbədə  üstünlüyün  xalqın  ümumi  iradəsinə  mənsub  olduğu  döv­
lət  forması  kimi  m üəyyən  edilir.  Bu,  “ağlara  və  qaralara”,  “prole­
tarlara  v ə   burjualara”  bölünmədən,  yəni  cəm  halında  bütün  xalq 
kütləsinin  özünüidarəsidir.  Dem əli,  hər hansı  sinfi  ağalıq,  necə  in­
san olmasından asılı olmayaraq, bir insanın digəri üzərində süni  su­
rətdə  ucaldılması  demokratiya  ideyasına eyni  dərəcədə ziddir.  B e­
ləliklə,  bolşeviklərin  qəbul  etdikləri  sinfi  demokratiya  nəzəriyyəsi 
həm öz-özün ə,  həm  də siyasi  fəlsəfənin bərqərar olmuş prinsiplə­
rinə  zidd  idi.
373


Bu  təriflər  baxımından  hamı,  o  cüm lədən  müasir  n ə z ə riy y ə  
monarxiyalı  Böyük  Britaniyanı  respublikaçı  Fransadan  heç  də  az 
demokratik  hesab  etmir.  Eləcə  də  monarxiya  quruluşu  olan  digər 
ölkələr,  m əsələn,  İsveç,  Norveç,  Danimarka,  Niderland  bəyanna­
mələr  səviyyəsində  demokratik  elan  edilmiş  Afrika  v ə  ya  Latın 
Amerikası  ölkələrindən  müqayisəolunmaz  dərəcədə  demokratik 
ölkələr sayılır.
Bu  mənada  müasir  siyasi  fikir  demokratiya  haqqında  antik 
dövrdəki  təsəvvürlərdən  daha mürəkkəb  təsəvvürə  gəlmişdir.  La­
kin  digər baxımdan  müasir  siyasi  fikir  demokratiyanın  m ahiyyəti­
nin  qədim yunan  anlamını nəinki  təsdiqlədi,  həm   də  m öhkəm lən­
dirdi.  Siyasi  inkişafın  idealı  kimi  hüquqi  dövlət  idealını  ümumi 
ideal  təki  irəli  sürərək,  biz  çox  vaxt  demokratiyaya  belə  dövlətin 
formalarından biri kimi baxırıq.  Ancaq hüquqi dövlət ideyası ilə  sıx 
bağlı  olan  təkcə  hakimiyyətin  əsasları  haqqındakı  təsəvvür  d eyil­
dir.  Vətəndaşların  hüquqları,  onların  azadlıqları  da  ondan  asılıdır. 
Ona  görə  də  demokratiyanın  azad  həyatın  forması  olması  barədə 
antik  tərif hüquqi  dövlətin  mahiyyəti  kimi  demokratiyanın  özünün 
mahiyyəti  ilə üzvi  şəkildə  çulğaşır.
Bu  baxımdan  demokratiya  şəxsiyyətin  v ə  onun  axtarışlarının 
mümkün  qədər tam azadlığı,  rəylərin v ə   sistemlərin yarışı  dem ək­
dir.  Əgər Platon demokratiyanın mahiyyətini  hər bir adamın öz ar­
zularına  uyğun  olaraq  yaşamaq  imkanı  əldə  etməsində  görürdüsə, 
bu  tərif  demokratiyanın  indiki  anlamına  daha  yaxşı  uyğun  gəlir. 
Ona görə də  insanın fərdiliyinin mümkün qədər tam və azad şəkil­
də  özünü  göstərməsi,  yaradıcılığın  istənilən istiqamətləri  və  təza­
hürləri üçün  açıq olması  demokratiya  ideyasına uyğun gəlir.  Prak­
tik  olaraq  demokratiya  əksəriyyətin  hakimiyyəti  demək  olsa  da, 
Franklin Delano Ruzveltin çox dəqiq dediyi kimi,  azadlığa m əhəb­
bətin ən yaxşı  sübutu azlığın qoyulduğu vəziyyətdir.  Hər bir  insa­
nın  öz  mahiyyətini  göstərməsi  üçün  başqaları  ilə  bərabər  imkanı 
olmalıdır”.
Tanınmış  Avstriya hüquqşünası,  normativlik məktəbinin banisi 
və ən böyük nümayəndəsi  Hans Kelzen (1881-1973) münasibətlə­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
________
374
rin  bu  forması üçün uğurlu tərif tapmış,  onu siyasi relyativizm  sis­
temi  adlandırmışdır.  Bu  o  deməkdir  ki,  əgər  siyasi  absolyutivizm 
sistemi  hansısa bir  siyasi  qaydanın,  etiqadlann,  baxışlann m əcm u­
sunun  prinsipial  şəkildə  bütün  digərlərini  inkar  və  qadağan  et­
məsindən ibarət olan qeyri-məhdud hökmranlığıdırsa,  siyasi relya- 
tivizim  sistemi  ictimai  həyatda  heç  bir  mütləq  qayda,  etiqadlar  və 
baxışlar tanımır.  Ondan ötrü bütün  siyasi rəylər və mövqelər nisbi­
dir, hər birinin diqqət göstərilm əyə və hörmət edilm əyə haqqı var­
dır.  Demokratik  ideyanın  ehtimal  etdiyi  dünyabaxışı  m əhz relyati- 
vizmdir.  E lə buna  görə  də  o,  hər bir  əqidəyə  özünü  göstərmək  və 
digər  əqidələrlə  azad  yarışda  özünün  əhəm iyyətini  təsdiq  etmək 
imkanı  yaradır.  Demokratik  ideya  heç  bir  istisna  olmadan,  yalnız 
ünsiyyət  şəraitindən  irəli gələn  məhdudiyyətlər nəzərə  alınmaqla, 
hamı üçün azadlıq olmasını tələb  edir.
Alimlərin bir çoxu demokratiyanı azad idarəetmə (Free govem - 
ment -  ingiliscə “Azad idarəetmə”)  adlandırır.  Bu,  azadlıq  anlayı­
şının dövlətin demokratik forması haqqında təsəvvürlə nə dərəcədə 
sıx uzlaşdığını,  sanki onu  tamamladığını bir daha göstərir.
Lakin  demokratiyanın  bərabərliyə  çalışması  xüsusiyyətini 
xatırlatmasaq, onda demokratik ideyanın ən mühüm əlamətlərindən 
birini  nəzərdən  qaçırmış  olarıq.  D e  Tokvil  yazırdı  ki,  demokratiya 
azadlıqdan  daha  çox  bərabərliyə  səy  göstərir:  “insanlar  azadlıqda 
bərabərlik istəyirlər v ə  əgər bunu ala bilmirlərsə, onlar bunu kölə­
likdə də  istəyirlər” 183.
M ənəvi v ə siyasi baxımdan bərabərlik və azadlıq arasında daha 
çox uyğunluq  vardır.  B iz  insan  üçün  azadlığı  ilk  növbədə  onun  öz 
şəxsiyyətini  tam  şəkildə  və  m aneəsiz  olaraq  gösterə  bilməsindən 
ötrü  tələb  edirik.  Lakin  şəxsiyyət  hər  bir  insanın  ayrılmaz  “atri­
butu” olduğunu görə, biz həm də bütün insanların bərabərliyini  tə­
ləb  edirik.
Demokratiya təkcə azadlığı deyil, həm də bərabərliyi təmin et­
məyi qarşısına m əqsəd qoyur.  Ümumi bərabərliyə nail  olmaq sə y ­
lərində  demokratik ideya özünü heç  də ümumi  azadlığa nail olmaq 
səylərindəkindən  az  göstərmir.  Xalqın  ümumi  iradəsinin  dövlətin
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
375


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə