Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə101/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   97   98   99   100   101   102   103   104   ...   115

Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
Konseptual  vəhdət  strukturların  formal  şəkildə  uyğun  g ə lm ə ­
sindən daha çox onunla təmin edilir ki,  Qərbdəki vətəndaş  c ə m iy ­
yəti  bir  çox  ölkələr  üçün  ümumi  olan  ənənə  və  ya  ictimai  həyat 
sahəsi  kimi,  özünüidarə,  iqtisadi  mübadilə  və  fikir  m übadiləsi 
praktikalarının  tarixi  konfiqurasiyası  kimi  formalaşmışdır.  B u 
ümumi  fonda  son iki  yüz ilin ingilis,  fransız və  alman  siyasi  n ə z ə ­
riyyələri  vətəndaş  cəm iyyəti  ideyasını  işləyib  hazırlamışdır.  Lakin 
həyatın və  təfəkkürün  yeni  formalarının  məhz  sabit  ənənəyə  ç e v ­
rilməsi sayəsində Qərbdə vətəndaş sosiumu haqqında diskussiyalar 
sırf tarixi-fəlsəfi baxımdan maraq doğururdu.
Vətəndaş  cəmiyyəti  ideyalarının  formalaşması  və  bərqərar  o l­
ması  ilə  bağlı  problemlər  1980-ci  illərin  sonlarında  Şərqi  Avropa 
ölkələrində v ə  keçmiş sovet respublikalarında aktuallıq kəsb etm iş­
dir.  Hər  bir  “antitotalitar”  hərəkatları  birləşməyə  çağırış  m üxalif 
siyasi  hərəkətin  və  təfəkkürün  rəmzinə  çevrilmişdi.  Şərqi  A vro­
pada  və  Avrasiyada  Qərb  həyat  tərzinin  analogiyasını  qurmağın 
dünya  təcrübəsinə  müraciət  etmək  üçün  göstərilən  bu  cəhdlərə 
Qərbin m üxtəlif dairələri adekvat reaksiya verirdilər.  Qərb alimləri 
çoxsaylı əsərlər yazırdılar və bunlardan da məqsəd digər səbəblər­
lə yanaşı,  “Şərqi Avropa entuziazmına” nəzəri baza hazırlamaq idi. 
Lakin  Qərb  nümunəli  vətəndaş  cəmiyyəti  qurmaq  cəhdlərinə  ya - 
naşmalardakı  fərqlər,  bəzən  isə  bu  cəhdlərin  başa  düşülməməsi 
arzu edilənlə həmin cəmiyyətin formalaşdırılması üçün zəruri  olan 
real  amillər arasındakı  əlaqəni  getdikcə  daha çox qırırdı.
Azərbaycanda  vətəndaş  cəmiyyəti  qurmaq  problemi  elmi,  ya­
xud  politoloji  kateqoriya  kimi  əslində  indiyədək  öyrənilməmişdir. 
Təbii  ki,  “hakimiyyət  uğrunda  mübarizə”  (siyasi  rəqabət  yox) 
m əqsədi  ilə  müxalifət  partiyaları  və  birliklərinin  bir  çoxu,  habelə 
hüquq  müdafiə  təşkilatları  çox  vaxt  “Azərbaycanda  vətəndaş 
cəm iyyəti  qurulmasının  zəruriliyi”  ideyasından  dəm  vurur,  lakin 
həmin prosesin  mahiyyətinə  əsla  varmırlar.  Özü  də  onlar  bu  kon­
sepsiyanın  m illi  müstəvidə  reallaşdırılmasının  mümkünlüyünü 
nəinki  araşdırmağa  çalışmır,  həm  də  bizim  tariximizin  və  ictimai 
şüurumuzun  xüsusiyyətlərini  tamamilə  inkar  edirlər.  “Vətəndaş
4 0 4
cəm iyyəti”  anlayışının  nəzəri  cəhətdən  əsaslandırılması  və  m əq- 
bulluğu  haqqında  diskussiyalarda  tədqiqat  obyekti  çox  vaxt  onun 
barəsində  hipotetik  mülahizələrlə  əv əz  olunur.  B əzən  bu  mülahi­
zələrin milli sosiumun həqiqi vəziyyətinə dolayısı ilə aidiyyəti olsa 
da,  çox  vaxt bundan tamamilə uzaq olur.
Bundan əlavə,  Azərbaycanda vətəndaş  cəmiyyətinin  formalaş­
masının  xarakteri  və  mahiyyətini  ümumiyyətlə  dəqiq  təsvir etmək 
mürəkkəb işdir. Kateqoriya səciyyəli bu ideya altında tamamilə cə­
fəng və həqiqətə uyğun gəlm əyən ideya və  fikirləri  nəzərdə tutan, 
reallaşdırılan  islahatların  mahiyyətinə  varmayan  milli  müxalifət 
partiyalarının bəzi qrupları vətəndaş cəmiyyətindən mümkün qədər 
qısa  müddətdə  həyata  keçirilməli  olan  proses  kimi  bəhs  edirlər. 
Həm  də  bu  zaman  onların  çoxu  düşünmür  ki,  vətəndaş  cəm iyyəti 
anlayışının özü  xristian (katolik)  mədəniyyətinin  içərisində yaranıb 
və  onu  müsəlman,  pravoslav,  yaxud da,  m əsələn,  konfusiçilik  mü­
hitində tətbiq etməyin özü ciddi xoşagəlməzlik doğura bilər.  Lakin 
problem  təkcə  m üxtəlif sosiomədəni  ənənələrdə deyildir.  “V ətən­
daş cəm iyyəti” ideyasının beşiyi olan Qərbi Avropa ilə müqayisədə 
Asiya  və  Şərqi  Avropa  ölkələrinin  iqtisadi  göstəricilərindəki  ol­
duqca böyük fərq son dərəcə  mühümdür.
Təbii  ki,  postsovet  məkanı  ölkələrinin  keçdikləri  transforma­
siya  proseslərinin  mahiyyətinin  də  xüsusi  əhəmiyyəti  vardır.  Bu 
baxımdan  Azərbaycanda  vətəndaş  cəmiyyətinin  formalaşması  bir 
necə  dialektik  ziddiyyətlə  qarşılaşır.  Birincisi,  öz  mahiyyəti  etiba­
rilə  tradisionalist  olan  Azərbaycan  cəmiyyəti  Qərbi  Avropanın 
“yeni”  dəyərləri  və  ənənələrini  xüsusi  tərzdə  qəbul  edir.  Yəni 
uzun  müddət  totalitar,  inzibati-amirlik  sistemində  yaşamış  cəm iy­
yətdə  bunları  kütləvi  şüura  “yeridərkən”  qərbçi  modemistlərin, 
anti-modemistlərin  və  anti-qərbçi  modemistlərin  maraqlarının 
toqquşması  baş  verir.
Ə vvəlki  fəsillərdə  biz  belə  qarşıdurmanın  ayrı-ayrı  cəhətlərini 
az və ya çox  dərəcədə ətraflı  işıqlandırmağa çalışmışıq.  Burada isə 
Azərbaycan sosiumunda belə toqquşma problemini  daha ətraflı nə­
zərdən  keçirmək  istərdik.  Dediyimiz kimi,  mahiyyəti  etibarilə  tra-
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
405


disionalist  olan  bu  sosium  ümumi  qloballaşma prosesi  nəticəsində 
modernləşir v ə milli məkanda Qərb cəmiyyətinin həyat fəaliyyəti­
nin forma v ə metodlarını yaradır.  Başqa cür bunu milli  sosium şüu­
runun,  fəaliyyətinin v ə   funksiyalarının  vestemləşməsi,  yəni  qərb- 
ləşm əsi  kimi  səciyyələndirmək  olardı.  Ancaq  indiki  baxımdan 
burada Azərbaycanda vətəndaş cəm iyyəti qurmağın konkret forma 
v ə  metodlarından söhbət gedir.
Diqqəti ona da yönəltmək istərdik ki,  siyasi elitada siyasi elmin 
səhv başa düşülən hansısa postulatları ilə bağlı olan və totalitarizm 
dövrünü yaşamış  ölkələrin bir çoxu üçün səciyyəvi  olan bəzi  saxta 
stereotiplər dərin kök salmışdır.  Onlar bəzən kifayət qədər səhih və 
dəqiq ifadə olunmamışdır, lakin konsensusa nail olmaq və vətəndaş 
cəmiyyətinin təşəkkülü yolunda şüurlu surətdə dəfedilməz m aneə­
lər yaradır.  Onlardan bəzilərini  sadalayaq:
-  azadlıq hər bir şəxsiyyətin başlıca məqsədidir;
-  demokratiya səm ərəli iqtisadiyyatın yeganə və şəksiz təm ina­
tıdır;
-   hökumət  xalqın  qayğısına  qalmalı,  həyat  səviyyəsindən  tut­
muş  hüquqların  tapdalanmasına  qədər  hər  şey  üçün  m əsuliyyəti 
boynuna götürməlidir;
-  əgər həlledici vəzifələrə vicdanlı adamlar qoyulsa,  bütün c ə ­
m iyyət korrupsiyanın  aradan  qaldırılmasına  qoşulsa,  korrupsiyanın 
kökünü m üəyyən dərəcədə kəsmək olar;
-   iqtisadiyyatda  liberal  islahatlar və  dövlət nəzarətinin  sərtləş- 
dirilməsi bir-birilə tutmur; və  sair.
Bütün bunlar onu göstərir ki, kütləvi şüur səviyyəsində totalita­
rizm hələ  də  qalmaqdadır.
Problemə  tarixi  baxımdan  yanaşsaq  deyə  bilərik  ki,  Azərbay­
canda  vətəndaş  cəm iyyəti  quruculuğu  prosesi  dinamik  və  daimi 
amil kimi yalnız bir neçə il əvvəl, daha doğrusu ötən əsrin 90-cı il­
lərinin axırlarında reallığa çevrilmişdir.  Belə keçidin başlıca şərtləri 
iqtisadiyyat,  siyasət  sahələrində  v ə  məhkəmə-hüquq  sistemində 
reallaşdırılan  islahatlar olmuşdur.  Bu  islahatlar kütləvi  şüurun  təd­
ricən v ə keyfiyyətcə dəyişm əsinə əhəm iyyətli dərəcədə təsir gös­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
4 06
tərmişdir.  Qeyd edək ki,  ötən illərin kütləvi şüurunda üstünlük təş­
kil  edən amillər sabitliyin bərqərar olması və ölkənin iqtisadi  inki­
şafının  başlanması  idisə,  problemlər  həll  edildikdən  sonra  sosiu- 
mun  təfəkkürünün  oriyentirləri  yaşayışın  keyfiyyətinin  v ə  rifahın 
yaxşılaşdırılması  tələblərinə  doğru  dəyişmişdir.  Bu,  Azərbaycanın 
tranzit cəmiyyətindən postranzit sosiumuna keçdiyini parlaq şəkil­
də  sübut edir.
Ola  bilsin  ki,  keçidin  belə  şərhi  bəziləri  üçün  yenilik  kimi  gö­
rünər.  Lakin  tarixi  gerçəklik  göstərir ki,  istənilən cəm iyyət hər bir 
keçiddən sonra müəyyən aralıq tarixi dövr yaşayır və bunu da post- 
transformasiya və ya posttranzitar dövrdən savayı  başqa cür səciy­
yələndirmək  olmaz.  Bu  dövrdə  sosium  postindustrial  cəm iyyətə 
keçid üçün əsas ehkamları v ə  prioritet m əsələləri işləyib hazırlayır.
Öz mahiyyəti  etibarilə  industrial  cəmiyyət  olan  (sovet  dövrün­
dəki  nailiyyətlər  və  son  islahatlar,  o  cümlədən  neft  sahəsindəki 
uğurlar  baxımından)  Azərbaycan  mədəni,  siyasi  və  iqtisadi  tərkib 
hissələrinə  malik  postindustrial  cəmiyyətin  başlanğıc  mərhələsinə 
keçir.  Məhz bu cür keçidlə əlaqədar ölkəmizdə vətəndaş cəm iyyə­
tinin təşəkkülü baş  verir.
Bu  baxımdan  bizim  şəraitdə  “vətəndaş  cəm iyyəti”  tərifinin 
mahiyyətini  heç  olmasa,  elmi  və  siyasi  elita  səviyyəsində  izah  et­
mək  lazımdır.  Hələlik  bu  termin  bizdən  ötrü  tam  əm əli  xarakter 
deyil,  bir qədər nəzəri  marağını  saxlamaqdadır.  Yuxarıda  deyildiyi 
kimi,  bunun  səbəbi  həm  dərin  sosial  proseslərdə  (dövlətin  uzun 
müddət cəm iyyət üzərində hökmranlığı), həm də indiki  mərhələdə 
vətəndaş  cəm iyyəti  təsisatlarının  müstəqil  surətdə  mövcudluğu 
imkanlarının olmamasındadır.
Təbii  ki,  aşağıdakı  m əsələni  bir  daha  aydınlaşdırmaq  lazımdır 
ki,  “vətəndaş  cəm iyyəti”  termini  bütün  ölkələr üçün  nə  dərəcədə 
universaldır.  Şübhəsiz,  həm  də  aydın  dərk  etmək  lazımdır  ki,  və­
təndaş cəmiyyətinin əslində bütün təsisatları  güclü dövlət  sayəsin­
də mövcud olur.
Hazırda  ölkədə  ictimai  təşkilatlar güclü  şəkildə  siyasiləşmişdir 
və  onların  fəaliyyət vektoru  həmvətənlərin problemlərinin  həllinə
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi
4 0 7


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə