Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


ratiyalarda  artmaqda  olan  demokratiya  qıtlığının  hiss  e d ilm ə si



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə98/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   94   95   96   97   98   99   100   101   ...   115

ratiyalarda  artmaqda  olan  demokratiya  qıtlığının  hiss  e d ilm ə si 
demokratiyanın inkişafının aşkar problemidir. Formal siyasi təsisa t­
larda  əhalinin  iştirak  səviyyəsi  azalmaqda  davam  etdikcə,  siyasi 
baxımdan  fəal  vətəndaşların  diqqəti  dövlətin  nəzarətindən  kənar 
m əsələlərə getdikcə daha çox səmtlənir v ə  kollektiv siyasətin ə n ə ­
nəvi təsisatlanndan kənara istiqamətlənir.
Demokratiyanın tələbləri  onun institusional strukturları v ə  pro­
sedurlarından  irəli  gəlir  və  geniş  sosial-iqtisadi  v ə   siyasi  prob­
lemlər  ətrafında  fırlanır.  Birincisi,  qloballaşma  dəyişm əkdə  olan 
iqtisadi və demoqrafik amillərə dövlətin reaksiya verm əsini m ü əy ­
yən mənada məhdudlaşdırır.  İkincisi, m üxtəlif ümumavropa orqan­
larının konsolidasiya olunmuş fəaliyyəti  əsas əqidələr,  qaydalar v ə 
təsisatlar  ətrafında  birləşmək  üçün  şərait  yaradır,  eyni  zamanda 
yerli,  milli v ə regional  fərqləri, eyniliyi qorumağa çalışır.
Proseslərin bu cür  inkişafında müasir demokratiyanın aşağıdakı 
müddəaları  əhatə edən əsas prinsiplərini  müəyyənləşdirm ək zəru­
rəti  yaranır:  hakimiyyət  bölgüsü,  nümayəndəlilik,  şəffaflıq  v ə  he­
sabat  verilməsi,  yerli  demokratiya  və  yuxarı  orqanlar  qarşısında 
hesabat,  habelə vətəndaş cəmiyyətinin mövcudluğu.
Parlament  şəklində  seçkili  orqanlar  demokratiyanın  əsas  insti­
tusional  strukturudur.  Nəzərdə  tutulur  ki,  parlament  cəm iyyətin 
sosial-siyasi v ə iqtisadi maraqlarının bütün spektrini özündə əks et­
dirən strukturdur.
Eyni  zamanda,  seçkili hakimiyyət orqanlarının nümayəndəliliyi 
səm ərəli  demokratik siyasətin bünövrəsini  formalaşdıran  çoxparti­
yalı  sistemlə  təmin  olunur.  Bu  baxımdan  siyasi partiyaların maliy­
yələşdirilm əsi  böyük  əhəm iyyət  kəsb  edir  və  bu  maliyyələşdirmə 
milli  qanunvericilik v ə  inkişaf etmiş demokratik dövlətlərin təcrü­
bəsi  əsasında həll edilməlidir.
Hakimiyyət  orqanlarının  səm ərəli  fəaliyyəti  onlann  şəffaflığı 
v ə hesabat verməsi  sayəsində təmin olunur.  İstər seçkili nümayən­
dələr olsun,  istərsə  də  dövlət qulluqçuları -  hakimiyyət  orqanları­
nın  demokratik  cəm iyyətlərdə  davranışın  işlənib  hazırlanmış 
müəyyən etik standartlarına əm əl etmələri zəruridir. Demokratiya­
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün  tələbləri
________
392
nın mahiyyətinə yad olan hallarla mübarizə üçün qanunvericilik və 
praktiki  xarakterli  tədbirlərin  geniş  dairəsi  yaradılır.  Hakim  parti­
yaya,  yaxud  müxalifət  partiyasına  mənsubluğundan  asılı  olmaya­
raq,  siyasi xadimlər həmin standartlara əm əl etməlidirlər.
Yerli özünüidarə orqanlarının yuxarı dövlət hakimiyyəti  orqan­
ları  qarşısında  hesabat  verməsi  təkcə  ümummilli  v ə  yerli  siyasəti 
razılaşdırmaq  vasitəsi  deyil,  həm  də  nümayəndəli  orqanların  fəa­
liyyətinin  səmərəliliyinin  artırılması  proseslərinin  katalizatoru  ro­
lunu oynayır.
Eyni zamanda,  demokratiyanın  inkişafında,  o  cüm lədən sosial- 
iqtisadi  m əsələlərin  həllində  vətəndaş  cəm iyyətinin  böyük  rolu 
vardır. Bu baxımdan gənclər, qadınlar, pensiyaçılar və digər ictimai 
qrupların  fəaliyyətinin  genişləndirilməsinin  də  əhəm iyyəti  az 
deyildir.
N əzərə  almaq  lazımdır  ki,  demokratik  prinsiplər  tədricən, 
müəyyən problemlərə və hadisələrə cavab olaraq formalaşır.  Müx­
təlif sosial-siyasi  və  milli  şəraitlərdə  bu prinsiplər  demokratik  tə­
sisatların  yaradılmasında  çox  vaxt  bir-birilə  rəqabət  aparır.  Buna 
baxmayaraq,  onlar demokratiyanın əsasını təşkil  edir.
Demokratiyanın  sonrakı  inkişafını  m üəyyən  etmək  üçün  onun 
ayrı-ayrı dövlətlərin xüsusiyyətindən irəli gələn çətinliklərini, ha­
kimiyyətin  qollarının  ayrı-ayrı  institusional  formalarda  m üəyyən 
olunmuş  qarşılıqlı münasibətlərini nəzərə almaq lazımdır.  Demok­
ratik  sistemin  yaradılmasına  demokratiyanın  “ideal”  modelinin 
olması mövqeyindən yanaşmaq olmaz.  Demokratik dəyərləri  müx­
təlif siyasi  və mədəni  şəraitlərə  uyğunlaşdırıla bilən  cürbəcür ins­
titusional  formaların  kombinasiyası  vasitəsilə  həyata  keçirmək 
lazımdır.  Demokratiya cəmiyyətin siyasi təşkilinin sükunət forması 
deyil,  o,  hər bir  xalqın  yaşadığı  şəraitə  uyğun  olaraq  daim  inkişaf 
edən prosesdir.
Dərk  etmək  son  dərəcə  vacibdir  ki,  daimi  texnoloji  sıçrayışlar 
dövründə bir addım belə geri  getmək mümkün deyildir.  Təminatlı, 
millətin və dövlətin inkişafını təmin edən, hətta ən kiçik ləngiməni 
də tam  istisna edən  daimi tərəqqi  lazımdır.
VI fəsil. Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
393


B elə şəraitdə yeni posttranzitar dəyərlərin və oriyentirlərin for­
maları, xüsusiyyətləri və xarakteristikaları  nədə görünür?
Cavab  mürəkkəb,  lakin  təbiidir:  tranzitin  əsası  ictimai  şüurun 
formaları v ə  xarakterinin dəyişm əsində, onun təkm illəşm əsində və 
dövlətlə  cəm iyyət  arasında  yeni  münasibətlərə  yönəldilm əsində, 
cəm iyyətdə  fərdin  rolunda  v ə  onun  vətəndaş  mövqeyində,  yeni 
“vətəndaş  m ədəniyyəti”nin  yaradılmasmdadır.  Bütün  bunlar  cə­
m iyyət  v ə   dövlətin  sabit  inkişafının  bünövrəsini  qoyur,  vətəndaş 
sosiumunun  formalaşmasını  sürətləndirir.  Şübhəsiz  ki,  bu  proses 
olduqca mürəkkəb  v ə  qeyri-adidir.
Bəşəriyyətin bütün tarixi  ərzində istənilən cəm iyyətdə v ə döv­
lətdə  transformasiyalar  mürəkkəb  elitadaxili  və  cəmiyyətdaxili 
münaqişələr,  yerdəyişm ələr  v ə  ziddiyyətlərlə  müşayiət  olunmuş­
dur.  Onlar  siyasi  vəziyyətin  mürəkkəbliyi,  iqtisadi  durğunluq  və 
sosial marginallaşma ilə fərqlənmişdir.  Lakin müəyyən tarixi müd­
dət  keçdikdən  sonra  transformasiya  cəmiyyətlərinin  əksəriyyəti 
keçid  dövründən  postkeçid  dövrünə  daxil  olmağa  başlamışdır. 
M əhz  bu  məqam  özünün  postmodemist  dəyərləri  və  ənənələrinin 
formalaşdırılmasmdakı  geriliyi  aradan  qaldırmalı  olan  sosiumda 
postmodernizm  dəyərlərinin  təşəkkülünün  başlanmasını  şərtləndi­
rir.  Eyni  zamanda  cəm iyyətdə  partiya  sisteminin  institusionallaş- 
ması  baş  verir  ki,  bu  da  vətəndaş  cəm iyyəti  quruculuğunun  əsas 
amillərindən  biridir.  Təəssüflər olsun ki,  hazırda vətəndaş  cəm iy­
yətinin  m ahiyyətinin  başa  düşülməsinin  özü  sosiumda  heç  də 
həm işə düzgün təfsir edilmir.  Siyasətçilərin və hüquq müdafiəçilə­
rinin  bir  çoxu  vətəndaş  cəmiyyətinin  xarakteri  barədə  özlərinin 
subyektiv  baxışları  çərçivəsindən  kənara  çıxmayaraq,  son  dərəcə 
mühüm olan bu politoloji anlayışı təhrif edirlər. Ona görə də vətən­
daş  cəm iyyətinin  mahiyyəti  m əsələsinə  diqqəti  bir  qədər  cəlb 
etmək,  eyni  zamanda Azərbaycan  sosiumunun vətəndaş cəmiyyə­
tinin  formalaşmasına  nə  dərəcədə  hazırlığını  və  hansı  qüvvələrin 
bu prosesi  ləngidən  əsas  amillər  olduğunu  daha müfəssəl  araşdır­
maq istərdik.
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
3 9 4
VI fəsil. Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi 
§ Vətəndaş cəmiyyəti nəzəriyyəsi
Vətəndaş  cəmiyyəti  və  hüquqi dövlət politologiyanın qoşa ka­
teqoriyalarıdır. Vətəndaş cəm iyyəti olmadan hüquqi dövlət də yox­
dur,  çünki hüquqi dövlət vətəndaş cəm iyyətinin mənafelərini  ifadə 
və  təcəssüm etdirməli, yaxud da  fransız politoloqu M işel Düverje- 
nin dediyi kimi,  vətəndaş  cəm iyyətinin “gecə gözətçisi”  olmalıdır.
“Vətəndaş  cəm iyyəti”  anlayışı  politologiyanın  ən  geniş  yayıl­
mış kateqoriyalarından biridir.  Bu anlayış Aristotelə,  Ş.L.Montesk- 
yöyə, N.Makiavelliyə, C.Lokka, T.Hobbsa, İ.Kanta,  G.V.F.Hegelə, 
N.A.Berdyayevə məxsusdur.  Bu böyük zəkalar həmin kateqoriyanı 
ətraflı araşdırmış və ya “vətəndaş cəm iyyəti -  cəm iyyət”  antitezin- 
də  onu  xatırlatmış,  bizi  təkidlə  belə  bir  fikrə  yaxınlaşdırmışlar  ki, 
vətəndaş cəm iyyəti dövlətdənkənar, hər şeydə ona m üxalif olan və 
qarşı  duran bir şeydir.
H ələ Aristotel yazırdı ki, dövlət təbii məhsuldur,  belə ki,  o, po­
lisin  (şəhər-dövlətin),  cəm iyyətin  mənafelərini  əks  etdirir,  çünki 
siyasi  canlı  kimi  şəxsiyyətin mahiyyəti  vətəndaş  sosiumu  v ə  döv­
lətlə  qırılmaz  surətdə  bağlıdır.  İnsanın  siyasi  mahiyyətindən  çıxış 
etsək, onun həyat fəaliyyətinin bütün sahələri, o cümlədən m ənəvi, 
ailə-nikah,  iqtisadi  və  s.  sahələri  siyasiləşmişdir.  Yunan  polisində 
yalnız  m əhkəm ədə  və  xalq  yığıncağında,  yəni  cəm iyyətin  siyasi 
həyatında iştirak edənlər vətəndaş  sayılırdılar.
B eləliklə,  Aristotelə görə, vətəndaş cəm iyyəti  siyasi vətəndaş­
ların toplusu, dövlət isə vətəndaşların siyasi ünsiyyətinin tənzim lə­
yicisidir.  Aristotel  vətəndaş  cəmiyyətini  dövlətdən  ayırmır,  onlar 
vəhdətdədir.  O,  siyasi  fiqurların  iki  tipini  fərqləndirir.  Bunlardan 
biri m əşvərətçi v ə  m əhkəmə hakimiyyətlərində,  seçkilərdə v ə v ə ­
zifəli  şəxslərin  hesabatlarının  dinlənilməsində  iştirak  edənlərdir. 
Digərləri  isə  həmin  vəzifələri  tutanlardır.  İkincilərin  mülkiyyəti 
var,  birincilərin  isə  yoxdur,  deməli,  ikincilər  xeyirxahlıqları  ilə 
fərqlənirlər.  Çünki  Aristotelə  görə,  mülkiyyəti  olmayan  insan  xe­
yirxah,  yəni  hərtərəfli vətəndaş ola bilməz.
395


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə