Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Azərbaycan  müxalifəti  İlham  Əliyevin  fəaliyyətini  bir  qədər



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə106/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   102   103   104   105   106   107   108   109   ...   115

Azərbaycan  müxalifəti  İlham  Əliyevin  fəaliyyətini  bir  qədər 
başqa  cür  qiymətləndirir.  Müxalifət  terminləri  və  məfhumları  s o - 
fıstcəsinə, ustalıqla dolaşdıraraq, məhz özünün qəsdən ortaya atdığı 
diskussiyanı siyasi və hüquqi məkandan emosional məkana keçirir. 
Qondarma  varislik  konsepsiyasını  v ə  ya  planını,  “Ə liyevdən  son­
rakı  Azərbaycan problemini”  m əhz  onların  mətbuatı  şişirdib  yay­
mağa başlamışdır. Bu mövzuya toxunmaq etikaya bir qədər sığmasa 
da,  fakt  faktlığmda  qalır:  Heydər  Əliyevin  Azərbaycanda  “haki­
miyyətin genetik şəkildə verilməsi” deyilən ssenarini reallaşdırmaq 
“planlarının  qanunsuzluğu”  haqqında m əsələ  müxalifət  sıralarında 
canfəşanlıqla müzakirə olunmaqda davam edir.
Müxalifət partiyaları  liderlərinin bütün  yazılarında,  çıxışlarında 
hakimiyyətin verilməsinin Azərbaycanın Konstitusiyasında  öz  ək ­
sini  tapmış  demokratik  prinsipləri  tamamilə  inkar  olunur.  Onlar 
cəm iyyətə belə bir fikir təlqin etm əyə cəhd göstərirlər ki,  guya öl­
kədə hakimiyyətin verilməsi  qanunsuz olmuşdur.
Buna təəccüblənm əyə  dəyməz.  Çünki  hazırda  aparılan  siyasə­
tin  təshihinə  v ə   ya  siyasi  xəttin  təzələnm əsinə  dair hansısa  proq­
ramların  gerçəkləşdirilməsi  onların  məqsədlərinə  daxil  deyildir. 
Onlar  inkişafın  milli  strategiyasına  m əhəl  qoymayaraq  yeni  siyasi 
sistem  yaratmağa,  dövlət  quruculuğu  prosesinə  başlamağa  cəhd 
göstərirlər.
“Hakimiyyətin  verilməsinin  qanunsuzluğu”  ətrafında  gedən 
bədnam söhbətlər müxalifətin ən güclü şəxsin meydanı  tərk etməsi 
şərti  ilə “hakimiyyət oyununa”  başlamaq arzusunda olduğunu gös­
tərir.
Bu və ya digər dövlət quruluşunun əhalinin əksəriyyəti tərəfin­
dən qəbul olunmasını nəzərdə tutan demokratik dövlətçilik prinsipi 
hamıya  məlumdur.  Həmin  prinsiplərə,  norma  və  qaydalara  məhəl 
qoymayan, konstruktivizm çərçivəsindən kənara çıxan, yaradıcı in­
kişafın,  milli  mənafelərin  və  tərəqqinin  əleyhinə  gedən  partiyalar 
müxalifət  partiyaları  adlandırıla  bilməz.  Onlar  “antixalq”  olmasa 
da,  “antisistem”  partiyalarıdır.  Ancaq  təəssüf ki,  Azerbaycanın  si­
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma  dövrünün  tələbləri
_______
424
yasi  məkanında müxalifətin  bir  çox  liderləri  özlərini  v ə  partiyala­
rını “yeganə və tam həqiqətin”  daşıyıcıları hesab  edirlər.
Belə siyasi nihilizmin öz tarixi  kökləri var.  Xatırlayaq ki,  bütün 
1992-ci il ərzində Azərbaycanda faktiki olaraq üç  dəfə hakimiyyə­
tin qanunsuz verilməsi hadisəsi olmuşdur: Mütəllibovun getməsi və 
qayıtması,  Y.M əmmədovun  dövründəki  hakimiyyətsizlik  şəraiti, 
“cəbhəçilərin”  hakimiyyəti  silahlı  yolla  ələ  keçirməsi.  Xalq  Cəb­
həsinin  hakimiyyətə  gəlm əsi  tankların  və  zirehli  transportyorların 
köməyi  ilə həyata keçirilmiş  nə  isə  bir  “inqilab”  idi.  Hakimiyyətə 
zorakılıqla  gəlm ək  praktikasına  yalnız  Heydər  Ə liyevin  siyasi 
iradəsi  son  qoydu  və  parlamentin,  habelə  digər  hakimiyyət  struk­
turlarının  fəaliyyətini  sırf  qanuni  məcraya  yönəltdi.  1994-cü  ilin 
oktyabrında  və  1995-ci  ilin  martında  baş  vermiş  dövlət  çevrilişi 
cəhdləri Azərbaycanda “fasiləsiz rejimlər” ənənəsinin yaranmasını 
istəyənlərin  hamısının  artıq  can  üstə  olduğunu  nümayiş  etdirdi. 
Prezident Heydər Əliyevin tarixi xidməti isə bundan  ibarətdir ki, o, 
Azərbaycanın  siyasi  m ədəniyyətinə  tamamilə  yeni  m eyillər  gətir­
di.  Özünün konkret fəaliyyəti  ilə böhranlı şəraitdə siyasi konsensu­
sun mümkünlüyünü nümayiş etdirdi v ə  dövlətin birləşdirici  funksi­
yasım gücləndirdi.
“Hakimiyyətin  legitim liyi”  anlayışını  diqqətlə  araşdırdıqda 
görmək  olar  ki,  müasir  politologiyada  bu  anlayış  üç  səviyyəyə 
-  ideoloji,  struktur və  fərdiyyət səviyyələrinə  bölünür.
Bir qayda olaraq, ideoloji  səviyyə hakimiyyətin konkret adamın 
təşəkkülü  və  təkamülü  prosesinə  uyğun  gəlm əsinə  əsaslanır.  Bu 
halda həmin cəm iyyətin  üzvü kimi konkret adamın  təşəkkülü,  həm 
də  onun  sistemə  necə  inteqrasiya etm əsi  nəzərdə  tutulur.  Legitim­
liyin məhz belə ideoloji  səviyyəsi mövqeyindən nəzər salsaq görə­
rik ki,  ölkə  əhalisinin  əksəriyyəti  Prezident  İlham  Ə liyevi  millətin 
qanuni  lideri  kimi  qəbul  edir.  Onun  nitqləri  və  çıxışları,  bəyan  et­
diyi  şüarlar  Azərbaycan  cəm iyyətinin  mentalitetinə,  arzu  v ə  ehti­
yaclarına  uyğundur.  Ədalət  haqqında  hər  bir postsovet  məkanında 
şüurlara hakim kəsilən təsəvvür onun fəaliyyətində öz əksini  tapır,
VIfəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
425


Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
vətəndaşların  ayn-ayn  qrupları  barəsində  konkret  humanitar  təd ­
birlərə çevrilir.
Legitimliyin  ideoloji  səviyyəsi  çox vaxt  bir  sıra xarici  am illər­
dən  birbaşa  asılı  olur.  Öz  dövlətinin  nüfuzunun  artmasına  böyük 
maraq  göstərən azərbaycanlılar ölkəmizin neft strategiyasının  ger- 
çəkləşdirilməsində  İlham  Əliyevin  rolunu  son  dərəcə  həssaslıqla 
qarşılayır,  iri neft şirkətlərinin rəhbərləri v ə bu ölkələrin rəsmi nü­
mayəndələri  ilə  apardığı  uğurlu  danışıqları,  nümayəndə  heyətim i­
zin Avropa Şurasında v ə olimpiya yığma komandamızın beynəlxalq 
miqyasda uğurlarını  yüksək  qiymətləndirirlər.  Şübhəsiz ki,  kom p­
leks  şəkildə  götürdükdə  bütün bunlar İlham Əliyevin ideoloji  legi­
timliyinin  səviyyəsini yüksəldir.
Əgər struktur legitimliyindən danışsaq görərik ki, Azərbaycan­
da hakimiyyət  sistemlərinin  formalaşmasının  artıq Konstitusiya ilə  
m üəyyən  edilmiş  qaydası  var.  Bu  qayda  kifayət  qədər  adi  hal  al­
mışdır  və  siyasi  sistem  qanuni  seçilmə  mexanizmini  prezidentliyə 
hər bir namizədə,  eləcə  də  İlham Ə liyevə  şamil etmək üçün  dəqiq 
mexanizmlərə malikdir.  Lider kimi  İlham  Əliyevin fərdiləşdirilmiş 
şəxsi  legitimliyinə  gəldikdə  isə,  əlbəttə ki,  ona etibar edirlər,  rəğ­
bət bəsləyirlər,  xarizması  çoxlarında  ona qarşı  xeyirxah münasibət 
doğurur.
Hakimiyyətin  ideoloji  və  struktur  legitimliyi  həm işə  onun  s ə ­
mərəliliyi  və  sabitliyindən  bilavasitə  asılı  olmuşdur  ki,  bunlar  da 
elitanın  intellektual  potensialı  və  fəallığı,  konstruktiv  müxalifətin 
v ə  “əks-elita”nın  olması  ilə  irəlicədən  müəyyənləşdirilir.  Bizim 
uğurumuzun  səviyyəsi  ictimai  hərəkatların  bütün  müsbət  am illə­
rindən cəmiyyətin rifahı naminə nə dərəcədə istifadə edə biləcəyi­
mizdən asılı olacaqdır.  Amma nəzərə almalıyıq ki, aparılan siyasə­
tin  müsbət  cəhətlərini  başa  düşməyin  və  təsdiq  etməyin  böyük 
əhəmiyyəti  vardır.
Vaxtilə Bencamin Konstant hakimiyyətin əbədi prinsipləri sıra­
sına daxil  olmuş bir prinsip irəli  sürmüşdü.  O yazırdı ki, Yer üzün­
də  heç  bir  qeyri-məhdud  hakimiyyət  -   nə  xalq  hakimiyyəti,  nə 
özünü onun  nümayəndələri  adlandıranlann  hakimiyyəti, nə də qa­
4 2 6
nunun  hakimiyyəti  olmamalıdır,  qanun  da  onu  verən hakimiyyətin 
özü kimi  eyni  hüdudlar daxilində  olmalıdır.  Prezident Heydər Əli­
yev özünün siyasi fəaliyyətində bu prinsipə dönmədən əm əl etmiş­
dir.  Buna  sübut  kimi  belə  bir  fakt  gətirmək  kifayətdir:  post  sovet 
məkanında az-az parlament tapılar ki,  o,  seçildiyi  qanuni  müddətin 
sonunadək fəaliyyət göstərmiş olsun.  Hərçənd, m əhz Azərbaycan­
da  1993-1995-ci illərdə Milli M əclisi də, içərisindən çıxdıqları Ali 
Soveti  də dərhal  buraxmağı  v ə yeni parlament  seçkiləri  keçirilmə­
sini təklif edənlər öz hərəkətlərini  M illi  M əclisin qeyri-legitimliyi 
ilə  əsaslandırırdılar.  Bəlkə  hər  hansı  başqa  bir  siyasətçi  belə  də 
edərdi.  Amma Heydər Əliyev yox.  Onda qanuna hörmət ənənələrə 
şəksiz hörmətlə və cəmiyyətin sabitliyini poza biləcək addımlardan 
uzaq olmaq istəyi  ilə vəhdət təşkil  edirdi.
Ola bilsin ki,  yeni  reallıqların mahiyyətini  tam  şəkildə  dərk et­
mək  totalitar  cəmiyyətin  yetirmələri  üçün  bəzən  çətindir.  Məhz 
buna  görə  də  biz  cəmiyyətimizdə  hadisələrin  demokratik  axarını 
idarəetmənin  indiyədək  adi  olan  sxemləri  və  qaydaları  məcrasına 
yönəltmək  cəhdləri  ilə  qarşılaşırıq.  Lakin Azərbaycan  siyasətçilə­
rinin  gənc  nəsli  artıq yeni  şəraitdə  formalaşaraq  həm  ümumbəşəri, 
universal,  həm  də  milli  dəyərləri  əsas  tutur.  Gənc  siyasətçilərin 
azadlıq  və  demokratiyanın  cəm iyyətin  inkişafı  üçün  əhəmiyyətini 
dərk etməsindən ötrü on üç il kifayət qədər müddətdir.  Ona görə də 
təəccüblü  deyil  ki,  sabitləşmiş  baxışlara və  həyat  təcrübəsinə  ma­
lik  siyasətçilərin  yaşlı  nəslinin  yerinə  tamamilə  yeni  tipli  gənc  si­
yasi  elita gəlir.  Təbii  təkamül  prosesi  baş  verir.  İnamla demək  olar 
ki,  indi  hakimiyyət  pillələri  ilə  qalxan  gənc  siyasətçilər  həm  cə­
m iyyətin sıx birləşdirilməsi vəzifələrini, həm də onun strateji  inki­
şaf problemlərini  həll  etm əyə  qadirdirlər.
O  ki  qaldı  “varis”  və  ya  hakimiyyətin  varisliyi  probleminə, 
Azərbaycan üçün bir çox cəhətdən yaxşı  nümunə ola biləcək ölkə­
nin  təcrübəsinə  nəzər salaq.
Hakimiyyətin  varisliyi  barədə  mülahizələr təkcə  siyasi  reallıq­
larla deyil, tarixi analogiya və paralellərlə de şərtlənmişdir.  Öz ma­
hiyyəti  etibarilə  tarix  analogiyalardan,  təkrarlardan  və  tarixi  para­
VI fəsil.  Demokratiya  dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
4 27


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə