Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


etmək  hüququna,  cinayətkarlığı  yatırmaq  və  dövləti  xarici  təh­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə105/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   101   102   103   104   105   106   107   108   ...   115

etmək  hüququna,  cinayətkarlığı  yatırmaq  və  dövləti  xarici  təh­
lükədən  qorumaq  hüququna  yalnız  dövlətlər  malikdir.  Marqaret 
Tetçer haqlı  olaraq deyir:  “Dövlət cəm iyyətdən fərqlənir;  son n ə ­
ticədə dövlət insanların nökəridir,  ağası yox; onun qorxu təlqin et­
m ək  qabiliyyəti  azalmır.  Bunların  hamısı  tam  həqiqətdir.  Lakin 
hər halda bizim dövlətə ehtiyacımız var və ona həm işə ehtiyac du­
yacağıq” 193.
Bu problem bizim ölkəmiz üçün də özünün böyük əhəm iyyətini 
v ə  aktuallığını  saxlayır.  Müstəqil,  güclü və  demokratik dövlət  ide­
yası  hazırda  dövlətin  daxili  və  xarici  siyasətinin  əsas  ideya-hərə- 
kətverici  qüvvəsidir  v ə   şübhəsiz  ki,  Azərbaycan  xalqına  tərəqqi 
gətirəcəkdir.
Azərbaycan  sivilizasiyanın  ən  qədim  ocaqlarından  biri,  zəngin 
tarixi və m ədəniyyəti olan ölkədir.  H ələ  eramızdan əvvəl  1 -ci mi­
nillikdə burada ilk siyasi qurumlar meydana gəlmiş,  eramızdan əv ­
vəl  IX əsrdə  isə  yüksək  iqtisadi  və mədəni  səviyyəyə malik Man­
na  padşahlığının  simasında  Azərbaycan  dövlətçiliyi  yaranmışdır. 
Sonralar,  antik dövrdə Azərbaycanda Atropatena və Albaniya,  orta 
əsrlərdə  isə  Şirvanşahlar,  Eldəgizlər,  Qaraqoyunlu,  Ağqoyunlu, 
Səfəvilər  dövlətləri  meydana  gəlmişdir.  Lakin  əsrlər  ərzində, 
böyük dövlətlərin hücumları, xüsusilə İran,  Türkiyə və Rusiya ara­
sında  gedən  müharibələr nəticəsində  Azərbaycan öz  dövlətçiliyini 
dəfələrlə  itirmişdir.
Tarixə  bu  qısa  ekskursdan  məqsədimiz  erməni  təbliğatının 
təsiri  altına düşərək, Azərbaycan ərazisində dövlətin X X  əsrin əv­
vəlində,  Rusiyada  oktyabr  çevrilişindən  sonra  yarandığını  iddia 
edənlərə əsil həqiqəti xatırlatmaqdır.
Bugünkü  Azərbaycan  8  milyondan  çox  əhalisi  olan  kiçik  ölkə, 
müstəqil dövlətdir,  qloballaşan dünya şəraitində öz müstəqilliyinin 
qorunub  saxlanması  və  dönməzliyinə  yönəldilmiş  siyasət  yeridir. 
Ona  görə  də  xalqın  öz  tarixi  nailiyyətini  belə  əziz  tutmasında  və 
bəzi beynəlxalq təşkilatların siyasi v ə  iqtisadi  xarakterli tövsiyələ­
rinə barışmaz,  ağrılı münasibətində, bu tövsiyələrdə müstəqil milli 
dövlətçiliyə təhlükə görməsində təəccüblü heç nə yoxdur.
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
4 2 0
Azərbaycan suveren, müstəqil dövlətdir.  Ancaq İlham Əliyevin 
dediyi  kimi:  “Dünyada  hamı  bir-birindən  asılıdır,  xüsusən  də  əra- 
zicə  kiçik  ölkələr.  Bu  ölkələr  reallığı  nəzərə  almalıdır,  bunsuz 
mümkün  deyildir.  Dünya  birliyinə  m əhəl  qoymamaq  siyasəti  heç 
vaxt  xeyir  verməz.  Bəli,  biz  reallıqları  əlbəttə  nəzərə  almalıyıq, 
amma öz taleyimizi  özümüz müəyyənləşdiririk” 194.  İlham Əliyevin 
bu  sözlərində  başlıca  fikir  odur  ki,  biz  “öz  taleyimizi  özümüz 
müəyyənləşdiririk”.  Bunsuz  “müstəqil  dövlət”  anlayışı  bütün  m ə­
nasını  itirir.
Azərbaycanı bəlkə hələ də on il əvvəlki, hər yanda anarxiya və 
hərc-m ərcliyin  hökm  sürdüyü  vəziyyətə  qaytarmaq  istəyənlərin 
səsi 2003-cü il oktyabrın  16-dək eşidilirdi və elə indinin özündə də 
eşidilir.
Sosial  psixologiyada yaxşı  məlum  olan bir effekt  var,  peşəkar­
lar  bunu  “məqsədin  dəyişdirilməsi”  adlandırırlar.  M əqsəd  tama­
m ilə  aydın  ifadə  edilmiş  və  qoyulmuşdu:  2003-cü  ilin  prezident 
seçkilərini demokratik prinsiplərin təntənəsinə çevirmək.  Lakin bir 
sıra  müxalifət  partiyaları  bu  məqsədi  başqası  ilə  dəyişdirmək  və 
siyasi  meydana yeni  “fenomen”  çıxarmağı  çox  istəyirdi.
“M əqsədin  dəyişdirilməsi”nə  dair  belə  hərəkətlərin  bir  qismi 
“Heydər  Əliyevdən  sonrakı”  dövrdə  İlham  Əliyevin  roluna  aid 
çoxsaylı  yazıların  dərc  edilməsində  özünü  göstərmişdir.  Özü  də 
həm  hakim  dairələrin,  həm  də  müxalifətin  nümayəndələri  bu  m ə­
sələni  eyni  dərəcədə fəallıqla müzakirə edirdilər.  Lakin  siyasi  dai­
rələr  m əhz bu  problemi  gündəliyə  çıxarmaqla  m üxtəlif məqsədlər 
güdürdülər.
İlham Əliyevin ünvanına bu cür siyasi ritorikaların  səbəbləri  az 
deyildir.  Yeni Azərbaycan Partiyası 2000-ci  ilin parlament seçkilə­
rində bəyan etmişdi ki, onun sədri ilə yanaşı, olduqca böyük poten­
siala,  siyasi  iradəyə  və  xarizmaya  malik  cavan,  seçki  siyahısına 
başçılıq  etm əyə  qadir  lideri  də  var.  Seçkilər göstərdi  ki,  partiyanın 
seçkiqabağı  kampaniyası  İlham Əliyevin  fəal  iştirakı  ilə keçmişdir. 
M əhz bu amil nümayiş etdirdi ki,  siyasi həyatda m üxtəlif maraqlar­
VIfəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
421


la  birləşmiş  çoxsaylı  qruplar  İlham  Əliyevin  ətrafında  sıx  birləşə 
bilər və birləşmək istəyirlər.
Seçkiqabağı partiya təşviqatının mövzusu İlham Ə liyevin siyasi 
davranış  tipinə  tabe  edilmişdi.  Onun  fəaliyyətinin  güclü  cəhəti 
m əhz insanları sıx birləşdirməyi, bu enerjini  müəyyən hərəkət for­
malarına yönəltm əyi bacarmasındadır.  İlham Əliyev bu v ə ya digər 
siyasi  hərəkətin  səmərəliliyini  həmin  hərəkətin  m əqsəd  v ə   prin­
siplərinin  m ənim sənilm əsi  dərəcəsi  ilə  qiymətləndirirdi.  Bununla 
yanaşı, o, nümayiş etdirirdi ki, verdiyi vədlərin əm əli işlərdə təc ə s­
sümünü tapmaq dərəcəsi  olduqca yüksəkdir.
Bir  tərəfdən,  siyasi  liderlik  xüsusiyyətləri  nümayiş  etdirilirdi. 
Digər tərəfdən isə, davranış üslubunun özü milli siyasi əks-elitanın 
bir  çox  nümayəndələrinin  stereotiplərindən  o  qədər  uzaq  idi  ki, 
istər-istəm əz ənənə ilə yenilikçiliyin son dərəcə uğurlu sintezi, bu­
nunla bərabər, Azərbaycan mentallığmın bütün incəliklərini bilm ə­
yin istedadlı şəxsiyyətin geniş dünyagörüşü ilə uzlaşması haqqında 
fikir  doğurdu.  Beləliklə,  biz  həm  sosial-iqtisadi  inkişaf,  həm  də 
qlobal  strateji  planlaşdırma  problemlərini  eyni  dərəcədə  adekvat 
qavramağa və  həll  etm əyə  qadir olan  şəxsiyyəti görürdük.
İlham  Əliyevin həyat yoluna nəzər salarkən  demək lazımdır ki, 
onun  siyasi,  iqtisadi  və  mənəvi  baxışlarının  formalaşmasına  təsir 
göstərən  heç  də  təkcə  ailə  tərbiyəsi  olmamışdır.  Görünür,  bunda 
onun  şəxsi  keyfiyyətləri,  intellekti,  ümumi  mədəniyyəti,  təvazö­
karlığı,  şüurlu  həyatı  boyu  topladığı  bütün  qiymətli  və  müsbət  nə 
varsa,  hamısını  faydalı  şəkildə sintezləşdirmək bacarığı mühüm rol 
oynamışdır.  Təsadüfi  deyil ki,  Heydər Əliyevdən savayı,  başqa heç 
bir siyasətçinin qısa müddət ərzində İlham Əliyevin nail olduğu qə­
dər  belə  geniş,  kütləvi  sosial  bazası  yoxdur.  Onun  sosial  bazası 
hansısa  coğrafi,  milli  və  yaş  sərhədi  ilə  məhdudlaşmır.  O,  bütün 
yaşlardan  v ə  ölkənin  bütün  bölgələrindən  olan  nümayəndələri  öz 
ətrafında birləşdirən nadir bir siyasətçidir.
SSRİ-nin  nüfuzlu  və  ən  yaxşı  ali  məktəblərindən  birində 
-   Moskva  Beynəlxalq  Münasibətlər  İnstitutunda  aldığı  təhsil,  na­
mizədlik dissertasiyası  müdafiə  etməsi,  elə həmin institutda müəl­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
4 22
limlik fəaliyyəti, neft  sektorunda iş, partiya fəaliyyəti,  M illi  Olim­
piya Komitəsinə  və Avropa  Şurasındakı  nümayəndəliyə  rəhbərlik, 
m üxtəlif beynəlxalq forumlarda iştirak və s. İlham Əliyevin sanbal­
lı  siyasi  aktivini  təşkil  etmişdir.  M illi  Olimpiya  Komitəsində  işlə­
diyi dövrdə özünün təşkilatçılıq bacarığı, beynəlxalq strukturlarla iş 
təcrübəsi  sayəsində  İlham  Ə liyev Azərbaycan idmanında  olimpiya 
çempionlarının meydana gəlm əsinə  nail  olmuşdur.
Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assamble- 
yasındakı (AŞPA) nümayəndə heyətinin, -  buraya həm Yeni Azər­
baycan Partiyasını təmsil edən və bitərəf deputatlar, həm də müxa­
lifətdən  olan  deputatlar  daxildirlər,  -   fəaliyyəti  göstərdi  ki,  İlham 
Əliyev ümummilli  maraqların  təmin  edilməsi  naminə  qısa  müddət 
ərzində  onların  hamısını  sıx  birləşdirə  və  mühüm  uğurlar  qazana 
bilmişdir. Burada m əsələ heç də Azərbaycanın parlament qrupunun 
fəallığında deyildir.  Həm  də  ondadır ki, milli  xarici  siyasət  faydalı 
ideoloji konturlar almağa başlamışdır.  İlham Ə liyev bu sahədə Pre­
zident  Heydər  Əliyevin  işləyib  hazırladığı  milli  xarici  siyasət  xət­
tini  davam  etdirdi  və  beynəlxalq  səhnədə  Azərbaycanın  maraqla­
rını  fəal  surətdə  irəlilətmək üçün bütün qüvvələri  səfərbər etdi.  O, 
təcrübədə  sübut  etdi  ki,  realizm və praqmatizm bünövrəsi  1993-cü 
ildə  qoyulmuş milli  xarici  siyasətin  əsas prinsipləridir.
Dağlıq  Qarabağ  ərazisinin  narkotiklərin  istehsalı  v ə  yayılması, 
terrorçuların bazalarının yerləşdirilməsi və nüvə tullantılarının bas­
dırılması  üçün  istifadə  olunduğu  barədə  problemi  AŞPA -da  ilk 
dəfə  məhz  İlham  Əliyev qaldırmışdır.  Beləliklə,  bəzən  “ikili  stan­
dartlar” prinsipini rəhbər tutan dünya ictimaiyyətinin və beynəlxalq 
strukturların  diqqəti  Dağlıq  Qarabağın  və  onun  ətrafındakı  yeddi 
rayonun  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  işğal  olunması 
m əsələsinə yenidən cəlb edildi.  Ə vvəllər Heydər Əliyevin,  indi  isə 
İlham Əliyevin sayəsində dünya Ermənistan ilə Azərbaycan arasın­
da  münaqişə  haqqında  həqiqətdən  xəbər  tutdu,  Dağlıq  Qarabağ 
problemi  ətrafında  informasiya  blokadası  yarıldı.  İlham  Əliyevin 
yorulmaz  fəaliyyəti  nəticəsində  AŞPA  Ermənistanı  təcavüzkar 
kimi  tanımağa məcbur oldu.
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi
423


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə