Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


deyil, bundan kənara yönəldilmişdir, onlar ya dövlətə işləyir, yaxud



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə102/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   98   99   100   101   102   103   104   105   ...   115

deyil, bundan kənara yönəldilmişdir, onlar ya dövlətə işləyir, yaxud 
da  onun  əleyhinə  fəaliyyət  göstərirlər.  T əəssüf ki,  milli  siyasi  v ə  
ictimai  təşkilatların  çoxu  vətəndaşların  rifahına  nail  olmaq  kimi 
m əqsədə  çatmağa  çalışmaqda  dövlətin  real  tərəfdaşlarına  çevril­
mədilər.  Bunun  səbəblərindən biri  odur ki,  Azərbaycanda  özlərini 
müxalifət qanadına aid edən siyasətçilərin çoxu özlərini elə aparır­
lar ki, sanki dövlətdə öz düşmənlərini görür v ə hesab edirlər ki, hö­
kumətlə  birgə  konstruktiv  fəaliyyətdən  söhbət  belə  gedə  bilm əz. 
Bunu yalnız “bizimlə olmayanlar bizim əleyhimizədir”  kimi  siyasi 
düşüncə  çərçivəsində  izah  etmək  mümkündür.  Ancaq  onu  da  vur- 
ğulamaq lazımdır ki,  “hakimiyyət naminə hakimiyyətə can atmaq” 
bir  sıra  siyasi  qüvvələri  vətəndaş  cəmiyyətinin  formalaşmasının 
yaradıcı prosesindən kənarda qoyur.
Lakin  buna  baxmayaraq,  son  illərdə  Azərbaycanda  yetkin  v ə ­
təndaş  cəmiyyətinin təşəkkülü üçün  şərait yaranmışdır.  Bu  şəraitə 
aşağıdakıları  aid etmək olar:
-   siyasi  mədəniyyətin  (vətəndaş  mədəniyyətinin)  təkm illəş­
m əsi və ya vətəndaşların xüsusi mülkiyyətə  sahib olması;
-  vətəndaş cəmiyyətinin fəaliyyət göstərməsinin ayrılmaz atri­
butu kimi  insan hüquqlarının müdafiəsi  səviyyəsinin artması;
-   yeni  orta  sinfin  (menecerlər,  idarəedicilər,  yüksək  ixtisaslı 
mütəxəssislər, yeni şəraitə uyğunlaşmış zehni əmək işçiləri) yaran­
ması.  O,  artıq ictimai  strukturdakı  vəziyyətinə görə qeyri-siyasi  və 
kommersiya fəallığına daha meyillidir.
Bundan  əlavə,  bir  çox  xüsusi  istiqamətlər  də  var  ki,  vətəndaş 
cəm iyyəti  təsisatlarının  burada  işləm əsi  tələb  olunur.  Bu  sahələrə 
xeyriyyəçilik,  təhsil,  yeni  texnologiyalar,  kütləvi  informasiya  va­
sitələri,  m ədəniyyət,  “humanitar  əməliyyatların”  bütün  spektri 
aiddir.
Nəhayət,  belə  bir  cəhət  xüsusilə  mühümdür  ki,  vətəndaş  c ə ­
miyyətinin  mövcud  olan  Qərb  nümunəsi  bilavasitə  müsbət  təsir 
göstərir,  ölkəmizdə  bu  cür  proseslərə  təkan  verir.  M əsələn,  sər­
hədlərin  açılması  Qərb  ölkələrinə  gedən  Azərbaycan  vətəndaşla­
rına aktual problemlərin həllinə vətəndaş cəmiyyəti  strukturlarının
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün tələbləri
408
nə  dərəcədə  cəlb  olunduğunu  görməyə,  özünün rifahı  ilə  Avropa­
nın  həyat  səviyyəsi  arasındakı  fərqi  hiss  etməyə,  Qərb  adamının 
stimullarını  və  davranış  tərzinin  əsaslarını  başa  düşməyə  imkan 
vermişdir.  Beləliklə,  Azərbaycanda  Qərb  modelinə  istiqamətlən­
miş  vətəndaş  cəmiyyətinin  formalaşdırmağın  yolları  və  modelləri 
haqqında ümumi  təsəvvür yaranır.  Bu  yolda Qərbin  səhvlərini  nə­
zərə alaraq, Azərbaycana xas vətəndaş cəmiyyətinin xeyrinə seçim 
etmək  imkanı  meydana çıxır.
Bununla yanaşı,  heç də  az mühüm  olmayan daha bir amili  vur- 
ğulamaq  istərdik.  Vətəndaş  cəmiyyətinin  hüdudları  yoxdur,  ona 
görə  də  özünün təsisatları  vasitəsilə  dövlətin müsbət xarici  siyasət 
xəttinə,  beynəlxalq aləmdə Azərbaycanın iqtisadi, mədəni və digər 
əlaqələrinə kömək etməlidir.
Azərbaycan  dövləti  yalnız  o  vaxt  dünya  birliyinin  tam  dəyərli 
üzvünə  çevriləcək  ki,  cəmiyyətin  fikri  bütün  dünyada  eşidilmiş 
olsun.  Buna görə  də cəmiyyətin  və  dövlətin dirçəldilməsi  müxali­
fət  liderlərinin  etdikləri  kimi,  sosiumdan  və  onun  inkişaf problem­
lərindən  üz  döndərmək  cəhdlərindən,  ölkənin  inkişaf imkanlarını 
“görməməkdən”  deyil,  məhz  vətəndaş  mədəniyyətinin  yüksəldil­
məsindən  başlanmışdır.
B elə  bir faktı  təəssüflə  vurğulamaq  lazım gəlir ki,  siyasi  təşki­
latların çoxu və onların yedəyində gedənlər formalaşmaqda olan si­
yasi  mədəniyyətin çərçivəsinə hələ də  uyuşmurlar.
Vərdiş  etmədikləri  mədəni  siyasi  mübarizənin  çərçivəsindən 
kənara çıxmağa çalışan bu siyasi təşkilatlar dövlətin v ə cəmiyyətin 
inkişaf prosesinin  sabitliyini  pozmağa  cəhd  göstərirlər.  Bunun  da 
səbəbi  təkcə  müxalifətin  Azərbaycanın  vətəndaş  cəm iyyətində  öz 
rolunu  düzgün  başa  düşməməsində  deyil,  həm  də  onun  real  de­
mokratik  təsir  mexanizmlərinin  və  fəaliyyət  strategiyasının  olma- 
masındadır.  Daha  konkret  formalarda  bu,  aşağıdakı  cəhətlərdə  öz 
ifadəsini  tapır.
Müxalifət  düşərgəsindəki  daxili  ziddiyyətlər  dövlət  müstəqil­
liyi  illərində  onun  partiyalarına  kütlələrin  geniş  təbəqələrini  öz 
sıralarına cəlb etm əyə  imkan  vermədi.  Əksinə,  onlar milli  müxali­
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
40 9


fətin funksional fəaliyyətinin mahiyyətini əslində iflic etdilər.  M ü­
xalifətin  fəaliyyətini  təhlil  edərkən  digər  ölkələrdəki  müvafiq 
strukturlarla  müqayisə  aparmaq  çətindir.  Axı  hər bir  m ədəni  döv­
lətdə  müxalifət  mürtəce  qarşıdurma  yolu  tutmur,  öz  fikrini  ifadə 
edir və hər bir mürəkkəb və çətin şəraitdən çıxmaq barədə öz tək­
liflərini  verir.  Müxalifət  hakimiyyətə  nail  olmağa can  atan,  hakim 
elitanın baxışlarından fərqli baxışların bir qrup tərəfdanndan ibarət 
deyildir.  O, həm də cəmiyyətin üzvi hissəsidir və onunla əm əkdaş­
lıq  dövlət  üçün  zəruridir.  Əgər  müxalifət  özünü  dövlətdən  kənar 
hesab edirsə və  inkişafın alternativini cəm iyyət üzvlərinin əksəriy­
yətinin milli tələbatına zidd olan siyasətdə görürsə, onda müxalifət 
qısa  bir tarixi  vaxt  ərzində  siyasi  təşkilatdan  öz həyatından  narazı 
olan adamların kiçik bir  qrupuna çevrilir.  Bu isə artıq psixoloji ka­
teqoriyadır v ə biz tədqiqatımızda onu öyrənməyi qarşımıza məqsəd 
qoymamışıq.
Mitinq  və  qiyamların  daimi  stixiyasına  meyilli  olan  müxalifət 
səylərini inkişaf və tərəqqiyə yönəltmiş cəm iyyətlə yanaşı mövcud 
ola bilməz. Bu, hökmən sosial ziddiyyətlərə və qarşıdurmalara, c ə ­
miyyətin  parçalanmasına,  son  nəticədə  belə  müxalifət  mühitinin 
m əhvinə  v ə  axırda  isə  tamamilə  unudulmasına  səbəb  olur.  Onun 
məkanında hakimiyyətlə deyil, dövlət mənafeləri və ictimai məna­
felərlə mədəni mübarizəyə, dialoqa v ə kompromisə hazır olan yeni 
struktur yaranır.  Müxalifətin avtarkiyalılığı,  onun dövlətin mənafe­
lərindən təcrid edilmiş qapalı “təsərrüfat” yaratması, milli mənafe­
lərə  zidd  olması  və  milli  təhlükəsizliyin  prioritetləri  ilə  uyğun 
gəlm əm əsi  -   keçid  dövrü  cəmiyyətlərinin  təkamülünün  tarixən 
şərtlənmiş meyilləri belədir.
Müxalifətin milli mənafelərə  qarşı  çıxması bir sıra partiyaların, 
o  cümlədən  Müsavat  Partiyasının  fəaliyyətində  özünü  daha  bariz 
şəkildə göstərir.  M əsələn, bu partiya Bakı-Tbilisi-Ceyhan əsas ix­
rac  boru  kəmərinin tikintisinə münasibətdə  öz mövqeyini  dəfələr­
lə  dəyişmiş,  ölkənin  iqtisadi  prioritetlərinə  uyğun olmayan  cəfəng 
ideyalar  təklif etmişdir.  B elə  vəziyyət  Azerbaycan  Xalq  Cəbhəsi 
Partiyası,  Azərbaycan  M illi  İstiqlal  Partiyası, Azərbaycan Demok­
Ramiz Mehdiyev. Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
410
VIfəsil.  Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi
rat  Partiyası  kimi  digər  müxalifət  strukturlarında  da  aydın  şəkildə 
görünür.  N əticədə  bu partiyaların  ölkənin  siyasi  həyatının  ön  səh­
nəsindən tədricən kənarlaşması baş  verir.
Milli müxalifətin əsas problemləri onun dağınıqlığı və prioritet­
lərinin pərakəndəliyi olmuşdur ki,  bu  da onlara hakimiyyət uğrun- 
da iqtidarla rəqabətdə vahid mövqedən çıxış etm əyə  imkan vermir. 
Müxalifətin baxışlarının istər öz düşərgəsi daxilində uyğun gəlm ə­
m əsi, istərsə də, yuxarıda deyildiyi kimi, ölkənin həll edilməmiş bir 
sıra  problemlərinə  münasibətdə  dövlət  maraqlarına  zidd  olması 
göstərir ki,  müxalifət  milli  mənafeləri,  dövlətin  v ə  cəmiyyətin  in­
kişaf strategiyasını  dərindən başa  düşmür.
Demokratik prinsiplərin və hüquqi dövlətin normalarının hakim 
olduğu yerdə,  təbii  ki,  fikir plüralizmi  v ə  dövlətin,  cəm iyyətin  in­
kişaf strategiyası  barədə  müxalifətin öz  baxışlarının olması  zəruri­
dir.  Lakin  fikir  plüralizmi  mücərrəd  anlayış  deyildir.  Onun  aydın 
m üəyyən  olunmuş,  vətəndaşların  hüquqları,  azadlıqları  və  vəzifə­
ləri hesabına formalaşan sərhədləri var.  Bir insanın hüquqları digə­
rinin  hüquqları  başlayan  yerdə  məhdudlaşır.  Vətəndaşın  sabit  və 
təhlükəsiz sosiumda yaşamaq hüququnu heç kim poza bilməz.
Hər  bir  hakimiyyət  öz  hərəkətlərini  təkmilləşdirmək  üçün  sti­
mul  olan  güclü,  demokratik  və  konstruktiv  müxalifətin  olmasını 
istəyir.  O, hakimiyyət strukturunun institusional keyfiyyətini yaxşı­
laşdırmağa  qadir  olan  bir  növ  dövlət  aparatıdır.  Bundan  əlavə, 
demokratik  və  konstruktiv  müxalifət  yaranmaqda  olan  vətəndaş 
cəm iyyəti  ilə  birlikdə  hüquqi  demokratik  dövlətin  ayrılmaz  atri­
butudur.
Ancaq  bir  daha  vurğulamaq  istərdik  ki,  müxalifətin  fəaliyyəti 
yalnız  aşağıdakı  hallarda səm ərəli  olur:  1) milli  m ənafelərə v ə cə­
m iyyətin  öz  vətəndaşlarının  rifahını  yaxşılaşdırmaq  səylərinə 
uyğun  gəldikdə;  2)  iqtidarla  mədəni  münasibətlər  xarakteri  daşı­
dıqda,  bu  isə  cəmiyyətin  siyasi  mədəniyyətinin  səviyyəsini  təcəs­
süm  etdirir;  3)  dövlətin  və  sosiumun  demokratik  inkişafı  üçün  real 
ideyalar  təklif etdikdə  -   bu  müxalifət  arasında  ölkənin  inkişafının 
alternativ strategiyasının olduğunu sübut edir.
411


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə