Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün tələbləri



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə104/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   100   101   102   103   104   105   106   107   ...   115

Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün tələbləri
m əcəlləyə görə məhkumların saxlanma şəraiti yaxşılaşdırılmış, on­
ların hüquqlarının dairəsi  xeyli  genişləndirilmiş, ümumən peniten- 
siar sistemdə  dərin islahatlar aparılması  üçün zəmin yaradılmışdır.
BM T-nin İşgəncələrə qarşı komitəsinin təklif etdiyi tövsiyələ­
rin yerinə yetirilməsinə  dair konkret tədbirlər görülmüşdür.  M əsə­
lən,  Azərbaycan  Respublikasının  1999-cu  ilin  dekabrında  qəbul 
olunmuş yeni Cinayət M əcəlləsinə “İşgəncə vermə” maddəsi (128) 
daxil  edilmişdir v ə  onun  dispozisiyası  İşgəncələrə  qarşı  konvensi­
yanın  1 -ci maddəsinin tələblərinə  cavab verir.
İşgəncələrə  qarşı komitənin tövsiyələrində Azərbaycanın insa­
nın  əsas  hüquqlarına  təminat  verən  hüquqi  normaların  müəyyən 
olunması  sahəsində  gördüyü işlər,  o  cümlədən işgəncələrdən azad 
olunma,  həbs  edilən  şəxslərin  sayının  son  illər  xeyli  azalması, 
həbsxanalarda  saxlanma  şəraitinin  yaxşılaşdırılması  üçün  görülən 
tədbirlər,  milli  və  xarici  dövlət,  qeyri-hökumət  təşkilatları  ilə  sıx 
əməkdaşlığa  səy   göstərilməsi  müsbət  qiymətləndirilmişdir.  Azər­
baycanın M DB  ölkələri  arasında  birincilər  sırasında  ölüm  cəzasını 
ləğv  etməsi  də  məhkəmə-hüquq  sistemindəki  ciddi  dəyişiklikləri 
göstərir.
Azərbaycan Respublikası  insan hüquqları  sahəsində bütün əsas 
beynəlxalq sənədlərə qoşulmuşdur.  Son illər dövlət Amnesty Inter­
national,  Helsinki  Civil Assembly, Human Riqhts Watch və s.  bey­
nəlxalq hüquq müdafiəsi təşkilatları  ilə əməkdaşlığın dərinləşdiril­
m əsi və inkişaf etdirilməsinə yönəldilmiş bir sıra tədbirlər görmüş­
dür.  Bu  təşkilatların  nümayəndələri  ölkəmizin  müxtəlif dövlət  və 
qeyri-hökumət təşkilatlan  ilə əməkdaşlıq edirlər.
Beləliklə,  Azərbaycanda  dünyəvi,  demokratik,  hüquqi  dövlət 
quruculuğu  sahəsində  ardıcıl  və  məqsədyönlü  proses  gedir.  İnsan 
hüquqları  və  azadlıqlarının  müdafiəsi  üçün  tədbirlər  həyata  ke­
çirilir.
Hüquq  sistemindəki  islahatlar  müstəqil  Azerbaycan  dövlətinin 
yaradılması  və  möhkəmləndirilməsində  tarixi  hadisə,  ölkəmizin 
müasir sivilizasiyaya  inamla daxil  olmasının təminatı  olmuşdur.
4 1 6
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi 
§ Yeni dövrün  siyasətçisi
Dövlətin  v ə  cəmiyyətin  tədricən  inkişafı  hökmən  siyasi  m ə­
kanda  dəyişikliyə  səbəb  olur.  İnkişafın  məqsəd  və  oriyentirləri 
təkmilləşdirilir,  sosiuma  yeni  ictimai-siyasi  baxışlar,  ideyalar  və 
insanlar  daxil  olur.  Belə  dəyişm ə  həm işə  m üəyyən  çətinliklərlə, 
gözlənilm əz  hadisələrlə,  cəmiyyətin  müəyyən  hissəsinin  baxışla­
rına v ə gözlədiklərinə uyğunsuzluqla bağlı olur.  Buna baxmayaraq, 
dəyişikliklərin həyata keçirilməsi dövlətin siyasi, iqtisadi və sosial- 
m ədəni  inkişafının  dinamikliyinin  sürətlənməsinə  demək  olar 
həm işə nəzərəçarpan təkan  verir.
Azərbaycanın  totalitar  sistemdən  demokratiyaya  transformasi­
yası belə keçidin mümkünlüyü v ə yetərliliyi barədə çoxlu mübahi­
sələrə səbəb olmuşdu. Təbii ki, bir sistemdən digərinə, o cümlədən 
totalitarizmdən  demokratiyaya keçid  həm işə  çətin  olmuşdur.  Əgər 
Avropa ölkələrinin ötən əsr ərzindəki inkişafını təhlil etsək görərik 
ki,  əksər  hallarda  belə  keçidlər  totalitarizmə  yuvarlanmağa,  sonra 
isə yenidən demokratiyaya qayıtmağa gətirib  çıxarmışdır.
Azərbaycan  öz  qarşısına  dövləti  v ə  cəmiyyəti  demokratikləş­
dirmək  məqsədi  qoymuşdur  və  çətinliklərə,  gözlənilm əz  hadisə­
lərə  baxmayaraq,  m ərhələ-m ərhələ  və  ardıcıl  surətdə bu  m əqsədə 
doğru  irəliləyən  ölkələr  sırasındadır.  Müstəqilliyin  on  dörd  ilə 
yaxın bir dövrü göstərdi ki, Azerbaycan şəraitində yenidən geri qa­
yıtmaq  siyasətdə  anarxist  və  separatist  meyillerə  yol  verildikdə 
mümkündür.  Ardıcıl  surətdə  və  ağılla  aparılan,  qanunun  aliliyinin 
qorunmasına yönəldilmiş  siyasət olduqda iqtidar yalnız demokrati­
yaya can  atacaqdır.
Müstəqillik  illərində  ölkə  beş  prezident,  iki  parlament  və  iki 
bələdiyyə  seçkiləri  keçirmişdir.  Şübhəsiz  ki,  demokratiyanın  tam 
təntənəsi  barədə  danışmaq  çox  çətindir  və  ola  bilsin,  seçkilər heç 
də  həm işə  beynəlxalq  təcrübənin  normalarına  tam  uyğun  olma­
mışdır.  Lakin  demokratikləşmə  tədrici,  təkcə  dövlət  idarəetmə 
orqanları  tərəfindən ardıcıllıq deyil,  həm  də m ərhələ-m ərhələ bü- 
rokratsızlaşdırma  tələb  edən,  ən  başlıcası  isə  kütləvi  şüurun  de-
4 1 7


mokratikləşməsini  tələb  edən  prosesdir.  Əlbəttə,  bu,  çətin  yoldur 
və  onu  istər  indiki,  istərsə  də  gələcək  nəsillər keçməlidirlər.  D e ­
mokratiyanın,  qarşılıqlı  münasibətlərdə  aşkarlığın  mahiyyətini  bir 
çoxları  hələ  də  başa  düşmür.  Əksəriyyəti  vətəndaş  cəm iyyətinin 
fəaliyyət prinsiplərini  dərk etmir.
Belə mürəkkəb, əhalinin əksəriyyətinin “hamı üçün vahid sovet 
standartları”  dövründə  yaşadığı  şəraitdə demokratiyadan danışmaq 
və demokratik dəyişiklikləri həyata keçirmək bəzən çətin olur.  Ta­
mamilə  aydındır ki,  böyüməkdə  olan  nəsil  bu  gün  yaranan  və  qu­
rulanları  daha yaxşı başa  düşəcək  və  dərk  edəcəkdir.  Ona görə  də 
Heydər  Əliyevin  qarşıya  qoyduğu  v ə  həyata  keçirdiyi  m əqsəd, 
-   güclü  müstəqil,  demokratik  və  dünyəvi  dövlət  qurmaq,  -   bütün 
nəsillər üçün  öncül m əqsədə çevrilir.
Dövlətlərin tarixindən məlumdur ki,  böyük  siyasi  şəxsiyyətlər 
siyasi  səhnədən  gedəndən  sonra  ölkənin  idarə  olunmasında 
hansısa  bir boşluq,  hakimiyyət  boşluğu  yaranır  və  bu  da  çox  vaxt 
m illət  üçün  faciəyə  çevrilir.  Heydər  Əliyev  SSRİ Nazirlər  Soveti 
sədrinin  birinci  müavini  v ə  Sov.İKP  MK  Siyasi  Bürosunun  üzvü 
vəzifəsindən  istefa  verdikdən  və  emosional,  fərasətsiz  boşboğaz, 
hoqqabaz Əbdürrəhman Vəzirov Azərbaycanın rəhbəri təyin edil­
dikdən sonra belə oldu.  Dağlıq Qarabağda yerli və müxtəlif ölkələr­
dən cəlb  edilmiş  ermənilərin açıq  separatçı  çıxışları,  Ermənistanın 
Azərbaycana qarşı  təcavüzü,  erməni  millətçilərinin və onların xa­
ricdəki  ağalarının  1988-ci  ilin  fevralında  Sumqayıtda  törətdikləri 
fitnəkarlıq, ölkənin idarəetmə sistemindəki  ixtilaf, kriminal ünsür­
lərlə  bərabər  insanların  narazılığının  artması  v ə  s.  bunu  aydın  ş ə ­
kildə  göstərir.
Qeyd  etmək  lazımdır  ki,  Heydər  Əliyev  1982-ci  ilin  axırında 
Moskvaya işləm əyə getsə də, Azərbaycandan heç vaxt ayrı düşm ə­
mişdir.  Onun  respublikaya  dəstəyi,  köməyi  və  diqqəti  daim  hər 
şeydə hiss olunur və kəsilmirdi. Rəhbər işçilərlə az qala hər gün te­
lefonla danışması, əgər haradasa hansı bir iş pozulanda buna kəskin 
şəkildə reaksiya verməsi  göstərirdi ki,  o,  respublikanın işlərinə bi­
ganə  deyildir.  Hətta  istefaya  gedəndən  sonra  da  o,  respublikanın
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
418
qayğıları  və  ağrı-acıları  ilə  yaşayır,  xalq  hərəkatını  dəstəkləyir, 
anti-milli  qüvvələrə  qarşı  fəal mübarizə aparırdı.
Heydər Əliyevin 2003-cü ilin dekabrında həyatdan getməsi ha­
kimiyyət boşluğuna və iğtişaşlara səbəb olmadı. Bu hadisəni böyük 
milli  faciə  kimi  qəbul  edən  insanlar  öz  nəzərlərini  İlham  Əliyevə 
çevirərək cəmiyyətdə sabitliyin, sülhün və həmrəyliyin təmin edil­
m əsinə,  özlərinin sosial  və  iqtisadi  problemlərinin həllinə  ümidlə­
rini onunla bağladılar.  İlham Əliyevin Prezident olduğu vaxt (bu isə 
bir  ildən  çoxdur və  nəticələr  çıxarmağa əsas  verir)  göstərir ki,  in­
sanlar öz ümidlərində yanılmamışlar.
Əlbəttə, yeni əsrin başlanması,  qloballaşmanın tələbləri  dövləti 
idarəetmə  sənətinin  məzmununu  müəyyən  edən  öz  xüsusiyyətlə­
rini  irəli sürür. Qərb dəyərlərinə sadiqlik, Avropaya inteqrasiya za­
manın  hökmüdür.  Əgər  biz  millət  kimi  tab  gətirmək,  öz  müstəqil 
dövlətimizi  qoruyub  saxlamaq,  dünya  siyasi  məkanında  layiqli  ak- 
tor  olmaq  istəyiriksə,  onda  demokratiya  dövrünün  prinsipləri  ilə 
hesablaşmalıyıq.  Lakin  bununla  belə,  yadda  saxlamaq  lazımdır  ki, 
bütün  bunlarda  milli  dövlətlərin  müstəqilliyinin  ziyanına  olaraq, 
beynəlxalq  təsisatların  təsirinin  nəzərəçarpmadan genişlənm əsi  ilə 
bağlı  m üəyyən təhlükə də vardır.
Qəti  şəkildə  deyə bilərik ki,  İlham  Əliyev  istedadlı şagird olub 
v ə  öz  müəllimindən,  uzaqgörən  dövlət  xadimi,  xarakterində  milli 
ideyalara və prinsiplərə  möhkəm sadiqlik,  bəsirət kimi  keyfiyyət­
lərin  nadir  şəkildə  birləşdiyi  Heydər  Əliyevdən  çox  mühüm  dərs 
almışdır.  İlham  Əliyev  müasir şəraitdə  dövləti  idarə  etməyin  hik­
m ətinə  tamamilə  yiyələnmişdir.  O,  çox  gözəl  başa  düşür  ki,  qlo­
ballaşma dövlətin  sonu  demək  deyildir.  Əvvəla,  dövlətlər öz  əh ə­
miyyətini  ona  görə  saxlayır  ki,  hüquqi  normaları  m əhz  onlar 
m üəyyən  edir,  çünki  səm ərəli  hüquqi  bünövrə  cəm iyyətin  həya­
tında  mühüm  rol  oynayır.  İkincisi,  dövlətlər  millətlərin  özünəxas 
orijinal  hisslərinin  formalaşması  və  inkişafına kömək  edir.  Müasir 
dünya  təcrübəsi  göstərir ki,  qloballaşma  insanların  və xalqların  öz 
xüsusiyyətlərinin  və dövlət müstəqilliyinin  qorunub  saxlanmasına 
olan  səylərini  ləğv  etmir,  əksinə  gücləndirir.  Üçüncüsü,  məcbur
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi
419


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə