Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə112/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   107   108   109   110   111   112   113   114   115

TERMİNLƏR LÜĞƏTİ
❖  Absorbsiya -  (
lat.absorptio 
-  
udma, absorbeo 
-  
uduram sözündən) 
udma.
❖   Aksiologiya -  dəyərlər haqqında təlim.
❖   Aktor -  praktik fəaliyyət göstərən subyekt.
❖   Aqregirleşdirmə  -   bu  və  ya  digər  qrupun  vahid  siyasi  tələblərinin 
işlənib  hazırlanması  çərçivəsində  müxtəlif  mikroqrup  mövqelərini 
razılaşdırmağın texnologiyası.
❖   Ambivalentlik -  əksyönlü hiss və hərəkətlərdə təzahür edən ikilik.
❖   Annihilyasiya -  (
latınca  annihilatio,  an 
-  
doğru,  tərəf,  nihil 
-  
heç  nə) 
yoxolma,  məhvolma.  Zərrəciklə  antizerrəcik  toqquşduqda  onların  başqa 
zərrəciklərə  -   fotonlara,  yaxud  digər  zərrəciklərə  -   başqa  xassəli  fiziki 
sahənin kvantlarına çevrilməsi prosesi.
❖  Arxetip -  qrup təfəkkürünün insan tərəfindən qeyri-tənqidi qavranılan 
standartları və stereotipləri.
❖   Əmtəə  dempinqi -  əmtəələrin  aşağı  salınmış qiymətlərlə,  yəni daxili 
bazardakından aşağı qiymətlərlə ixracı deməkdir.  Satış bazarları uğranda mü­
barizə  vasitələrindən  biridir.  Tariflər  və  Ticarət  Haqqında Baş  Sazişin  qay­
dalarına görə, əmtəə dempinqi bir ölkənin mallarının digər ölkənin bazarında 
“normal  qiymət”dən  ucuz qiymətə  satıldığı  hallarda,  yəni,  belə  satış  analoji 
məhsulun milli istehsalına xeyli ziyan vurduğu və ya ziyan vurmaq təhlükəsi 
törətdiyi hallarda baş verir.
❖   Ənənəvi  cəmiyyət -  sənayeləşdirmeden  əvvəlki,  əsasən  aqrar,  kənd 
cəmiyyətidir.  O, “ənənə -  müasirlik” kimi baza sosioloji tipologiyada müasir 
industrial cəmiyyətə qarşı qoyulur.
❖   Determinizm -  bu təlimə  görə,  dünyada baş verən bütün hadisələr,  o 
cümlədən  də  insan  heyatının  gedişi  Allah  tərəfindən  müəyyən  edilmişdir, 
yaxud ancaq  təbiət hadisələri  və ya tarixi  hadisələr,  xüsusən də  insan  iradə­
sinin  təzahürləri  müəyyən  olunmuşdur.  Belə  olan  təqdirdə  insan  iradəsinin 
azadlığına,  eləcə də onun məsuliyyətinə yer qalmazdı.
❖   Diffuziya -  maddənin elektrokimyəvi  qradiyent vasitəsilə, yeni enerji 
sərf etmədən  hüceyrə  membranından  axması  deməkdir.  Mədəni  diffuziya 
(cultural diffusion) mədəni xüsusiyyət və komplekslərin təması (mədəni əla­
qəsi) zamanı  onlann bir cəmiyyətdən  digərinə  qarşılıqlı  surətdə keçməsidir. 
Diffuziya mədəniyyətlərin kortəbii surətdə qarşılıqlı təsiri və fəaliyyəti, zən­
ginləşməsidir.
❖   Disfunksiya -  hər hansı bir funksiyanın pozulması.
❖   Diversifikasiya  -   daxili  bölünmə,  hadisənin  müxtəlifliyinin  güclən­
məsi prosesi.
4 48
______________________________ ________________
Terminlər lüğəti
*♦*  Diskurs  -   ideyaların  (ideologiyaların)  qarşılıqlı  təsiri  və  müzakirəsi 
prosesi.
❖   Dizyunksiya -   (latınca  Disjunctio)
 
-   məntiqi  “və  ya,  yaxud”  bağla- 
yıcısınm köməyi  ile  iki  fikrin  birləşməsindən mürəkkəb  fikir əmələ  gətirən 
məntiqi əməliyyat;  alternativ.
❖   Ekstremum  -   (latınca  Extremum).
 
Aramsız  funksiyasının  ya  maksi­
mum, yaxud da minimum olan en son həddi.
♦>  Ekzogen -  kənar səbəblərdən doğan zahiri törəmə.
❖   Endogen -  daxili səbəblərdən doğan.
♦>  Etatizm -  (fransısca Etat
  -
 
dövlət).
 
Cəmiyyətdə dövlətin rolunu müt- 
ləqləşdirən və  ictimai  rəyi  onun  başlıca  məqsədi  hesab  edən təlim;  dövlətin 
ictimai və şəxsi həyatın bütün sahələrinə fəal müdaxilə etməsi siyasəti.
❖   Evristika  -   {yunanca  heurisko 
-  
tapıram)
 
insan  təfəkkürünün 
təbiətindən,  onun  müxtəlif vəzifələri  həll  etmək  metodlarından  bəhs  edən 
elm  sahəsi.  Evristika  hipotezalarm  məntiqi  surətdə  irəli  sürülməsi  meto­
dikasına əsaslanır və  belə  vəzifələrin  həlli  təcrübəsi  olduğu  hallarda  uğurlu 
nəticələrə gətirib çıxarır. Belə hallarda bu və ya digər strategiyaların ən yaxşı 
variantları barədə informasiya nəzərə alınır.
❖   Fundirləşdirme  -   (latınca  Fundare)
 
əsaslandırmaq,  bünövrəsini 
qoymaq.
❖   Fundirleşdirilmiş  borc  -   qısamüddətli  və  ortamüddətli  borclar  üzrə 
ödəniş  təxirə  salınarkən  onlann  birləşdirilməsi  yolu  ile  əmələ  gələn  uzun­
müddətli  borc.  Fundirleşdirilmiş  gəlir sabit mənbələrdən:  torpağa,  daşınmaz 
əmlaka və s.  malik olmaq nəticəsində eldə edilən gəlir.
•>  Homogen -  vahid.
♦>  İndoktrinasiya  -   bu  və  ya  digər  ideya  və  deyərlərin  ictimai  şüura 
zorakılıqla yeridilməsi texnologiyası.
❖   İnformasiya cəmiyyəti -  inkişaf etmiş ölkələrin informasiya-kompüter 
inqilabının başlanması  ile əlaqədar qədəm  qoyduğu  ictimai  inkişafın  keyfiy­
yətcə yeni mərhələsini təsvir etmək üçün istifadə olunan nəzəri modellərdən 
biri.
❖   İndustrial  cəmiyyət -  elə  bir cəmiyyətdir ki,  burada  onun  inkişafının 
yeni  texnoloji  əsaslarını yaradan sənayeleşdirme baş vermişdir.
❖   İnnovasiya  -   hər  hansı  bir  sahədə  onun  inkişafının  daha  sonrakı 
dövründə meydana gəlmiş yenilik.
❖  İnstaliyasiya -  a) yeritmə, yerləşdirmə, tətbiq etmə; b) vəzifəyə qoyma; 
c) quraşdırma.
4 4 9


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə