Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


potensialını tükədən moderndən sonra başlanan ictimai inkişafın keyfiyyətcə



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə114/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   107   108   109   110   111   112   113   114   115

potensialını tükədən moderndən sonra başlanan ictimai inkişafın keyfiyyətcə 
yeni mərhələsini  təsvir  etmək üçün ən  geniş  anlayış kimi  işlədilir.  Adətən, 
postmodernin  xarakteristikaları  modernin  başlıca  xarakteristikaları  ilə 
müqayisə (eləcə də onların inkar olıınması) əsasında müəyyən edilir.
❖   Postmodernizm -  postmodern epoxasının  insanına xas  xüsusi  dünya- 
duyumudur.
❖   Relevantlıq  -   əldə  edilən  nəticənin  arzu  olunan  nəticəyə  uyğunluq 
dərəcəsi.
❖   Refleksiya -  düşüncə, fikir.
❖   Resepsiya  -   (latınca  recertio-qəbuletmə)
 
-   qavrama  və  dəyişdirmə, 
şəklini dəyişdirmə (transformasiya).
❖  Retritizm -  həm bəyənilən məqsədlərdən, həm də onlara nail olmağın 
bəyənilən vasitələrindən imtina etmək.
❖   Ritualizm -  bəyənilmiş vasitələrdən uğur əldə olunacağım gözləmə­
dən istifadəni davam etdirmək cəhdi  (məqsədin dəyərdən salınması).
❖   Sənayeləşdirmə  (industralizasiya)  -   Böyük  Britaniyada  XVIII  əsrin 
axırları  -   XIX  əsrin  əvvəllərində  sənaye  inqilabı  gedişində  başlanmış  və 
digər  ölkələrə  yayılmış,  kənd  təsərrüfatı  və  sənətkarlığın  üstünlük  təşkil 
etdiyi  iqtisadiyyatın  və  cəmiyyətin  maşınlı  (mexanikləşdirilmiş)  istehsala 
əsaslanan iqtisadiyyata və cəmiyyətə çevrilməsi prosesi.
❖   Sosial  elita  -   sosial  iyerarxiya  sistemində  cəmiyyətdə  diger  qruplar 
üzərində hakimiyyətə və nüfuza malik ali təbəqələr.
❖   Sosial  ümumilik  -   həyat  fəaliyyətinin  və  şüurun  bəzi  eyni  xüsu­
siyyətlərini özləri üçün səciyyəvi  sayan  insanların müxtəlif təbəqələrini bir­
ləşdirən  geniş  anlayışdır.  Müxtəlif  tipli  ümumilik  insanların  birgə  həyat 
fəaliyyəti  formaları,  insanın birgə yaşayış formalarıdır.
❖   Staqnasiya  -   iqtisadiyyatda  istehsalın  durğunluğu  və  ya  azalması  ile 
yanaşı,  inflyasiya və işsizliyin də artdığı vəziyyət.
❖   Staqflyasiya -   iqtisadiyyatda istehsalın  durğunluğu və ya azalmasının 
(staqnasiya) getdikcə artan işsizliklə və qiymətlərin daim artması -  inflyasiya 
ilə müşayiət edildiyi vəziyyət.  Staqflyasiyanın səbəbləri böhranlar dövründə 
qiymətlərin yüksək səviyyədə olmasını dəstəkləyən inhisarların siyasəti  ilə, 
habelə “tələbatın idarə edilməsi”  (məsələn, dövlət satınalmaları) və qiymət­
lərin artımının “tənzimlənməsi” sahəsində dövlətin heyata keçirdiyi antiböh- 
ran tədbirləri ilə bağlıdır.
❖   Substansiya -  (latınca substansiya-nəyinsə əsasım təşkil edən,  mahiy­
yət) varlığın ilk əsası, təməli.
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
45 2
Terminlər lüğəti
♦>  Şəxsiyyətin  implisit  nəzəriyyəsi  -   adamların  zahiri  görünüşü  ilə 
davranışı  və  şəxsi  xüsusiyyətləri  arasında  qarşılıqlı  əlaqə  haqqında  insanda 
formalaşmış  sabit  anlayış.  İnsanlar  barədə  kifayət  qədər  informasiya 
olmadıqda, onların haqqında bu anlayış əsasında mühakimə yürüdülür.
♦>  Transfer  -   bir  subyektin  məna  və  əhəmiyyətini  digər  subyektə 
keçirmək mexanizmi.
Ümumi rifah dövləti -  (
ingiliscə 
-  
welfare State) 
-  elə bir cəmiyyətdir 
ki,  burada  vətəndaşların  fıravanlığına  görə  dövlət  məsuliyyəti  var  və  bu 
məsuliyyət  nə  fərdin  özünün,  nə  özəl  korporasiyanın,  nə  də  yerli  hakimiy­
yətin üzərinə qoyula bilməz.
❖  Verballaşdırma -  mövcud təcrübənin sözlə ifadəsi. Duyğuların danışıq 
şəklinə salınması.
❖   Vestemləşdirmə -  Qərb nümunəsinin mexaniki təqlidi. Qərbləşdirme.
45 3


M Ü Ə LLİF HAQQINDA
F əlsəfə  elmləri  doktoru,  professor  RAMİZ  ƏNVƏR  oğlu 
MEHDİYEV  1938-ci il aprelin  17-də Bakıda anadan olmuşdur. Uşaq­
lığı  və  məktəb  illəri  valideynlərinin  vətəni  Naxçıvanda  keçmişdir. 
Bakı Dənizçilik Məktəbini, Bakı Dövlət Universitetinin tarix fakültə­
sini, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti fəlsəfə fakül­
təsinin aspiranturasını bitirmişdir.
1957-ci  ildən  1961 -ci  ilədək  “X əzər  Neft  Donanması”nda 
işləməsi  onun  əmək  fəaliyyətinin  ilk  mərhələsi  olmuşdur.  1957-ci 
ildən komsomol  işində  çalışmış  və  həmin vaxtdan siyasətlə  əlaqəsini 
kəsməmişdir.  1965-ci  ildə,  universitetin  beşinci  kurs  tələbəsi  ikən 
Azərbaycan  LKGİ  MK-ya isə  dəvət olunmuş,  1967-ci  ildə Naxçıvan 
Vilayət  Komsomol  Komitəsinin  ikinci  katibi  seçilmişdir.  Aspiran­
turanı  bitirdikdən  sonra  -   1972-ci  ilin  mayından  1974-cü  ilə  qədər 
Bakı  Dövlət Universitetində müəllim  işləmişdir.  1974-cü  ilin mayın­
dan  -   Azərbaycan  Kommunist  Partiyası  MK-da  məsul  işçi,  şöbə 
müdirinin  müavini,  rayon partiya  komitəsinin birinci  katibi,  sonra  isə 
Azərbaycan KP MK-nın şöbə müdiri və katibi vəzifələrində çalışmış­
dır.  1988-ci ilin ortalarından Azərbaycan Elmlər Akademiyası İctimai- 
Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda şöbə müdiri işləmişdir. 
1993-cü  ildə  doktorluq  dissertasiyası  müdafiə  etmişdir.  Azərbaycan 
Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının 
dövlət idarəçiliyi və kadr siyasəti  kafedrasının müdiridir.
1994-cü ilin fevralından Azərbaycan Prezidentinin İcra Aparatında 
çalışır.  1995-ci  ilin  fevralından  Azərbaycan  Respublikası  Preziden­
tinin İcra Aparatının  rəhbəridir.
Milli və sosial-siyasi münasibətlər, müasir Azərbaycan dövləti  və 
cəmiyyətinin inkişafı problemlərinə dair çoxsaylı elmi məqalələrin və 
əsərlərin  müəllifidir.  Onlardan  “XX  əsrin  sonlannda  millətlərarası 
münasibətlər:  nəzəriyyə və siyasət” 
{Bakı,  1995),
 
“Azərbaycanlıların 
soyqırımının  gerçəklikləri”  (
ingilis,  rus,  Azərbaycan  dillərində,  Bakı, 
2000),
 
“Azərbaycanın inkişaf dialektikası” 
(Bakı,  2000),
 
“Azərbaycan: 
tarixi irs və müstəqillik fəlsəfəsi” 
(Bakı,  2001)
 
monoqrafıyalan, “Fəl­
səfə” 
(Bakı,  2003)
 
dərsliyi və  başqaları xüsusi qeyd olunmalıdır.
4 5 4
A BSTRA CT
A b o u t  th e  author:
P rof.  D r.  R am iz  M eh d iy ev   is  th e  H ead  o f   th e  O ffice  o f   th e 
P resid en t o f  th e R epu b lic  o f  A z erh a ija n .  P rof.  M eh d iy ev   h ead s the 
d ep a rtm en t  o f  public  a d m in istr a tio n   and  h u m an   reso u rces  p olicy 
at  th e   P r e sid e n tia l  A c a d e m y   o f   P u b lic  A d m in is tr a tio n .  H e 
a u th ored   n um erou s  a rticles  a n d   m an u scrip ts  on  n a tio n a l  and 
so c ia l-p o litic a l  relations  as  w ell  as  on   con tem p orary  d ev elo p m en t 
o f  A z erb a ija n i  statehood.
Contemporary humanity  is a product of the  era of global  transfor- 
mations conditioned by the change  o f historic paradigms,  emerging of 
the  Toffler’s  “Third wave,”  rapid  science  and  technology  progress  as 
well  as by a certain weakening o f nation-states and rising significance 
o f transnational  corporations.  All  these  factors  flındamentally  change 
the  modern  human being,  society,  political  and economic  elements  of 
States.
A new world order and a new  lifestyle began to emerge during the 
second part o f the 20th century.  The notions o f information  society and 
e-govemment have become a reality. This formed not only political but 
also  economic  and,  importantly,  cultural  factors  o f  contemporary 
development.  The world is  increasingly aware of the common  cultural 
and  humanitarian  values.  The process  o f globalization  has  tumed  into 
a  reality  which  involves  almost the  entire Earth.  However,  along with 
universal  political  and  economic  factors,  this  led  to  the  emergence  o f 
new challenges  and dangers.
In the new millennium, threats to one country, to one continent rep- 
resent a danger to all  members to  o f  the  intemational  community.  The 
terrorist  attacks  o f September  11,  2001  on  the  United  States  affected 
every  civilized  State  and  a  society.  Azerbaijan  sympathized  with  the 
victims  o f these  barbaric  terrorist  acts  and,  once  again  reiterating  its 
commitment  to  universal  ideals, joined  the  ranks  o f the  intemational 
coalition in the war on terror.  Joint efforts o f the intemational commu­
nity in the struggle against global challenges prove that the world order 
is  undergoing  a  fundamental  transformation.  If in  the  past  potential
4 5 5


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə