Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


sosial  qüvvənin  meydana  gəlməsinin  şahidi  olur.  Ona  görə  də  biz



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə108/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   104   105   106   107   108   109   110   111   ...   115

sosial  qüvvənin  meydana  gəlməsinin  şahidi  olur.  Ona  görə  də  biz 
dərk  etməliyik  ki,  Azərbaycanda  ilk  baxışdan  bəlkə  də  nəzərə 
çarpmayan  hansısa  “sakit  inqilab”  baş  verir.  Bu,  “menecerlərin  v ə  
texnokrat  siyasətçilərin  inqilabı”,  informasiya  cəmiyyətinin tələb ­
lərinə qarşı  adekvat reaksiya kimi zərurətə çevrilən inqilabdır.
İdarəetmə v ə  hakimiyyət  strukturlarında  elmin və  elmi-texniki 
ziyalıların (texnokratlarm) rolu artır. Yaxşı məlumdur ki, indi səna- 
yecə inkişaf etmiş cəmiyyətlər,  demək olar, tamamilə elmi-texniki 
səm ərəlilik prinsipləri ilə tənzimlənir. Ona görə də humanitar siya­
sətçilərin menecerlərlə v ə texnokratlarla ahəngdar birliyi ölkəmizin 
modernləşməsi  şəraitində  onun  inkişaf  maraqlarına  daha  çox 
uyğundur.
Karl Popper yazırdı:  “Biz  özümüzü peyğəmbərlər kimi  göstər- 
m əkdənsə,  öz taleyimizin yaradıcısı  olmalıyıq.  Biz hər şeyi bacar­
dığımız  qədər  yaxşı  etməyi  və  öz  səhvlərimizi  üzə  çıxarmağı  öy­
rənməliyik.  Siyasi  hakimiyyət  tarixinin  bizi  mühakimə  edəcəyi 
haqqında  ideyanı  başımızdan  çıxarmaqla  və  tarixin  bizə  bəraət 
verib-verm əyəcəyi  barədə  narahatlıqdan  xilas  olmaqla  biz  yəqin 
ki,  m üvəffəqiyyət  qazana bilərik”.
Prezident  İlham  Əliyev  mövzusu  ilə  bağlı  tarixə  müraciətimiz 
təsadüfi deyildir. Azərbaycanın ən yeni tarixi bizim gözlərimiz qar­
şısında  keçmişdir.  B iz  onun  şahidləri  və  bilavasitə  iştirakçılarıyıq 
v ə  onu  görə  də  bilirik:  müasir  milli  “əks-elita”dan  tək-tük  adam 
tapılar ki,  yeni  zəmanənin tələblərinə  cavab verə bilsin.  Bəlkə  bu, 
respublika  üçün  çətin  vaxtda  ölkəni  taleyin  hökmünə  buraxmış  və 
hərbi təyyarəyə minərək məsuliyyətdən və öz xalqının qəzəbindən 
qurtarmaq üçün Moskvaya qaçmış Ayaz Mütəllibovdur? Yaxud,  70 
milyon  dollardan  çox  pulu  mənimsədiyinə  görə  haqqında  istintaq 
orqanlarının  cinayət  işi  qaldırdığı  və  məsuliyyətdən  yayınaraq 
A B Ş-da  gizlənən  Rəsul  Quliyevdir?  Yoxsa,  əyalət  siyasətçisi  sə­
viyyəsindən yuxarı qalxa bilməyən Əli Kərimovdur? Yaxud, əbədi 
kiçik  elmi  işçi  imici  olan  və  müxalifətdəki  “məsləkdaşlannın”  üz 
döndərdikləri  İsa  Qəmbərdir?  Yoxsa,  öz  sosial  bazasını  və  silah­
daşlarını  itirən  Etibar Məmmədovdur?
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
4 32
Fikrimin  canı  ondadır  ki,  bu  adamların  siyasi  fəaliyyətinin  özü 
cəmiyyətə təkzibolunmaz sübutlarla nümayiş etdirdi ki, tarixin həl­
ledici  anlarında onlar kor adam kimi  aciz qalmışdılar.
Faktlardan  qaçmaq  olmaz  v ə  onlar  sübut  edir  ki,  İlham  Əliyev 
yeni  dövrün  siyasətçisidir  və  özünün  dəfələrlə  vurğuladığı  kimi, 
hər bir azərbaycanlının Prezidenti  olmaq,  tarixin  hələ  tezliklə başa 
çatmayacaq  mürəkkəb  dövründə  ölkəyə  rəhbərlik  etmək üçün  bü­
tün zəruri keyfiyyətlərə malikdir.
İlham Əliyevin dövlət v ə onun inkişafı barədə baxışları məlum­
dur.  Onun başlıca  arzu  və  istəkləri  Azərbaycan  dövlətini  modern­
ləşdirmək  v ə  ölkəni  dünya  miqyaslı  mühüm  qərarlar  qəbul  edən 
say-seçm ə  ölkələr birliyinə  daxil  etməkdir.  O,  fəaliyyətində  ardı­
cıl  və  praqmatik,  rasional  v ə  səmimidir.  Onu  fərqləndirən  cəhət 
budur ki,  o,  fəaliyyət dairəsi  məhdud  olan  məmur deyil,  geniş  ba­
xışlara malik siyasətçidir.  Azərbaycana məhz belə  siyasətçi -  ame­
rikalıların  işgüzarlığını,  britaniyalıların  ehtiyatlılığını,  almanların 
dəqiqliyini,  habelə  m əsuliyyətliliyini,  azərbaycanlıların  açıqlığı, 
səmimiliyi və tolerantlığını  özündə birləşdirən  siyasətçi  lazımdır.
ABŞ-da  çıxan  “Fortune”  qəzeti  yazır:  “İlham  Əliyevin  fəaliy­
yəti  göstərir ki,  o,  ölkənin  inkişafında,  əhalinin təhsil  səviyyəsinin 
yüksəldilməsində,  ölkəyə  Qərb  həyat  tərzinin  gətirilməsində  ma­
raqlıdır.  Bu  baxımdan Azərbaycanın  indiki  cavan  Prezidenti  İlham 
Əliyevi  alqışlamaq  olar.  Ötən  il  ərzində  İlham  Əliyev  MDB-nin 
müsəlman  ölkələrinin  köhnə  tipli  liderlərindən  üstünlüyünü  sübut 
etmişdir” .
Fransanın  “La  Tribune”  qəzetindəki  yazıda  isə  deyilir:  “Bir  il 
ərzində  öz  ölkəsini  Avropaya  tamamilə  yaxınlaşdırmaq  səylərinə 
görə  İlham  Əliyevi  alqışlamaq  lazımdır.  İlham  Əliyevin  Avropa 
Birliyi  ilə  əməkdaşlıq istiqamətində  göstərdiyi  səylər öz  bəhrəsini 
vermişdir.  Qafqazşünas  politoloqların  bir  çoxu  hesab  edir  ki,  Qaf­
qazın  və  Mərkəzi  Asiyanın  digər ölkələrinə  nisbətən,  Azərbaycan 
A B -y ə   daha yaxındır” 196.
İlham Əliyevin dəyərlər sistemində dövlət birinci yerdədir,  bu­
nunla  bərabər  o,  şəxsiyyətin  dəyərlərinin  prioritetini  istisna  etmir.
VI fəsil. Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
433


Z ə if  cəm iyyətə  malik  güclü  dövlət  ola  bilməz.  Dövlət  maşınım 
ətalətdən,  idarəetmə  aparatını  durğunluqdan,  şəxsiyyəti  isə  haki­
miyyətin  qanunsuz  hərəkətlərindən  yalnız  sosiumun  tam  dolğun 
həyatı qoruya bilər.
“Güclü  dövlət”  v ə   “dövlətin  modernləşdirilməsi”  -   İlham 
Əliyevin  dəyərlər  sisteminin  iki  tərkib  hissəsi  bunlardır.  Bunlara 
m əsələn, Prezident Heydər Əliyevin xəttinə -  güclü dövlətin,  sabit 
ictimai  inkişafın  v ə  yeni  düşüncə  tərzinin  formalaşdınlmasına  sa­
diqlik kimi başlıca bir ideyanı da əlavə etmək olar.
Prezident İlham Əliyevin iqtisadi baxışları deməyə əsas verir ki, 
o,  modernləşməni  iqtisadi  islahatla  məhdudlaşdırılan  proses  kimi 
başa  düşmür.  Kiçik v ə  orta  biznesin  inkişafı  ilə  paralel  gedən  de­
mokratikləşmə  ideyası  onun üçün prioritetdir.  O,  iqtisadiyyat  işlə­
rində  heç  də  təzə  adam  deyildir.  Dövlət  Neft  Şirkətində  birinci 
vitse-prezident,  Azərbaycanın  Baş  naziri  vəzifələrində  işləmək 
onun üçün dövlətin iqtisadi maraqlarını öyrənməkdə və heyata ke­
çirməkdə  yaxşı  məktəb  olmuşdur.  Qərbin  iqtisadi  strukturları  ilə 
yaranmış  səm im i  münasibətlər,  ölkədəki  siyasi  sabitlik  Azərbay­
cana  gələcəkdə  də  sərmayələrin  fəal  cəlb  olunacağına  ümid  et­
m əyə  imkan verir.
İlham  Ə liyev  Azərbaycan  Prezidenti  vəzifəsinə  seçkiqabağı 
kampaniya dövründə  milli  iqtisadiyyatın təkmilləşdirilməsi  və bu­
nun  yolları  barədə  dəfələrlə  danışmışdır.  Prezidentliyə  namizəd 
İlham Əliyevin əsas tezisi 600 min iş yerinin yaradılması  idi.  İlham 
Ə liyev  Azərbaycan  Respublikasının  Prezidenti  seçildikdən  sonra, 
2003-cü  il  noyabrın  2 4 -d ə   “Azərbaycan  Respublikasında  sosial- 
iqtisadi  inkişafın  sürətləndirilməsi  tədbirləri  haqqında”  Fərman 
imzaladı.  Bu,  İlham  Əliyevin  seçicilərə  verdiyi  vədi  yerinə  yetir­
m əyə  çalışmasına ilk sübut oldu.
Bununla yanaşı, dem ək lazımdır ki, 2004-cü il milli iqtisadiyyat 
üçün  son  dərəcə  vacib  il  idi.  2005-ci  ildə  isə  Bakı-Tbilisi-Ceyhan 
əsas  ixrac boru kəməri işə  salınacaq və bu, ölkəyə xeyli gəlir gəti­
rəcəkdir.  Bundan  əlavə,  Bakı-Tbilisi-Ərzurum  qaz  kəmərinin  ti­
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
4 3 4
kintisində mühüm işlər görüləcəkdir.  Bunlar görüləsi işlərin yalnız 
bir hissəsidir.
Azərbaycanın  kənd  təsərrüfatı  yeni  formalar  alır.  Tədricən  və 
planlı qaydada inkişaf edən fermer təsərrüfatları yaxın bir neçə ildə 
milli  iqtisadiyyatın güclü  sahələrindən  birinə  çevriləcəkdir.
İlham  Əliyev  hələ  Baş  nazir  olarkən  respublika  vətəndaşlarına 
minlərlə  iş  yeri  verən  bir neçə  zavodun  açılışında  iştirak  etmişdir. 
2004-cü il ərzində xüsusilə bölgələrdə bir sıra sənaye müəssisələri 
işə  salınmışdır.  İri  şəhərlərlə  yanaşı,  kənd  rayonlarının  da  inkişa­
fına xüsusi  diqqət yetirilir.  Prezident  İlham  Əliyev  2004-cü  il  fev­
ralın  11-d ə  “Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi 
inkişafı  D övlət  Proqramı  (2 0 0 4 -2 0 0 8 -c i  illər)”  imzalamışdır. 
Azərbaycanın bəzi bölgələri  tədricən yenidən turizm obyektlərinə, 
kurortlara  və  istirahət  zonalarına,  şəhərlər  milli  iqtisadiyyatın  sə­
naye  mərkəzlərinə çevrilir.
Ə vvəlki  fəsillərdə  Azərbaycanın  son  illərdəki  inkişafına  dair 
rəqəm lər və fikirlər verilmişdir.  Ona görə də bunları  təkrar etməyə 
lüzum  yoxdur.  Tamamilə  aydındır  ki,  iqtisadiyyatda,  həm  daxili, 
həm də xarici  siyasətdə hələ çox iş görmək lazımdır.  Dövlətin yeni 
başçısının qarşısında böyük  vəzifələr durur:
-   Qarabağ  münaqişəsinin  və  Xəzərin  bölünməsi  məsələsinin 
həlli;
-  milli  iqtisadiyyatın gücləndirilməsi  və  tam  bazar iqtisadiyya­
tına  çevrilməsi,  əhalinin  alıcılıq qabiliyyətinin yüksəldilməsi;
-  milli  siyasi  məkanın təkmilləşdirilməsi və  hakimiyyətlə  mü­
xalifət arasında sivilizasiyalı  münasibətlərin yaradılması;
-  Azərbaycan vətəndaşlarının həyat şəraitinin keyfiyyətcə yax­
şılaşdırılması  və  qaçqın-köçkünlər probleminin  həlli.
Bunlar Azərbaycan  Prezidenti  İlham  Əliyevin  qarşısında  duran 
vəzifələrin yalnız kiçik bir siyahısıdır.  Prezidentin getdiyi yol yeni­
liyi  ənənələrlə  ahəngdar  şəkildə  uzlaşdırır  və  bu  yol  ölkəni  hök- 
mən tərəqqi v ə  fıravanlığa çatdıracaqdır.
Den  Syaopin  vaxtilə  yazmışdır:  “Çayı  keçərkən  ayaqlarının 
altındakı  daşları  əllərinlə  yoxlamalısan” .  Ona  görə  də  bizim  hər
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
435


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə