Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


lellərdən  ibarətdir.  Bunlar bəşəriyyəti  onun  rasional  v ə  mütərəqqi



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə107/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   103   104   105   106   107   108   109   110   ...   115

lellərdən  ibarətdir.  Bunlar bəşəriyyəti  onun  rasional  v ə  mütərəqqi 
inkişafının bütün yolu boyu müşayiət  edir.  Bu  cür analogiyalar çi­
çəklənm ə v ə tərəqqinin nəinki dövlətin, həm də hər bir vətəndaşın 
başlıca istəklərinə çevrildiyi  sabit gələcək qurmağa hazır olan son­
rakı  nəsillərin  təqlid  etməsi  üçün  bir  çox  cəhətdən  nümunədir. 
M əhz  bu  tarixi  paralellər bəzən  ən  pis  hallardan  qaçmağa,  indinin 
v ə  gələcəyin  ən  yaxşı  imkanlarının  gerçəkləşdirilməsinə  kömək 
edir.
Bu  baxımdan  Azərbaycan  istisna  deyildir.  Tarixdə  m illətin  və 
dövlətin dünya  səhnəsindən yox  olmaq həddinə  çatmasına  dair bir 
çox  misallar  var.  Lakin  hər  bir  konkret  tarixi  dövrdə  m illətin  ira­
dəsini  və  niyyətlərini,  dövlətin  diplomatiyası  və  strategiyasını, 
cəm iyyətin  həmrəyliyini  və  konsensusunu  birləşdirməyə  qadir 
şəxsiyyətin sayəsində bu dövlətlər tab gətirərək öz varlığını davam 
etdirmiş,  m illətlər isə  dirçəlmişlər.
Almaniyanın tarixi  və  onun müharibədən sonrakı  lideri  Konrad 
Adenauerin  fəaliyyəti  indinin  və  gələcəyin  ən  yaxşı  imkanlarını 
gerçəkləşdirməyə  köm ək  edən  tarixi  paralelə  əyani  nümunədir. 
Əgər  Almaniyanın  -   müharibənin  od-alovlarından  və  xarabalıq­
larından,  totalitar ənənələrdən  çıxmış,  1945-ci  ildə  özünün müha­
ribədən  əvvəlki  ərazilərinin  təxminən  yarısını  itirmiş  ölkənin  dir­
çəliş  mərhələlərini  araşdırsaq,  onda  K.Adenauerin  İkinci  Dünya 
müharibəsindən  sonra  dediyi  bu  sözlər  istər-istəm əz  yada  düşür: 
“...biz dünyaya sübut edəcəyik ki, çox və inadla irəliləyərək böyük 
m illət ola bilərik”.
Öz  prinsiplərinə  sadiq  qalan  və  niyyətlərində  inadkarlıq  gös­
tərən,  Almaniyanın  siyasi  olimpinə  hələ  Veymar  Respublikası 
dövründə  yüksəlm əyə  başlamış,  nasist rejimi  dövründə  “arzu edil­
m əyən” siyasi  sima olmuş, ölkəsinin siyasi həyatının bütün mürək­
kəbliklərini  v ə  gözlənilm əz dəyişikliklərini  öz üzərində hiss  etmiş 
Konrad Adenauer təzədən hakimiyyətə gələndə yeni  iqtisadiyyata, 
yeni  dövlət  quruluşuna  və  tamamilə  yeni  milli  təfəkkür  formasına 
malik  yeni  Almaniya  qurmağa  başladı.  O,  dövlət  tərəfindən  tən­
zimlənmənin  sərt  nəzarəti  altında  olan  planlı  təsərrüfat  yaratmaq
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
428
təkliflərindən üz  döndərdi v ə   sosial  yönümlü  bazar təsərrüfatı  nə­
zəriyyəsi ilə silahlanaraq, bazar iqtisadiyyatı uğrunda çıxış etdi. Bu 
nəzəriyyədə başlıcası ondan ibarət idi ki, dövlət iqtisadiyyatın sər­
bəst  bazar  əsasında  inkişafına  şərait  yaratmalı  v ə  eyni  zamanda 
sənaye,  kənd  təsərrüfatı,  ticarət  inkişaf etdikcə  əhalinin  həyat  sə­
viyyəsinin daim yüksəlm əsi üçün qanunvericilik bazası  işləyib ha­
zırlamalı  idi.  Onun  kansler  olduğu  dövrdə  iş  yerlərinin  sayı  artdı, 
bazar hamının ala biləcəyi mallarla doldu, Almaniya markası ən sa­
bit valyutalardan  birinə  çevrildi,  təkcə  1950-ci  illərin  birinci  yarı­
sında insanların real gəlirləri  iki d əfə  artdı,  m ənzil problemi  sürət­
lə və etibarlı  şəkildə həll  edilir,  işsizliyin səviyyəsi  aşağı  düşürdü.
Almaniya  tarixinin  “Adenauer erası”  adlandırılmış  həmin  döv­
rü  təxminən  on  beş  il  çəkmişdir.  Amma  alman  iqtisadi  möcüzəsi 
heç  onda  da  m öcüzə  kimi  qəbul  edilmirdi.  Əksinə,  həmkarlar  itti­
faqları  ümumi  tətillə  hədələyirdilər  v ə   hətta  üç  il  sonra  deputatlar 
K.Adenaueri v ə L.Erxardı “islahatların iflası”na görə tənqid edərək 
sübut etməyə çalışırdılar ki, islahatlar xalqı ancaq var-yoxdan çıxa­
rır.  Alman  xalqının  bəxtindən,  K.Adenauer  tənqidlərə  qulaq 
asmadı,  hökumət  istefaya  getmədi  v ə   öz  işini  axıra  çatdırdı.  Nəti­
cələrin  necə  olduğunu  aydınlaşdırmağa  ehtiyac  varmı?  Almaniya 
totalitar rejimdən  çıxıb m ərhələ-m ərhələ  modernləşmiş  idarəetmə 
sisteminə,  istehsala  və  güclü  iqtisadiyyata  malik  demokratik  döv­
lətə çevrildi. İndi Almaniya olduqca böyük insan ehtiyatlarına, güc­
lü iqtisadi, texniki,  elmi potensiala,  ən yeni texnologiyaya malikdir, 
millət isə yüksək m ədəniyyəti  v ə  ana dilinə  sadiqliyi  ilə  fərqlənir. 
Təbii  ki,  Konrad Adenauerdən  sonra onun siyasi  həmfikirləri,  xət­
tinin davamçıları olmasaydı, bütün bu nailiyyətləri v ə deyərləri qo­
ruyub  saxlamaq v ə  artırmaq mümkün  olmazdı.
Konrad Adenauer və  Heydər Ə liyev.  Bu şəxsiyyətlərin  miqya­
sına  v ə  istedadına,  zəkasına  v ə   müdrikliyinə,  dövlətçilik  təfəkkü­
rünə  və  məqsədyönlülüyünə  görə  ümumi,  oxşar  cəhətləri  çoxdur. 
Heydər  Əliyevin  fəaliyyətinin  birinci  mərhələsi  ölkə  rəhbərinin 
rolunun  totalitar  rejimin  prinsipləri  ilə   məhdudlaşdırıldığı  sovet 
dövrünə  aiddir.  Dövlət  m üstəqilliyi  əld ə  olunduqdan  sonra  isə
VI fəsil. Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
4 2 9


Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
Azərbaycanın modernləşməsinin ikinci m ərhələsi başlandı.  Totali­
tarizmdən  uzaqlaşma,  dövlət  idarəçiliyinin  v ə  cəmiyyətin  demok­
ratikləşməsi  iqtisadiyyatın  dirçəlişi  v ə  inkişafı,  istehsala  və  digər 
sahələrə  ən  yeni  texnologiyaların  tətbiqi,  insanların  həyatının  s ə ­
viyyəsi və keyfiyyətinin yüksəlməsi üçün yeni  imkanlar açdı.
Lakin  bütün  bunlar  birdən-birə  əldə  edilməmişdir.  Ölkənin 
idarə  edilm əsinə  1993-cü  ilin  ortalarında  qayıdan Heydər  Ə liyevə 
görünməmiş,  ağır bir tale qismət oldu:  qarmaqarışıqlıq, hərc-m ərc­
lik  və  vətəndaş  müharibəsi,  ayn -a yn   qrupların  separatçı  çıxışları 
nəticəsində  ölkənin  parçalanma  təhlükəsi,  Ermənistanın  başladığı 
müharibə,  iqtisadiyyatın  tənəzzülü,  durğunluğu  və  staqflyasiyası, 
əhalinin  sosial vəziyyətinin kəskin  şəkildə pisləşməsi,  1994-cü və
1995-ci  illərdəki  dövlət  çevrilişi  cəhdləri,  dövlətin başçısı  Heydər 
Ə liyevə  qarşı  dəfələrlə  terror aktları  cəhdləri  və  sair.  Heydər  Ə li­
yev  özünün dövləti  idarə  etmək istedadı  v ə  qətiyyəti  sayəsində  ilk 
iki-üç il ərzində Azərbaycanı xilas etmək üçün təxirəsalınmaz föv­
qəladə  tədbirlər  görməli  oldu  və  yalnız  1996-cı  ildə  cəmiyyət  və 
dövlət ölkədə dövlət quruculuğu problemlərinin həllinə və iqtisadi, 
siyasi  islahatların  və  məhkəmə-hüquq  islahatlarının  aparılmasına 
tam  şəkildə  başlaya bildi.
Almaniyanın  müharibədən  sonrakı  (1945-ci  il)  inkişafının  nü­
munəsi Azərbaycanın bir çox problemlərinin həlli üçün çox mühüm 
örnək ola bilər.
Gənc  siyasətçilər Heydər Əliyevin  m üəyyən etdiyi yoldan sap­
mamaq üçün nə  etməlidirlər?  Bu  sual  taleyüklü xarakter daşıyır və 
Azərbaycanın  hər  bir  vətənpərvər  insanını  ona  cavab  verməzdən 
əv vəl dərindən düşünməyə vadar etməlidir.  Özü də bu zaman tək­
cə  şəxsi  əmin-amanlıq  baxımından  deyil,  həm  də  dövlətçiliyin, 
milli müstəqilliyin, erazi bütövlüyünün qorunub saxlanması və xal­
qın  həyat  şəraitinin  ciddi  şəkildə  yaxşılaşdırılması  mövqeyindən 
cavab verilməlidir.
2001-ci  ildə  Moskvada “Sülh,  tərəqqi,  insan hüquqları”  rubri­
kası  altında “Azərbaycan və Rusiya:  cəm iyyətlər və dövlətlər”  ki­
tabı  çap  olunmuşdur.  Onu Andrey  Saxarov  adma muzey və  ictimai
4 3 0
mərkəz nəşr etmişdir.  Kitabda A.Saxarov fondu və onun ABŞ-dakı 
şöbəsi  çərçivəsində  keçirilmiş  konfransın  materialları  verilmişdir. 
Şübhəsiz ki,  maraqlı,  lakin  m üxtəlif səviyyəli  və  m üxtəlif mənalı, 
bəzən  də  hətta  xoşagəlməz  materialların  daxil  edildiyi  bu  kitabda 
mənim  də  “Azərbaycan  inqilabı”  məqaləm  dərc  olunmuşdur. 
Orada  mənim  “Keçmiş  gələcəyin  kontekstində”  sərlövhəli  müsa­
hibəmdən195  sitatlar gətirilir.  Cavablardan birində Heydər Əliyevin 
şəxsiyyəti haqqında mənim  həm işə  dediyim və  heç  vaxt dəyişm ə­
diyim bir fikir vardır:  “Mən “güclü əlin ”  əleyhinəyəm ,  amma güc­
lü  hakimiyyətin  və  m öhkəm   nizam -intizam ın  tərəfdarıyam. 
M əsələ  bu  şəxsiyyətin  avtoritarlığında  deyil,  nüfuzundadır.  Odur 
ki,  şəxsi  rəyimi  ifadə  edərək  deyəcəyəm   -   Əliyevin  respublikada 
nüfuzu var...  şübhəsiz ki,  o,  qeyri-adi  şəxsiyyət,  lider keyfiyyətlə­
rinə  malik böyük dövlət xadimidir” .
Güclü peşəkar  hakimiyyət,  möhkəm  nizam-intizam  və  qanun­
çuluq.  Bunlar  Azərbaycanın  -   gənc  demokratik,  müstəqil  dövlətin 
problemlərinin həlli üçün ən ümdə  şərt,  dövlət idarəçiliyinin  aydm 
həqiqətidir.  Dövlət başçısının hakimiyyətin bütün pillələrindən qa- 
nunçuluğa  və  nizam-intizama  əm əl  olunmasını  tələb  edən  güclü, 
iradəli  lider  keyfiyyətlərinə  malik  olması  zəruridir.  Həm  də  bu 
keyfiyyətlər təkcə bu gün  deyil,  dövlət həyatındakı  keçid  dövrü və 
ölkədə gedən  siyasi proseslərin mahiyyəti nəzərə  alınmaqla,  sabah 
da lazımdır və bu da demokratiyanın  inkişafına əsla zidd  deyildir.
Müasirlər haqqında yazmaq çox çətindir. Çünki  saysız-hesabsız 
amilləri  nəzərə  almaq,  adını  bütöv  bir  xalqın  taleyi  ilə  bağladığın 
siyasi  xadimi  dərk  etməyi  və  başa  düşməyi  bacarmaq  lazım  gəlir. 
İndi  biz Prezident İlham Ə liyev haqqında -  yeni  dövrün siyasətçisi, 
texnokrat siyasətçi  barədə düşünürük.  Kimsə bu  sətirləri  birmənalı 
qəbul  etməyə bilər, amma mən  əminəm ki,  m üəyyən mənada mil­
yonlarla  azərbaycanlının rəyini  ifadə  edirəm.
2003-cü ilin prezident seçkilərinin  nəticələri  bunu dem əyə tam 
əsas  verir.  Cəmiyyətimiz  Azərbaycanın  inkişaf  strategiyasını  da­
vam etdirməyə, zamanın tələbləri məcrasında ölkənin siyasətini və 
iqtisadiyyatını  əhəmiyyətli  dərəcədə  dəyişdirməyə  qadir  yeni  bir
VI fəsil. Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
431


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə