Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə103/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   99   100   101   102   103   104   105   106   ...   115

Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
T əəssüf ki,  Azərbaycanın reallığı tamamilə  başqa bir vəziyyəti 
əks etdirir.  Ölkədə müxalifət var,  lakin onun fəaliyyətinin xarakteri 
getdikcə  daha çox  şəxsi hikkələrinə  görə narazı  olan azsaylı  dava­
kar qruplaşmanın hərəkətlərinə bənzəyir.
Bütün bunlar cəmiyyətin belə müxalifət mühitinin olmasını ye­
nidən  nəzərdən  keçirməyin  zəruriliyini  şərtləndirir.  Çox  böyük 
sayda partiyalar v ə onların yedəyində gedənlər milli  siyasi məkan­
da darısqallıq yaradır, xüsusən də ona görə ki, bu amorf kütlə siyasi 
təşkilatın  real,  konstruktiv  funksiyasını  yerinə  yetirmir.  İndiki 
şəraitdə  onun  olmasını  nə  Azərbaycan  cəmiyyətinin  yaşadığı  ger­
çəklik,  nə  də  səkkiz  milyon  əhaliyə  malik  ölkədə  bu  qədər  sayda 
siyasi təşkilatların olması  zərurəti  tələb etmir.
Müstəqil  Azərbaycanın  partiya  ənənələrinin  sabit  inkişafını 
m əhz  bu  amil  ləngidir.  Azərbaycan  demokratiyası  gənc  olduğuna 
görə, hazırda ölkədə hər hansı partiya ənənələrindən danışmaq çə­
tin  olsa da,  hər halda dəqiq yekunlaşdırmaq  olar ki,  1993-cü   ildən 
bəri keçirilmiş iki parlament və üç prezident  seçkiləri, habelə b ələ­
diyyə  seçkiləri,  m əhkəmə  və  icra hakimiyyətləri  sahəsindəki  isla­
hatlar, son illərdə iqtisadiyyatda qazanılmış nailiyyətlər gənc Azər­
baycan  demokratiyasının  yetkinlik  imtahanından  uğurla  keçməsi 
barədə  tezisin əsaslı  olduğunu  sübut  edir.
2001-ci  ildə  Azərbaycanın  Avropa  Şurasına  daxil  olması  ölkə 
qarşısında  bir  sıra  prinsipcə  yeni  vəzifələr  qoydu,  eyni  zamanda 
diqqəti  cəmiyyətin  demokratikləşməsi,  insan  hüquqlarının  təmin 
edilməsi  və  müdafiəsi  sahəsinə  yönəltdi.  Ölkə  Avropa  Şurasına 
2001-ci  ildə  qəbul  olunmasına  baxmayaraq,  Azərbaycanda  hələ
1995-ci ildən qızğın hazırlıq işləri gedirdi. Bu, ən əvvəl m əhkəm ə- 
hüquq sistemində  islahatlara,  vətəndaşların  əsas hüquq və azadlıq­
larının  təmin  edilməsi  və  müdafiəsinə  yönəldilmiş  tədbirlərin 
həyata keçirilməsinə  aid  idi.
1995-ci ilin noyabrında qəbul edilmiş Azərbaycan Respublika­
sının  Konstitusiyası  insan  hüquq  və  azadlıqlarının  həyata  keçiril­
m əsinə  əsaslanan  yeni  dövlət  quruculuğunun  bünövrəsi  oldu.
412
Konstitusiya  dövlətin  və  vətəndaş  cəmiyyətinin  gələcək  modeli 
üçün hüquqi  əsasın təməlini  qoydu.
Məhkəmə-hüquq islahatları çərçivəsində çoxsaylı tədbirlər gö­
rülmüşdür  ki,  bunlardan  da  m əqsəd  məhkəmə-hüquq  sistemini 
beynəlxalq standartlara, o cümlədən İnsan Hüquqlarına dair Avropa 
Konvensiyasının,  onun protokollarının və digər sənədlərin tələblə­
rinə uyğunlaşdırmaq idi.
Məhkəmə-hüquq  islahatlarının  aparılmasında  ilk  addımlardan 
biri  islahatların  həyata keçirilməsi  konsepsiyasının  yaradılması  ol­
muşdur.  M əhkəmə  sistemində  islahatların  əsas  məqsədləri  məhz 
bu konsepsiyada müəyyən  edilmişdi.  Həmin m əqsədlər isə hüquqi 
dövlət  çərçivəsində  müstəqil  m əhkəmə  sisteminin  fəaliyyət  gös­
tərməsinin  təmin  edilməsindən,  vətəndaşların  ədalətli  məhkəmə 
araşdırmasına,  hüquqi  yardım  almasına  olan  hüquqlarına  əməl 
olunması, m əhkəmə qərarlarından  şikayət hüququnun  həyata keçi­
rilməsi  və  sairdən  ibarətdir.
Son illərdə mülki, mülki-prosessual, ailə, əmək, cinayət, cinayət- 
prosessual  m əcəllələr,  Cəzaların  icra  edilməsi  haqqında  m əcəllə, 
İnzibati xətalar m əcəlləsi, vergi və gömrük m əcəllələri qəbul olun­
muşdur.  Dövlət və cəmiyyət üçün son dərəcə vacib olan  Azərbay­
can  Respublikasının  Seçki  M əcəlləsi  qəbul  edilmişdir.  Bu  m əcəllə 
ölkədə  seçkilərin  əsas  mexanizmlərini  müəyyən  etmişdir.  Qəbul 
edilmiş  onlarca  yeni  qanunlar  məhkəmələrin,  prokurorluğun,  v ə - 
killiyin,  polisin,  ədliyyə  orqanlarının  və  digər hüquq  mühafizə  or­
qanlarının  statusunu müəyyənləşdirmişdir.
“Konstitusiya  Məhkəməsi  haqqında”  (1997)  v ə  “M əhkəmələr 
və hakimlər haqqında” qanunlar m əhkəmə sisteminin müstəqilliyi­
nin  əsas prinsiplərini  müəyyən  etmişdir.  Bu prinsiplərə hakimlərin 
toxunulmazlığı,  dəyişilməzliyi,  şəxsi  təhlükəsizliyi,  onların  fəaliy­
yətinə  müdaxilənin  yolverilməzliyi  təmin  edilməklə,  hakimlərin 
siyasətsizləşdirilməsi,  onların  müsabiqə  əsasında  təyin  edilməsi 
ilə,  hakimlərə  maddi  və  sosial  təminatlar  verilməklə  nail  olunur. 
Hakimlərin  müstəqilliyi  onların  yalnız  qanuna  tabe  olmalarını  nə­
zərdə  tutur.  Yeni  qanunvericilik m əhkəmə  icraatının  hər  hansı  şə ­
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
413


kildə məhdudlaşdınlmasına, ona müdaxiləyə, hakimlərin qərar q ə­
bul  etməsinə  bilavasitə  və  ya  dolayısı  ilə  təsir  göstərilm əsinə  yol 
vermir.
Azərbaycan  Respublikası  Konstitusiyasının  müddəalarına  uy­
ğun  olaraq,  1998-ci  ildə  Konstitusiya  M əhkəməsi  yaradılmış  və 
onun  tərkibi  formalaşdırılmışdır.  Konstitusiya  M əhkəm əsi  hüquq 
normalarını  və  insan hüquqlarına hörmət edilməsini rəhbər tutaraq 
onlarca qərar qəbul etmişdir ki,  bunlardan da m əqsəd qanunverici­
liyi,  icra hakimiyyətinin normativ-hüquqi  aktlarını Konstitusiyanın 
müddəalarına uyğunlaşdırmaqdır.
M əhkəm ə-hüquq  sisteminin  ən  mühüm  elementi  birinci  ins­
tansiyadan,  apelyasiya  v ə   kasasiya  instansiyalarından  ibarət  yeni 
m əhkəm ə  sisteminin yaradılmasıdır.  Buna uyğun olaraq respubli­
kada  Apelyasiya  M əhkəm əsi,  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə 
M əhkəm ə,  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  Hərbi  M əhkəm ə, 
yerli  iqtisad  m əhkəm ələri,  Beynəlxalq  M üqavilələrdən  İrəli  G ə­
lən  Mübahisələrə  Dair  İqtisad  M əhkəm əsi  v ə  s.  yaradılmışdır. 
Yeni  qanunvericilik  birinci  növbədə  əhalinin  m əhkəm ələrə 
müraciətini  asanlaşdırmağa,  m əhkəmə  sisteminə  etimadı  m öh­
kəm ləndirm əyə  istiqamətlənmişdir.  B elə  münasibət  insanların 
m əhkəm əyə  iddiaları  və  müraciətlərinə  hüquq,  hakimlərin  əda- 
lətliliyi,  obyektivliyi  və  qərəzsizliyi  əsasında  baxılmasını  təmin 
etm əyə  imkan  verir.
Qanunun aliliyini təmin etməyin tərkib hissələrindən biri hüquq 
mühafizə orqanlarının  insanın azadlıq,  şəxsi  toxunulmazlıq,  öz xü­
susi  həyatının  toxunulmazlığı,  mənzil  toxunulmazlığı  və  s.  kimi 
əsas hüquqlarına toxunan səlahiyyətlərini həyata keçirməsi üzərin­
də  m əhkəmə nəzarətinin tətbiqidir.
M əhkəmə  sisteminin  müstəqilliyi  və  m əhkəmə  prosesində  tə­
rəflərin  bərabərliyi  prinsiplərini  təmin  etmək  məqsədi  ilə  “M əh­
kəm ə  və  hüquq  mühafizə  orqanları  işçilərinin  dövlət  müdafiəsi 
haqqında”  (1998),  “Təhqiqat,  ibtidai  istintaq,  prokurorluq və  m əh­
kəm ə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə 
vurulmuş ziyanın  ödənilm əsi barədə”  (1998),  “Cinayət prosesində
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
414
iştirak  edən  şəxslərin  dövlət  müdafiəsi  haqqında”  (1998)  qanunlar 
qəbul  edilmişdir.
Dünya Bankının dəstəyi  ilə 2000-ci  ilin avqustunda hakimlərin 
aşkarlıq  şəraitində  test  imtahanları  verməklə  seçilməsi  və  təyin 
olunması prosesi başa çatmışdır.
Milli  M əclisin  qəbul  etdiyi  “Prokurorluq  haqqında”  qanuna 
(1999)  uyğun  olaraq,  prokurorluğun  bir  sıra  səlahiyyəti,  o  cüm lə­
dən nəzarət funksiyaları ilə bağlı səlahiyyətləri xeyli məhdudlaşdı­
rılmışdır.  Qanun prokurorluğun səlahiyyətlərini yenidən m üəyyən­
ləşdirir  və  demokratik  cəm iyyətdə  məhkəmənin  həqiqi  rolunu 
tanıyır.  Prokurorluq  məhkəmə  hakimiyyəti  orqanı  kimi  m üəyyən 
olunmuşdur;  onun  əsas vəzifələri  istintaqa  prosessual  rəhbərlik və 
ittihamı müdafiə etməkdir.  Keçmiş  SSRİ-dən miras qalmış v ə pro­
kurorluq orqanlarına xas olmayan  səlahiyyətlər ləğv  edilmişdir.
Avropa  Şurasının,  Almaniya  Texniki  Yardım  Agentliyinin  və 
Dünya  Bankının  ekspertləri  ilə  əməkdaşlıq  şəraitində  hazırlanmış 
“Vəkillər və vəkillik fəaliyyəti  haqqında”  qanun  (1999)  ittiham və 
müdafiə  tərəflərinin  hüquq  bərabərliyini  təmin  edir;  Konstitusiya 
ilə  m üəyyən  olunmuş  hüquqi  müdafiə  etmək  üçün  möhkəm  təmi­
nat  yaradır;  İnsan  Hüquqları  üzrə  Avropa  Konvensiyasının  6-cı 
maddəsinə uyğun olaraq, məhkəmədə  işlərə ədalətli baxılması hü­
ququnu,  vəkillik peşəsinin müstəqilliyini  təmin  edir.
Milli  M əclisin  qəbul  etdiyi  “Polis  haqqında”  (1999)  və  “Ə m ə­
liyyat-axtarış  fəaliyyəti  haqqında”  (1999)  qanunlarda  onların 
strukturu, habelə polisin səlahiyyətləri  müəyyən olunur.  Bu qanun­
lar  hazırlanarkən  İnsan  Hüquqları  üzrə  Avropa  Konvensiyasının 
müddəaları, o cümlədən şəxsi həyata v ə ailə həyatına hörmət olun­
ması  hüququnu  müəyyən  edən  8-ci  maddənin  müddəaları  nəzərə 
alınmışdır.  Belə  ki,  insanların şəxsi  həyatına müdaxiləyə, əgər qa­
nunla  müəyyən  edilməyibsə,  məhkəmənin  müvafiq  sanksiyası 
olmadan  axtarışlara və digər axtarış  tədbirlərinə  yol  verilmir.
Respublikada  penitensiar  sistemdə  islahatlar  aparılması  sahə­
sində  böyük  dəyişikliklər həyata  keçirilmişdir.  Milli  M əclis  cəza­
lanın  çəkilməsi  haqqında  yeni  m əcəllə  qəbul  etmişdir.  Həmin
VI f əsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
415


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə