Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə113/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   107   108   109   110   111   112   113   114   115

Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
♦> İntensionallıq -  (latınca intentio -  canatma,  niyyət, istiqamət; almanca 
intentionalitat).
 
E.Qusserlin  fenomenologiyasına  görə,  şüurun  mahiyyət 
strukturu  olub,  şüuru  “sözün  dəqiq  mənası”nda  səciyyələndirir.  Fenome- 
nologiya şüuru verilmiş məzmunla və ya onsuz olaraq, özünə qapılmış “subs­
tansiya” kimi başa düşməkdən imtina edir.
❖   İnteraktiv  rejim  -   insanın  kompüterlə  dialoqudur.  Bu  zaman  istifa­
dəçinin sorğusuna sistemdən dərhal cavab gəlir.
❖   İstehlak  cəmiyyəti  -   istehlak  prinsipi  əsasında  getdikcə  daha  böyük 
dərəcədə  mütəşəkkil  olan  modern  cəmiyyətin  (müasir  cəmiyyətin) 
xarakteristikalarından  biridir.  Bu,  adətən,  istehlak  strukturunu  əhəmiyyətli 
dərəcədə dəyişdirən gəlirlərin artması (en zəruri mallara deyil, uzun müddət 
işlədilən  əşyalara,  asudə  vaxta  və  s.  getdikcə  daha  çox  vəsait  xərclənir);  iş 
vaxtı  müddətinin  azaldılması  və  asudə  vaxtın  artması;  identliyin  forma­
laşmasının əmək sahəsindən ayrılaraq, istirahət və istehlak sahəsinə getdikcə 
daha  çox  meyil  etməsinə  gətirib  çıxaran  sosial  diferensiasiyanın  sinfi 
strukturunun  və  çoxamilli  xarakterinin  aradan  götürülməsi;  fərdi  üsulu  və 
imici  formalaşdıran  istehlakın  fərdiləşdiriiməsi  kimi  sosial  dəyişikliklərlə 
əlaqələndirilir.
❖   Kliyentalist qruplar -  lobbiləşdirilmiş, yaxud haqqı ödənilmiş qruplar.
❖   Koqnitiv -  idraka uyğun olan, dərk edilə bilən.
❖   Kommuntarizm -  icma baxışları sistemi.
❖   Konformizm  -   (latınca  conformis
 
-   oxşar,  uyğun)
 
1562-ci  ildə 
Yepiskol  kilsəsinin  39  maddəsinə  tabe  olmuş  ingilis  protestantlarının 
hərəkatıdır.  Maddələri  qəbul  etməyənlər  nonkorfomistlər,  sonralar  isə  dis- 
senterlər  adlandırılmışdır.  Konformizm  şəraitə  uyğunlaşma,  mövcud  sosial 
qaydaları, hakim rəyləri və s. passiv surətdə qəbul etməkdir.
❖   Sosiallaşma  prosesində  formalaşan  baxışlarda,  rəylərdə  və  müha- 
kimələrdəki  eyniliyin  digər  təzahürlərini,  habelə  inandırıcı  dəlil-sübutların 
təsiri  nəticəsində  baxışların dəyişdirilməsini  konformizmdən  fərqləndirmək 
lazımdır.  Konformizm  fərdin  müəyyən  rəyi  “təzyiq altında”,  cəmiyyətin  və 
ya qrupun təsiri altında müəyyən fikri qəbul etməsidir. Bu isə, başlıca olaraq, 
sanksiyalar tətbiq  ediləcəyi  ilə  bağlı  qorxudan  və  ya təklikdə  qalmağı  istə- 
məməkdən irəli gəlir.
❖   Konnotasiya  -   əsas  məna  ile  müəyyən  dərəcədə  bağlı  olan  və  ona 
təsir göstərən hər hansı anlayışın və ya ifadənin əlavə mənası.
❖   Korrelyasiya -  qarşılıqlı münasibət.
❖   Kumulyativ  -   subyektin  öz  nüfuzunu  və  ya  səlahiyyətini  genişlən­
dirməyə daxilən can atmaq xüsusiyyəti.
4 5 0
Terminlər lüğəti
•I*  Lakuna -  
(latınca  la c u n a -  çö k ək lik  sözündən).
  Linqvistika və ədəbiy­
yatşünaslıqda mətndə boşluq, çatışmayan yer.
❖   Latent -  gizli, aşkar nəzərə çarpmayan.
❖   Marginallıq -  müəyyən sosial  qrupun tərkibinə tam deyil, yalnız qis­
mən daxil olmaq.  İlk vaxtlar bu termin, hər şeydən əvvəl, miqrantlar öyrəni­
lərkən  iki müxtəlif qrupun həyat tərzini  və  ənənələrini  ayıran  “mədəni hib- 
rid”i ifadə etmək üçün işlədilirdi.
❖   Meritokratiya -  ən yaxşı  insanların hakimlik etməsi forması.
❖   Modern  -   Avropada  Yeni  zaman  epoxasından  başlanmış  iqtisadi, 
siyasi,  fəlsəfi,  elmi,  dini  və  mədəni  təkamülün  gedişində  yaradılmış  həyat 
şəraitinin bütün məcmusu.
❖  Modemizm -  Yeni zamanın “ruhu”. Onun kökləri öz rasional biliyə və 
texniki  dəyişikliklərə  pərəstişi,  cəmiyyətin  ardıcıl  inkişafına,  bəşəriyyətin 
sonsuz tərəqqisinə inamı  ilə birlikdə müasir elmin meydana gəldiyi  dövrlərə 
gedib çıxır.
❖   Modernləşmə  -   ənənəvi,  aqrar  cəmiyyətdən  müasir,  industrial 
cəmiyyətlərə  keçid prosesidir.  O,  sənayeləşdirme  və ya kapitalizmə  keçidlə 
müqayisədə daha geniş sosial prosesdir.
❖   Monetarizm -  qiymətlərə,  gəlirlərə,  məşğulluğa  və  s.  bilavasitə  təsir 
göstərən pulların tədavüldeki miqdarının iqtisadiyyata təsirini müəyyən edən 
ideyaya əsaslanan iqtisadi nəzəriyyə.
❖   Orta  sinif -   sosial  stratifikasiya  (cəmiyyətin  təbəqələrə  bölünməsi) 
sistemində yüksək və  aşağı  (yaxud  fəhlə)  sinfi  arasında  yerləşən  təbəqə.  O, 
iyerarxik  fərqlər  sistemində  mövqeyi  göstərmək  üçün  tesviri  anlayış  kimi 
işlədilir.
❖   Partikulyarizm -  politologiyada -  siyasi, inzibati və ya mədəni muxta­
riyyətə  nail  olmaq  və  onu  əldə  saxlamaq  niyyəti.  Separatizm -   müstəqilliyə 
nail  olmaq  uğrunda  hərəkat  və  desentralizm  -   dövlət  orqanlarının  rəhbər 
rolunun  inkar edilməsi partikulyarizmin ifrat formalarıdır.
❖   Perversiv sistem -  prioritetlərdən asılı olaraq dəyişkən sistem.
❖   Postindustrial cəmiyyət -  bu anlayış ilk dəfə D.Böll tərəfindən  1962-ci 
ildə  təklif olunmuşdur.  Termin  sənaye  istehsalı  potensialını  tükədən  Qərbin 
inkişaf etmiş  ölkələrinin  1950-ci  illərin  axırları  -   60-cı  illərin  əvvəllərində 
inkişafın  keyfiyyətcə  yeni  mərhələsinə  qədəm  qoyduğunu  bildirirdi.  Bu 
mərhələ  xidmət  və  informasiya  sahəsinin  artması  hesabına  sənaye  isteh­
salının payının və əhəmiyyətinin azalması  ilə səciyyələnir.
❖   Postmodern -  postmüasirlik  epoxası.  Modernə -   müasirlik  epoxasına 
qarşı  qoyulur.  Postmodern  nəzəriyyəçilərinin  fikrincə,  bu  termin  öz  tarixi
451


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə