Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


mokratik  rejim  dalbadal  səhv  edə  və  bununla  da  özünü  m əh və



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə96/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   92   93   94   95   96   97   98   99   ...   115

mokratik  rejim  dalbadal  səhv  edə  və  bununla  da  özünü  m əh və 
yaxınlaşdıra  bilər.  Lints  hesab  edir  ki,  belə  səhvlərdən  biri  haki­
miyyətin  güclü prezident modeli  çərçivəsində maksimum  c ə m lə ş- 
dirilməsinə m eyil göstərməkdir.
Ola  bilsin,  onun  bu  fikri  əsassız  deyildir,  lakin  keçid  dövrü 
ölkələrində  güclü prezident hakimiyyətinin olmaması  anarxist m e- 
yilləri  və  hərc-m ərclik  vəziyyətini,  bəlkə  də  hərki-hərkiliyi  şərt­
ləndirir.  M əsələn,  güclü prezident hakimiyyəti Latın Amerikasında 
sabitliyə  köm ək  etmişdir.  Əgər  Lints  müstəmləkəçilikdən  sonrakı 
Asiya və  Afrika ölkələri  üçün  xarakterik  olan  sabitlik proseslərinə 
diqqətini  yönəltsəydi,  yəqin  tamamilə  aydın  şəkildə  başa  düşərdi 
ki,  həmin  ölkələrdə  böhranın  əsil  “səbəbkarları”  məhz  parlament 
sistemləri olmuşdur.
Bir  çox  dövlətlərin  təcrübəsi  göstərir  ki,  prezident  idarəçiliyi 
formasına keçid posttranzitar dövrdə cəm iyyət daxilində  fikir ayrı­
lıqlarını yumşaltmaq üçün başlıca amildir.  Məhz bu halda prezident 
hakimiyyəti  sabit inkişafa təminat  verir.
X.Lintsin konsepsiyasında seçki prosedurlarının məcburi prose­
durlar  sayıldığı  konsolidasiya  olunmamış  demokratiyadan  söhbət 
gedir.  Lakin bir  çox  başqa demokratik təsisatları  (siyasi  partiyalar, 
müstəqil  m əhkəm ələr,  qanunverici  və  icra  hakimiyyətinin  dəqiq 
bölgüsü,  postavtoritar  Konstitusiyanın  qəbul  edilməsi  v ə  s.)  m öh­
kəmləndirmək üçün h ələ zəruri şərait yaradılmamışdır. B elə tə s ə v ­
vürə  görə,  cəm iyyətdə  demokratik  keçidi  baş  tutmuş  hesab  etm ək 
olar;  problem  yalnız  cəmiyyətin  birləşməsindədir.  Lakin  m əsə lə  
demokratiyanın  birləşməsinə  gəlib  çatanda,  Lintsin  nəzəriyyəsinə 
görə, bu zaman əsas problemlər meydana çıxır. Bu problemlər,  o n ­
ların cəmləşdirici təsiri v ə hakim  rejimə  dağıdıcı təsiri  demokratik 
rejimlərin  süqutu barədə  nəzərdən  keçirdiyimiz nəzəriyyənin diq­
qət mərkəzində olur.
Beləliklə,  Lintsin  başlıca  səhvi  bundadır  ki,  demokratik  sistem  
konstitusiyalaşdıqdan  sonra  (demokratiyaya  keçid  tərəfdarlarının 
güman etdikləri kimi)  möhkəmlənmək əvəzinə, zəifləyə  və  dağıla 
bilər.  Öz  həmkarları  ilə  birlikdə  Lints  Cənubi  Avropa  v ə  Latın
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma  dövrünün  tələbləri
3 84
Amerikası ölkələrinin materialları  əsasında mövcud rejimin z ə iflə ­
məsinə  kömək  edən  amilləri  aşkara  çıxarmışdır.  Həmin  amilləri 
sadalayaq:
-  rejimə loyal  olmayan müxalifətin möhkəmlənməsi;
-   onun  mötədil  müxalifətin  v ə  əhalinin  bitərəf təbəqələrinin 
xeyli hissəsini  öz tərəfinə çəkməsi;
-  həlledilm əz problemlərin və bundan doğan böhranların mey­
dana gəlməsi;
-  cəm iyyətdə böhran qruplarının meydana gəlm əsi;
-  demokratiyanın dağılmasının gedişində siyasi zorakılığın rolu;
-   dövlətin  məcburiyyət  orqanları  üzərində  inhisarını  tədricən 
itirməsi  v ə  demokratiyanın  əld ə  olunmuş  nailiyyətlərindən  imtina 
edilməsi;
-  parlamentarizm və prezidentlik təsisatlarının demokratik reji­
min dərinləşməkdə olan qeyri-sabitliyinə təsiri;
-  hökumətin hakimiyyəti  itirməsi  v ə  demokratik rejimin  sonu.
Bu sadalananlarla yanaşı, yenidən demokratikləşmə v ə  təzə si­
yasi  tarazlığın  qazanılması  ilə  bağlı  digər  problemlər  də  yarana 
bilər.
Demokratik rejimin m öhkəmlənm əsi mərhələsində onun daya­
nıqlı  olmasına v ə  müxalifətlə aralıq sazişə gəlm ək bacarığına tələ­
bat  artır,  müxalifəti  qərar  qəbul  etmək  prosesinə  cəlb  edərək,  onu 
mövcud  hakimiyyətin  istefası  haqqında  m əsuliyyətsiz  çıxış  imka­
nından  məhrum  edir.  Ona  görə  də  prezidentə  əlavə  səlahiyyətlər 
verilməsi  deyil,  əksinə hakimiyyətin  onun üç  qolu -  icra hakimiy­
yəti,  nümayəndəli  hakimiyyət  və  m əhkəmə  hakimiyyəti  arasında 
optimal  şəkildə bölünməsi prinsipcə  daha vacib ola bilər.
Ə gər  böhrandan  çıxış  və  demokratik  rejimin  sonrakı  sabitləş­
məsi  strategiyalarından  heç  biri  səm ərəli  olmazsa,  X.Lints  rejimin 
süqutunun ehtimal  olunan beş yolunu sadalayır:
1. 
Demokratik yolla seçilmiş hökumətin güc  tətbiq etm əyə ha­
zır olan  qrup tərəfindən konstitusiyaya zidd  şəkildə  əv əz edilməsi. 
Həmin qrupun hərəkətləri fövqəladə vəziyyət tətbiq edilərkən ya­
radılmış  institusional  mexanizmlər  vasitəsilə  legitimlik  alır.  De­
VI fəsil. Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
385


mokratik prosesi  bərpa  etmək  niyyəti  ilə  keçid  dövrü  hakimiyyəti 
yaradılır.  O,  sonra m üəyyən çətinliklərlə qarşılaşır.
2.  Öz  sıralarına  əvvəlki  demokratik  rejimin  siyasətçilərini  v ə  
qeyri-loyal  müxalifətin  liderlərini  qəbul  edən  qeyri-demokratik 
(əsasən,  demokratiyaya  qədərki)  strukturların  koalisiyasının  haki­
m iyyəti ələ  keçirməsi,  lakin sosial  sahədə yalnız cüzi dəyişikliklər 
həyata keçirməsi -  demokratik sistemin təsisatlarını yaratması.
3.  Əvvəlki  demokratik  rejimin  aparıcı  siyasi  xadimləri  kənar- 
laşdırılmaqla,  ictimai qüvvələr birliyinə əsaslanan, yeni siyasi təsi­
satlar yaradılmadan və təzə hakimiyyəti dəstəkləmək üçün qüvvə­
lərin heç bir kütləvi  səfərbərliyi  aparılmadan yeni avtoritar rejimin 
yaradılması.
4. Hakimiyyətin yaxşı təşkil edilmiş, cəmiyyətdə kütləvi bazası 
olan,  yeni  sosial-siyasi  quruluş yaratmağa can atan,  lakin hakimiy­
yəti  əvvəlki  rejimin  siyasətçiləri  ilə  deyil,  yalnız keçid dövrü üzrə 
ikinci dərəcəli tərəfdaşları ilə bölüşmək istəyən qeyri-loyal müxa­
lifətin  əlinə  keçməsi.  Bunun  nəticəsində  həm  sərt  avtoritar  rejim, 
həm də totalitarqabağı  rejim yarana bilər.
5.  Hakimiyyətin  keçməsi  və  ya  belə  demək  olarsa,  transferi. 
Hətta zəifləm iş olsa da,  demokratik rejim asanlıqla təslim olmur və 
uzunmüddətli  mübarizə  (vətəndaş  müharibəsi)  tələb  edilir.  Belə 
münaqişə  demokratik  hökumətin  hətta  opponentleri  ilə  bacarma­
dığı v ə sosiumun yüksək dərəcədə ictimai-siyasi səfərbərliyi, lakin 
hökumət  və  müxalifət  tərəfdarlarına  parçalandığı  şəraitdə  haki­
miyyətdən  getməkdən  qəti  şəkildə  imtina  etm əsi  nəticəsində  ya­
ranır.
Lints öz konsepsiyasında cəm iyyətdə yeni qarşıdurmanın müm­
künlüyü  nəticəsinə  gəlir.  Üstəlik  o,  dövlətçiliyin  təşəkkülünün 
müəyyən  dövründə  güclü  prezident  hakimiyyəti  tərəfindən  qəsb 
olunduğuna  görə  demokratiyanın  təkamül  yolu  ilə  inkişafının 
mümkünlüyünü qəbul etmir.
Yeni  demokratiya  ölkələri  və  keçid  dövrü  cəmiyyətləri  üçün 
digər,  geniş məlum olan model nümayəndəli  demokratiya konsep­
siyasıdır. O, əsasən Latın Amerikası ölkələrinin təcrübəsi zəminin­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün tələbləri
386
də  formalaşmışdır.  Biz  Latın  Amerikasında  yaşamasaq  da,  onun 
təcrübəsi  siyasi  proseslərin  inkişafının mümkün,  lakin heç  də  arzu 
edilməyən ssenarilərini götür-qoy etmək üçün faydalı ola bilər.
Argentina politoloqu, professor Gilyermo O ’Donnellin konsep­
siyası  belə  bir  ehtimaldan  çıxış  edir  ki,  avtoritarizmin  süqutundan 
sonra yaranan rejim m üəyyən və kifayət qədər uzunmüddətli sabit­
lik nümayiş  etdirə  bilər188.  Lints  belə  avtoritarizmi  “konsolidasiya 
olunmamış  demokratiya”  adlandırır  və  onun  gələcəyinin  son  d ə­
rəcə  qeyri-sabit  olacağını  söyləyir.  G.O’Donnellinin  fikrincə,  sa­
bitliyi  güclü  prezident  hakimiyyəti  və  bu  hakimiyyətə  müqavimət 
göstərməyə qadir olan bütün digər sosial v ə  siyasi təsisatların inki­
şaf etm əm əsi  doğurur.  O,  belə  rejimi  “nümayəndəli  demokratiya” 
adlandırır v ə  hesab  edir ki,  onun meydana  gəlməsini  ölkələrin  ək ­
səriyyətinə keçmiş avtoritar sələflərindən miras qalmış dərin sosial 
və iqtisadi  böhranlar stimullaşdırır.
Nümayəndəli  demokratiya  liberal  v ə  ya  təmsilçi  demokratiya­
dan  əhəm iyyətli  dərəcədə  fərqlənir,  çünki  ən  vacib  təsisatların 
olmadığı şəraitdə fəaliyyət göstərir. Üstəlik, o sosial v ə  siyasi böh­
ranların  həlli  üçün  hökumət  səm ərəliliyinə  malik  deyildir.  Bu  isə 
onu  daxilən  qeyri-sabit  edir,  daim  avtoritarizmə  çevrilmək  təhlü­
kəsi  ilə  ü z-ü zə  qoyur.  Lakin  belə  vəziyyət  kifayət  qədər  uzun 
müddət davam  edə bilər.
Real  demokratik  təsisatlar  olmadığına  görə,  cəm iyyətdə  güclü 
prezident  hakim iyyətinə  tələbat  son  dərəcə  yüksək  olaraq  qalır. 
O’Donnellin təsvir etdiyi nümayəndəli demokratiya Türkmənistan­
da yaranmış mövcud rejimi çox xatırladır:  seçilmiş prezidentin  fəa­
liyyəti  heç  nə  ilə  v ə  heç  bir  şəkildə  məhdudlaşdırılmır;  o,  bütün 
millətin  rəmzi  v ə  canlı  təcəssümü,  onun  mənafelərinin  başlıca 
müəyyənləşdiricisi  v ə  daşıyıcısı  kimi  çıxış  edir;  onun  hökuməti 
seçki kampaniyasının gedişində prezidentin verdiyi vədlər üçün heç 
bir m əsuliyyət daşımır; prezident hər bir qanunun təsir dairəsindən 
kənarda duran,  bütün mövcud  siyasi  və diger mütəşəkkil  maraqla­
rın  fövqündə  dayanan  hansısa  bir  ali  qüvvə  kimi  təsəvvür  edilir; 
prezidentlikdən  savayı,  yerdə  qalan  bütün  siyasi  təsisatlar,  m əsə­
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
387


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə