Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


ixtilafları  aradan  qaldırmaqda  çətinlik  çəkirlər.  Yaranmış  v ə z iy y ə t



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə89/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   85   86   87   88   89   90   91   92   ...   115

ixtilafları  aradan  qaldırmaqda  çətinlik  çəkirlər.  Yaranmış  v ə z iy y ə t 
bu marginal  mühitdən olan bu və ya digər partiya rəhbərinin yaxın 
dövrdə  müxalifətin  vahid  lideri  olmasının  mümkünlüyünü  istisna 
edir.
Qeyri-sabitlik,  “dost”ların rəqiblərlə,  rəqiblərin isə “dost”larla 
tez-tez  əvəzlənm əsi  bizim  milli  müxalifəti  fərqləndirən  xüsusiy­
yətlərdir.  Perspektivin  olmamasının  doğurduğu  şaşqınlıq,  A X CP, 
Müsavat  Partiyası,  ADP  və  digər  partiyalar  daxilində  parçalanma, 
“rahat  yer”  uğrunda  mübarizə,  iqtidara  m ünasibətdə  davakar 
mövqe,  ara verməyən  siyasi  haqq-hesab  çəkm ələr,  bir-birini  hay- 
küylə  ifşaetmələr  göstərir  ki,  Azərbaycanda  m üxalifət  hərəkatı 
“yeniyetməlik”  çağındadır  v ə  yetkinlik  çağına  çatmaq  üçün  h ə lə 
uzun bir yol keçməlidir.
2004-cü  ilin  avqustunda  ADP  Ali  M əclisinin  sədri  Nurəddin 
Məmmədli  A X C P -yə  (islahatçılar)  keçdiyini  bildirdi.  O,  A B Ş-da 
gizlənən partiyanın sədri  Rəsul Quliyevi partiyaya rəhbərlikdə av­
toritar metodlara əl atdığına görə tənqid atəşinə tutaraq,  iri korrup­
siyaçı və yalnız hakimiyyətə  gəlm ək kimi tamahkar m əqsəd güdən 
adam  kimi  ifşa  edərək,  öz  transferini  belə  əsaslandırmışdır:  “Mən 
ADP-nin reabilitasiyası üçün bütün  imkanlarımdan istifadə etdim... 
Zənnimcə,  orada  nəyisə  dəyişdirmək  daha  mümkün  deyildir.  Bu 
səbəbdən  də  ADP  Azərbaycan  siyasətində  keçmişdir.  M ən  orada 
gələcək görmürəm.  M əhz buna görə  mən belə  addım atdım” 177.
Aleksandr  Karavayev  yazır:  “Avropanın  nöqteyi-nəzərincə, 
M D B -də  olduğu  kimi,  Azərbaycanda  da  partiyalar  yoxdur.  H ərə­
katların  cücərtiləri  var,  maraqlar üzrə  klublar  v ə  konkret  m əqsəd­
lər üçün  süni  surətdə yaradılmış təşkilatlar var.
Partiya  quruculuğu  h ələ  irəlidədir.  Başqa  sözlə  desək,  postso­
vet  dövlətlərinin  müasir  partiya  strukturlarının  öz  sələfləri  ilə  an­
caq  uzaq  oxşarlığı  var  v ə  onlar  Qərb  nümunələrindən  çox-çox 
fərqlənirlər.  Bütün m əsələ,  bundadır ki,  dialoqu kiminlə aparmalı? 
Nəinki  vahid  namizəd  üçün  resursları  səfərbər  edə,  hətta  belə  bir 
fiquru müəyyənləşdirə bilm əyən indiki müxalifətlə dialoq çətin ki, 
zəruri  olsun.
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
________
356
İnsanlar partiyaların əslində,  olmayan proqram fərqlərini  deyil, 
məhz  liderə  etimadın  olmasını  əsas  tutaraq  səs  verirlər.  Bugünkü 
Azərbaycanda İlham Əliyevdən daha güclü olan  sima yoxdur” 178.
Müsavat Partiyası,  AMİP,  ADP parçalandıqdan,  satellit  müttə­
fiqlər onlardan uzaqlaşdıqdan  sonra AXCP  lideri  Əli Kərimli  fəal­
laşmağa  başladı.  O,  bütün  vasitələrlə  üstünlüyü  ə lə   keçirmək 
istəyir v ə  bunun üçün hətta digər partiyaların rəhbərləri  qarşısında 
götürdüyü  öhdəlikləri  açıq-aşkar  pozmaqdan  da  çəkinmir.  Onun 
müxalif qüvvələri  vahid platforma əsasında birləşdirmək haqqında 
bəyanatları  səmimi  deyil,  əm əli  hərəkətlərinə  tamamilə  ziddir.  O, 
fürsətdən  istifadə  edərək,  öz  təşkilatını  başqa  müxalifət partiyala­
rından  qaçanlar hesabına  m öhkəmlətm əyə,  Xalq  Cəbhəsinin  digər 
cinahını  -   üzdəniraq  “klassiklər”i  qeyd-şərtsiz  özünə  birləşdir­
m əyə, yeni adamlar cəlb etm əyə çalışır.  Ə.Kərimli bu niyyətin h ə­
yata  keçirilməsini  sürətləndirmək  m əqsədi  ilə  öz  ətrafmdakılara 
belə  bir  tezislə  təbliğat  təşkil  etməyi  tapşırmışdır:  “Yaranmış  v ə ­
ziyyətdə  digər  müxalifət  partiyalarının  ictimaiyyət  arasında  nüfu­
zunu  itirməsi  nəzərə  alınaraq,  siyasətə  perspektivli  cavanlar 
gəlməlidir”.
Müxalif  partiya  elitalarının  yenə  də  hədsiz  şəxsi  iddiaları, 
qeyri-tənqidiliyi,  özünəvurğunluğu  partiya  rəqabətinə  v ə  partiya- 
daxili  fəaliyyətin təşkilinə  rasional yanaşmalara,  novasiyalara zid­
dir,  siyasi  vasitələrin  dəyişdirilməsinə mane  olur.
Əlbəttə,  heç  kim  iddia  etmir  ki,  ölkədə  müxalifət  yekrəng 
olmalıdır.  Geniş  kütlələrin  totalitar  rejimlə  mübarizə  apardıqları, 
xalq  hərəkatının  istibdada  qarşı  üsyana  qalxdığı  dövrlərdə  tarixdə 
belə hallar olmuşdur.  1980-ci illərdə sosializm düşərgəsinin bir çox 
ölkələrini  -   Rumıniyanı,  Polşanı  bu  cür  dalğa  bürümüşdü.  Ondan 
əvvəl  isə buna oxşar dalğa  1974-cü ildə  Portuqaliyada başlayaraq, 
yeni  siyasi  qüvvələrin  Salazardan sonra azad ölkə yaratmaq s ə y lə ­
rini  özünə çəkmişdi.  Sonra bu dalğa Yunanıstana və digər ölkələrə 
gedib  çıxmışdı.
Azərbaycandakı  vəziyyət bütün  bunlardan  köklü  surətdə  fərq­
lənirdi.  M illi  müstəqillik  əldə  olunduqdan  sonra  radikal  müxalifət
Vfəsil.  Hakimiyyət və müxalifət:  inkişaf naminə rəqabət
357


daha  xalq  kütlələrinin  geniş  təbəqələrinin  mənafelərini  ifadə  et­
mirdi.  Özlərini  böyük  siyasətçi  sayaraq,  iqtidarla  hakimiyyətin 
yenidən  bölüşdürülməsi  uğranda  mübarizə  aparmağa  başlayan 
adamların,  bir növ,  kastası yarandı.  M əhz bu  səbəbdən  də  m üxali­
fət özünün ehtimal etdiyi “ikinci zühuri’unu xalqla deyil, “kənardan 
olan”  müəyyən  qüvvələrlə  bağlayır.  Xalq  isə  milli  müstəqillik 
problemini birdəfəlik və həm işəlik həll edərək,  səylərini ümdə h ə ­
yati  problemlərin həllinə,  öz  sosial  v ə  iqtisadi  vəziyyətinin  yaxşı­
laşmasına yönəltmişdir.
Bundan əlavə,  əhalinin əsas kütləsi gözəl başa düşür ki, ə w ə la , 
sovet  dövründə  dövlətə  rəhbərlik  edən  Heydər  Ə liyev  iqtisadi, 
sosial  v ə  mədəni  sahələrdə  olduqca  böyük işlər görmüşdür.  Ö lkə­
nin  inkişafının  uzunmüddətli  perspektivini  də  bu  işlər  m üəyyən 
etmişdir.  İkincisi, müstəqillik illərində,  sosial v ə siyasi transforma­
siyanın  gedişində  vətəndaşların  əsas  hüquq  v ə  azadlıqları  təmin 
edildi,  qeyri-hökumət  təşkilatlarının  və  siyasi  təşkilatların  normal 
fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıldı, vətəndaş cəm iy­
yətinin  bünövrəsi  qoyuldu.  Üçüncüsü,  Prezident  İlham  Əliyev 
Azərbaycanın  inkişaf perspektivlərini  dəqiq  müəyyənləşdirmişdir: 
yanacaq-energetika kompleksi sərmayələrin daimi axınını v ə  ümu- 
mən milli  iqtisadiyyatın  inkişafını  təmin edir,  siyasi xəttin  varisliyi 
isə sosial-iqtisadi  layihələrin uğurla həyata keçirilməsinə əsaslanır. 
Dördüncüsü, uğurlu daxili v ə xarici siyasət nəticəsində kütləvi şüur 
sabitlik v ə demokratiya dəyərlərinin qədrini getdikcə daha əziz tutur.
2004-cü  il  mayın  7-d ə  “Zerkalo”  qəzeti  yazmışdır:  “Sirr  deyil 
ki,  süquta uğrayan müxalifət prezident  seçkilərindən sonra heç  cür 
özünə  g ələ  bilmir.  Müşahidəçilərin  əksəriyyəti  hesab  edir  ki,  16 
oktyabr iqtidar opponentlərinin  “açıq  edam”  günü oldu.  M üxalifə­
tin küt taktikası  onun özünə qarşı çevrildi.  M əsələ heç də onda de­
yildi ki,  müxalifət z ə if  idi  v ə  hakimiyyətə  g ələcəyi təqdirdə hadi­
sələrin  inkişafını  qabaqcadan  görə  bilmirdi.  Müxalifət  iqtidarla  öz 
arasında  “körpü  salmağı”  bacarmadı  və  nəzakətli-sərt,  sivilizasi­
yalı münasibətlərin nə demək olduğunu bilmirdi (yaxud bilmək is­
təmirdi).  O,  seçkilər  ərəfəsində  olduğu  kimi,  fəryad  qopara  bildi,
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
358
“demokratiya”ya  can  atdığını  deyil,  əslində  hakimiyyətə  yiyələn ­
mək  üçün  sönməz  ehtirasını  göstərdi.  Xalq  seçkilər  ərəfəsində 
məhz bunu gördü” 179.
D eyilənlərə  həmahəng  olaraq  elə  həmin  qəzet  2004-cü  il  5 
noyabr  tarixli  nömrəsində  yazırdı  ki,  müxalifət  liderlərinin  səhvi, 
bəsirətsiz  siyasəti  müxalifət  düşərgəsində  mənfi  prosesləri  sürət­
ləndirir,  “müxalifət intellektual  bazanı  itirir və getdikcə  lümpenlə- 
şir...  Partiya  quruculuğunun  mövcud  vertikalı  dağılır...  B ələdiyyə 
seçkilərinin  (2004-cü il  dekabrın  17-də  keçirilən  seçkilər nəzərdə 
tutulur -  qeyd müəllifindir) gedişi göstərdi ki, müxalifət yox olmaq 
təhlükəsi  ilə üzləşmişdir...  B ələd iyyə  seçkilərindən əv v əl baş  ver­
miş proseslər  artıq sübut etdi  ki,  ümumiyyətlə,  Azərbaycanda mü­
xalifətin varlığının  özü sual  altındadır” .
B eləliklə,  demokratik cəm iyyətin siyasi  sabitliyinin zəruri  şərti 
demokratik fəaliyyət göstərən v ə ölkə  əhalisinin sosial  strukturuna 
uyğun  gələn   partiya-siyasi  sistemin  olmasıdır.  Azərbaycanda  mü­
xalifət  hərəkatının  cəmiyyətdə  siyasi  v ə  sosial  bazaya  söykənən 
dərin kökləri yoxdur. Milli siyasi məkanın sosial struktura hələ for­
malaşmayıbdır.  Çox  güman  ki,  ölkənin  siyasi  qüvvələrinin  konfi­
qurasiyası  qarşıdakı beş il ərzində daha aşkar şəkildə yaranacaqdır. 
Həmin  vaxtadək  partiyalarla  qruplaşmalar  arasındakı  siyasi  qarşı­
durma, -  cəm iyyət bundan təngə gəlmişdir, -  tədricən  səngiyərək, 
ifrat  radikalizmdən  mərkəzə  doğra  istiqamətlənəcəkdir.  İqtidarla 
müxalifətin yeni  qarşılıqlı  münasibətləri  fonunda bir çox  partiyalar 
öz  ideoloji  baxışlarını  təkmilləşdirərək,  sağ,  yaxud  sol  cinahdan 
m ərkəzə yaxın m övqeyə transformasiya ediləcəklər.
Azərbaycanda  sabit və perspektivli  çoxpartiyalı  strukturun  for­
malaşması  ölkənin  qanunverici  orqanına  majoritar  seçki  sistemin­
dən  düzgün  istifadənin  mümkünlüyündən  çox  asılı  olacaqdır.  Bir 
qayda olaraq, partiyalar özlərini ancaq proporsional sistem şəraitin­
də  daha  yaxşı  göstərirlər.  Majoritar sistem  şəraitində  isə  partiyalar 
çox  vaxt  uğursuzluğa  məruz  qalırlar,  çünki  siyasi  səhnədə  partiya 
təbliğatı  insanların  arzu və istəklərini yaxşı bilən və onların məna­
felərini  təkbaşına müdafiə etm əyə hazır olan texnokrat  siyasətçilə­
_____________
Vfəsil.  Hakimiyyət və müxalifət:  inkişaf naminə  rəqabət
3 5 9


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə