Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə3/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   2   3   4   5   6   7   8   9   ...   445

YARADILIŞ 1:20

3

YARADILIŞ 2:23



20

Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində

quşlar uçsun».

21

Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı



məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.

22

Allah



onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə

çoxalsın».

23

Axşam oldu, səhər açıldı; bu, beşinci gün idi.



24

Sonra Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən

canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu.

25

Allah hər növ çöl heyvanlarını, hər növ



ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.

26

* Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki



heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların

hamısına hökmranlıq etsin».

27

* * Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları



kişi və qadın olaraq yaratdı.

28

Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü



bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində

hökmranlıq edin».

29

Allah dedi: «Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində



toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız.

30

Yerdəki heyvanların, göydəki



quşların və yerdə sürünən canlıların hamısına – nəfəsi olan bütün canlılara isə yem olmaq üçün bütün

yaşıl otları verirəm». Belə də oldu.

31

Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər



açıldı; bu, altıncı gün idi.

2

1



Göylər və yer, oradakı hər şey beləcə tamamlandı.

2

* * Allah yeddinci günə qədər gördüyü işləri



qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi.

3

Allah yeddinci günə bərəkət verdi



və onu təqdis etdi, çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi.

Adəm və Həvva Eden bağında

4

Rəbb Allahın göyləri və yeri yaratmasının hekayəti belədir: Rəbb Allah göyləri və yeri yaradanda



5

yer üzündə heç bir bitki yox idi, heç bir çöl otu da bitmirdi, çünki Rəbb Allah yer üzünə hələ yağış

göndərməmişdi və torpağı becərən insan da yaranmamışdı.

6

Amma yerdən su çıxırdı və bütün torpağı



sulayırdı.

7

* Rəbb Allah yerin torpağından insanı* düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü.



Beləcə insan canlı varlıq oldu.

8

Sonra Rəbb Allah şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi.



9

* Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O

həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi.

10

Bağı suvarmaq üçün Edendən bir çay çıxırdı, oradan isə dörd qola bölünürdü.



11

Onlardan birinin

adı Pişondur. O bütün Xavila ölkəsini dolanaraq axır. Orada qızıl çıxır.

12

Bu ölkənin qızılı yaxşıdır.



Burada həm də ətirli qatran və damarlı əqiq var.

13

İkinci çayın adı Gixondur. O, Kuş ölkəsini dolanaraq



axır.

14

Üçüncü çayın adı Dəclədir. O, Aşşur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır.



15

Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın.

16

Rəbb Allah insana



ə

mr edib dedi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən.

17

Ancaq xeyirlə şəri



bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən».

18

Rəbb Allah yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi



yaradacağam».

19

Rəbb Allah bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan düzəltdi.



Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana

hansı adı qoydusa, o cür də adlandı.

20

İnsan bütün ev heyvanlarına, göydəki quşlara və bütün çöl



heyvanlarına ad verdi, amma insana münasib olan bir köməkçi tapılmadı.

21

O zaman Rəbb Allah



insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və

yerini ətlə örtdü.

22

Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına



gətirdi.

23

İnsan dedi:



«Bax, nəhayət, bunun

Sümüyü mənim sümüyümdən,

Bədəni mənim bədənimdəndir.

Adına “qadın” deyiləcək,

Çünki o, kişidən† götürülüb».

*

1:26 1Kor. 11:7



*

1:27 Yar. 5:2; Mat. 19:4-5; Mark 10:6

*

1:27 Yar. 5:1-2



*

2:2 İbr. 4:4,10

*

2:2 Çıx. 20:11



*

2:7


1Kor. 15:45

*

2:7 İnsan – ibrani m



ə

tnində adam sözü olub ilk insana verilən adı ifadə edir. Bu söz həm də

torpaq – adama sözünə bənzəyir. *

2:9 Yar. 3:22; V

ə

hy 2:7; 22:2,14 †



2:23 Kişi – ibrani m

ə

tnində , qadın



– işşa.


YARADILIŞ 2:24

4

YARADILIŞ 3:19



24

* Bunagörədəkişiözata-anasınıtərkedibarvadınaqovuşacaqvəonlarbirbədənolacaq.

25

Adəm


və arvadı – ikisi də çılpaq idi, ancaq bundan utanmırdılar.

3

Adəm və Həvvanın günaha batması

1

* Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi:



«Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?»

2

Qadın ilana



dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik.

3

Amma bağın ortasındakı ağacın meyvələri



barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”»

4

İlan qadına dedi:



«Yox, əsla ölməzsiniz.

5

Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və



xeyirlə şəri bilərək Allah kimi olacaqsınız».

6

* Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır,



gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən

dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi.

7

O vaxt ikisinin də gözləri açıldı və çılpaq



olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər.

8

Onlar günün sərinliyində bağda gəzişən Rəbb Allahın səsini eşitdilər. Adəm və onun arvadı Rəbb



Allahın hüzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər.

9

Rəbb Allah Adəmi səsləyib dedi:



«Haradasan?»

10

O cavab verdi: «Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum, ona görə də



gizlənmişəm».

11

Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim



ağacın meyvəsindən yeməmisən ki?»

12

Adəm dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o



ağacın meyvəsindən verdi, mən də yedim».

13

* Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?» Qadın



dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim».

14

Rəbb Allah ilana dedi:



«Sən bunu etdiyin üçün

Bütün ev heyvanları və çöl heyvanları arasında

Lənət qazanırsan.

Qarnın üstündə sürünəcəksən,

Bütün ömrün boyu torpaq yeyəcəksən.

15

* Mən səninlə qadın arasına,



Sənin balanla onun övladı arasına

Düşmənçilik salıram.

Bu övlad sənin başından vuracaq,

Sən də onu dabanından sancacaqsan».

16

Sonra Rəbb Allah qadına dedi:



«Hamilə olanda sənə

Çox əziyyət verəcəyəm,

Uşaqlarını ağrı içində doğacaqsan.

Ərinə meylli olacaqsan,

O sənə ağalıq edəcək».

17

* Sonra Rəbb Allah Adəmə dedi:



«Arvadının sözünə qulaq asdığın üçün,

Qadağan etdiyim, “meyvəsini yemə” dediyim

Ağacdan yediyin üçün

Sənə görə torpaq lənətlənir.

Ömrün boyu zəhmətlə

Torpaqdan yemək əldə edəcəksən.

18

O sənə tikan və qanqal bitirəcək,



Sən də çöldəki ot-ələfi yeyəcəksən.

19

Alın tərinlə çörək yeyəcəksən.



Axırda torpağa qayıdacaqsan,

Çünki oradan götürülmüsən,

Ona görə ki yerin torpağısan,

Torpağa da qayıdacaqsan».

*

2:24 Mat. 19:4-5; Mark 10:7-8; 1Kor. 6:16; Ef. 5:31



*

3:1 V


ə

hy 12:9; 20:2 *

3:6 Rom. 5:12

*

3:13 Rom. 7:11; 2Kor.



11:3; 1Tim. 2:14

*

3:15 V



ə

hy 12:17 *

3:17 İbr. 6:8



Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə