Redaksiya heyəti: Editorial staff



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə110/116
tarix01.02.2018
ölçüsü3 Mb.
#23258
1   ...   106   107   108   109   110   111   112   113   ...   116

366

Qəbələnin son Antik 

və Orta əsrlər şəhər ərazisi: 

Qala (I-XVIII əsrlər)

The Late Antiquity and Middle Ages 

settlements of Gabala: 

Gala (1st-18th centuries)

SE

BA

şəraitində işləmək çətin olduğundan tünglər 

heç də hər yerdə səliqə ilə bir-birinin içərisinə 

keçirilməyib.  Yuxarıda  qeyd  olunan  baş  su 

kəmərindən fərqli olaraq, tunel-kəmərdə boru-

ların üstü hörülməyib. Görünür, yer səthindən 

kifayət  qədər  dərində  olduğundan  buna  ehti-

yac duyulmayıb (şək. 28, 29).

Şəhərin  baş  su  xəttinin  tunel  içərisi  ilə 

çəkilməsi,  sözsüz  ki,  hərbi-strateji  əhəmiyyət 

kəsb  edirdi.  Məlum  olduğu  kimi,  bu  və  ya 

digər  şəhərlər  mühasirə  şəraitində  müdafiə 

olunarkən düşmən, ilk növbədə, əhalini susuz 

qoymaq və yaxud da içməli suya zəhər qatmaq 

barədə  düşünürdü.  Odur  ki,  Qəbələ  sakinləri 

bu cür arzuolunmaz vəziyyətə düşməmək üçün 

öz işlərini vaxtında ehtiyatlı tutublar.

Qala ərazisində antik tapıntılar

Tədqiqatçılar uzun illər ərzində belə hesab 

edirdilər  ki,  Qəbələ  şəhərinin  Qala  adlanan 

hissəsində  ilk  Orta  əsrlər  dövründən  başla-

yaraq  həyat  olub.  Doğrudur,  Qəbələnin  əsas 

tədqiqatçılarından  olan  mərhum  arxeoloq 

Q.Əhmədovun rəhbərliyi ilə hələ 80-ci illərin 

əvvəllərində  orada  I  əsrə  aid  çaxır  anbarı 

və  içərisində  qızıl  əşyaların  da  olduğu  qəbir 

abidəsi  aşkar  edilib.  Əlbəttə,  Antik  dövrdə 

Qala ərazisində intensiv şəhər həyatı olduğu-

nu  söyləmək  üçün  bu  tapıntılar  yetərli  əsas 

ola  bilməzdi.  Odur  ki,  bu  istiqamətdə  axta-

rışları  davam  etdirmək  tələb  olunurdu.  Cari 

mövsümdə  Orta  əsrlər  dəstəsinin  apardığı 

tədqiqatlar  bu  cəhətdən  uğurlu  nəticələrlə 

əlamətdar olmuşdur. Birincisi, Qala ərazisində 

tədqiqatların davam etdirildiyi XII-XV əsrlərə 

aid mədəni təbəqədəki ayrı-ayrı təsərrüfat qu-

yuları təmizlənərkən oradan Antik dövrə, daha 

konkret  desək,  eramızdan  əvvəl  I-eramızın 

ficult  to  work  under  the  tunnel  conditions, 

the pipes were not combined with one anoth-

er accurately everywhere. Unlike the above 

mentioned main water pipe, the upper part 

of the pipes in tunnel-line was not built. Like-

ly, it was not necessary as being deep enough 

from the ground surface (fig.28, 29). 

Construction  of  the  main  water  line 

through  the  tunnel  had  surely  a  military-

strategic  importance.  As  is  obvious,  while 

blockading  this  or  that  city,  enemies  first 

thought  of  shutting  off  water  or  poisoning 

potable water. So, the population of Gabala 

in order to avoid of such an undesirable situ-

ation took measures in time.



Ancient findings in the Gala area

For  a  long  time  researchers  supported 

an  idea  that  life  existed  from  the  Early 

Middle  Ages  in  Gala.  Under  the  direction 

of  one  of  the  main  researchers  of  Gabala, 

deprived archaeologist G.Ahmadov, a wine 

cellar and tomb with golden things dating 

to the 1st century were found as far as back 

early  80s.  Of  course,  these  findings  were 

not sufficient to think that there was an in-

tensive  urban  life  in  the  Gala  area  in  the 

Antiquity. So, further excavations were nec-

essary. The excavations carried out by the 

medieval  team  this  season  were  success-

ful. First, while cleaning various household 

pits  in  the  cultural  layer  of  the  12

th

  -15


th

 

centuries in the Gala area, many tiles and 



big pitcher fragments of the Ancient peri-

od, exactly of the 1

st

 century BC - 1



st

 cen-


tury AD were found. And this is an evidence 

of the existence of the Antiquity buildings 




367

Qəbələ Arxeoloji 

Ekspedisiyasının Hesabatları 

2005-2010

Reports of the Gabala 

Archaeological Expedition

2005-2010

SE

BA

I  əsrlərinə  aid  çoxlu  kirəmit  və  küp  parçala-

rı  tapılmışdır.  Bu  isə  Orta  əsrlərə  aid  yaşa-

yış  qatının  altında  Antik  dövrə  aid  tikililərin 

olduğuna  dəlalət  edir.  Qəbələnin  görkəmli 

tədqiqatçılarından  olan  İ.Babayevin  fikrincə, 

Antik  dövrdə  heç  də  bütün  binaların  deyil, 

əsasən şəhərin ictimai-siyasi həyatında xüsu-

si yeri olan binaların üstü kirəmitlə örtülürdü. 

2009-cu ildə Orta əsrlər dəstəsi tərəfindən aş-

kar edilən tapıntılar Qala ərazisində də bu cür 

tikintilərin olduğundan xəbər verir. Bunlardan 

əlavə,  üst  qata  aid  tikintilərdə  istifadə  olun-

muş  tək-tək  mədən  daşları  da  alt  təbəqədə 

daha qədim dövrə aid əzəmətli binalar oldu-

ğundan xəbər verirdi. 



Qəbələnin erkən 

qala divarlarının qalıqları

2009-cu il tədqiqatları zamanı Qalanın cənub 

müdafiə divarlarından təqribən 80-90 m şimal-

da, Covurlu çayın uçurum əmələ gətirdiyi sahədə 

yoxlama  qazıntısı  aparılarkən  Antik  dövrə  aid 

maraqlı tapıntılar əldə olunmuşdur. Ən mühümü 

odur ki, həmin ərazidə şərq-qərb istiqamətində 

olmaqla  qalınlığı  3  m  təşkil  edən  divar  qalıq-

larının  bünövrə  hissəsi  aşkara  çıxarılmışdır. 

Bünövrədə  istifadə  olunmuş  daşlardan  birinin 

uzunluğu 140, eni 60, hündürlüyü isə 40 sm-dir 

(şək.27a). Düşünmək olar ki, bu, Qəbələnin e.ə. 

I-b.e. I əsrlərinə aid erkən qala divarlarının qalıq-

larıdır. Tədqiqat işləri davam etdirilərkən divarın 

üstündə və kənarlarında Antik dövrə aid müxtəlif 

maddi mədəniyyət nümunələri, о cümlədən ke-

ramikadan  olan  məişət  və  təsərrüfat  əşyaları 

tapılıb.  Xatırladaq  ki,  şəhərin  ilkin  müdafiə 

sisteminə  aid  olduğu  güman  edilən  bu  tapıntı 

indiyədək Qala ərazisində məlum olan ən qədim 

tikinti qalığıdır.

under the medieval living layer. According 

to  I.Babayev,  one  of  the  prominent  inves-

tigators of Gabala, in the Antiquity not all 

buildings, but mainly the buildings that had 

a special place in social-political life of the 

town  were  roofed  with  tiles.  In  2009,  the 

findings  discovered  by  the  medieval  team 

inform us of the existence of such buildings 

in the Gala area as well. Furthermore, sep-

arate mine stones used in buildings, refer-

ring  to  superior  layer,  also  were  evidence 

of  the  existence  of  tremendous  buildings 

dating to a more ancient period in the low-

er layer. 

The remains of the early 

fortress walls of Gabala

During  the  investigations  in  2009,  some 

interesting  findings  of  the  Ancient  Period 

were  found  while  having  tentative  excava-

tions about 80-90m northwards of the south-

ern defensive walls of Gala, in the area where 

the Jovurlu River formed an abyss. The most 

important is that foundation part of the wall 

remnants with 3m thickness was found in the 

east-western  direction  of  the  very  territory. 

The length is 140cm, width 60cm and height 

40cm of one of the stones used in construc-

tion of the foundation (fig.27a). It is possible 

to assume that these are the remains of the 

early fortress walls of Gabala dated to the 1

st

 



century BC - 1

st

 century AD. Whilst keeping 



on the excavations, various material culture 

samples, as well as ceramic household things 

of the Antiquity were found on the wall and 

its side parts. It should be reminded that the 

finding, supposed to refer to the preliminary 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə