Məntiq ____________________________________________________________
Bu silloqizm isə III fiqurun II modusudur. Fərziyyəmizə əsasən,
tutaq ki, bu silloqizmi də əvvəlcədən başqa yoUa isbat etmişik,
onda onun nəticəsindən istifadə etsək, (-ac-) hökmünü alarıq. Bu
hökm də isbat etmək istədiyimiz {*) silloqizminin nəticəsidir. İsbat
olundu.
Bərabər (müsavat) silloqizm:
Aşağıdakı silloqizmə baxaq:
a,
b-yə bərabərdir
b,
c-yə bərabərdir
(I)
Riyaziyyatdan məlumdur ki, belə iki hökmün cəmi "a, c-yə
bərabərdir" nəticəsini verir. Amma diqqət etsək, görərik ki, bu, qəti
silloqizmin heç birinə aid deyil. Çünki "Orta termin" yoxdur. Birinci
müqəddimədə subyekt-predikat "a" və "b-yə hdrahdr”, ikincidə isə
"h” və "c-ı/a hdrahdr”diı. Görürük ki, orta termin yoxdur.
Məntiqçilər bunım hansı növ silloqizm olduğunu araşdırmış və
onun mürəkkəb qəti silloqizm olduğu nəticəsinə gəlmişlər.
İzah:
Əgər birinci müqəddimədə "b"-nin əvəzinə, ikinci
müqəddimədən "c-yə bərabər" ifadəsini qoysaq, belə nəticə alarıq:
a, "c-yə bərabər" olana bərabərdir.
(II)
Yəni birinci və ikinci müqəddimənin cəmi (II) hökmünü verir.
Sual: Belə olan halda, riyaziyyatdan məlum olan "a, c-yə
bərabərdir" nəticəsi haradan əmələ gəlir? Məntiqçilər bu suala belə
cavab verirlər: Belə silloqizmlərin nəticə verməsi, üçüncü
müqəddimənin doğru oknasmdan asılıdır. Üçüncü müqəddimə, bu
növ silloqizmlərin öz maddəsinə uyğun, amma formaca eyni olan
müqəddimədir. Bu üçüncü müqəddimələr sil- loqizmdən asılı
olaraq, maddə və formaca aşağıdakılar ola bilər:
306
Formal Məntiq
-
Oxşarın oxşarı oxşardır.
-
Üçdəbirin üçdəbiri üçdəbirdir.
-
Yarmın yarısı yarıdır.
Əgər bu hökmlər doğru olsa, onda onlara uyğun (1) sillo-
qizmləri nəticə verir. Məlumdur ki, "Üçdəbirin üçdəbiri,
üçdəbirdir" hökmü doğru deyil. Ona görə də aşağıdakı silloqizm
nəticə vermir.
3,
9-un üçdəbiridir.
9, 27-nin ücdəbiridir.
■
■ ■ ^
Əgər nəticə olaraq desək ki, "3, 27-nin üçdəbiridir", məlumdur
ki, bu hökm səhvdir.
Beləliklə, bu silloqizmlərin nəticə verməsi, silloqizmə əlavə
edilən üçüncü müqəddimədən asılıdır.
SUALLAR:
1.4 fiqurdan başqa fiqur da ola bilərmi? Nə üçün?
2.
Nəticə verməyən moduslan izah edin.
3.
Formalca nəticə verməyən bir silloqizmi maddəcə nəticə verən
halda göstərin.
4.
Xüsusi şərtləri həndəsi yolla izah edin.
5.
Bütün bitkilər qidalanır. Bəzi qidalananlar canlıdır. Bu
hökmlərdən hər biri düzgündür. Amma bu ikisindən formal olaraq
nəticə alınmır. Maddi olaraq nəticə verdiyini izah edin.
6.
Maddi olaraq nəticə verməyən, amma formalca düzgün olan
silloqizm verin.
7.3-cü fiqurun 4-cü modusunu paradoks bürhanı ilə isbat edin.
8. İbn Sina məntiq əsərlərində deyir: "Səbəbin səbəbi səbəbdir." və
"Nəticənin nəticəsi nəticədir". Onun bu sözünün düzgünlüyünü
yoxlayın və bərabər silloqizm qurun.
307
3-
CU DƏRS
RİYAZİ TOPLAMA VƏ
SİLLOQİZM
Qəti silloqizm bir növ iki hökmün cəmi olduğrmdan, riya-
ziyyatdakı toplama qanrmxma bənzəyir. Aşağıdakı cəmə baxaq:
5 + 3 = 8
Bu cəm onu ifadə edir ki, əgər beş ədəd daş öz həcmini
saxlayaraq, üç ədəd həcmini saxlayan daşla cəmlənsə, onlarm sayı
mütləq həcmini saxlayan səkkiz daşm sayma bərabər olacaq.
Burada həcm dedikdə, toplama əməliyyatmm konstantlar (sabit)
məkamnda həyata keçdiyi başa düşülür. Bildiyiniz kimi, bəzi
məkanlarda bildiyimiz toplama qanunları ödənmir. Daha doğrusu,
bu məkanlarm toplama qanunları fərqlidir. Misal üçün, iki ağ və
yaşıl rəngin cəminin yenə də müəyyən bir rəng verdiyini demək
olar. Göründüyü kimi, burada "1+1=1" bərabərliyi almır. Yəni
işlətdiyimiz riyazi qanunlar fiziki aləmin qanunlarıdır. Mücərrəd
aləmin qanunları isə tamamilə fərqlidir.
Eynilə silloqizmdə də bu cürdür. Yərd iki hökmün cəminin
müəyyən hökmü verməsi üçün mütləq, qismən yuxarıdakı həcm
mənasmı verən maddə, yaxud məzmun konstant (sabit) olmalıdır.
Bu isə zəruri olaraq məlumdur. Çünki hər bir hökm müəyyən bir
xəbərdir. Əgər bu xəbər, məsələn, zamandan asılı
309
Məntiq ____________________________________________________________
olaraq dəyişən olsa, məlumdur ki, nəticə də həmin hökmün dəyişmə
prosesinə uyğun olaraq dəyişməlidir. Belə olan halda da, nəticə
konstant yox, əksinə, zamandan asıh olaraq dinamik olacaq. Aşağıdakı
misala baxaq:
Yer kürəsindən müəyyən məsafədə duran hər bir ulduzun enerjisi
yerə çatır. Günəş də müəyyən məsafədə durur. Nəticə alırıq ki.
Günəşin enerjisi də Yerə çatır. Amma məlumdur ki. Günəşin enerjisi
Yerə hər zaman e}mi miqdarda çatmır. Çünki Günəşin daxilində gedən
atom parçalanmaları enerjini sabit olaraq vermir. Buna görə də Yerin
isinməsi (hətta hiss olunmasa da) müxtəlif vaxtlarda müxtəlif dərəcədə
olur.
Bu dediklərimizi hökmlərin "modalhğ"ı və "keyfiyyət- kəmiyyət"
qanunu ilə bağlı dərslər də təsdiqləyir. Demək olar ki, bunlar müxtəlif
baxışlarla verilmiş eyni məsələlərdir.
Bu cəhətdən silloqizm toplama qanununa bənzəyir. Hətta
bərabərliyin tərəflərinə eyni ədədi əlavə etdikdə bərabərlik
dəyişmədiyi kimi, silloqizmin müqəddimələrinə və nəticəsinə eyni
hökmü əlavə etdikdə də silloqizm bərabərliyi dəyişmir. Tutaq ki,
silloqizmin birinci, ikinci müqəddimələri uyğun olaraq "Mı", "Mı" və
nəticəsi isə "N
2
"dir. Onda süloqizmin riyazi şəkli aşağıdakı kimi olar:
Mı + M
2
= N
2
(*)
Hər tərəfə "Ms" hökmünü əlavə etsək, alarıq:
Mı + M
2
+ Ma = N
2
+ M3
Əlbəttə ki, (*)-un doğruluğunu qəbul etmiş olsaq, (°*''^)-un
doğruluğu aydmdır. Amma bir şərtlə ki, bərabərliyin hər iki
tərəfindəki cəmin mənası olsım. Yəni hökmlər arasmda rabitə (orta
termin) olsun. Riyazi bərabərlikdəki kimi.
Tutaq ki,
Mı = ab+
M
2
= bc+
310
Dostları ilə paylaş: |