Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə83/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   79   80   81   82   83   84   85   86   ...   119

 ------------------------------------------------------------------------------- Formal Məntiq 

Ədəd ya cüt, ya da təkdir. 

1-Cütdür. 2-Təkdir. 3-Cüt deyil. 4-Tək deyil. 

1-Tək deyil. 2-Cüt deyil. 3-Təkdir. 4-Cütdür. 

Sadəlik  üçün  hər  dörd  halı  bir  silloqizmdə  verdik.  Ümumi 

şəkildə aşağıdakı kimi olur: 

AvB 

1-A. 2-B. 3-  -A. 4-~B. 



1-~B. 2-~A. 3-B. 4-A. 

2. Dəfi: Burada da iki hal nəticəU, qalan iki hal isə, yalmz formal 

məntiqə görə nəticəsizdir. Səbəbi isə dəfi təqsimi hökmə əsasəndir. 

Bunlar aşağıdakı hallardır: 

A/B 

1-A. 2-B. 



. . 1-~B. 2-~A. 

3.

 



Cəmi: Yenə də iki hal nəticəli, iki hal isə formal məntiqə görə 

nəticəsizdir. 

A\B 

1-~A. 2-~B. 



1-B. 2-A. 

SUALLAR: 

1.

 

"Əgər  ikinci  yaradan  olsaydı,  o  da  öz  nişanələrini  aləmdə 



göstərərdi. Amma aləmdə başqa yaradanın nişanəsi görünmür. Elə isə 

aləmdə, yalmz bir yaradan var." silloqizmi hansı növdür? 

2.

 

Əgər Kamil alimdirsə, ona ehtiram vacibdir. 



Kamil alimdir. 

Deməli, ona ehtiram vacibdir. 

Bu silloqizm hansı növdür? 

319 



Məntiq ____________________________________________________________  

3.

 



Ümumiyyətlə,  dnayətkar  dnayətini  etiraf  etməsə,  ona  hökm 

kəsmək  olmaz.  Cinayətkar  etiraf  etməmişdir.  Deməli,  ona  hökm 

kəsmək olmaz. Bu silloqizmin nəticəsi düzgündürmü? 

4.

 



Əgər təhlükəli göy cismi Yerə yaxınlaşarsa, onun qarşısını almaq 

lazımdır.  Göy  dsmi  Yerə  yaxınlaşmır.  Elə  isə  onun  qarşısını  almaq 

lazım deyil. Bu nəticə doğrudurmu? 

5.

 



Əgər  peyğəmbərlər  (ə)  sadə  insanlar  olsaydı,  onlar  da  günah 

edərdilər.  Onlar  günah  etməyiblər.  Elə  isə  onlar  sadə  insan  deyillər. 

Doğrudurmu? 

6.

 



İnsanlar  ya  günahkar,  ya  da  məsumdur.  Bəzi  insanlar  günah 

etmirlər. Nəticəni tapın. 

7.

 

Bu  qəfəsdəki  heyvanlar  ya  köçəridir,  ya  da  yumurtaqoyan. 



Köçəri deyillər. Nəticəni tapın. 

320 



B-CI DƏRS 

KAFİ ƏSAS, YAXUD TÖRƏMƏ 

QANUNU 

Ümumi  şəkildə  işarə  edilsə  də,  biz  burada  isbat  edəcəyik  ki, 

zehində  yaranan  hər  bir  təsdiq  ən  azı  iki  müqəddimədən  törəyə 

bilər. Çünki xarici aləmdə vahid hadisədən vahid hadisə törəsə də, 

zehin  xarici  aləmin  inikası  olduğundan,  törənən  hadisənin 

zehindəki  inikasmın  xarici  aləmdə  baş  verən  hadisə  ilə  nə  qədər 

uyğun  olduğu  haqqmda  sual  vermək  olar.  Bu  sual  da  nəticənin 

səbəbi və onlar arasmdakı "uyğunluq"dan törəyir. Bu da dediyimiz 

"ən azı iki müqəddimənin yaranması"na işarədir. 

Zehnin  duyğu  üzvləri  vasitəsilə  əldə  etdiyi  sadə  nəticələrdən 

tutmuş,  ən  ali  əqli,  fəlsəfi  idraklar  belə,  bu  şərtə  tabedir.  Çünki 

yuxarıda dediyimiz küni, hər bir nəticəyə "Niyə?" suah- m vermək 

olar. Əqli nəticələrin bütün növləri, hətta vasitəsiz adlandırdığımız 

əqli nəticələr də, əslində, bu şərtdən kənar deyil. 

Məntiqlə yaxmdan tanış olan hər bir şəxs bu qaydanı şüur- altı 

olaraq dərk edir. Bu, Aristotel məntiqinin əsaslarmdan birini təşkil 

edir  və  demək  olar  ki,  Aristotel  məntiqi  bu  qayda  üzərində 

qurulmuşdur. 

Məntiqlə tamş olduqdan sonra insan dərk edir ki, elə məntiqin 

dediyi də budur. Amma məntiqi öyrəndikdən sonra yenə 

321 



Məntiq ____________________________________________________________  

də təfəkkür zamanı səhvə yol verməmək üçün, daha da agah olmaq 

üçün, məntiqin  dil  açıb  demək istədiyi  bu  qaydanı  bU-  mək  yaxşı 

olar. 


Təfəkkür  zamam  səhvə  yol  verməmək  üçün,  biz  bütün 

insanları  bu  qaydam  bilməyə  çağırırıq.  Əgər  bu  qaydaya  söykə- 

nilsə,  heç  bir  zaman  yanlışlıq  olmaz  və  iki  şəxs  arasmda  heç  bir 

zaman  ixtilaf  yaranmaz.  Hətta  ixtilaf  yaransa  belə,  bu,  onlardan 

birinin  səhv  olmasmm  səmimi  etirafma  gətirəcəkdir.  Eynilə 

"keyfiyyət-kəmiyyət"  qanunımdakı  kimi.  Yəni  hər  bir  tərəf  etiraf 

edəcək  ki,  onun  aldığı  nəticə  müəyyən  müqəddimələr  əsasında 

düzgündür. 

İzahdan göründüyü kimi, bu qanım hər bir nəticənin ən azı iki 

müqəddimədən  törədiyini  deyir.  Bu  törəyən  nəticə  Aristotelin 

verdiyi  qəti  silloqizmm  birinci  fiquru  əsasmdadır.  Yəni  bütün 

nəticələr, tamş olduğumuz əqli nəticələrin bütün növləri belə, qəti 

silloqizmin  birinci  fiquru  əsasmdadır.  Bunu  da  həmin  qanunun 

isbatmdan sonra misallarla göstərəcəyik. 

Bu  qanunu,  başqa  bəhslərdə  olduğu  kimi,  müxtəhf  ifadələrlə 

vermək olar. Məsələn: hər bir fikrin kafi əsası var, müəyyən bir fikri 

o zaman qəbul etmək olar ki, onun kafi əsası olsun və s. Amma biz 

burada bu qanunun nə demək istədiyini dəqiq göstərmək üçün və 

yaxud  onun  əhəmiyyətinin  ciddüiyini  çatdırmaq  üçün  onu 

aşağıdakı kimi veririk. Beləliklə, həmin qanım və onun isbatı: 



Kafi  əsas,  yaxud  törəmə  qanunu: 

"Hər  bir  təsdiq  biliyi, 

başqast  üçün  ən  azt  iki  müqəddimə  ilə  qəti  silloqizmin  birinci  fiquru 

əsasında törəyir". 

İsbatı: 

İki  müqəddimə  və  birinci  fiqur  dedikdə,  zehində  hər 

hansı 

"s" 

ilə 


"p" 

arasmdakı hər bir iqrari və ya inkari hökmün 



(sp±), 

yeni  bir 



"q" 

vasitəsilə  qəti  silloqizmin  aşağıdakı  birinci  fiquru 

əsasmda yarana biləcəyi nəzərdə tutulur: 

Tutaq ki, zehin hər hansı bir yolla (sp+) nəticəsini almışdır. Bu 

zaman qarşı tərəf nəticənin səbəbi haqqmda "Bu nəticə ha 

322 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə