Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə86/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   82   83   84   85   86   87   88   89   ...   119

333 

 



Hökmlərin maddəsinə 

görə növləri 

Silloqizmin  müqəddimələrini  təşkil  edən  tərif,  məlumatlar  və 

hökmlər  "maddə"  adlamr.  Bu  maddə  ya  "nəzəri",  ya  da  "zəruri", 

yaxud  müxtəlif  hökmlər  ola  bilər.  MəntiqçUər,  induk-  siyaya 

əsasən, hökmləri insandakı idrak qüvvələrinin müxtəlifliyinə görə 

aşağıdakı qisimlərə ayırmışlar: 

1.

 

Yəqini 



2.

 

Zənni 



3.

 

Məşhur 



4.

 

Vəhmi 



5.

 

Qəbul edilən 



6.

 

Təqlid edilən 



7.

 

Təşbihi 



8.

 

Xəyali 



334 


1-CI DƏRS 

YƏQİNİ HÖKM 

Yəqini 

hökm  -  təsdiq  edilməsi  üçün  iki  şərtin  vacib  olduğu 

hökmlərdir.  Əlbəttə,  burada  yəqinidə  məqsəd  məntiqi  yəqinidir. 

Belə ki, psixoloji və s. kimi yəqinlər də vardır və məntiqi yəqindəki 

iki şərt aşağıdakılardır: 

1.

 



Xarici aləmdə predmet 

2.

 



Zidlərinin ehtimalının yoxluğu 

-

 



Birinci  şərt  "mürəkkəb  cəhl"i  kənarlaşdırır.  Çünki  mürəkkəb 

cəhldə  də  yəqin  olur,  amma  "yəqini  hökmlər"lə  fərqi  budur  ki, 

mürəkkəb cahilin yəqin etdiyi hökm xarici aləmə uyğun gəlmir. 

-

 



ikinci  şərtlə  də  zənni  (yaxud  psixoloji)  hökmlər  kənarlaşır. 

Belə ki, yəqin yüzdə-yüz düzgün olmalıdır ki, hətta əksinin yüzdə 

bir ehtimalı da verilməmiş olsun. Yaxud bir şeyin ziddinin yoxluğu 

həmin şeyə yəqinin yüzdə-yüz ohnasmı verir. 

Yəqini hökmlər öz növbəsində aşağıdakı kimi bölünür: 

Yəqini 


1. Zəruri 

^ 2.Nəzəri ^ 

1.

 

Aksiomatik 



2.

 

Vicadani 



1.

 

Müşahidə 



2.

 

Təcrübi 



3.

 

Mütəvatir 



4.

 

Fitri 



335 


Məntiq ____________________________________________________________  

Aksiomatik və vicdani zəruri hökmlər 

Zəruri 

hökm  dedikdə,  isbata  ehtiyacı  olmayan  hökmlər  başa 

düşülür. 

Nəzəri 

hökmlər  isə  isbata  ehtiyaa  olan  hökmlərdir. 

Yəqirü  hökmlərin  yuxarıdakı  kimi  bölünməsi  induksiya 

əsasmdadır, yəni alimlərin təcrübə vasitəsi ilə əldə etdikləri növlər 

bunlardan  ibarətdir.  Ola  büər  ki,  bunlardan  başqa  da  yəqini 

hökmlər olsun. Qeyd edək ki, yuxarıdakı yəqini hökmlər vasitəsilə 

alman  bütün  hökmlər  də,  həmçinin  nəzəri  hökmlər  sırasma  daxil 

olur.  Yəni  zəruri  və  nəzəri  hökmlərdən  istifadə  edərək  sübut 

(bürhan)  vasitəsilə  alman  yeni  hökmlər  nəzəri  yəqini  hökmlər 

hesab edilir. Eynilə riyaziyyat elmindəki kimi: belə ki, riyaziyyatda 

aksiomlardan, teoremlərdən istifadə edərək ahnan yeni nəticələr də 

teoremlər hesab edilir. Yəni isbat sayəsində əldə edildiyindən, onlar 

da nəzəri yəqini hökmlər sayıhr. 

Aksiomatik 

hökm  -  təsdiq  edilməsi  üçün  subyekt  və  predi- 

katm  sadə  təsəvvürü  kifayət  edən  hökmlərdir.  Məsələn,  "Hər  bir 

nəticənin  səbəbi  var",  "Hissə  tamdan  kiçikdir",  "İki  ziddin  cəmi 

qeyri-mümkündür",  "Qəti  sUloqizmin  4  fiqurundan  birincisinin 

nəticəsi  qətidir",  "Dairəvilik  batildir"  və  s.  Belə  hökmlərin  təsdiqi 

üçün düzgün təsəvvürdən və "nəfsin diqqət amilləri"ndən®^ başqa 

heç bir orta həddə, vasitəyə ehtiyac yoxdur. 

Qeyd  edək  ki,  zəruri  hökmlərin  bəzilərini  isbat  etmək 

qeyri-mümkündür.  Məsələn,  biz  "üçüncünü  istisna"  qanımunda 

zidd  hökmlərin  cəminin  qeyri-mümkünlüyünü  isbat  etsək  də, 

əslində,  bımu  isbat  etmək  qeyri-mümkündür.  Çünki  bu  zəruri 

hökmü  isbat  etmək  üçün  onun  özündən  istifadə  edilməlidir,  belə 

isbat metodu (dairəvilik) isə  qəbul edilməzdir  (diqqət). Buna görə 

də bu zəruri hökm insarun öz zatı ilə dərk etdiyi və 

^

 Bax: I hissə, I fəsil, III dərs 

336


 


 _____________________________________________________  Maddi Məntiq 

isbat edilməyən zəruri hökmdür. Amma bəzi zəruriləri isbat etmək 

mümkündür.  Məsələn,  "dairəviliy"in  qeyri-mümkünlüyünü  isbat 

etmək üçün iki ziddin cəminin qeyri-mümkün ol- masmdan istifadə 

edilir. 

Başqa bir cəhətə görə də zəruri hökmlər iki yerə bölünür; 



aşkar 

və 


gizli. 

Aşkar  dedikdə,  elə  zəruri  hökm  başa  düşülür  ki,  zehni 

sağlam olan hər kəs onu yuxarıdakı kimi, təsdiq edir. Gizli dedikdə 

isə  əksəriyyət  tərəfindən  təsdiq  edilməyən  hökmlər  anlaşılır  ki, 

yahnz  bir  qisün  insanlar  tərəfindən,  sub-  yekt-predikat  düzgün 

təsəvvür  edildiyinə  görə  təsdiq  edilir.  Məsələn,  "Vacibəl-vücud 

(Allah) əzəli, sadə, qeyri-cisim və ehtiyacsızdır". Bu hökmün təsdiqi 

fəlsəfi mövzulardan soma sadə təsəvvür nəticəsində meydana gəlir 

ki,  əksəriyyət  bunun  təsdiqi  üçün bu  sahədən  xəbərdar  olmalıdır. 

Yəni  gizli  zəruri  hökm  dedikdə,  bu  zəruri  hökmün  müəyyən 

sahənin  mütəxəssisləri  və  ya  bu  sahədə  məlumatı  olan  kəslər 

tərəfindən təsdiqi başa düşülür.  Belə  ki, bu növ zəruri hökmlərin, 

uyğun sahəni  öyrənməklə, hamı tərəfindən aşkar zəruri hökmlərə 

çevrilməsi mümkündür. Bir qədər də izah verək: 

Təfəkkürün beş mərhələsində dedik ki, bəzi insanlar istisnadır. 

Yəni onlar təfəkkürdə 111, IV mərhələyə ehtiyac duymurlar. Tutaq 

ki,  bir  riyaziyyatçı  hər  hansı  teoremi  isbat  etdikdən  sonra,  həmin 

teoremlə o qədər ünsiyyətdə olur ki, artıq bu teorem onun üçün bir 

aksioma  çevrilir.  Bu  zaman  əgər  bu  riyaziyyatçı zehninə  müraciət 

etsə,  o  artıq  bu  teoremin  isbatmı,  onu  birinci  dəfə  isbat  etdiyi 

metodla  təsdiqləmir,  əksinə,  isbat  metodundakı  orta  mərhələlər 

onun  üçün  sadə  olduğundan,  bu  teoremi  zəruri  kimi  təsdiqləyir. 

Bunu  hər  bir  sahə  mütəxəssisindən  soruşmaqla  da  təsdiqləmək 

olar. 


Vicdani 

hökm  -  Hər  hansı  hüzuri  idrakm  ifadəsindən  ibarət 

hökm  formasıdır.  Hissi  idrak  iki  qismə  ayrılır: 

batini 

və 


zahiri. 

Məs.:  Ac  olduğumuzu  batinimizlə,  vicdanımızla,  hüzuri  idrak 

vasitəsilə dərk edirik. Bu hüzuri idrakı təsəvvür etdikdə, 

337 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə