Məntiq ____________________________________________________________
dır. Məsələn, görürük ki, bunlardan bəziləri "rəngsiz"dir və "su" da
bunlardan biridir. Elə isə "süd" kənarda qalır. Sonra, bu "rəngsiz"lər
arasında bəziləri "dadsız"dır və "su" da bunlara aiddir. Onda,
"şərbət", "yağ" və bunun kimilər də kənarda qalır. Görürük ki,
bunlar arasında bəziləri "qoxusuz"dur. Bu zaman da "gülab"la
"benzin" kənarda qalır və nəticədə, yalnız "su" qalır. Zehin, beləcə,
"su"yu başqalarmdan fərqləndirərək, onun haqqmda xüsusiyyətlər
kəşf etdi.
V
mərhələ: Alman xüsusiyyətlərin cəmlənərək "su"ya tərif
verilməsi. Beləliklə, "su"yım tərifi aşağıdakı kimi olur:
Su - rəngi, dadı və qoxusu olmayan bir mayedir.
Mümkündür ki, IV mərhələdə tərif vermək üçün "yaxm fəsl"i
əldə etməmiş olaq. Amma bunun heç bir nöqsam yoxdur. Çünki bu
zaman tərif başqa formada olacaq. Onsuz da qeyd edildiyi kimi,
tam tərifi vermək mümkün ohnur.
Burada verdiyimiz tərifdə, bölgü induksiya bölgüsü idi. Çünki
məlum deyil ki, mayelərin, ancaq sadaladığımız növləri
mövcuddur. Buna görə də burada induksiya bölgüsü əqli ol-
madığmdan tərif tam deyildir.
Formal (məntiqi, yaxud ikili): Yuxarıdakı misal üçün, "ikili
bölgü" ilə verilən tərif III və IV mərhələ üçün "su"yun cinsi (maye)
zidd olan iki sözə, yaxud məfhuma davamlı olaraq bölünür. Bu
zaman da, bölgünün sona çatması məlum olmasa, tərif tam
sayılmır.
Bölgünün tərifdə rolu da buradan aydm olur.
Qeyd: Bölgüdə həcmin hissələrə bölünməsi həm zati, həm də
qeyri-zati məfhumlara əsasən aparıla bilər. Məsələn: iradəli
canlıları zati olaraq insana və heyvanlara və yenə də iradəli canlıları
güclü və gücsüzlərə bölmək olar. Birinci bölgüdə cəhət zati (nitq,
şüur) məfhumdur, ikinci bölgüdə isə qeyri-zati- dir (güclü-zəif).
198
Formal Məntiq
SUALLAR:
1.
"Növ öz predmetlərinin zatını tamamilə izah edən ümumi
məfhumdur" tərifini bölgüdən istifadə edərək əldə edin.
2.
Aşağıdakı bölgülərin hansı üsulla olduğunu müəyyənləşdirin:
-
İlin fəsillərinin sayı dörddür.
-
Felin üç zamanı var.
-
İslam hökmləri ya vadb, ya haram, ya müstəhəb, ya məkruh,
ya da mübahdır.
-
Vadb namazlar ya iki, ya üç, ya da dörd rükətlidir.
-
Xətt ya düz, ya əyri, ya da qırıq-qırıqdır.
3.
İkili bölgüdən istifadə edərək, əvvəlki dərslərdən "söz"ün
mütləq qisimlərini göstərin.
4.
"Yeddi rəng" bölgüsü əqli, yoxsa induksiyadır?
5.
"Hər bir varlıq ya maddi, ya da mücərrəddir" bölgüsü əqlidir,
ya yox?
6.
Bölgüdən istifadə edərək bütün varlıqları bölün.
7.
Bölgünü "5 ümumi" məfhum dərsindəki sinifləndirmə ilə
müqayisə edin.
8.
"At" məfhumunu həcminə görə belə bölmək olar. Sürətli qaçan
Qarabağ atları və alçaqboylu Monqol atları. Burada bölgünün cəhətini
və sinifləndirmənin necə aparıldığını göstərin.
9.
Quşları həcminə görə hissələrə bölün və bölgünün cəhətini
təyin edin.
199
1-
Cİ DƏRS
H Ö K M
Hökmün tərifi
Hökmün tərifini "söz" bəhsində qeyd etdik. Bu fəsildə
mövzumuz məhz hökm olduğrmdan onun tərifinə bir daha
toxunuruq.
İnsan xarici aləmlə qarşılaşdıqda, xarici aləmdəki obyektlər
onun zehnində əks olunur. Zehin obyektləri güzgü kimi özündə əks
etdirir. Bu inikaslara öncəki dərslərdə də qeyd etdiyimiz kimi, idrak
sayəsində əmələ gələn surətlər və biliklər deyilir. Çünki hər halda
zehində yaranan bu surətlər xarici aləmdəki obyektdən xəbər verir
və bu da bilik deməkdir. Qeyd etdik ki, bilik ya təsəvvür, ya da
təsdiqdir. Yəni inikas, məsələn, "kainat", "sonsuzluq", "həzrət
Məhəmməd (s)", "mərhəmət", "maddi və mənəvi qidalar",
"kamilliyə çatmaq" və s. kimi sadə zehni surətlərdən ibarət olduqda,
bu surətlər təsəvvür bilikləri adlamr. İnikas olunan bu təsəvvürlərin
zehində müsbət və ya mənfi hökmlə birgə əks olunmasma, yaxud
xarici aləmdəki hadisələrin zehindəki inikasma isə təsdiq biliyi
deyilir. Məsələn: "Kainat sonsuzdur", "Həzrət Məhəmməd (s)
insanlara örnək və mərhəmət rəmzidir", "İnsamn maddi və mənəvi
qidalardan eyni zamanda istifadə etməməsi onu kamillikdən
saxlayır" və s. Deməli, təsdiq ya iqrari, ya da inkaridir.
203
Məntiq ____________________________________________________________
Biz qeyd edilən bu təsdiq biliyində və ya mövzumuzu əhatə
edən "hökm" bəhsində hansısa bir şeyi başqa bir şeyə nisbət veririk.
Bu, keçən dərslərdə qeyd edilən "təsdiq"in sözün mütləq qisimləri
bəhsindəki "tam xəbəri mürəkkəb söz"lə ifadəsidir. Daha dəqiq
desək, hökm, zehin aləmindəki təsdiqin "şifahi" və ya
"yazılı"aləmdəki formasıdır. Beləliklə:
Hökm - zehindən kənardakı xarici, gerçək aləmdəki varlıq-
larm və onlar arasmdakı qarşılıqlı əlaqələrin zehindəki forma-
larımn (təsdiq elmlərinin) şifahi (yaxud yazdı) aləmdəki zati
baxımdan yalan və doğru ohna^^ xüsusiyyətinə malik olan tam
xəbəri "mürəkkəb söz"^^ şəklindəki forması və cüdidir.
Qeyd olunan "zati baxımdan" ifadəsi, "tam qeyri-xəbəri
mürəkkəb" sözün yalan və doğru olma xüsusiyyətlərinə malik
olmadığım göstərmək və onu hökm əhatəsindən kənarda qoy-
Aristotel məntiqində hər bir hökm ya doğru, ya da yalan olma xüsusiyyətinə
malikdir. Yəni hər bir hökm ya doğru, ya da yalandır. Əgər doğrudursa, təsdiq,
yalandırsa, təsəvvür elmidir. Lakin qədim dövrün filosofları həm doğru, həm də yalan
xüsusiyyətlərinə malik olan bəzi hökmlər kəşf etmişlər. Belə hökmlər məntiqdə paradoks
adlanır. Ən qədim filosoflardan başlayaraq müasir filosoflaradək bir çox müxtəlif para-
dokslar verilmişdir. Onlar paradoksları müəmma kimi qəbul etmişlər. Belə hökmlər bir
tərəfdən doğru, eyni zamanda da yalan olur. Buna görə də bəzi filosoflar bunun həllinin
mümkünlüyündə aciz qalmışlar. Bəziləri isə onun müxtəlif və çətin həllini vermişlər.
İslam alimləri də belə paradoksal müəmmaların həllində nəzər yürütməkdən kənarda
qalmamışlar. Hətta bəzi filosoflarımız öz zamanma qədər kimsənin ağlına gəlməyən incə
üsullarla onun həllinin öhdəsindən gələ bilmişlər.
Hədislərdə qeyd edilir ki, hökmlərə məxsus bu paradokslar haqqında İmam Rzaya (ə)
da sual verilmişdir. Həzrət İmam (ə) bunun həllini versə də, təəssüflər olsun ki, onun
verdiyi cavab tarixdə qalmamışdır.
Dediyimiz kimi, belə paradoksal hökmlər müxtəlif növdür. Əsas məqsədimizdən
uzaq olduğundan, biz burada maraqlananlar üçün, yalnız bir neçə növ paradoks qeyd
edirik:
a) "Mənim bu sözüm yalandır"; b) Bir şəxs deyir: "Sabah sizə doğru bir məlumat
verəcəyəm". Sabah olur və həmin şəxs deyir: "Dünən dediyim söz yalan idi"; c) "Bu
sözüm doğrudur" ifadəsi yalandır; d) Vərəqin bir üzündə yazılıb ki, "Vərəqin o biri
üzündəki söz doğrudur". O biri üzünə baxdıqda isə - "Vərəqin o biri üzündəki söz
yalandır",-yazıldığını görürük.
Diqqət yetirdikdə, bu hökmlərin həm həqiqi, həm də yalan olduğu görünür.
Bax: I hissə, III fəsil
204
Dostları ilə paylaş: |