Məntiq ___________________________________________________________
Şeyx İşraq hökmlərin kəmiyyətini də aşağıdakı kimi çevirirdi
və onun belə çevirməsinin səmərəsini "silloqizm"də verəcəyik:
Tutaq ki, belə bir hökm verilmişdir:
"Bazi kimyəvi elementlər
metaldır".
Bu hökmün riyazi forması belə olar, yaxud bu hökmü
formal olaraq belə vermək olar: (-sp+). Kimyəvi elementlər arasmda
metal olanları (yəni bəzi kimyəvi elementləri, "-s"-ləri) yeni bir
"q"
məfhumu ilə əvəz edək, "q" - yəni kimyəvi elementlər arasmda
metal olan elementlər. Məlumdur ki, bu zaman "q" məfhumu,
yalnız metallıq xüsusiyyəti nəzərə almsa, fərdi məfhum olacaq.
Çünki onun xarici aləmdə bir predmeti var və o da kimyəvi
elementlərdən metallar qrupudur. Amma biz bu məfhumu bir neçə
predmeti olan ümumi məfhum kimi fərz edə bilərik. Yəni biz
"Hər
bir
q" deyib, onun haqqmda hər hansı bir hökm versək, düzgün
olar. Çünki bir predmeti olan fərdi "q" məfhumu haqqmdakı
hökmü, bu dərsin dördüncü
"Subyekt zehində, xaricdə və həqiqətdə"
başlığına əsasən, həqiqi hökm kimi nəzərə ala bilərik. Çünki fərdi
"q" məfhumu haqqmda verilən hökm, ümumi məfhum kimi nəzərə
almaraq onun fərz olunmuş predmetləri xarici aləmdə mövcud
olarsa, onlar haqqmda da düzgün olar. Buna görə də, əslində, "q"
məfhumu bir predmeti olan fərdi məfhum olsa da, onu bir neçə
predmeti olan ümumi məfhum kimi fərz edib, ona verilən hökmü
də həqiqi hökm kimi nəzərə almaq olar. Bu zaman alman hökm
belə olar:
"Bütün bəzi kimyəvi elementlər metaldır"
və bu hökmün
riyazi forması da
(+qp+)
kimi olar.
Şeyx İşraq bu nəzərlə, bir predmeti (bu predmet bir qrupu, sinfi
də əhatə edə büər) olan fərdi hökmləri bir neçə predmeti fərz
olunan ümumi hökmlərə çevirirdi. Onun bu nəzəriyyəsinin
praktiki əhəmiyyətini, dediyimiz kimi silloqizm bəhsində
verəcəyik.
Şeyx İşraq, ümumiyyətlə, hökmlərin bir-birinə çevrilməsinə də
baxmışdır. Bu, gələcək dərslərdə qeyd ediləcək.
230
Formal Məntiq
SUALLAR:
1.
"Sadə imanlı insanların imanı zehni məlumatdır" hökmünün
kəmiyyət və keyfiyyətini müəyyən edin.
2.
Subyektin təbiətinə, məzmununa və həcminə görə hökmlər
gətirin.
3.
Qəti hökm olan "Məntiq gözəl elmdir" zehnidir, yoxsa xarici?
3.
Müsbət və mənfi qəti hökmə misal çəkin.
4.
"Allah insana doğru yol göstərmək üçün peyğəmbərlər
göndərmişdir". Bu hökmün modalhğmı müəyyən edin.
5.
"Allah (heç kəsə, heç nəyə) möhtac deyildir!"^^ hökmünün
keyfiyyətini, kəmiyyətini, müsbət və mənfiliyini, modalhğmı müəyyən
edin və onu formal hökm kimi göstərin.
6.
Modallığı verilməyən, amma məfhumu tamamilə aydın olan
hökmə aid bir misal çəkin.
7.
Dərsdən bir neçə qəti hökm seçib riyazi şəklini vçrin.
əl-İxlas, 2
231
4-
CU DƏRS
ŞƏRTİ VƏ TƏQSİMİ
HÖKMLƏR
Şərti hökmlər də qəti hökmlər kimi müəyyən cəhətlərə görə iki
qismə bölünürlər:
1.
Birinci bölgü:
Şərti hökmlər birinci bölgüdə iki yerə
bölünürlər: "Tam şərti" və "Təqsimi".
Tam şərti
- İki qəti hökmün, yahuz birinin digərindən asılı-
lığmı bildirən şərti hökmdür. Yəni
məntiqi nəticənin
mövcudluğu
məntiqi əsasm
mövcudluğımdan, məntiqi nəticənin mövcud
olmaması isə məntiqi əsasm mövcud olmamasmdan asılıdır.
Məsələn: "Əgər bu yazıları oxumasaydım, məntiqə ehtiyac
duymazdım". Burada "Yazıları oxumasaydım" qəti hökmü şərti
hökmün məntiqi əsası, "Məntiqə ehtiyac duymazdım" isə məntiqi
nəticəsi adlamr. Yaxud "Onu görən kimi, ayağa qalxdım", "Əgər
Qiyamət olsa, daha bəhanəyə yer qalmayacaq" hökmləri kimi.
Təqsimi
- İki qəti hökmün birinin mövcud olması ilə digərinin
mövcud ohnamasmı bildirən şərti hökmdür. Məsələn: "Ədəd ya
cütdür, ya da təkdir". Burada ədədin təkliyinin onun cüt
olmamasmdan, cüt ohnasmm isə tək olmamasmdan asılılığı
bildirilir.
233
Məntiq ____________________________________________________________
2.
İkinci bölgü:
Şərti hökmlər də qəti hökmlər kimi, "təbii"
hökmü istisna etməklə, "fərdi", "müəyyən" və "qeyri-müəy- yən"
qisimlərinə ayrılır.
Fərdi
- İki qəti hökm arasmdakı bağlılığm müəyyən zaman və
şərait daxilində verilməsindən ibarət şərti hökmdür. Bunun özü də
iki qismə -
zaman
və
şərait
baxımmdan olan fərdi şərti hökmə
bölünür:
Tam və təqsimi şərti hökmlərə zaman və şəraiti də əlavə etsək,
aşağıdakı dörd fərdi şərti hökm almır:
1.
Tam şərti fərdi (zaman). Məsələn, "Əgər bu gün yağış
yağmasa, mən dərsə gedəcəyəm".
2.
Tam şərti fərdi (şərait). Məsələn, "Əgər bəzi sular
qaynamamış içilsə, insana zərər verər".
3.
Təqsimi fərdi (zaman). Məsələn, "Saat indi ya 1, ya da 2- dir".
4.
Təqsimi fərdi (şərait). Məsələn, "x, y-dən böyük olsa, y- dən
böyük olan z-dən ya böyük, ya da kiçikdir".
Qeyri-Müəyyən
(qısa: QM) - Fərdi şərti hökmün əksinə olaraq,
zaman və şəraiti qeyri-müəyyən olan şərti hökmdür.
Müəyyən
- Məntiqi əsasm zaman və şəraitdən asılılığı ümumi
və ya xüsusi olan şərti hökmdür. Yəni məntiqi əsas bütün zaman və
şəraitdə, ya da bəzi zaman və şəraitdə olur. Müəyyən şərti
hökmlərdə məntiqi əsasm zaman və şəraitinin ümumi və ya xüsusi
olması
kəmiyyət
adlamr.
Formal şərti hökmlər, yaxud şərti hökmlərin riyazi şəkli:
Burada da kəmiyyəti nəzərə alsaq, 8 qisim almar:
1.
Tam şərti müəyyən ümumi. Məsələn: "Hər zaman və hər
halda əgər insan elmə həris olsa, mütləq səadət yoluna addım atmış
olar". Riyazi şəkli: (+A
3
B). Burada "+" işarəsi kəmiyyətin
ümumiliyini. A-məntiqi əsası, B-məntiqi nəticəni, "=)" işarəsi isə
hökmün tam şərti oknasmı göstərir.
234
Dostları ilə paylaş: |