Məntiq ____________________________________________________________
da fel həm feldir, həm də isimdir deməkdir ki, zahirdə ziddiyyət
kimi görünsə də, yuxarıdakı predikasiyaya əsasən ziddiyyət deyil.
Əlbəttə, bunlar sadə misallar idi. Bəzən isə məsələ o qədər
mürəkkəb olur ki, onun həllini vermək o qədər də asan olmur. Buna
görə də İslam filosofları hökmlərin hansı növ predikasi- ya
olduğuna diqqət olunması üçün bu predikasiyam kəşf etmişlər.
Qeyd: Birinci növ zati predikasiya "tərif"in əsas şərtidir.
Yəni tərif verən zaman əgər predikasiya birinci növ zati
predikasiya olmazsa, bu o deməkdir ki, tam bioloji tərif
verilməmişdir.
2.
Təhlili və tərkibi hökm, yaxud predikasiya:
Predikasi-
yanm belə bölgüsü Devid Hyum^® tərəfindən irəli sürülmüşdür.
O, hökmləri "təhlili" və "təcrübi" olaraq iki yerə bölürdü. Ondan
sonra E. Kant onunla müxalif oldu. Kant, təhlili hökmlərə misal
olaraq, "Cisim üçölçülüdür" hökmünü gətirirdi. O deyir: "Ölçü"
məfhumu
"cisim"
məfhumunda
gizlənmişdir
və
"ölçü"
məfhumunun yuxarıdakı hökmdə predikat olaraq, subyekt olan
cisim məfhumuna hökm olunması bizim üçün yeni bilik vermir,
çünki "ölçü" məfhumu elə "cisim" məfhumunun məzmunudur.
Bunun əksinə olaraq, tərkibi hökm elə hökmdür ki, onun
predikat məfhumu subyekt məfhumunda yoxdur. Məsələn: "Cisim
ağırdır". Bu hökmdə ağulıq məfhumu "cisün" məfhumunun
məzmununda təsəvvür edilmir. Kantm nəzərincə tərkibi hökmlər
biliklər sistemimizə yeni məlumatlar artırır. Beləliklə, bu iki növ
predikasiyam belə tərif edirlər: predikat məfhumu subyekt
məfhumundan almarsa, belə predikasiyaya
təhlili,
əks halda
tərkibi
predikasiya deyilir.
^ Şotlandiyanın Edinburq şəhərində anadan olmuş filosofdur (1776-1711).
216
Formal Məntiq
Təhlili hökmə belə bir misal gətirmək olar:
"Üçbucaq
-
üçbu-
caqlıdır".
Burada
"üçbucaq"
sözünü məchul kimi qəbul etsək, yəni
tutaq ki, bu sözün mənasım bilmirik və elə bu sözü bü- mədiyinüzə
görə
"üçbucaqlıdır"
deyirik, əgər bilsəydik, bu tərifi verməzdik.
Məlumdur ki, üçbucağm tərifində deyilir:
"Üçbucaq - üç parçanın
əməb gdtirdiyi müstəvi sahədir".
Yəni üçbucağm tərifində, əslində,
üç dənə bucağm olması yoxdur. Üçbucağm üç sayda bucağı olması
isə onun qeyri-zati zəruri xüsusiyyətidir, zatı, yaxud tərifi isə üç
parçanm qapanmasmdan əmələ gələn sahədir. Üç sayda bucağm
üçbucağm qeyri-zati zəruri xüsusiyyəti olması ona görədir ki, ola
bilər bir fiqurun üç bucağı olsun, amma tərəfləri düz xətt yox, əyri
xətt olsun. Buna görə də üç xətt qapandıqda üç sayda bucağm
almması zəruri olur, amma onun tərifinə daxil edilmir, yərd
qeyri-zatidir. Buna görə də qeydlərə əsasən,
"Üçbucağm üç bucağı
var"
hökmü təhlilidir.
"Təhlili" ilə "birinci növ zati" predikasiyanm fərqi bundadır ki,
admdan da göründüyü kimi, birinci növ predikasiya zatidir, yəni
predikat subyektin zatıdır, dayağıdır, amma təhlili predikasiyada
predikat subyektin məfhumundan almsa da, onun zatım təşkil
etməyə də bilər (Diqqət).
Birinci növ zati predikasiya
"Beş ümumi məfhum"dan
yalnız zati,
amma təhlili predikasiya isə qeyri-zati olan zəruri məfhumlara da
aiddir. Yəni birinci növ zati predikasiyada predi- katm subyektə
hökm olunması üçün vasitəyə ehtiyac yoxdur, amma təhhü
predikasiyada vasitəyə, sübuta ehtiyac vardır. Məsələn: növ olan
"üçbucaq" məfhumunun dns və fəslini təyin edək: əlbəttə,
üçbucağm tərifini vermək riyaziyyatçılara aid olsa da, misal üçün,
onun cinsini
"müstəvi fiqur"
, fəsliru isə
"qapanmış
3
parça"
kimi
vermək olar. Bu zaman
"üçbucaq - 3 parçanın qapanmasmdan əmələ
gələn müstəvi fiqurdur"
predikasi- yası birinci növ zati predikasiya
olar, çünki fərziyyəmizə görə,
"müstəvi fiqur"
və
"qapanmış 3 parça"
məfhumları üçbucaq məf-
217
Məntiq ____________________________________________________________
humtınun cinsi və fəslidir, yəni onun zatmı təşkil edir. Amma
bımdan sonra bir riyaziyyatçı üçbucaq haqqmda
"Üçbucağın daxili
bucaqlarının cəmi 180°-yd bərabərdir"
hökmünü isbat edirsə, bu
predikasiya, artıq birinci növ zati predikasiya yox, təhlili
predikasiya olar. Çünki 3 parçanm qapanması ilə əmələ gələn
fiqurun daxili bucaqlarınm cəmi həmişə 180°-yə bərabər olsa da,
"180°-yə bərabərlik"
məfhumu üçbucağm zatmı təşkü etmir, əksinə,
bu məfhum onun üçün qeyri-zati zəruri məfhumdur. Yəni "180°-yə
bərabərlik" məfhumu üçbucaq üçün zati olmasa da, ondan
ayrılmazdır, onun üçün zəruridir. Çünki dediyimiz kimi, tərəfləri
əyri xətt olan elə bir həndəsi fiqur qurmaq olar ki, onun da daxili
bucaqlarmm cəmi 180° olsun.
"İnsan ümumidir"
predikasiyasma baxaq. Burada "ümumi"
dedikdə, insan məfhumunun bir neçə predmeti olduğu, yəni
ümumi məfhum olduğu başa düşülür. Məlumdur ki, bu predi-
kasiyada predikatla subyekt arasmdakı vəhdət məfhumdadır,
çünki xarici aləmdəki insan ümumi deyil, əksinə, insan məfhumu
ümumidir, buna görə də bu predikasiya birinci növ predi-
kasiyadır. Amma məlumdur ki, burada predikat məfhumu
(ümumi)
subyektin
(insan)
zatmı təşkil etmir, çünki insan məfhumunun
zatmı "nitq qüvvəsi" və "iradəli canlı" məfhumları təşkil edir.
Bununla belə, bu predikasiyada vəhdət məfhumda olduğundan
birinci növ predikasiyadır. Yəni predikasiyada vəhdət məfhumda
olarsa, bu zaman o, iki yerə bölünür: zati ("insan nitq qüvvəsinə
malik iradəli canlıdır" predikasiyası kimi) və qeyri-zati ("insan
ümumidir" predikasiyası kimi). Digər tərəfdən bu predikasiyada
predikat məfhumu subyekt məfhumundan alınmadığı üçün, o,
təhlili predikasiya deyil. Yəni "insan" məfhumunda "ümumi"
məfhumu gizlənməmişdir. Yaxud "insan" məfhumunda "ümumi"
məfhumu gizlənsə də, onun ümumi olduğunu isbat etməyə ehtiyac
var. Deməli, belə nəticə alırıq ki, əgər predikasiya birinci növ zati
predikasiya olarsa, onda o, həmçinin təhlilidir.
218
Dostları ilə paylaş: |