Redaktor: Korrektor: Cildin


Predikasiyanın, yaxud qəti hökmün qisimləri



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə57/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   53   54   55   56   57   58   59   60   ...   119

Formal Məntiq 

Predikasiyanın, yaxud qəti hökmün qisimləri 

1.

 



Birinci növ (aksiomatik) zati və məşhur predikasiya: 

Bu

 

növ predikasiyaru təqribən, demək olar ki, ilk dəfə İslam aləminin 

dahi şəxsiyyəti Sədrül-mütəəllihin Şirazi öz əsərlərində gətirmişdir. 

Amma  omm  sözlərindən  məlum  olur  ki,  ondan  əvvəl  də  bu 

predikasiyadan  istifadə  olimurmuş.  "Birinci  növ  (aksiomatik)" 

adlanmasmm  səbəbi  hər  şeyin  özünün  özünə  hökm  verilməstntn, 

başqa  bir  məfhumun  ona  hökm  verilməsindən  əvvəl  oknasma 

görədir.  Yəni  belə  hökm  zəruri  təsdiqdir.  Aksiomatik  hökmlərin 

tərifi ilə də 111 hissədə tanış olacaqsınız. "Zati" adlanmasmm səbəbi 

də predikatm subyektin zat və mahiyyətinin özü olmasma görədir. 

Subyekt  və  predikatm  bir-birinə  bərabərliyi,  yaxud  vəhdəti, 

yakuz  və  yahuz  onlarm  müəyyən  cəhətdə  ortaqlığı  olarsa, 

mümkündür.  Çünki  heç  bir  ortaqlıq  olmasa,  bərabərlikdən, 

vəhdətdən  söhbət  gedə  bilməz.  Əgər  "Bu  odur"  deyiriksə,  burada 

vəhdət "Bu" və "O" arasmda müştərəkliyə görədir. Aşağıdakı misala 

diqqət edək: 

Biz  niyə  "İnsan  divardır"  deyə  bilmirik?  Çünki  onlar  arasmda 

vəhdət  yoxdur.  Hətta  bəzi  insanlar  haqqmda  "divardır"  deyilirsə 

də, məcazi məna nəzərdə tutulur. Yahuz belə məcazi məna nəzərə 

almdıqda, insanla divar arasmda vəhdət yaratmaq mümkündür. 

Subyekt  və  predikatm  vəhdəti  zəruri  olduğu  kimi,  onlarm 

başqa  cəhətə  görə  fərqi  də  zəruridir.  Çünki  fərqliUk  olmasa,  bir 

məfhum  özünə  hökm  edihniş,  nisbət  verilmiş  olur  ki,  bu  da  bir 

məna ifadə etmir. Məsələn, "İnsan insandır". 

Subyekt  və  predikatm  vəhdətindən  əmələ  gələn  hökmə 

məntiqdə 

"predikasiya" 

deyilir.  Predikasiya  hökmünün  müxtəlif 

cəhətlərə görə müxtəlif qisimləri var. 

1.

 



Birinci növ (aksiomatik) zati predikasiya 

2.

 



Məşhur predikasiya 

213 



Məntiq ____________________________________________________________  

Əgər subyekt və predikatm vəhdəti məfhumda olsa, bu zaman 

onlar  arasmdakı  predikasiya 

birinci  növ  zati 

predikasiya 

adlanır.  Məlumdur  ki,  belə  predikasiyada  subyekt  və  predikat 

predmet  cəhətindən  də  vahid  olmalıdır,  amma  bu  hökmün  xarici 

aləmdə  predmetrnrn  olması  vacib  deyil.  Yəni  əgər  pred-  meti 

olarsa, bu zaman subyekt və predikat predmet cəhətindən də vahid 

olar. 

Misal 1: "İnsan - nitqi olan iradəli canlıdır". Bu hökmdə vəhdət 



məfhumdadır və son etibarı ilə subyekt-predikat pred- metlərdə də 

bərabər 


olmalıdır. 

Amma 


ixtilafları 

sadə-genişlik- 

də, 

icmal-müfəssəllikdədir.  Başqa  sözlə,  "insan"  sözü  icmali  şəkildə 



açılmışdır,  yəni  "nitqi  olan  iradəli  canlı"  insan  məfhumunun 

məzmununun açılışıdır, yaxud tərifidir. 

Misal 2: "İnsan bəşərdir". Burada da yuxarıdakı kimidir. Amma 

fərqlilik sinonimlikdədir və insanla bəşər, yalnız sözdə və yazılışda 

fərqlənirlər.  Yəni  insan  və  bəşər  mahiyyətlərinin,  yalnız  "yazılı 

aləm"dəki cildləri fərqlənir. 

Əgər  subyektlə  predikat  arasmdakı  vəhdət  predmetdə  və 

fərqləri isə məfhumda olsa, belə predikasiya 



məşhur 

predikasiya 

adlamr.  Məsələn,  "Kamil  alimdir".  Burada  "Kamil"  ilə  "alim" 

predmetdə bərabərdir, amma bu iki məfhum tamamilə fərqlənir. 

Başqa  sözlə,  predikat  subyekt  məfhumunun  mahiyyətini 

açarsa,  yaxud  onun  mahiyyətinin  zatmı  göstərərsə,  belə 

predikasiya birinci növ zati predikasiyadır.  Bilirik ki, üçbucaq, üç 

xəttin kəsişməsindən meydana gələn parçalarla qapanmış sahədir. 

Burada  təsəvvür  etdiyimiz 

"üçbucaq"

 

məfhumu  ilə 



"üç  xdttin 

kdsişmdsinddn  meydana  gəbn  parçalarla  qapanmış  sahə"

 

məfhumu 


bir-birinə bərabərdir. Məlumdur ki, bu iki məfhumun xarici aləmdə 

predmeti olsa, bu zaman yuxarıdakı hökm predmet cəhətindən də 

doğru  olacaq.  Amma 

"Üçbucaq  kiçikdir",

 

yaxud 


"Ev  dəmirdəndir"

 

hökmləri  məşhur  növ  predikasiyadır,  çünki  bu  hökmlərin  heç 

birində subyekt məfhumunun mahiy 

214 



Formal Məntiq 

yəti  açılmamışdır.  Yəni  nə  "kiçiklik"  məfhumu  "üçbucaq" 

məfhumuna,  nə  də  "dəmir"  məfhumu  "ev"  məfhumunun 

məzmununa daxildir. 

İndi  bu  növ  predikasiyanm  praktiki  əhəmiyyətinə  baxaq. 

Məlumdur  ki,  fərdi  məfhumun  bir  predmeti  olur.  Digər  tərəfdən 



"Allah", "İbn Sina", "Bakı", "Bu məntiq kitabı"

 

və s. kimi məfhumlar 

da fərdi məfhumlardır. Yəni fərdi məfhumun bir neçə predmeti var. 

Onda, deməli, fərdi məfhum həm fərdidir, həm də fərdi deyil, yəni 

ümumidir. Bu ziddiyyəti necə aradan qaldırmaq olar? 

Zidd  hökmlər  bəhsində  deyəcəyik  ki,  iki  hökmün  bir-birinə 

zidd olması üçün bir neçə şərt var və bunlardan biri də birinci növ 

zati  və  məşhur  predikasiyada  vəhdətin  olmasıdır.  Bunun  həlli  də 

birinci növ zati predikasiyaya qayıdır. Yuxarıdakı misalda da bu iki 

predikasiyada  yuxarıdakı  mənada  fərq  qoyul-  madığmdan  onlar 

bir-birinə  zidd  sayılmırlar.  Belə  ki, 

"Fərdi  fərdidir"

 

predikasiyası 

birinci  növ  zati  predikasiyadır,  çünki  bir  şeyiu  özü  olması 

məlumdur,  yəni  bir  məfhum  elə  özüdür.  Amma 



"Fərdi  ümumidir"

 

predikasiyası  isə  məşhur  predikasiya-  dır.  Görək  bu  hökmdə 

subyekt 

(fərdi)

 

məfhumu  nədir?  Predi-  kat 



(ümumi)

 

subyekt 


məfhumunun 

(fərdi)

 

özünə  hökm  olunmuşdur,  yoxsa  onun 

predmetlərinə?  Diqqət  etdikdə  görürük  ki,  bu  hökmdə  predikat 

subyektin predmetləri haqqmda xəbər verir, çünki 



"Fərdi ümumidir"

 

hökmü, "Bir predmeti olan bir neçə fərdi məfhum vardır" deməkdir. 

Yəni həm 

"Allah",

 

həm 


"İbn Sina",

 

həm 


"Bakı",

 

həm də 


"Bu məntiq 

kitabı"

 

kimi  bir  predmeti  olan  fərdi  məfhumlar,  yuxarıdakı 

predikasiyanm subyektinin predmetləridir. Bu da 

"Fərdi ümumidir"

 

hökmünün subyekt və predikat məfhumlarınm predmetdə vəhdəti 

deməkdir. 

Bundan başqa məsələləri də  həll etmək olur. Onlardan biri də 

qrammatikadakı  isim  və  fel  haqqındadır.  Belə  ki,  isim  və  fel 

bir-birindən fərqlənir. Digər tərəfdən felin özü bir isimdir. Bu 

215 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə