Məntiq ____________________________________________________________
Hansı ki, həmin alimin fəlsəfəni tərif etməsi, fəlsəfənin başqa- larma
da həqiqəti göstərmək üçün gözəl bir vasitə obnasma görədir və
tənqid etməsi isə fəlsəfənin, msam həqiqətə tərəf yalmz müəyyən
həddə qədər aparmağa qabiliyyəti olub, amma həqiqətin özəyinə
yetişdirməyə gücü çatmadığma görədir.
Yuxarıdakı suallar əsasmda, həmin materialist bilməlidir ki,
fəlsəfənin məqsədi təbiətə hakim oknaq deyil ki, faydasız olsun.
Məgər insan yalnız maddi yönə malikdir? Onun mənəviyyatı, zehni
təfəkkürü yoxdur ki, materialist də "Fəlsəfd biza maddi rahatlıq
verirmi ki, biz də onu öyrənək?" desin? Məgər insa- run rahatlığı,
yakuz maddi rahatlıqdır? Bəs zehni, mənəvi rahatlıq lazım deyil?
Yaxud da bir arifin }mxarıdakı sözünə qurban gedənlərə sual
olimur ki, həmin arif bu sözü nə üçün demişdir, hansı mərhələləri
keçəndən sonra, hansı mənəvi hala çatandan sonra demişdir?
Həqiqətin dərki iki formadadır və hər birinin öz yeri var; arif də
həqiqətin mənəviyyat yolu ilə əldə edilən dərkin, həqiqətin özünün
dərki olduğuna görə bu dərki, həqiqətin fəlsəfə yolu ilə dərkindən
üstün tutmuşdur. Buna görə də bu cəhətdən fəlsəfəni naqis bilir.
Amma fəlsəfi dərkin də özünəməxsus xüsusiyyətləri, gözəllikləri və
özəllikləri vardır. Elə isə, arifin həmin hikmət dolu sözündən
"fəlsəfə lazım deyü" nəticəsini almaq düzgündürmü? Əlbəttə ki,
düzgün deyil. Burada arifin sözündən bu cür nəticə çıxarmaq
yanhşdır.
Buna görə də cümlədəki hökmün tam mənasım qavramaq üçün
ikinci dərəcəli üzvlərə ehtiyac vardır.
Cümlənin bu cür naqis verilməsi müxtəlif fikir cərəyanları
arasmda münaqişələr yaratmışdır. Bir şəxs, ikinci dərəcəli üzvləri
işlətmədən, nəzərə almadan kiminsə dediyi sözə, hökmə
əsaslanaraq yeni bir nəticə ahr, bu zaman məlumdur ki, alman
nəticə yanlış olmalıdır. Həmin şəxs bununla da həmin hökmün
yanlış olduğunu isbat etmiş olur, halbuki bu hökm ikinci dərəcəli
üzvlər işlədilsə, düzgün ola bilər. Buna görə də fikir
208
Formal Məntiq
yürüdülən zaman verilən hökmlərin tam qavranılması və yanlış
nəticələrə gəlməmək üçün mütləq ikinci dərəcəli üzvlər
işlədilməlidir.
Burada demək istədiyimiz məsələ budur ki, məntiqi təfəkkür
zamam yanlış nəticələrin yaranması cümlərıin ikinci dərəcəli
üzvlərindən asıh olur. Buna görə də dəLügətirmənin ən əsas
şərtlərindən biri də aşağıdakı qanunla bağhdır:
Hökmün tam qavranılma qanunu;
Hökmün düzgün qavra-
nılması, onu ifada edan cümlanin ikinci daracali üzvlarindan asılıdır.
SUALLAR:
1.
Tam qeyri-xəbəri mürəkkəb söz nə üçün zati baxımdan yalan və
doğru xüsusiyyətlərinə malik deyil?
2.
Hökmə öz ifadənizlə tərif verin.
3.
Dərsdən bir neçə hökm seçin.
4.
Hökm ilə birinci hissədə tanış olduğunuz "təsdiq" biliyinin fərqi
nədir?
5.
Əgər hökm xarid aləmdəki hadisədirsə, onda təsəvvür elminin
də xarid aləmdə predmeti olduğundan, o da hökm deyilmi?
6.
"Allah təkdir" hökmünü dörd məkana yerləşdirin. Sonra bu
hökmə imanımzın hansı məkana aid olduğunu dəqiqləşdirin.
7.
Allahla bağlı mövzuların müxtəlif fikir cərəyanları arasındakı
münaqişələrini "Hökmün tam qavranılma qanunu” ilə izah edin.
8.
Oxuduğunuz bu cümlə hökmdürmü?
209
2-
CI DƏRS
HÖKMÜN NÖVLƏRİ
Qəti və şərti hökm
Məntiqçilər hökmü iki qismə bölürlər və bunlar da öz
növbəsində müxtəlif qisimlərə ayrıhr. İndi bunlarm hər biri haq-
qmda təfsilatı ilə tamş olaq.
1. Qəti
hökm - Elə tam xəbəri mürəkkəb sözdür ki, o, iki "sadə"
və ya "naqis mürəkkəb" sözlərdən və onlar arasmda əlaqə yaradan
"bağlayıcıdan" təşkil olunur və qəti hökmlərə
predikasiya
da
deyilir. Məsələn, "Yer kürə şəklindədir", "İnsan əzəmətli və şərəfli
məxluqdur", "Sokrat azərbaycanlı deyil", "Ulduzlarm sayı sonsuz
ola biknəz" və s. Göründüyü kimi, bu hökmlərin hər birində iki - ya
sadə, ya da naqis mürəkkəb tərəf və bir rabitə vardır. Yəni bu iki
tərəf rabitə ilə birlikdə işlənib vahidləşərək hökm əmələ gətirirlər.
Birinci misalda tərəflər "Yer" və "kürə", rabitə isə "dir" şəkilçisidir.
Belə hökmlər "qəti" hökmlər adlamr.
Qəti hökmlərdə üç termin vardır: hökm edilən birinci tərəf
subyekt,
hökm verüən ikinci tərəf
predikat
adlamr, onlar ara-
smdakı rabitə isə bağlayıcıdır. Məsələn, yuxarıdakı "İnsan əzəmətli
məxluqdur" qəti hökmündə "əzəmətli məxluq", "in- san"a hökm
edilmişdir. Burada, insan - "subyekt", əzəmətli məxluq -
"predikat"dır.
211
Məntiq ____________________________________________________________
2. Şərti
hökm - Elə "tam xəbəri mürəkkəb söz" dür ki, iki
hökmün münasibətini, bağlılığım ifadə edir. Yəni şərti hökmlər iki
və daha artıq qəti hökmün nisbətini ifadə edir. Bu hökmlər elə
hökmlərdir ki, qəti hökmlərdə olduğu kimi, burada artıq
subyekt-predikat nisbətindən, vahidləşməsindən söhbət getmir,
əksinə, iki hökmün münasibətindən söz açılır. Məsələn, "Əgər
riyaziyyat bu qədər inkişaf etməsəydi, fizika klassik həyatmı
yaşayardı", "Əgər Kcimil gəlsə, mən getməyəcəyəm", "Hər bir insan
ya xoşbəxtliyə, ya da bədbəxtliyə qovuşacaq", "Natural ədədlər ya
cüt, ya da təkdir" və s. Bu misallardan da göründüyü küni, onlarm
hər biri hökm olmaqla bərabər, iki hökmə ayrılır və bu iki hökmün
münasibətini ifadə edir. Amma bu hökmlərdə tərəflər vahidləşmir,
sadəcə biri o birinin nəticəsi olur. Birinci misalda "Riyaziyyat bu
qədər inkişaf etməyib" birinci hökm və "Fizika klassik həyatmı
yaşayır" isə ikinci hökmdür. Biz bunları bir birinə nisbət verməklə
yuxarıdakı şəklə salırıq və belə hökmlərə "şərti" hökmlər deyilir.
Burada birinci hökmə
məntiqi əsas termin,
ikinci hökmə
məntiqi nəticə termin,
bağlayıcı ədatlara isə
bağlayıcılar
deyilir.
Bu hökmlərin də admm belə seçilməsi iki hökmdən birinin
doğruluğunun o birinin doğruluğuna bağlı olmasma görədir. Yəni
şərti hökmdə terminlərin düzgünlüyü və yanlışlığı bir-birindən
asılıdır.
Şərti hökmlər "əgər", "elə ki", "ya" kimi şərt ədatları ilə bərabər
gəlir. Bunlara misal olaraq, aşağıdakı nümunələri göstərmək olar:
"Əgər məntiqi oxusan, İbn Skıa kimi dahilərin insan ağlmm
kamilliyi üçün təyin etdiyi bir neçə pillədən birini keçmiş olarsan",
"Elə ki, həzrət Rəsulallahm (s) son canişini həzrət Mehdi (ə.f.) zühur
etdi, artıq yer üzərində zülm qalmayacaq!", "İnsanlar ya savadlı, ya
da savadsızdırlar".
212
Dostları ilə paylaş: |