Formal Məntiq
raq, Sədrül-mütəəllihin Şirazi (Molla Sədra) 8 şərt vermişdir.
Beləliklə, ziddin şərtləri:
1.
Subyekt vəhdəti:
Hər iki hökmdə subyekt bərabər olmalıdır.
Məsələn: "Bəzi cəngəlliklərin yarısı yaşıldır." hökmü ilə "Bütün
cəngəlliklərin dörddə biri yaşıl deyil" hökmü zidd deyil.
2.
Predikat vəhdəti:
Hər iki hökmün predikatı bərabər
olmalıdır. Məsələn: "Bəzi kimyəvi elementlər metaldır." və "Bütün
kimyəvi elementlər qeyri-metal deyil." hökmləri zidd deyildir.
3.
Zaman vəhdəti:
Hər iki hökmün dəlalət etdiyi hadisə eyni
zamanda olmalıdır. Məsələn: "Kamil axşam filmə baxdı." və "Kamil
gecə filmə baxmadı." hökmləri də zidd deyil.
4.
Məkan vəhdəti:
Hər iki hökmün dəlalət etdiyi hadisə eyni
məkanda olmalıdır. Məsələn: "İkinci Günəş yoxdur." və "İkinci
Günəş var." hökmlərinin hər ikisində məkan xarici məkan olsa,
onlar ziddirlər, amma birinci hökmdə məkan xarici və ikinci
hökmdə məkan zehin aləmi olsa, bu zaman bu iki hökm zidd
deyildir və hər ikisi doğrudur.
5.
Şərt vəhdəti:
Hər iki hökmün dəlalət etdiyi hadisənin baş
verməsi üçün eyni şərt lazımdır. Məsələn: "Bütün insanlar öz
qabiliyyətlərindən istifadə etməklərinə uyğun olaraq inkişaf edir."
hökmü ilə "Bəzi insanlar öz qabiliyyətlərindən istifadə
etməmələrinə uyğun olaraq inkişaf etmirlər." hökmləri zidd deyil.
Çünki ikincinin şərti birincinin əksidir və hər ikisi də doğrudur.
6.
Nisbət vəhdəti:
Məsələn: "Bəzi ağaclar Çinar ağacma
nisbətən kiçikdir." hökmü ilə "Bütün ağaclar alma ağacma nisbətən
böyükdür." hökmü, hətta birincisi doğru, ikincisi yalan olsa belə,
zidd deyillər.
7.
Aktual və potensiallıq (fel və qüvvə) vəhdəti:
Məsələn:
"Bütün insanlarm alim olmağa potensialı var." hökmü ilə "Bəzi
insanlar aktual olaraq hal-hazırda alim deyil." hökmləri
257
Məntiq ____________________________________________________________
zidd deyil. Çünki birinci hökmdə hökm istedad olaraq verilmiş,
ikinci hökmdə isə hökm, həmin istedad hayata keçmiş halda verilib.
8.Birinci növ və məşhur predikasiya vəhdəti:
Bu şərt İsla-
mm dahi filosofu Sədrül-mütəəlhhin Şirazi (Molla Sədra) tərəfindən
fəlsəfə və məntiqdə 1000 illərlə həll olunmaz kimi qalan məsələlərin
həlli üçün, əvvəl də qeyd etdiyimiz kimi, "birinci növ predikasiya"
və "məşhur predikasiya" şərtidir.
Beləliklə, əgər bu 8 şərt olmasa, iki hökm bir-birinin ziddi deyil.
Riyaziyyat kursunda zidd hökmlər
Məktəblilərin riyaziyyat kursrmda yaxmdan tamş olduqları
"əksini fərz etmə" qaydası məntiqdə "zidd" adlamr. Bu qay- dadakı
əsəs proseslər:
I
proses: Tələbə iddiamn (tezisin) əksini fərz edir. Məlumdur ki,
iddianın əksinin iddia ilə münasibəti var. Yəni "əksini fərzdə" fərz
olunan iddia ilə fərzin ziddi cəm ola bilmir.
II
proses: Tələbə zidd fərziyyənin yanlış olduğunu isbat edir.
III
proses: I və II prosesi nəzərə alaraq, "Əgərfərziyyd ilə zidd
fərziyyə cəm ola bilmirsə və zidd fərziyyə yanlışdırsa, deməli, iddia
olunan fərziyyə düzgündür." nəticəsini alır.
Zidd - Hökmlərin anasıdır
Məntiq və fəlsəfə aləmində zidd, hökmlərin anası hesab olunur.
Çünki varlıq aləminin bütün sahələri cəm və dəf ola bilməyən
ziddiyyətli hallardan uzaqdır. Bütün hökmlər, dəlillər və isbatlar
zidd hökmlərə əsaslanır. Hətta insanm bütün həyatı
"Zidd
hökmlər nə cəm, nə də dəf ola bilirlər."
qanu-
Bax; II hissə, II fəsil, II dərs
258
Formal Məntiq
nunun üzərində qurulmuşdur. Bu qanuna
"Üçüncünü istisna"
qanunu da deyilir.
Həyatm ən sadə və mürəkkəb məsələləri, bu qanım əsasm- da
dərk olunur. Məsələn: Biri ilə söhbət ediriksə, üzümüzü
həmsöhbətimizin üzünü tutduğu istiqamətə tərəf yox, ona tərəf
tuturuq. Çünki onun qarşımızda olduğunu qəbul edirik. Bu da,
onun başqa məkanda yox, məhz bizim qarşımızda olduğunu dərk
etdiyimizi göstərir. Bu, məntiqi zidlə belə ifadə edilir: "Müəyyən bir
əşya A nöqtəsindədir." və "Həmin əşya A nöqtəsində deyil."
hökmləri ziddir. Bunlarm hər biri doğru ola bilməz. Buna əsasən
də, həmsöhbətimizin başqa məkanda olmayıb, qarşımızda
olduğunu dərk edirik.
Əlbəttə, insan belə hallarda məntiqi fikirləşərək, "Zidd hökm-
brd əsasən, həmsöhbətim qarşımdadırsa, başqa yerdə deyil, buna
görə də mən onunla söhbət edən zaman onunla üz-üzə
dayanmalıyam” deyərək hərəkət etmir. Çünki bu, insan fitrətinin
dərk etdiyi aydm bir şeydir. Buna görə də məntiqçilər ziddin cəm
və dəf obnamasım zəruri bilik hesab edir və onu "hökmlərin anası"
adlandırırlar.
Üçüncünü istisna qanununu, yaxud zidd hökmləri ümumi
şəkildə qısa olaraq belə ifadə etmək olar:
"Varlığın iqrarı, onun
yoxluğunun inkarıdır və əksinə".
Allahın qüdrəti və zidd hökmlər:
Abdullah Deysani İmam
Sadiqin (ə) şagirdi Hişam ibn Həkəmin yanma gələrək ona dedi:
-
"Sənin dediyin Allah, əgər hər şeyə qadirdirsə, bu aləmi bir
yumurtanm içinə yerləşdirə bilərmi? Belə ki, nə yumurta böyüsün,
nə də aləm kiçilsin".
Hişam ibn Həkəm Deysanidən möhlət alaraq, İmamm (ə)
yanma gəlib əhvalatı danışır. Həzrət (ə) cavabmda buyurur:
-
"Bəli. Görməyin üçün Allah bu aləmi sənin yumurtadan da
kiçik olan gözlərində necə yerləşdirmişdir?!"
259
Dostları ilə paylaş: |