Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə67/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   63   64   65   66   67   68   69   70   ...   119

Formal Məntiq 

ziddinə  olaraq  heyvanlar  təfəkkür  etmir  və  ikinci  hökmün  də 

ziddinə  olaraq  insanlar  təfəkkür  edir.  Buna  görə  də  hər  iki  hökm 

yalandır və üçüncü hal olaraq "Bəzi canlılar təfəkkür edir" hökmü 

həqiqidir. 

Göründüyü  kimi,  ikinci  cütlükdə  istisna  olunmayan  hal 

predikatdan,  üçüncü  cütlükdə  isə  kəmiyyətdən  doğur.  Belə  ki, 

"qayıtmaq"  və  "getmək"  bir-birini  inkar  edən  zidd  sözlər  deyil, 

əksinə,  əks  sözlərdir.  Buna  görə  də  üçüncü  halm  istisna 

olunmaması bəzən üçüncü cütlükdəki kimi kəmiyyətdən doğursa, 

bəzən  də  əks  sözlərdən  doğur.  Birinci  cütlükdə  isə  üçüncü  halm 

istisna  olunması  zidd  sözlərə  əsasəndir.  Belə  ki,  nə  cəmləri,  nə  də 

dəfləri  mümkün  olan  "var"  və  "yox"  kimi  zidd  sözlərə  əsaslanan 

"təfəkkür  qanunu  oimaq"  və  "təfəkkür  qanunu  olmamaq"  sözləri 

bir-birinə ziddir. Buna görə də  birinci cütlükdə üçüncü hal istisna 

olunur. 


Bunlara  əsasən,  istisna  olunan  halları  ifadə  edən  hökmlərə 

"zidd",  istisna  olunmayan  halları  ifadə  edən  hökmlərə  isə  "əks" 

hökmlər  deyilir  (eyni  ilə  inkar  sözlərin  zidd  və  əks  formalarmda 

olduğu kimi). 

Göründüyü  küni,  birinci  və  ikinci  cütlükdəki  hökmlər  fərdi 

hökmlərdir. Yəni onlar konkret fərddən damşır. Bunlardan birincisi 

zidd, ikincisi isə əks hökmlər olur. Deməli, fərdi hökmlərin zidd və 

əksinin  qurulması  məlum  oldu.  İndi  də  müəyyən  hökmlərin  zidd 

və əksinə baxaq. 

Müəyyən hökmlərin ziddi 

Zidd 

hökmlər  -  Subyekt  və  predikatda  bərabər,  kəmiyyət  və 

keyfiyyətdə isə fərqli olan iki hökmdür ki, eyni şəraitdə cəm və dəf 

olmaları mümkün deyil. Məsələn: "Bəzi insanlar şairdir" və "Heç bir 

insan şair deyil". 

Necə ki, söz bəhsində iki cəm və dəf ola bilməyən sözləri "zidd" 

adlandırmışdıq,  belə  hökmlərin  də  "zidd"  adlandırılması  orüarm 

cəm və dəfinin qeyri-mümkün olmasma görədir. 

253 



Məntiq ____________________________________________________________  

Məlıımdur ki, hökmün özü də bir sözdür. Tərifdə "Cəm və dəfləri 

mümkün  deyil"  ifadəsi  gəlsə  də,  biz  bımu  isbat  edək.  Daha 

doğrusu, hər bir "müəyyən" hökmün ziddinin tapılma- sma baxaq. 

Dediyimiz  kimi,  müəyyən  hökmlərdə  üçüncü  halm  istisna 

olunmaması kəmiyyətin bərabərliyindən doğur. Deməli, müəyyən 

hökmlərdə üçüncü halm istisna olunması kəmiyyətin fərqliliyindən 

asılıdır. Yəni kəmiyyətdə fərqlilik olmalıdır ki, iki hökm bir-birinə 

zidd  olsun.  Bəlkə  də,  iki  hökmün  bir-birinə  zidd  olmasmı  isbat 

etməyə  ehtiyac  yoxdur,  yəni,  ümumiyyətlə,  bu  zəruridir,  yaxud 

bunu  isbat  etmək  mümkün  deyil.  Amma  bunu  isbat  etməkdə 

məqsəd  belə  isbat  metodunu  öyrənməkdir.  Belə  ki,  bəzi  yerlərdə 

heç də hökmlərin qarşılıqlı münasibəti zəruri olmur, əksinə, nəzəri 

və isbata ehtiyaclı olur. 



İsbatı: 

"Qəti  müəyyən"  hökmlərin  riyazi  şəklindən  istifadə 

edək. Qəti müəyyən hökmləri aşağıdakı şəkildə göstərmişdik: 

A=(+sp+) 

E=(+sp-) 

İ=(-sp+) 

0=(-sp-) 

İndi  də  bu  bəhs  üçün 



"zidd=~" 

əvəzləməsi  ilə  bu  dörd  qəti 

müəyyən  hökmün  ziddlərini  verək.  Ziddin  yuxarıdakı  tərifindən 

aşağıdakıları alarıq: 

~A=(-sp-)=0 

~E=(-sp+)=İ 

~İ=(+sp-)=E 

~0=(+sp+)=A 

Asanlıq  üçün  "dörd  nisbət"dən  istifadə  edək.  Birinci  hissədə 

dördüncü fəslin üçüncü dərsində iki ümumi məfhumun nisbətinin 

həndəsi  işarələrinə  uyğun  olaraq  deyə  bilərik  ki,  "s"  ilə  "p" 

arasmdakı nisbət aşağıdakı beş haldan xaric deyil. 

254 



Formal Məntiq 

I) 

 

II) 

 

III) 

IV) 

 

 



V) 

 

Tutaq ki, A (+sp+) doğrudur. Onda isbat edək ki, A-run ziddi O 



(-sp-) hökmüdür və yalandır. 

Əgər  A  doğrudursa,  onda  ona,  yuxarıdakı  dairələrdən  (1)  və 

(111) hal uyğundur. 

Formal məntiqin tərifində dedik ki, "tərif" və "hökm" maddəsi 

nəzərə  alınmadan,  ümumi  şəkildə  araşdırılır.  Bu  iki  halm 

götürülməsi  də  buna  görədir,  yəni  burada  doğru  qəbul  edilən  A 

(+sp+) hökmü formal, yaxud riyazi şəkildə olduğundan (1) və (111) 

halı ona uyğundur. Əgər bu (+sp+) hökmünü maddə, məzmun ilə 

vermək istəsək, aşağıdakı kimi iki maddədə, yaxud iki məzmunla 

vermək olar: "Hər bir ddddi hsrfld göstdrmsk 



255 


Məntiq ____________________________________________________________  

olur" və "Hər bir ağac bitkidir". Bu ikisindən birincisi (I)-ə, ikincisi 

isə (III)-ə uyğun gəlir. Çünki hər bir ədədi hərflə göstərmək olduğu 

kimi, hər bir hərfi də ədəd kimi göstərmək olur. Yəni bunlar "tam 

çarpazlaşan" məfhumlardır. İkinci hökmdə isə, doğrudur ki, hər bir 

ağac bitkidir, amma hər bir bitki ağac oknadığmdan, bu hökm də 

(111) hala uyğun gəlir və bunlar da "tabeli" məfhumlardır. "Hər bir 



adədi harflə vermək olur" hökmü doğrudursa, onun ziddinin (bəzi 

ədədləri  hərflə  vermək  olmur)  yalan  oknası  aydmdır.  Digər 

tərəfdən, nəinki "bəzi ədədləri hərflə vermək olmur" yalandır, hətta 

"bütün  ədədləri  hərflə  vermək  olmur"  hökmü  də  yalandır.  Bəs  nə 

üçün bu hökmün ziddi məhz "bəzi  ədədləri hərflə  vermək  olmur" 

hökmü  olur?  Ona  görə  ki,  hökm,  "hər  bir  ağac  bitkidir"  şəklində 

olsa, bu zaman da birinci hökm kimi demək ohnaz ki, "heç bir ağac 



bitki  deyil"  yalandır.  Buna  görə  də  ümumi  şəkildə  olan  A  (+sp+) 

hökmünün ziddi O (-sp-) götürülür ki, maddəsi, məzmunu verilən 

hökmlər üçün ümumi qanun çıxarıism. 

Deməli,  əgər  A-ya  uyğun  (1)  və  (111)  halı  doğrudursa,  qalan 

hallar  yalan  olmalıdır.  Çünki  "s"  ilə  "p"  arasmdakı  nisbət  beş 

haldan  xaric  deyil.  Bununla  belə,  qalan  yalan  hallardan  ortaq 

məxrəc  olaraq,  yahuz  "bəzi  s-lər,  p  deyil"  (-sp-)  yalan  hökmünü 

çıxarmaq olar. İsbat edildi. 

Həmçinin birinin yalan olmasmdan o birinin doğruluğunu da 

çaxarmaq  olar  və  qeyd  etdiyimiz  kimi,  "vasitəsiz"  əqU  nəticənin 

başqa növlərini də bu yolla isbat etmək olar. 

Zidd  hökmlərin  şərtləri: 

Bəzən  iki  hökmün  ziddə  oxşarlığı 

bizi çaşdırır və elə güman edirik ki, onlar zidd hökmlərdir. Bu da 

əqli  nəticə  zamam  səhvə  yol  verməyə  səbəb  olur.  Buna  görə  də 

ziddin şərtləri məlum olmalıdır ki, "sofizm"in qarşısı alm- sm. Yəni 

iki  hökmün  zidd  olmasım  müəyyənləşdirmək  üçün  aşağıdakı 

şərtlər  olmalıdır.  Məntiqçilər,  müxtəlif  baxışlara  əsaslanaraq,  bu 

şərtləri müxtəlif sayda vermişlər. Ümumi ola 

256 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə