Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə23/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

Şəmil 
Sadiq
84
Axşam isə hamımız ailəliklə yığışardıq tonqal başına, 
hallabaca keçirərdik. Bu hallabaca sözünün etimologiyası 
nədir,  hələ  indi  də  dəqiqləşdirə  bilməmişəm.  Amma  bir 
onu  bilirəm  ki,  həmin  gün  bizim  üçün  çox  maraqlı  gün 
olardı. Tonqalı yandırıb, üstündən tullanardıq. Sonra atam 
sönmüş ocağın külünü bu ilanın, bu çayanın, bu tısbağanın, 
bu kərtənkələnin və s. deyərək, yeddi yerə dağıdardı. Son-
ra  yeddiləvin  payımızı  almaq  üçün  evə  tələsərdik. Atam 
yeddi torbanı yanına qoyar, əlinə aldığı nəlbəki ilə hərə-
mizə hər çərəzdən, meyvədən bir nəlbəki verərdi. Bizim də 
hərəmizin bir torbası olardı. Amma anama iki və ya üç nəl-
bəki verərdi. Deyərdi ki, “mənim də payım səndə qalsın, 
bu bir pay da sənin qonaqlarının”. Bu ədalətli pay bölgüsü 
o qədər gözəl idi ki, bəlkə də indi mənim üçün Novruzu 
öz imkanlarına uyğunlaşdırmış ailəmizin bu ənənəsi bü-
tün Novruza bərabərdi. Hərə öz torbasını götürüb kənara 
çəkilər, yumurtaları da ora qoyub ağzını bağlardı. Elə olur-
du ki, paylarımız bir aydan da çox qalırdı. Bilirdik ki, hər 
kəs öz payının ağasıdır, əgər kimsə yeyib qurtarsa, sabah 
digərinə möhtac olacaq. Ona görə də qənaətlə yeyər, ay-
dan da çox qoruyardıq. Bu da bir büdcə idarəçiliyi idi ki, 
atam bizə öyrətmişdi. Hə, bir də “cəviz-cəviz” oynardıq. 
Yastıqdan hellədib dəydirəndə udardıq. Bir cığal qardaşım 
da vardı... (indi də var, amma daha cəviz-fındıq hellətmi-
rik) Bizdə həm kişmiş, həm də meviz, (möyüc, mövüc) də 
vardı ki, bunu da anam özü hazırlayardı yayda. Bu, tumlu 
üzümün qurudulmuşu idi. Kişmiş isə tumsuz olardı.
Və həmin axşam “papaqatdı”, “açarsaldı” mərasimlə-
ri ilə davam edirdi. Biz heç vaxt yaxın qohumlarımızdan, 
qapıbir  qonşularımızdan  başqa  heç  kimə  papaq  atmaz, 
açar salmazdıq. “Ay nə gözəl qaydadı şal sallamaq”. Düz-
dür, uşaqlıqdan açar salmanın qadınların işi olduğu deyi-
lirdi. Amma əmiqızlarımızı, bacımızı tək qoymamaq üçün 
mərasimi onlarla birgə həyata keçirir, doyunca əylənirdik.
Bakıya gələndən hər dəfə bu ənənəyə heyranlıqla bax-
sam da, həm yaş, həm mühit imkan vermir. Sadəcə Şəhri-
yarın “Heydərbabaya salam” şeiri ilə təsəlli tapırıq.
Sonra isə “Görüş günü”nü gözləyərdik. Azərbaycanın 
bir çox yerində bayram ilin təhvil alındığı gün qeyd edilir-


Şəmil 
Sadiq
85
disə, bizdə onun səhəri – martın 21-də keçirilirdi.
Bu  günü  isə  uşaqlar  bayramın  ən  pik  zirvəsi  hesab 
edirdi.  Çünki  hamı  məhz  həmin  gün  aldığı  təzə  paltarı 
geyərək,  bütün  qonşuları,  qohumları  görməyə  gedəcək 
və yumurta qazanacaqdı. Həmin gün insanlar görüşəndə 
bir-birinin ovcuna konfet və ya alma qoyardı. Bu konfet və 
alma isə belə bölünürdü: Həmin şəxs həmyaşıdın və ya bir 
az səndən böyük idisə onunla görüşəndə konfet, yox əgər 
yaşca səndən böyük və hörmətli-izzətli insan idisə, alma 
qoyardın ovcuna. İnsanın yaşına və məqamına görə alma-
ların da rəngi dəyişərdi. Qıpqırmızı alma ən hörmətlisi idi.
Əmiuşaqlarımızla  bəhsə  girərdik,  görək  kim  sabah  
səhər yuxudan tez duracaq. Babalarımızı, əmilərimizi sa-
bah-sabah yorğan-döşəkdə təbrik etmək bir şərəf idi. Son-
ra  da  ailəmizlə  birgə  ağsaqqalları,  ağbirçəkləri  görməyə 
gedərdik. Yumurtalarımızı alıb günortaya yaxın başlaya-
caq “Xan”a tələsərdik. Peşəkar yumurtaçılara yumurtamı-
zı uduzar, evə əliboş qayıdardıq.
Əziz dostlar, virtual da olsa, hamınızın əlini konfetlə, 
alma ilə sıxıb, “Bayramınız mübarək!” – deyirəm.
Yaltaqlığa sərmayə qoyaq?!
Bu gün söz verdiyim kimi uşaqları Gənc Tamaşaçılar 
Teatrına apardım. Tamaşa Bolqar xalq nağılı əsasında ha-
zırlanmışdı.  “Dörd  əkizin  nağılı”  adlanırdı.  Çox  maraqlı 
bir tamaşa idi. Uşaqlardan çox özümə ləzzət elədi. Uşaq-
lar lap yaddan çıxdı. Səbəbi, bəlkə də, uşaqlıqda teatr, ta-
maşa  görmədiyimdən  idi.  Amma  xeyli  güldük.  Antrakt 
elan ediləndə foyeyə çıxdım, afişalara baxanda “Şeyx Sə-
nan”  tamaşasının  oynandığını  qaçırdığımı  gördüm.  Ta-
maşanın başlanmasına az vaxtın qaldığını görüb profilimə 
göz  atdım,  linkini Aydınxan  Əbilovun  göndərdiyi  Kulis.
az  saytındakı  afişaya  nəzər  yetirdim. Azərbaycan  Dövlət 
Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşasının 
oynanılacağını  gördüm.  Yoldaşıma  getməyi  təklif  etsəm 
də, uşaqları necə edəcəyimizi düşündük, amma çarə tapıl-
madı. Yaxında olan qohumların evdə olmayacağı məlum 
oldu. Çarə qaldı sənətə və sənətkara hörmət edən, sözün 


Şəmil 
Sadiq
86
əsl mənasında ziyalı hesab etdiyim dostlarım Əli müəllimə 
və Rəşad müəllimə. Çünki Əli Əmirlinin “Şah Qacar” pye-
sinin oynanıldığını elə Rəşad müəllim mənə demişdi. Für-
səti fövtə verməyib onları dəvət etdim, həvəslə axşam saat 
19:00-da görüşüb getdik. Tamaşa haqqında çox eşitmişdim 
və görmək üçün lap sinov gedirdim.
Maraqlı  hadisə  baş  verdi.  Teatra  girəndə  mühafizəçi 
dedi  ki,  “üzrlü  hesab  edin,  texniki  problemlərə  görə  ta-
maşa  dəyişilib”. Azacıq  demaqoqcasına  etiraz  edib  bileti 
göstərdim ki, axı bu gün saat 16:00-da bilet almışam. Əgər 
dəyişiləcəkdisə, niyə demədiniz. Mədəni şəkildə sakitləş-
dirdilər. Üç dost o qədər həvəslə getmişdik ki, ayaqlarımız 
nə geri, nə də irəli gedirdi. Ortada “bir dəli şeytan bileti 
qaytar,  geri  dön”  desə  də,  bizə  yaxınlaşan  teatr  işçisi  bu 
tamaşanın  da  çox  maraqlı  olduğunu  deyərək  baxmağı-
mızı məsləhət gördü. Məsləhəti və mimikası çox inandı-
rıcı  idi.  Hansı  tamaşa  olduğunu  soruşanda  “komediya-
dır, “Oliqarx””, – dedi. Türklər demiş, çatdıq bəə... Faciə 
ab-havasına köklənən birinin, birdən-birə komediya hava-
sına girməsi çox çətin idi. Yenə cəhənnəm, desə idilər ki, 
tragikomediyadır dərd yarı. Amma komediya dedilər. Hər 
üçümüzün  ağlından  ilk  keçən  fikir  bu  oldu:  “Bu  yaşda, 
başda bizə komediyaya baxmaq yaraşır?” Nə isə, Azərbay-
can Dövlət Akademik Milli Dram Teatrının aurası və baş 
rolda  Nurəddin  Mehdixanlının  olması  bizi  yola  gətirdi. 
Dəvət edən mən olduğum üçün yaxşı olacağı ümidini də 
mən verdim. Fuad Poladovu yalnız Nurəddin Mehdixanlı 
əvəz edə bilərdi.
Əfqanın  pyesi  əsasında  quruluşçu  rejissoru  Oruc  İz-
zətoğlu olan “Oliqarx” tamaşası yas mərasimi ilə başladı. 
Göydən bir tabut endirdilər. Hiss olunurdu ki, bir biznes-
menin və ya varlı bir məmurun yas mərasimi idi. Məclisi 
aparan molla yox “yasmada” idi. Bir-bir yas iştirakçılarına 
söz verildi. Hərə öz xarakterini fikirləri ilə açdı. Elə bu vaxt 
ara qarışdı. Məlum oldu ki, böyük bir oliqarx olan İgidov 
öləndə vəsiyyət etməyib. “Vəsiyyətsiz də ölü olar” – deyib, 
qohum-əqrəba bir-birinə dəydi. Ölünün çənəsini çəkəndə 
ölü xortdadı. Xortdayan da vaxtilə böyük bir vəzifə sahibi 
və biznesmen olmuş İgidov-Nurəddin Mehdixanlı idi. Ar-


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə