Şəmil
Sadiq
93
Xaraktercə onun-bunun əlinə baxan, bu fani dün-
yada bir qaşıq artıq yemək üçün gah xainlərin əli ilə üzü
uçuruma doğru gedir, gah da sadəcə “mənə” deyərək, öz
maraqları naminə çarpışırdı. Yönləndirilmək üçün sanki,
start vəziyyətdə idi həmişə. Hərəkətdə olanlar həmişə onu
idarə edirdi. Hara gəldi, necə gəldi yönəlirdi. Bədbəxtlik-
dən onu daha çox mənfurlar yönləndirirdi. Gah şeytanın
qollarında çırpınan yüngül əxlaqlı olurdu, gah rüşvətə
düçar olub, kiminsə əsirinə çevrilirdi. Gah yad qüvvələrin
təsiri ilə yönlənib ifrat mövhumatçı olurdu, gah da qöv-
münün içində çaxnaşma salan bir iblisə çevrilirdi. O qədər
miskin və qürursuz idi ki, heç vaxt yönləndirən və idarəçi-
lik arzusuna düşmürdü. Yönləndirilməyi, şəxsi maraqları-
na xidmət hesab edirdi, amma əslində daima başqalarına
xidmət göstərirdi. Bunun üçün də əldən-ayaqdan gedirdi.
Şeytanın qara bayrağının altını özünə məskən etmişdi. Nə
öz adını, nə də adlıq halını, kökünü xatırlayırdı. Qırmızı
görmüş öküz kimi gözlərini qan örtmüşdü, hara gəldi
yönəlirdi Yönlük hal.
Təsirlik hal isə yönlük haldan fərqli olaraq, hər qüv-
vənin təsiri altına düşmürdü. Öncə düşünür, obyektivlik
axtarır, amma sonda hislərinin qurbanı olub təsirlənirdi.
Zəifliyindən, acizliyindən təsirdən-təsirə düşərək hallanır-
dı. Hətta elə halları olurdu ki, həm xeyrin, həm də şərin tə-
sirinə düşür, Adlıq halı lap mat qoyurdu. Adlıq hala təsir
edən də o idi ki, bu bədbəxt halın mənşəyi bəlli olmayan
feillərin təsirində olması idi. Təsirdə olan bu hal mənşə-
yini, adlığını unudaraq, kimə xidmət etdiyini bilmirdi.
Əslində, yönlük haldan fərqli olaraq, Təsirliyin yadlarını
qolları arasında göz yaşları içində çırpınmasında bir senti-
mentallıq da vardı. Yönlük halın əməlləri apaydın görünsə
də, Təsirlikdə bir az sadəlövhlük də var. Özü də bilmədən
düşmənin şirin dilinə aldanırdı. Yönlük halınkı riyakarlıq
idisə, Təsirliyinki qulağı ilə düşünən qadınlara bənzəyirdi.
Düşünsək ki, bir çox fahişələr üzüyola olduqlarından bu
yolun yolçusu olublar, deməli, Təsirlik halın taleyi o qədər
də qənaətbəxş deyildi. Sanki aldadılaraq yataqda atılmış
tənha və çarəsiz bir gənc idi.
Yerlik hal isə başını itirmişdi. Qardaş-bacılarının bu
Şəmil
Sadiq
94
vəziyyətini gördükcə ora-bura vurnuxurdu. Yönlənənlərə,
təsirə düşənlərə “getməyin, burda – kənddə, evdə, qalın”,
öz millətini bəyənməyənlərə “bizdə var, kənddə var, mən-
də var” deyib, özünə əl qatmışdı. Gözdən düşmüşdü, özü-
nü alçalmış hiss edirdi. Çünki qohum-qardaşı, dostu-tanışı
onu bəyənmir, ona dəyər vermir, amma yadların qığılcı-
mına günəş, hiyləsinə qurtuluş deyirdilər. Bir sözlə, Yer-
lik hal elə yerdə ilişib qalmışdı ki, ona sahib çıxan yox idi.
Hərçənd ki, çox işə yarayırdı, amma nə olsun, gərək olan-
da da əsl yerlik olasan, yerin bilinsin. Min illərdən qalmış
arzularını, istəklərini, fikirlərini dinləmək lazım idi. Xilas
yolunu tapmalı idilər.
Özününkülərin dəyər vermədiyi bu Yerlik halı bir
gün yersiz hallar gəlib apardılar. Adını da belə qoydu-
lar ki, guya müalicə üçün xəstəxanaya aparırlar. Halbuki
məqsədləri onun beynində daşlaşıb qalmış sirlərdən agah
olmaq, dəyərli məlumatları əldə etmək idi.
Bir sözlə, Yerlik hal yersiz-yurdsuz qalmış, ona öz yer-
lərindən belə sahib çıxan olmamışdı.
Çıxışlıq hallanaraq özündən çıxsa da, olduğu kimi ol-
maqdan gah qorxur, gah da tərəddüd edirdi. “Kim mən-
dəndir” demək əvəzinə, “mən kimdənəm” deyib durmuş-
du. Mövqesiz adamlar kimi davranırdı. Gününün dərdini
çəkməkdən “məndən əvvəl, məndən sonra” deyərək, heç
bir işin sahibi deyildi. “Burdan çıxıb gedəsən... Onsuz da
məndən adam olan deyil, düşüncəsi onu əlacsız qoymuş-
du, hər şeydən əlini üzmüşdü. Özünəinamı olmadığından
Adlıq halın işinə heç yaramırdı. Ona göstərilən etimaddan
sui-istifadə edirdi. Bir ailənin üzvü, ayrılmaz tərkib hissə-
si olduğunu unudub, başqalarına yamaq olurdu. Qərarsız
və avara-sərgərdan kimi gəzirdi. Halbuki Adlıq hal ondan
dəyanət və mətanət gözləyirdi. O, özündən dəm vurmağı
xoşlayırdı. Özündən danışmaq onun halı olmalı idi. On-
dan çox şey öyrənməli, keçmişindən bu gün üçün yarar-
lanmalı idi. Ondan ötən daşın qəhrini çəkməli idi Çıxışlıq
hal, amma çəkmirdi, “məndən ötdü, kimə dəyir dəysin”
– deyirdi.
Bütün bunlar Adlıq halı elə də narahat etmirdi. Qey-
ri-müəyyən yiyəlik və Təsirliyin Adlıq halın əvəzindən
Şəmil
Sadiq
95
çıxış edib cəmiyyəti çaşbaş salması ən böyük təhlükə idi
ona. Belə yaşaya bilmirdi. Yönlənmişlərə, təsirlənmişlərə,
özündən çıxmışlara haqqın və nahaqqın nə olduğunu başa
sala bilmirdi. Hamı da savadlı və gözüaçıq deyildi ki, ağı
qaradan seçə bilsin. Pis oxuyan şagirdlər kimi hamı Adlıq-
la Yiyəliyi və Təsirliyi qarışıq salır, daxili dünyasını anla-
mayıb, zahirdə ilişib qalırdı. Ən güclü təşkilatların əli ilə
bu elə işlənmişdi ki, kimsə batinə vara bilmirdi. Adlıq ha-
lın ilk və saf təfəkkür qatı radikal dinçilərlə, siyasətbazlarla
qarışıq salınıb, saf geni dəyişdirilir, kütlə idarə edilirdi.
Elə buna görə də Adlıq hal yenidən təşkilatlanmağa,
özünə qayıtmağa cidd-cəhdlə çalışır, elini, obasını qurtar-
maq üçün genini yenidən saflaşdırmaq zərurəti duyurdu.
Şəmil
Sadiq
96
İSMİN YERSİZLİK HALINDAKI STATUSLAR
Əməkdaşlıq etdiyim saytın redaktoru yazıb ki, yeni
köşənizin vaxtıdır”.
Əlimi klaviaturadan çəkər-çəkməz Əliağa Vahidin
“
Tutalım əsrimizin həzrəti İsası mənəm, bu soxa-soxda nə
möcüzə icad eliyim?” beyti yadıma düşdü. Düzdür, hansı
kitabdan oxuduğum yadımda deyil, amma dillərdə əzbər
bir beytdir. Bu beyt ona görə yadıma düşdü ki, işlərim çox
qarışıqdır. Yayın istisi bir tərəfdən, təhsil ilinin yekunlaş-
ması bir yandan, Azərbaycanda keçirilən böyük idman
bayramı və onun yaratdığı işgüzar gərginlik o biri bir tərəf-
dən, yarımçıq qalmış məqalələr, hekayələr, romanlar da ki
bir tərəfdən beynimi didişdirir. İndi bu işlərin içində vur-
nuxuram, burdan da redaktor deyir ki, köşənin vaxtıdır.
“Ay qardaş, heç hənanın yeridir?” demək də keçdi ürə-
yimdən, amma boynuma öhdəlik götürmüşəmsə, deməli,
eləməliyəm.
Yalan olmasın, bəlkə də gündə beş-on mövzu haqqın-
da yazmağı düşünürəm. Hadisələr o qədər sürətlə dəyişir
ki, hansından başlayıb, hansında qurtaracağımı bilmirəm.
İlahi, nə qədər mövzu var, heç birindən də yan keçiləsi de-
yil. Bəlkə, bir gün səhərdən axşama qədər mövzu başlıqla-
rını düzərək bir köşə yazdım.
Məsələn, bir neçəsini deyə bilərəm: “Kitab alverçisi”,
“Alverçi yazıçı”, “Bozbaş şeirlər”, “200 qramlıq tənqidçi”,
“Posmodernist yaltaqlar”, “Deputatın ağlı” və s.
Amma bu dəfə “facebook”dakı gündəmi diqqətə çək-
mək istəyirəm. Əgər normal bir sosioloji araşdırma aparan
olsa, xalqın psixologiyasını yaxşı bilər. Əvvəldə də dedi-
yim kimi beynim pərakəndə olduğu üçün sosial şəbəkədə
çox var-gəl edirdim. Heç nə axtardığımı da bilmirdim.
Gəldiyim bir cümləlik qənaət var: Bir zimbabvelinin
azərbaycanca “salam” deməsinə sevincindən gözü yaşa-
ran, xalqı ilə qürur duyan bir vətəndaş, hansısa bir soy-
daşının tum qabığını yerə atması ilə xalqına, hər hansı bir
məmurun məsuliyyətsizliyi nəticəsində yaşadığı cəmiyyə-
tin taleyinə acıyır. Bu böyük bir faciədir.Bir neçə virtual
dostumun statuslarını ürək ağrısı ilə oxudum. Düzü, on-
Dostları ilə paylaş: |