Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə34/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

III FƏSİL
PEDAQOJİ HƏYAT


Şəmil 
Sadiq
121
FÜZULİNİN HƏYAT VƏ YARADICILIĞININ
 TƏDRİSİ HAQQINDA
(Həmmüəllif Zülfəli Zülfəliyev) 
Çox  zəngin  tarixi  və  qədim  mədəniyyəti  olan Azər-
baycan  xalqının  dünya  mədəniyyəti  səhnəsinə  çıxardığı 
əvəzedilməz,  şəxsiyyətlər  arasında  Mövlanə  Məhəmməd 
Süleyman  oğlu  Füzuli  Bağdadinin  xüsusi  yeri  vardır. 
Türkdilli sənətkarlar arasında bütün türk xalqları tərəfin-
dən Füzuli qədər dərin məhəbbətlə oxunan, sevilən və tə-
dqiq olunan ikinci bir şair tapmaq çox çətindir. Tarix bəzən 
elə şəxsiyyətlər yetişdirir ki, mənsub olduqları xalqı məhz 
onlara  görə  tanıyırlar.  Füzuli  məhz  belə  dühalardandır. 
Ədəbiyyatımız əsrlərlə saysız-hesabsız  şairi öz ardınca çə-
kib aparmış özündən sonra böyük bir ədəbi məktəb qoyub 
getmiş, iki böyük ustad şair yaratmışdır. Onlardan biri Ni-
zami, digəri isə Füzulidir.
1958-ci ildə dahi şairin vəfatının 400 illiyi münasibə-
tilə onun həyat və yaradıcılığının tədqiqi və təbliği sahə-
sində çox işlər görülmüşdü və indi də anadan olmasının 
500 illiyi ilə əlaqədar daha geniş vüsətlə görülməkdədir. 
Son dövrün elə bir ədəbiyyatşünas alimi yoxdur ki, Füzu-
li haqqında öz sözünü deməmiş olsun. Xüsusən, mərhum 
alimlərimiz Həmid Araslı və Əkrəm Cəfərin apardığı tə-
dqiqatlar daha diqqətəlayiqdir. Lakin görülən tədbirlərin, 
aparılan  tədqiqatların,  araşdırmaların  sayı  nə  qədər  çox 
olsa da, onları xalqın əksər hissəsinə çatdıran, daha anla-
şıqlı edən biz ədəbiyyat müəllimlərinin üzərinə düşən və-
zifə bir o qədər də çətin, gərəkli və məsuliyyətli olacaqdır. 
Yubileylər, tədbirlər hər il olmur, elmi tədqiqatlar da elm 
aləminə məxsus bir işdir. Şagird-müəllim münasibəti, təd-
ris prosesi, öyrənərək öyrətmək məsuliyyəti isə bizim üçün 
hər gün var və olacaqdır. Xalqımız bundan sonra Füzulini 
necə oxuyacaq, necə sevəcək, necə öyrənəcək – bu, ilk növ-
bədə,  bizdən  –  ədəbiyyat  müəllimlərindən  asılıdır.  Buna 
görə də Füzulinin tədrisi ilə əlaqədar dərs proqramlarına 
salınan mövzulara daha yaradıcı yanaşmalı, bu mövzuya 
ayrılan  dərs  saatlarından  daha  səmərəli  istifadə  etməli-


Şəmil 
Sadiq
122
yik. İndiyə qədər istifadə etdiyimiz proqram və dərsliklər 
köhnəldiyindən, yeni proqram və dərsliklər hələ qüvvəyə 
minmədiyindən vəziyyətimizin gərginliyi göz qabağında-
dır. Bununla belə, həm yeni proqrama, həm də çap oluna-
caq  yeni  dərsliklərə  bizim  yaradıcı  və  tənqidi  münasibət 
hüququmuzu  heç  kim  əlimizdən  ala  bilməz.  Bu  hüquq-
dan istifadə etmək, yeni proqramı Füzulinin tədrisinə dair 
səmərəli fikir və təkliflərlə zənginləşdirmək bizim vəzifə 
borcumuzdur.
Füzulinin həyatı
Əfzələddin Xaqani, Nizami Gəncəvi, Şah İsmayıl Xə-
tai  kimi  böyük  şairlərlə  müqayisədə  Məhəmməd  Füzu-
linin  həyatı  haqqında  əlimizdə  olan  məlumat  çox  azdır. 
Təzkirələrdə və müasirlərinin əlyazmalarında şairin həyatı 
haqqında çox az məlumat var. Füzuli “Leyli və Məcnun” 
poemasında, Azərbaycan və fars divanlarının dibaçələrin-
də, “Şikayətnamə” və başqa əsərlərində öz həyatı barədə 
bir sıra məlumatlar vermişdir ki, ən etibarlı mənbə də elə 
ancaq bunları hesab etmək olar.
Füzulişünas  alimlərin  ümumi  rəyinə  əsasən,  şairin 
təvəllüd ili 1494-cü il müəyyən olunmuşdur. Kərbəla şəhə-
rində  doğulmuş  şair  bütün  ömrünü  İraqi-ərəbin  Bağdad 
vilayətində keçirmişdir. Onun başqa yerlərə səyahət etmə-
si və ya köç edib yaşaması barədə heç bir dəqiq məlumat 
yoxdur. Füzuli anadan olduğu yerin adını qitələrinin bi-
rində böyük hörmət, fəxr və məhəbbətlə çəkir:
Ey Füzuli, məskənin çün Kərbəladır, şeirimin
Hörməti hər yanda vardır, xalq onun müştaqıdır.
Nə qızıldır, nə gümüş, nə ləl, nə mirvaridir
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır.
Dağlıq  Qarabağ  tərəflərdə  söylənilən  bir  əfsanəyə 
görə, şairin atası Süleyman indiki Ağcabədi ərazisində Bo-
yat  kəndində  yaşamış,  sonralar  aralığa  qan  düşmənçiliyi 
düşmüş və Süleyman kişi oradan uzaqlaşaraq İraqi-ərəbin 
Bağdad vilayətinə köçməyə məcbur olmuşdur. Həmin əf-
sanədə Füzulinin sonralar bir neçə dəfə qohum-əqrəbasını 
görmək üçün Qarabağa gəlib-getdiyindən də bəhs olunur. 


Şəmil 
Sadiq
123
Bəlkə də, şair məhz bu hadisəyə işarə edərək qəzəllərinin 
birində yanıqlı-yanıqlı belə söyləmişdir:
Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbir,
Tərki qürbət eyləyib, əzmi-diyar etməzmidim?
Bundan maraqlı bir sual yaranır: əgər şair diyar deyən-
də Kərbəlanı nəzərdə tuturdusa, hansı qürbətdən danışır? 
Yox, əgər qürbət deyəndə Kərbəlanı nəzərdə tuturdu, ha-
ranı öz diyarı adlandırıb ora əzm etmək istəyir? Füzulinin 
“Saqiya, cam tut ol aşiqə kim qayğuludur” misrası ilə baş-
lanan qəzəlində bir başqa beytə nəzər salaq:
Nərgisin fikri, Füzuli, gözü könlümdə gəzər,
Tutar ahu vətən ol yerdə ki, otlu, suludur.
İkinci  misradakı  ahu  vətən  sözlərini  izafət  tərkibi 
kimi, yəni ahu-vətən şəklində oxusaq, onda beytin mənası 
tamam dəyişər və aşağıdakı kimi ifadə olunar:
Ey  Füzuli,  nərgisin  fikri,  xəyalı  və  gözü  könlündə 
gəzər  (doğrudan  da,  daim  aşiqin  könlündən  keçən  sev-
gilisinin  fikri  və  tez-tez  yada  düşən  yarın  gözləri  olur), 
ahu-vətən  otlu,  sulu,  axar-baxarlı  yerdə  tutar  (çəkilər). 
Məncə, şair Kərbəla kimi susuz bir səhranı yox, Qaraba-
ğın Boyat eli kimi bir cənnəti yada salıb vətən həsrəti ilə 
ah çəkə bilərdi. Beytin birinci misrasındakı “nərgis” sözü-
nü xüsusi isim, yəni bizim xalq danışıq dilimizdə tez-tez 
rast  gəlinən  “Nərgiz”  qız  adı  kimi  qəbul  etsək,  onda  bi-
zim hamımızı düşündürən  “Füzulinin şeir pərisi, Leylisi, 
sevgilisi kim olmuşdur? sualına (ehtimal formasında olsa 
da) cavab tapa bilərik. Daha dərindən düşünsək, ortaya di-
gər  maraqlı  bir  məsələnin  də  çıxdığını  müşahidə  edərik. 
Bu da ondan ibarətdir ki, bütün ömrünü Kərbəlanın quru, 
bitki sarıdan kasad mühitində yaşamış bir adam “Söhbə-
tül-əsmar”, “Bahariyyə” kimi əsərlərini yazarkən, nə qədər 
istəsə də, öz gözləri ilə görməsə, nəbatatla zəngin olan bir 
aləmi-gül, çiçək – yaşıllıq, hər çeşiddən olan meyvələri o 
cür təbii, zəngin boyalarla təsvir edə bilməzdi. Bütün bun-
lar bizi şairin, qısa müddətə də olsa, Kərbəlanı tərk edib 
başqa yerlərə getməsi gümanına gətirir.
Füzuli çox erkən yaşlarından şeir yazmağa başlamış, 
yeniyetmə çağlarında bir şair kimi məşhurlaşmışdır. Daha 
sonralar əsrinin yeganə şairi olmuş bu insan nə üçün Fü-


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə