Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə37/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   34   35   36   37   38   39   40   41   42

Şəmil 
Sadiq
130
islahedici əhəmiyyəti də olur. Şairin yumor dili haqqında 
şagirdlərə  heç  olmasa  bir  neçə  beyt  həcmində  misallar 
göstərərək  məlumat  vermək  faydasız  olmazdı.  Məsələn, 
“Leyli  və  Məcnun”  poemasındakı  məktəb  səhnəsinin  və 
oğlanla qız arasında yarana biləcək sevginin real təsvirin-
dən sonra şairin “bu eşq bazarında”
Oğlan necə səbr nişə qılsın
Gər səbr həm olsa,nişə qılsın?
– deməsi oxucuda xoş bir təbəssüm, şirin bir gülüş do-
ğurmurmu?
Qəzəllərin birində:
Daşa çəkdi xəlq üçün Fərhad Şirin surətin
Ərz qıldı xəlqə məhbubun əcəb biar imiş.
– deməklə, şair nə məqsəd güdürmüş? Ya da ki,
Keçdi meyxanədən ey məst meyi-eşqin olub
Nə mələksən ki, xarab etdin evin şeytanın?
Olsa məhbubların eşqi cəhənnəm səbəbi
Huri qılman qalar kəndisinə Rizvanın
– kimi beytlərin məzmunundan doğan incə yumor Fü-
zulini bizə daha da yaxınlaşdırır, onu hamımızın sevgilisi 
olan real, dünyəvi bir şəxsiyyət kimi tanıdır.
Füzuli şeiriyyəti bədii dil cəhətdən son dərəcə zəngin-
dir. Onun yaradıcılığı əsrlərlə gəlib-gedən nəsillər üçün bir 
örnək, məktəb olmuşdur. Şairin:
Bülbüli- qəmzədəyəm, bağü-baharım sənsən,
Dəhənü qəddü  rüxün-qönçəvü sərvü səmənim.
– beytində bülbüli-qəmzədə olan aşiqin öz yarını ba-
har  fəslindəki  bağa  bənzətməsi,  bu  bənzətməni  davam 
etdirərək ikinci bağdakı qönçələri yarın ağzına, sərv ağa-
cını sevgilisinin qəddü-qamətinə, yasəmənləri isə cananın 
üzünə bənzətməsi az sözlə böyük poetik fikrin ifadəsinə 
gözəl misal deyilmi? Başqa bir qəzəldə şair bir beyt daxi-
lində olan bənzətmələrinin sayını daha da artıraraq, bizi öz 
sənətkarlığı qarşısında daha da heyran qoyur:
Necə qəddü xalü xətü ruxun,qəmü rəncü dərdü
bəla
Bükə qəddimi, tökə yaşımı, yıxa könlümü, yaxa canımı.


Şəmil 
Sadiq
131
Şair burada bir poetik vasitə kimi ləff və nəşrdən is-
tifadə etmişdir. Bu poetik kateqoriya tələb edir ki, birinci 
misrada  verilən  sözlər  ikinci  misrada  izah  olunsun.  Ləff 
və nəşr alt-alta düşərsə və eyni sırada olarsa, daha gözəl 
və daha ürəyəyatımlı olur. Füzuli bu beytdə demək istəyir 
ki, qəm, rənc, dərd və bəla ilə yarın qəddi qəddimi bükür, 
xalı göz yaşlarımı tökür, xətti könlümü yıxır, ruhu canımı 
yaxır. Təşbeh, istiarə və digər bənzətmələrə aid ən gözəl, 
ən zəngin nümunələrə Füzuli yaradıcılığında rast gəlirik.
Qərb poetika sisteminə və terminologiyasına əsaslana-
raq, Füzulinin şeir sənətini anlamaq və təhlil etmək müm-
kün olan şey deyil. Buna görə də Füzulini tədris edərkən 
Şərq poetikasının tələblərindən çıxış etmək lazımdır. Şərq 
poetikasında isə şeir qarşısında qoyulan tələblər, yəni şei-
rin əsas xüsusiyyətləri aşağıdakılardır: məani, bəyan, bə-
dii, qafiyə, vəzn.
Həm orta, həm ali məktəb üçün nəşr olunmuş “Ədə-
biyyatşünaslığın əsasları”, “Ədəbiyyat nəzəriyyəsi” dərs-
likləri  Qərb  poetikası  sisteminə  əsaslandığından,  klassik 
şeirimizi öyrənmək baxımından bizim üçün əlverişli mən-
bə ola bilməz. Ona görə də digər mənbələrə müraciət et-
məliyik.  Klassik  şeir  vəznimizi  öyrənmək  üçün  mərhum 
professorumuz Əkrəm Cəfərin “Əruzun nəzəri əsasları və 
Azərbaycan  əruzu”,  məani,  bəyan,  bədii  kimi  mövzuları 
mənimsəmək üçün Mahirə Quliyevanın “Klassik Şərq po-
etikası” kitabları bizim üçün hazırda əvəzolunmaz bir elmi 
mənbədir. Şərq şeirinin əsas xüsusiyyətlərindən biri olan 
qafiyə haqqında əlimizdə dəyərli və müasir dil tələblərinə 
cavab verəcək bir mənbə olmadığından bu barədə çətinli-
yimiz hələ çox olacaqdır.
Füzuli yaradıcılığının tədrisini çətinləşdirən problem-
lərdən, həlli vacib olan məsələlərdən biri də onun vəznidir. 
Şairin  işlətdiyi  bəhr  və  növlərin  qəlibləri,  ümumən  əruz 
vəznli milli ədəbiyyatımızın ən çox işlənən ölçüləridir. Bu 
baxımdan Füzuli şeirinin vəzni mövzusunu daha geniş və 
ətraflı tədris etsək son dövrlərə qədər yazılan, bundan son-
ra daha da inkişaf edəcək əruz vəznli poeziyamızın öyrə-
nilməsi sahəsində mühüm bir iş görmüş olarıq.
Bütün  yuxarıda  yazılanları  nəzərə  alaraq  orta  mək-


Şəmil 
Sadiq
132
təblərdə Füzuli mövzusunun tədrisinə dair bir neçə əmə-
li  təkliflərimi  vermək  istərdim.  Qeyd  etmək  istəyirəm 
ki,  yeni  tədris  proqramında  –  “Azərbaycan  Respublikası 
ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Ədəbiyyat 
Proqramı”nda  Füzulinin  həyat  və  yaradıcılığının  tədri-
sinə  ayrılan  dərs  saatlarının  miqdarı  çox  azdır.  Bu  möv-
zunu işıqlandırmaq üçün VII sinifdə 3, IX sinifdə 11 saat 
ayrılır. Məncə, ədəbiyyatımızda xüsusi bir mərhələ təşkil 
edən  Füzuli  yaradıcılığına  ayrılan  saatların  miqdarını  V, 
VI və VII siniflərin dərs proqramlarının hesabına artırmaq 
mümkün və faydalı bir işdir. Çünki indiki dərs qənaəti he-
sabına etdiyimizin ağrı-acısı sabah mütləq bumeranq kimi 
özümüzə  qayıdacaqdır.  14  saatla  şagirdlərimizdə  Füzuli 
haqqında nəinki tam, heç adi təsəvvür yaratmaq da müm-
kün deyil. V, VI və VII siniflərin proqramlarında ədəbiyya-
tımızın bütün dövrlərinə yer ayırmaq imkanından istifadə 
edərək təklif edirəm ki, Füzulinin həyat və yaradıcılığına 
aid olan mövzuları V, VI və VII siniflərdə aşağıdakı kimi 
yerləşdirək:
– V sinfin proqramından başqa mövzuları azca sıxlaş-
dıraraq, şairin “İt və pişik” və “Söhbətül-əsmar” əsərlərinə 
3 saat ayırmaq mümkündür .
– VI sinifdə “Boyat eli haqqında esse” və “Fəzliyə nə-
sihət” mövzularına 3 saat ayırmaq məqsədəuyğun olardı.
–  VII  sinifdə  “Məni  candan  usandırdı”və  “Şikayət-
namə” əsərlərinə ayrılan 3saat bu mövzuların mənimsənil-
məsinə kifayət edərdi.
– VIII sinifdəki mövzular XIX – XX əsrləri əhatə etdiyi 
üçün burada Füzuliyə yer ayırmaq mümkün deyil.
– IX sinif proqramında ”Söz”, ”Padişahi-mülk”, “Ol-
saydı məndəki qəm” kimi şeirlərin və “Şairin həyat və ya-
radıcılığı” mövzusunun  tədrisinə ayrılan 5 saat, “Leyli və 
Məcnun” poemasına ayrılan 6 saat, “Füzulinin ədəbiyyatı-
mızın sonrakı inkişafına təsiri” mövzusuna ayrılan 1 saat 
böyük  şair  haqqında  tam  olmasa  da,  müəyyən  təsəvvür 
yaratmaq imkanı verərdi.
Təkrarən qeyd etmək istəyirəm ki, Füzuli mövzusunu 
tədris etmək üçün dərs saatlarının miqdarını V, VI, VII və 
IX siniflərdə 14-dən 21-ə qaldırmaq təklifi böyük şairin ya-


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə