Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə40/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   34   35   36   37   38   39   40   41   42

Şəmil 
Sadiq
140
ki, hələ Seyid Əzim Şirvani 150 il bundan öncə hazırladığı 
“Uşaqların baharı” dərsliyi ilə millətinə və bəşəriyyətə ya-
rarlı övladlar yetişdirməyi qarşısına məqsəd qoymuşdur. 
Yeni dərsliklər və dərslər də sadəcə bilik öyrətməklə yox, 
bilikdən bir vasitə kimi istifadə edib insan yetişdirməklə də 
seçilməlidir. Qəbul edilən kurikulum yox, istənilən inkişaf 
etmiş ölkələrdən birinin təhsil sistemindən yararlansa idik, 
yenə təhsilə münasibət Sovet təhsilindən fərqli olacaqdı.
Əslində, bu layihənin adını nə qoyuruq-qoyaq, birmə-
nalı olaraq vurğulamaq istəyirəm ki, təhsilə yeni yanaşma-
ğımız çox vacib idi. Çünki gündən-günə inkişaf edib, ye-
niləşən dünyadan geri qalmamağımız üçün inkişaf etmiş 
ölkələrin təcrübələrindən istifadə etməli idik. Elə bu səbəb-
dən də bugünkü Azərbaycan dili dərslərinin tədrisində bir 
çox problemlər ortaya çıxır. Onların bir qismini sadalamaq 
istərdim:
Azərbaycan  dili  və  ədəbiyyat  fənləri  üçün  yazılmış 
fənn  kurikulumunun  məzmun  standartlarındakı  oxşar-
lıqlar və eyniliklərin olması həmin problemlərdən biri və 
birincisidir.
 
2.1.1. Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.
Ədəbiyyat məzmun 
standartları
Azərbaycan dili məzmun
1.1.1.  Müxtəlif  vəznli  şeirlərdə  və 
sadə süjetli ədəbi nümunələrdə (nağıl, 
təmsil, hekayə) tanış olmayan sözlərin 
mənalarını  lüğətdən  istifadə  etməklə 
izah edir.
2.1.1.  Lüğətlərdən  istifadə  etməklə 
tanış olmadığı sözlərin mənasını müəy- 
yənləşdirir.
1.1.3.  Sadə  süjetli  ədəbi  nümunələri 
(nağıl, təmsil, hekayə) hissələrə ayırır, 
plan tərtib edir.
2.2.2. Mətnin tərkib hissələrini fərqlən- 
dirir.
1.2.4. Ədəbi nümunələrin (nağıl, təm-
sil,  hekayə)  mövzu  və  ideyasını  izah 
edir.
2.2.3.  Mətndəki  əsas  fikri  müəyyən-
ləşdirir.
2.1.3.  Ədəbi  nümunələrlə  bağlı  fikir- 
lərini bildirir. 2.2. Ədəbi əsərlərin mü- 
zakirəsində  ünsiyyət  mədəniyyəti  nü-
mayiş etdirir.
2.2.1. Müzakirələrdə söylənilən fikirlə-
rə öz münasibətini bildirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş et-
dirir.
1.2.2.  Fikirlərini  konkret  fakt  və  nü-
munələrlə əsaslandırır. 1.2.4. Hər hansı 
fakt və hadisə ilə bağlı fikir bildirir.


Şəmil 
Sadiq
141
ki, hələ Seyid Əzim Şirvani 150 il bundan öncə hazırladığı 
“Uşaqların baharı” dərsliyi ilə millətinə və bəşəriyyətə ya-
rarlı övladlar yetişdirməyi qarşısına məqsəd qoymuşdur. 
Yeni dərsliklər və dərslər də sadəcə bilik öyrətməklə yox, 
bilikdən bir vasitə kimi istifadə edib insan yetişdirməklə də 
seçilməlidir. Qəbul edilən kurikulum yox, istənilən inkişaf 
etmiş ölkələrdən birinin təhsil sistemindən yararlansa idik, 
yenə təhsilə münasibət Sovet təhsilindən fərqli olacaqdı.
Əslində, bu layihənin adını nə qoyuruq-qoyaq, birmə-
nalı olaraq vurğulamaq istəyirəm ki, təhsilə yeni yanaşma-
ğımız çox vacib idi. Çünki gündən-günə inkişaf edib, ye-
niləşən dünyadan geri qalmamağımız üçün inkişaf etmiş 
ölkələrin təcrübələrindən istifadə etməli idik. Elə bu səbəb-
dən də bugünkü Azərbaycan dili dərslərinin tədrisində bir 
çox problemlər ortaya çıxır. Onların bir qismini sadalamaq 
istərdim:
Azərbaycan  dili  və  ədəbiyyat  fənləri  üçün  yazılmış 
fənn  kurikulumunun  məzmun  standartlarındakı  oxşar-
lıqlar və eyniliklərin olması həmin problemlərdən biri və 
birincisidir.
 
2.1.1. Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.
Cədvəldə gördüyünüz kimi, Azərbaycan dili və ədə-
biyyat dərsləri üçün hazırlanmış standartların çoxu müəl-
limi eyni mətləbə toxunmağa sövq edir. Hazırkı 5-ci sinif 
“Azərbaycan  dili”  dərsliyinin  müəllifləri  də  haqlı  olaraq 
dərsliyin ana sütununu mətnlər üzərində iş əsasında qu-
rub.
Bunu  görən  müəllimlər  haqlı  olaraq  düşünürlər  ki, 
axı  Azərbaycan  dili  dərsliyi  ədəbiyyatdan  nə  ilə  fərqlə-
nir?  Buna  görə  də  onlar  ənənəvi  dərsliklərə  əsaslanaraq 
qrammatik biliklərin azlığından şikayətlənirlər. Və ya heç 
şikayətlənmir, sadəcə dərsini qrammatik biliklər əsasında 
qurmağa  başlayır.  Bu  isə  layihəni  hədəfdən  yayındırır? 
Şəxsiyyətyönümlü tədrisdən fənyönümlü tədrisə yenidən 
meyillənməyə gətirib çıxarır.
“Hörmət  etdiyim  alimlərimizdən  biri  yeni  5-ci  sinif 
dərsliyini  əlinə  götürüb  deyir  ki,  bu  boyda  kitabda  (208 
səhifə)  qrammatik  qaydaları,  tərifləri  bir  yerə  toplasan, 
cəmi 6 səhifə edər. Bunun faciə kimi təqdim edilməsinin 
özü bir faciədir. Əgər Mübariz İbrahimov kimi qəhrəmanı 
olan xalqın istənilən bir övladı onun haqqında bir-iki kəl-
mə söz deyəndə qürurlanıb, iftixar hissi keçirmirsə, Vətə-
nin  keşiyini  çəkən  “Atama-anama  salam,  deyirəm.  Mən-
dən nigaran qalmasınlar, qələbə ilə qayıdacağıq!”– deyib, 
ona baxan milyonlarla insanda vətənpərvərlik, mübarizlik 
əzmi, qələbəyə inam yarada bilmirsə, ermənilərin hansısa  
saytda  videosunun  altında  savadlı  və  tutarlı  cavab  yaz-
maqdansa, onu söyürsə, sosial şəbəkələrdəki müzakirələr-
də yersiz və etikadan kənar ifadələrlə çıxış edirsə, özünün 
haqlı olduğunu sübut edə bilmirsə, onda biz Azərbaycan 
dilini  övladlarımıza  niyə  öyrədirik?  Unutmamalıyıq  ki, 
“Azərbaycan dili” dərsliklərinin üstündə Azərbaycan dili-
nin qrammatikası yazılmayıb”.
Mənə elə gəlir ki, yaxın gələcəkdə Azərbaycan dili fən-
ni ilə ədəbiyyat fənnini birləşdirib bir kitab halında müəl-
limlərə və şagirdlərə təqdim etməliyik. Bu zaman şagird 
dil  bilgilərini  bədii  mətnlər  üzərində  işləyər,  şifahi  nitqi, 
ədəbiyyat  və  həyat  həqiqətlərini  isə  düzgün  tədris  edə 
bilərik.
Dünyanın bir çox ölkəsində aşağı siniflərdə ədəbiyyat 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə