Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə41/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   34   35   36   37   38   39   40   41   42

Şəmil 
Sadiq
142
deyilən  xüsusi  fənn  yoxdur.  Ən  azından  yeni  dərsliklər 
yazılanda hər iki dərsliyi hazırlayan nəşriyyat ya birgə iş-
ləməli, ya da eyni nəşriyyat hər iki dərsliyi bir komplekt 
kimi tenderə təqdim etməlidir. Çünki hər iki fənnin dərsli-
yini hazırlayan müəlliflər eyni standarta uyğun tapşırıqlar 
qoyur və bu da təkrarçılığa gətirib çıxarır. Qeyd etdiyim 
kimi, əgər “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərini 
hazırlayan müəlliflər birgə işləsə, məktəbdə özlərini labo-
ratoriyadakı kimi hiss edən müəllimlər hər müəllifin fikri-
ni şagirdə təqdim etməyə məcbur olmaz və sonda anlaşıq-
sız qalmazlar.
Necə ki bu gün qalıblar. Məsələn, 10-cu sinifdəki Ədə-
biyyat  dərslərində  Azərbaycan  ədəbiyyatındakı  intibah 
dövrü XVII-XVIII əsrdə qeyd edildiyi halda, Azərbaycan 
tarixi  dərsliyində  bu  intibah  dövrü  XII  əsr  qeyd  edilir. 
Beləcə, bir ölkədə vahid bir sistem üzrə təhsil alan şagird-
lər tarixçilərə görə bir, ədəbiyyatçılara görə isə başqa cür 
öyrənməlidirlər. Eləcə də, hazırkı 5-ci sinif  “Azərbaycan 
dili” dərsliyində məcazi mənalı sözün tərifini və ya öyrə-
dilməsini bir cür, “Ədəbiyyat” dərsliyində təşbehi öyrət-
mək üçün başqa cür təqdim edirik. Əslində isə, hər ikisi 
eyni nəzəri fikirdir.
Bayaq  qeyd  etdiyimiz  kimi,  bəzi  müəllimlərimiz 
“Azərbaycan dili” dərsliyindəki qrammatik bilgilərin azlı-
ğından şikayətlənirlər. Bunun bir səbəbi də müəllimlərimi-
zin ibtidai sinif dərsliklərini izləməməsindən qaynaqlanır. 
Halbuki ibtidai sinif dərsliklərinə diqqətlə nəzər yetirilsə, 
görmək istədikləri biliklərin ibtidai formasının həmin dərs-
likdə verildiyinin şahidi olarlar. Təəssüflər olsun ki, bəzən 
müəllimlərimiz dərsliklər üçün hazırlanmış metodik vəsa-
itləri belə diqqətdən qaçırırlar. Axı dərsliklərdə verilməsi 
mümkün olmayan bir çox əlavə məlumatlar həmin meto-
dik vəsaitlərdə müəllimlərə təqdim edilir. Dərsə başlamaz-
dan öncə metodik vəsaitə baxmayan bəzi müəllimlərimiz 
yeni  tapşırıq  tiplərini  işlətməkdə  belə  çətinlik  çəkirlər. 
Məsələn, Proqnozlaşdırıcı oxu zamanı qoyulan tapşırıqlar, 
adətən, bu səbəbdən öz işlənmə xüsusiyyətini itirir. Çünki 
proqnozlaşdırıcı oxuda şagirdin mətnin müəyyən bir his-
səsində  dayanaraq,  mətnin  süjetini  öz  təxəyyülünə  görə 


Şəmil 
Sadiq
143
davam  etdirməli  olduğu  halda,  müəllim  mətn  oxunub 
bitdikdən sonra həmin suallara qayıdır. Əslində, müəllim 
öncədən metodik vəsaitlə tanış olsa idi, bilərdi ki, “Sizcə, 
bundan sonra qəhrəman nə qərar verəcək?” sualını şagird 
mətnin ardını bilmədən cavablandırmalıdır. Təəssüflər ol-
sun ki, bu problem hələ də davam etməkdədir.
Qrammatik  bilgilərin  azlığından  müəllimlərimiz  bir 
də  ona  görə  narahatdırlar  ki,  şagirdlər  11-ci  sinifdə  TQ-
DK-nın  qəbul  proqramına  uyğun  imtahan  verəcəklər  və 
həmin proqram da sırf qrammatik bilgilərə əsaslanan qiy-
mətləndirməyə  söykənir. Amma  diqqətdən  qaçırmaq  ol-
maz  ki,  axı  bu  gün  TQDK-nın  qəbul  proqramı  bugünkü 
11-ci sinif şagirdinin əvvəldən öyrəndiyi 5-ci sinif dərslik-
lərinə  əsaslanır.  Deməli,  indi  kurikulum  layihəsi  əsasın-
da təhsil alan şagirdlər hələ 5-ci sinifdədirlər. Onlar 11-ci 
sinfə çatanda hökmən qəbul proqramı da həmin proqram 
əsasında  hazırlanıb,  məntiqi  təfəkkürün,  dünyagörüşün, 
inandırmaq qabiliyyətinin, bacarıqların qiymətləndirilmə-
sinə xidmət edəcəkdir.
İkinci bir problemi də müəllimlər onlara təqdim edilən 
qiymətləndirmə  vasitələri  zamanı  yaşayır.  Biz  bilirik  ki, 
kiçik summativ qiymətləndirmələr 4-6 həftədən bir keçi-
rilməlidir.  Tutaq  ki,  müəllim  dərsi  yeni  tələblərə  uyğun 
qurdu  və  tədris  etdi.  Kiçik  summativ  qiymətləndirməni 
isə məktəb rəhbərləri ya kurikulumu bilməyən və bilmə-
diyi üçün də sevməyən mütəxəssislərə hazırlatdırır, ya da 
Şərq-Qərb nəşriyyatının 5-ci sinif şagirdləri üçün hazırla-
dığı və Təhsil Nazirliyinin də qrifi ilə çap edilən vəsaitlər 
əsasında keçirdir. Problem də buradadır. Çünki müəllim 
şagirdə  tamam  başqa  bir  dərs  keçib,  qiymətləndirmə  isə 
buna tamam yaddır və demək olar ki, ziddir. Bu isə çoxlu-
ğun istəyinə uyğun olaraq kurikuluma aidiyyatı olmayan 
bir  sistemlə  işlənilib.  Beləcə,  dövlətin  xərclədiyi  pullarla 
kurslara gedən və sertifikatlar alan bu müəllimlər ruhdan 
düşür  və layihənin ciddiliyini itirdiyini düşünür. Deməli, 
neçə ildir ki, layihənin həyata keçirilməsi məqsədi ilə bey-
nəlxalq  treninqlərə,  kadr  hazırlığına,  dərsliklərin  nəşrinə 
dövlət büdcəsindən ayrılan vəsait düzgün istifadə edilmir. 
Və  beləcə,  dövlət  tərəfindən  həssaslıqla  həyata  keçirilən 


Şəmil 
Sadiq
144
layihə həm müəllimlərin, həm də valideynlərin gözündən 
düşmüş olur.
Bu isə o deməkdir ki, molla işini bilmirsə, Quran xə-
talıdır, yəni dərslik yararsızdırsa, müəllim səriştəsizdirsə, 
ümumilikdə  təhsilin  səviyyəsi  aşağıdır.  Əslində    isə  bu, 
qətiyyən  belə  deyil.  Sadəcə  həm  dərslik  müəlliflərinin, 
müəllimlərin, nəşriyyatların, həm də dərsliklərin qiymət-
ləndirilməsi  komissiyasının  işə  daha  diqqətlə  yanaşması, 
vətəndaş mövqeyi sərgiləməsi çox vacib məsələdir.


Şəmil 
Sadiq
145
ƏDƏBİYYAT DƏRSLƏRİNİN TƏDRİSİNDƏ YENİLİK 
VACİBDİR
2006-cı  ildə  kurikulum  sənədinin  müzakirələri  idi. 
Mütəxəssislərdən  biri  yeni  yazılacaq  dərsliklərdə  Azər-
baycan dili və ədəbiyyat fənlərinin bir yerdə tədrisini tək-
lif etdi. Bütün ruhu ilə ədəbiyyat müəllimi olan Firəngiz 
müəllimə (20 nömrəli məktəbin Azərbaycan dili və ədəbiy-
yat müəllimi idi. Binəqədi rayonundakı yanan binada fa-
ciəli şəkildə vəfat etdi) bu fikrə qəti etirazını bildirib və ağ-
ladı. “İndi siz deyirsiniz Cavid kimi dühanı, Müşfiq kimi 
nakam şairi uşaqlarımıza keçməyək?” – deyərək, bir növ 
fəryad etdi.
Bu  tip  etirazlar  olduğu  üçün  müzakirələr  dayandı-
rıldı və ənənəvi prinsiplə – Azərbaycan dili və ədəbiyyat 
fənlərinin ayrıca tədris edilməsi üçün yeni kurikulumların 
hazırlanmasına  başlanıldı.  Bu  müzakirədən  neçə  il  keçib 
və indi kurikulum əsasında dərsə başlayan şagirdlər 9-cu 
sinifdə oxuyur. Bu il isə 10-cu siniflər üçün dərsliklərin ya-
zılması ilə bağlı elan edilən tender bitmək üzrədir.
Bunları xatırlatmaqda əlbəttə, məqsədim var. Dərslik-
lərin və proqramların yazılmasının nə dərəcədə vacib bir 
şey olduğunu deməyə cəhd etməyim yersiz olar, çünki bü-
tün təhsil ictimaiyyəti bunun nə qədər önəmli bir hadisə 
olduğunu çox yaxşı bilir.
Fikrimi  orta  məktəblərimizdə  tədris  olunan  Ədəbiy-
yat dərslərinə yönəltmək istəyirəm. Bu gün hazırlanan 10-
cu  sinif  “Ədəbiyyat”  dərsliyini  görməmişəm  hələ,  hazır-
da Təhsil Nazirliyində Qiymətləndirmə mərhələsindədir. 
Məhz onun üçün də vaxt var ikən, dərslik müəlliflərinin 
işinə yaraya biləcəyini düşünərək bu yazını qeydə alıram.
Məni buna  vadar edən 2006-cı ildə yenidən nəşr olu-
nan  10-cu  sinif  “Ədəbiyyat”  dərsliyinin  müəlliflərindən 
olan professor Zaman Əsgərli ilə etdiyim bir söhbətdir...
O  zaman  orta  məktəbdə  müəllim  işləyirdim.  Dərs-
liklər təzəcə dəyişmişdi. Dəyişiklik isə sadəcə şairlərin və 
yazıçıların əsərlərində, təhlillər isə professor Əliyar Səfərli-
nin deyil, başqa müəlliflərin idi. Məsələn, Nəsiminin “Sığ-
mazam” qəzəli proqramdan çıxarılıb, yerinə “Səndən İraq, 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə