Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə36/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   32   33   34   35   36   37   38   39   ...   42

Şəmil 
Sadiq
127
və Məcnun” yazmaq eşqinə düşməsin. Hətta elm aləminə 
1525-ci  ildə  təbrizli  şair  Həqiri  tərəfindən  ilk  dəfə Azər-
baycan dilində yazılmış “Leyli və Məcnun” da məlumdur. 
Ancaq bütün türk aləmində məzmun, forma və dil gözəl-
liyinə görə Füzulinin “Leyli və Məcnun”una bərabər əsər 
yoxdur. Dahi şairin öz dövründə Türkiyədə bir neçə “Leyli 
və Məcnun” yazılsa da, onların  heç biri  çap olunmamış-
dır. Türklərin dönə-dönə çap etdirib, sevə-sevə oxuduqları 
“Leyli və Məcnun” ancaq və ancaq böyük şairimizin poe-
ması olmuşdur. Bütün “Leyli və Məcnun”ların məzmun-
ları  arasında  böyük  bir  yaxınlıq  vardır.  Bu  da  qüdrət  və 
izzət sahibi olmuş Nizaminin güclü təsiri ilə əlaqədardır. 
Füzulinin poemasını ən çox sevdirən onun dili, bədiiyyatı 
və  poemanın  formasına  gətirdiyi  yeniliklərdir.  Məzmun 
cəhətdən isə onun qəhrəmanlarının real həyatla daha çox 
səsləşməsi, əsərdə yeganə romantik qəhrəman olan Məc-
nunun faciəli eşqinin daha real təsviridir. Əsərin surətləri-
nin hamısı müsbət səciyyəli olsa da, sonluq faciə ilə bitir. 
Bu faciənin səbəblərini təkcə şagirdlərə yox, yaşlı adamla-
ra da izah etmək çətin olur. Əsl faciə isə istəklə imkan, real 
gerçəklik arasında olan ziddiyyətdən törəyir. Tarix boyun-
ca  hər  dövrün  öz  məcnunları  olub.  Bu  baxımdan  həyat-
ları faciəli sonluqla bitmiş Məzdək də, Babək də, Mənsur 
Həllac da, Nəsimi də – hərəsi öz dövrünün Məcnunu olub. 
Onların  istəkləri  ilə  imkanları  arasında  yaranmış  təzad 
əvvəl-axır hamısına faciəli bir sonluq gətirib. İstəklərində 
olan təmizlik, saflıq ətrafdakı ictimai qanunlarla uyuşma-
dığından  böyük  ictimai  hərəkatlar  sayılmış  Məzdəkilər, 
Xürrəmilər,  Əxəvilər,  Hürufilər  sonda  nə  qədər  azadlıq, 
bərabərlik carçısı olsalar da, məğlubiyyətə düçar olublar. 
Bu azadlıq nurunun qatı zülmət içində özünə yol tapa bil-
məməsi Məcnunun öz Leylisinə qovuşa bilməməsi ilə səs-
ləşir, eyniyyət təşkil edir. Füzuli bu xüsusda qəzəllərinin 
birində çox gözəl deyib:
Ey Füzuli, nə gözəldir sözü azadəliyin,
Hanı bir sərv bu aləmdə ki, olsun səməri?!
Dünyada kiməsə, nəyəsə ancaq sözlə, ideya ilə qalib 
gəlmək yalnız Allaha məxsus xüsusiyyətdir. Bizə isə öz fik-
rini ya qılıncla qəbul etdirmək, ya da sözlə uzun müddət 


Şəmil 
Sadiq
128
fikirlərini hamıya təlqin etməyi bacarmaq düşür. Bu yol-
ların hər birində buraxılan səhv kütləvi qırğın və həbslərə 
səbəb ola bilər. Necə ki son dövrümüzün ən işıqlı ideyası 
olmuş  “kommunizm”  ideyası  böyük  ağrılar  və  faciələrlə 
iflasa uğramağa başladı. Məncə, Məcnunun və məcnunla-
rın faciəsini məhz belə bir fəlsəfi konsepsiyada axtarmaq 
lazımdır.
Ədəbiyyatımızda  alleqoriyanın  yaradıcıları  Xaqani 
və Nizami kimi böyük sənətkarlar olmuşdur. Füzuli ədə-
biyyatın bu janrına da biganə qalmamış, alleqoriyanın “İt 
və  pişik”,  “Bəngü  Badə”,  “Söhbətül-əsmar”,  “Həft  cam” 
və oğlu “Fəzliyə nəsihət” adlı bir neçə gözəl nümunəsini 
yaratmışdır. Bunlardan “Bəngü Badə”, “Söhbətül-əsmar”, 
“Həft cam” haqqında dərsliklərdə danışılsa da, “İt və pi-
şik” təmsilinə heç yerdə rast gəlinmir. Halbuki bu təmsili 
bir qədər qısaldaraq 5-ci sinif proqramına salmaq yerinə 
düşərdi. Həmin təmsilə biz sonralar S.Ə.Şirvani yaradıcı-
lığında  sərbəst  tərcümə  halında  rast  gəlirik.  “Həft  cam” 
poeması orta məktəb  şagirdlərinin düşüncə tərzinə uyğun 
gəlməsə  də,  digər  3  əsərə  Füzulinin  alleqorik  əsərlərinin 
tədrisində daha geniş yer vermək lazımdır. Belə ki, “Bəngü 
Badə”də təsvir olunan hadisələrin məntiqi yekunu “Söh-
bətül-əsmar”da verilir. “Bəngü Badə” əsərində iki qüdrətli 
türk dövləti arasında baş vermiş gərəksiz, dağıdıcı mühari-
bədən bəhs olunursa, “Söhbətül-əsmar”da artıq ayrıca bir 
dövlətin  (burada  Səfəvilər  dövləti)  daxilində  baş  vermiş 
çəkişmələr, “mənəm-mənəm”lik iddiaları, vəzifəpərəstlik 
və s. mənfi xüsusiyyətlər tənqid olunur. Dövləti bir tərəf-
dən xarici müharibələr, digər tərəfdən isə daxili çəkişmələr 
sarsıdıb məhvə doğru aparır. Bu səbəbdəndir ki, Azərbay-
can dövləti kimi yaranmış Səfəvilər Şah Abbasın vaxtında 
fars dövlətinə çevrildi. “Bəngü Badə” və “Söhbətül-əsmar” 
poemalarını  belə  bir  mövqedən  daha  geniş  təhlil  etmək 
həmin əsərlərin ictimai-tərbiyəvi rolunu daha da artırmış 
olardı. Füzulinin oğlu Fəzliyə yazdığı əsəri didaktik ma-
hiyyətinə  və  məzmununa  görə  gənc  nəslin  tərbiyəsində 
əvəzsiz bir vasitədir.
Füzulini  milli-bədii  nəsrimizin  banisi  adlandırırıq. 
Bu, doğrudan da, belədir. Lakin tədrisə gələndə “Şikayət-


Şəmil 
Sadiq
129
namə”  ilə  kifayətlənməyimiz  Füzulinin  divanlarına  yaz-
dığı  dibaçələri,  “Səhhət  və  Mərəz”,  “Rindü  Zahid”  kimi 
əsərləri, bir sıra məktubları haqqında şagirdlərimizə ver-
diyimiz məlumat heç də qənaətbəxş deyil. Füzulinin bədii 
nəsri haqqında təsəvvürü və biliyi daha da genişləndirmək 
üçün fars divanının “Dibaçə”sindən bir hissəni tədris pla-
nına salmaq (bir tərcümə əsəri kimi dili sadə olduğundan) 
məqsədəuyğun olardı.
XIX əsrdən etibarən ədəbiyyatımızda realizmin inki-
şafı ilə əlaqədar olaraq satira janrı da inkişaf etməyə baş-
ladı. Milli satiramız öz kökləri üstündə pöhrələnib inkişaf 
etmişdir. Həmin o kökləri isə Füzulinin yaradıcılığında ax-
tarmaq lazımdır. Çünki realist ədəbiyyatın məhsulu olan 
satiranın ilk gözəl nümunələrini Füzulidə görürük. Lakin 
nədənsə dərsliklərdə şairin satirik əsərləri dedikdə ancaq 
“Şikayətnamə”  əsəri  haqqında  danışılır.  Təmsillərində 
olan öldürücü gülüşü də bura əlavə etsək, məktəb kursun-
da  olan  Füzuli  satirası  mövzusunu  tamamlamış  oluruq. 
Halbuki şairin satirik məzmunlu bir sıra qitələrindən bəhs 
etməmək böyük qəbahətdir. Füzulinin ictimai məzmunlu 
“Padişahi-mülk”  qitəsindən  başqa  satirik  məzmunlu  bir 
neçə qitəsi var. Bunlar aşağıdakılardır:
Necə bir nəfs təmmənası ilə
Yeməgü içmək ola dilahi.
Zülm ilə ağçalar alıb zalim
Eylər ənam xalqa minnət ilə
Müddəi eylər mənə təqlid nəzmi nəsrdə
Leyk namərbut əlfazi, mükəddər  zatı var.
Hər kimin var isə zatında şərarət küfrü,
İtilahəti –ülum ilə müsəlman olmaz.
Daha  geniş  tədqiqat  nəticəsində  yuxarıda  mətlələri 
qeyd olunan şeirlərdən Füzuli satirasına aid qat-qat artıq 
misal və nümunə tapmaq olar.
Füzuli yaradıcılığında az işlənən mövzulardan biri də 
onun əsərlərində tez-tez rast gəlinən canlı və məzəli yu-
mor dilidir. Bədii əsərə gətirilən yumor oxucuda xoş əhva-
li-ruhiyyə və gülüş yaratmaq üçündür. Yumorun çox vaxt 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə