Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə28/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

Şəmil 
Sadiq
100
salmaq istəyənin özü elə fənər sahiblərinin də qulbeçəsi-
dir.  Hadisələrə  qərəzlə  yanaşmasa  idi  və  normal  tənqid 
edilsə  idi,  bu  qədər  qınağa  gəlməzdi  ingilis  fənəri.  Əgər 
bir yadın işığı ilə aydınlığa çıxacağıqsa, kor olmaq ondan 
yaxşıdır. Heç olmasa, öz içimizi görərik.
Dil insan fikirlərinin ifadə edilməsi üçün bir vasitədir. 
Böyük sənətkar da bu vasitədən istifadə edib, haqlı olaraq 
ideologiyasını  ortaya  qoyub.  Sovet  rejimi  olmasa  idi  və 
müstəqil dövlətimiz yaşasa idi, bu gün kimsə bu iki dil ara-
sında olan fərqi görməz və filosof olmaq eşqinə düşməzdi.
Hüseyn  Cavidi  müdafiə  etmək  bizim  işimiz  deyil, 
çünki  onun  hər  bir  cümləsi  Cavidin  ifadəçisidir.  “Uçu-
rum” əsərində Avropaya üz tutan Cəlala Uluğ bəyin dili 
ilə lazım olan hər şeyi demişdir:
Haydı, yavrum, gedin, uğurlar olsun! 
Gedin böyük Tanrı sizə yar olsun! 
Fəqət bilməli ki, Firəng elləri 
Həm bəslər, həm soldurar əməlləri.
Avropada işıq da var, zülmət də 
Orda səyahət də var, fəzilət də. 
O bir zəngin dəniz ki, çox qorxuncdur, 
İnsan gah inci bilir, gah boğulur. 
Ayıq davranmalı, mətin olmalı, 
Həp nura qoşmalı, haqqın bulmalı.
Həmin Cəlallardır ki, indi Avropada özgə sevgisi ilə 
yaşayırlar. Cəlal Parisi, Luvru gəzib, Fransa mədəniyyəti-
nin inciləri ilə tanış ola bilərdi. O, Russo, Didro kimi alim 
və  filosofların  dünyagörüşünə  yiyələnə  bilərdi.  İtaliyada  
Leonardo da Vinçi, Rafael, Mikelancelo kimi sənətkarların 
ecazkar sənəti barədə öyrənə bilərdi. Lakin millət, dövlət 
təəssübkeşliyindən uzaq,  öz qoynuna sığınır. Xalqını, ailə-
sini düşünmək, nadir sənət inciləri yaratmaq əvəzinə, təəs-
süf ki, başqa işlərlə məşğul olur.
Cavid, Birinci Dünya Müharibəsini, Oktyabr inqilabını, 
Demokratik Cümhuriyyətin yaranmasını və yıxılmasını, So-
vet hökumətinin qurulmasını, 1930-cu illər repressiyalarını 
görüb, yaşayan şəxsiyyətlərdəndir. Bu cür qarışıq və xaotik 
ictimai mühitin şahidi olub, yaşayıb, yaradıb amma bu ha-


Şəmil 
Sadiq
101
disələrdən yüz ilə yaxın bir zaman keçməsinə baxmayaraq, 
tarixin verdiyi düzgün qiymət yalnız dahilərə məxsusdur. 
Cavid  də belə bir şəxsiyyətlərdəndir. O, nə həyatında, nə 
yaradıcılığında, nə şəxsi keyfiyyətlərində, nə də ailəsində 
heç bir ləkəyə bulaşmamış, kiçik qığılcımlara, böyük part-
layışlara  gözü  qamaşmamış,  özünün  müəyyənləşdirdiyi 
gerçəkliyi uzaqgörənliklə yaşamış  və yaşatmış bir dühadır. 
Cavid şəxsiyyətinin yaşam tərzini obrazları ilə müqayisə 
etsək, Şeyx Sənan kimi daima haqqa doğru gedən, inandığı 
və bulduğu, həqiqətdən, bir an da olsun uzaqlaşmayasan, 
Arif  kimi  İblislə,  şərlə  mübarizəyə  qalxan,  “Peyğəmbər” 
kimi tökülən qanların qarşısını almaq istəyən, Elxan kimi 
ədalət məhkəməsi qurub, dünyanı ədalətsizlikdən xilas et-
mək arzusunda olan, Səyavuş və Azər kimi Odla Suyun 
qovuşduğu  torpaqdan  doğulub,  odla  saflaşan,  Xəyyam 
kimi şərlənməsinə, ləkələnməsinə baxmayaraq, öz paklığı 
və idrakı ilə mübariz olduğunu görərik. Cavid yaradıcılı-
ğında da öz taleyini yazmışdır. Onun taleyi isə millətinin, 
dövlətinin taleyi idi.
Cavidə xas böyüklükdən danışmaq kitabara sığmaz. 
Əlbəttə, Cavid zirvəsinə qalxa bilməsək də, başımızı qaldı-
rıb o zirvəyə boylanmaqdan da doymuruq. Amma böyük 
mütəfəkkirdən bir-iki aforizmi sitat  gətirməklə düşündüm 
ki, bəlkə, tutarlı bir sillə kimi yapışa sırtılmış yanaqlara.
Versə də bayquşlar əgər səs-səsə,
Qayğı yaraşmaz bu gülər məclisə...
...
Naəhl olana mətləbi qandırmaq olurmu?
Söz qanmayana zor ilə qandırmaq olurmu?
...
Hər kimin korsa qəlbi-vicdanı,
Edəməz dərk o nuri-qəzdanı...
...
Eşq olsun intiqam və ölüm sərxoşlarına!
Eşq olsun dəhşət və kin bayquşlarına!
...
Xayır, alçalmam, istəyən gəlsin,
Məni hər kim sevərsə yüksəlsin...


Şəmil 
Sadiq
102
YALANÇI XALQ ETİMOLOGİYASI
Tez-tez böyüyüb boya-başa çatdığım kəndimiz haqqın-
da bir kitab yazmağı düşünürəm. Nehrəmin Naxçıvanda 
ləhcəsinə görə bütün kəndlərdən fərqlənməsinin səbəblə-
rini, özünəməxsus folklorunu, kəndimizdəki məşhur tay-
faların mənşəyini, demək olar ki, bütün nəsillərdə özünü 
göstərən “ayama”ları – ləqəbləri, kəndimizin adının tarixi 
və mənasını  sakinlərinin necə və nə zaman məskunlaşdı-
ğını, araşdırıb yazmağı planlaşdırıram. Kəndimizin şirin, 
baməzə atmaca və lətifələrini toplamaq ürəyimdən keçsə 
də, bunu unutmağa çalışıram. Professor Əli Əlirzayevin, 
telejurnalist  Kamil  Məmmədovun  yazdığı  kitabların  qis-
mən də olsa bu sahədə bütün mövzuları əhatə etməsi bir 
az araxayınlaşdırır məni.
Son  zamanlar  Nehrəm  kəndi  və  ətrafındakı  topo-
nimləri,  Sarcalılar,  Asorular,  Sesaranlılar,  Xohlular,  Ha-
cıağababalar  kimi maraqlı tayfa adlarını araşdırmağı dü-
şünərkən  böyüdüyüm  Abşeron  məhəlləsinin  mənşəyini 
necə yazacağımı planlaşdırırdım.  İndi də Bakı şəhərinin 
Abşeron  rayonunda  yaşadığım  üçünmü,    məhz  mənim 
məhəlləm  olduğu  üçünmü  bilmirəm,  bir  onu  bilirəm  ki, 
araşdırmaya burdan başlayacağam. Hələ ki, bu barədə heç 
bir əməli fəaliyyət göstərməmişdim. Sadəcə beynimdə gö-
tür-qoy edirdim.
Fikirləşirdim  ki,  bizim  məhəllə  şoran  olduğu  üçün 
Şorankənd  adlandırılıb.  Həyətlərimiz  duzdan  ağappaq 
olardı, divarımızın o tərəfindəki böyük boş sahə şoranlıq 
torpaq  olduğundan  orada  yalnız  susuzluğa  və  duzluğa 
davamlı  bitkilər  bitərdi.  “Abşeron”  sözünün  mənasının 
“şor su” olması birmənalı idi. Bəzən də kəndimizin Arazın 
qırağında olduğunu nəzərə alıb bəzi mənbələrin Abşeron 
rayonunun adını Əfşarlarla bağlayıb “Əfşaran” adlandır-
dıqları üçün mövzunu bununla da bağlamağa çalışırdım.
Bu yaxınlarda atam və qonşumuzla birgə dəyərli dos-
tum  Ağababa  İbrahimovun  təklifi  ilə  Oğuza  gedərkən 
yoldakı söhbət bütün tapıntılarımı alt-üst etdi. Sən demə, 
mənim elmi tapıntı hesab etdiyim kökündən yanlış idi, lap 
yalançı xalq etimologiyası kimi...


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə