Şəmil
Sadiq
89
ANANI BALADAN AYIRAN BAYRAM
Dünən səhər oyanan kimi könül saflığı ilə oruc tutan
anama zəng etdim. Anam qatı dindar olmasa da, yaylığı-
nı bağlayar, yaşmağını tutar, yas mərasimlərinə gedəndə
hətta çadrasını da örtər. Amma bu çadranın hicabdan fərqi
onun artıq min illərdir özümüzünküləşməsidir. Əslində
hicab yox, örpəkdir. O, sadəliyi ilə dinə çox inanır. Uşaqlı-
ğımdan görmüşəm ki, səhhəti ilə bağlı problemlər imkan
vermədiyindən həmişə oruc tutmağa cəhd etsə də, baş ağ-
rılarından dözə bilmədiyi üçün bir-neçə gündən sonra bu
sevdasına son qoymuşdu. Amma son vaxtlar müalicədən
sonra, deyəsən, bacarır.
Hə, anama zəng etmişdim axı. Yarıyuxulu olsa da,
onun bayramını təbrik etdim. Anamınsa cavabı başqa cür
oldu: – Mən də səni təbrik edirəm, amma bizdə bayram bu
gün deyil axı... Deyirlər 29 iyuldadır. Bir az zarafatlaşdıq,
gülüşdük. Az qalırdım başlayam yenə elmdən, fəlsəfədən,
dindən danışam. Anamın inancına sayğı və məhəbbətim-
dən dolayı və onun dünyanın bu siyasi proseslərindən başı
çıxmadığını xatırladığım üçün fikrimdən daşındım.
Bir anlıq düşündüm, bir bayram ki ana ilə balanın or-
taq bayramı ola bilmir, onda kimin necə bayramı olur? Nə
cür bayram olur? Rəhmətlik Mirzə Cəlilin “Mən kiməm?
Anam Kimdir?” sualları yadıma düşdü. Cavab məlum idi.
Elə bu cavab da məni təşvişə saldı...
Sonra sosial şəbəkələrdə xəbərləri izlədim. Yenə hə-
min dərd. Qulu İbrahimlinin “facebook”da paylaşdığı
statusda Üzeyir Hacıbəyovun
“Filankəs” imzası ilə hələ
1915-ci ildə yazdığı məqaləsini gördüm. Məqalənin ilk
cümləsi belə idi: “Bu nədəndir ki, bizim bayramlar ikiləşib,
birisi bir gün və o biri də onun səhərisi olur? Bunun adına
nə deməli? Və bunun mənası nədir?” Bu cümlədən 100 il
keçsə də, hər şey eyni idi. Hələ bu harasıdır? İftar məclis-
lərindən birində bir oruc tutanın iftarını açması, digərinin
isə “hələ 15 dəqiqə var”, deyib, məclisə ayrıseçkilik salması
həmrəylik niyyətinin daşıdığı deyilən dinin sayəsində baş
tutmuşdu.
Axşama qədər istər virtual, istərsə də real həyatda bu