ŞƏMİL SADİQ
MƏN BİR
MÜƏLLİMƏM
Ön söz:
f.ü.f.d. Arif Əsədov
Redaktor:
Tural Quluzadə
Naşir:
Müşfiq XAN
Tərtibatçı:
Vüsalə Məmmədova
Korrektor:
Asifə Əfəndi
Texniki redaktor:
Bəxtiyar
Dizayn və qrafika:
Tamerlan İsmayılzadə
© Şəmil Sadiq. Mən bir müəlliməm
© “XAN” nəşriyyatı. Bakı– 2018. 156 səh.
Amma müəllim adı özü bir çərçivədir. Bu çərçivədə yalan
danışmaq olmaz, dəlicəsinə aşiq olmaq olmaz, söyüş söymək olmaz,
azad geyinmək olmaz, əxlaqsızlıq olmaz, alver etmək olmaz, iki arvad
almaq olmaz, oğurluq olmaz, öz xeyrini güdmək olmaz, üsyankar olmaq
olmaz… Bir sözlə, insana məxsus olan hislərin heç birini bu çərçivədə
görmürük və qəbul da etmirik.
ISBN: 9001020801197
Şəmil
Sadiq
5
İÇİNDƏKİLƏR
I FƏSİL
MƏN BİR MÜƏLLİMƏM
1. Həyat hekayəm
10
2. Kərəm kişidir, yoxsa arvad?
22
3. Alim yetişdirmək adam yetişdirməkdən
çox asandır
27
4. Müəllimlərə cavab
34
5. Müəllimlər zamanla ayaqlaşa bilmirlər
38
6. Təhsilimizi kişiləşdirməli, yoxsa erkəkləşdirməli? 42
7. Cail müəllim
45
8. Müəllimimdən şagirdimə
50
9. Müəllim gəlir, kənara çəkilin!
55
10. “Cəhalət” doğru cavab imiş
59
11. Müəllim təkbaşına bir dövlət olmalıdır
61
12. Faciələrimizi düzgün təbliğ etmirik
64
13. Kefli İskəndər biqeyrətdirmi?
67
14. Səssiz” müəllim
69
15. Bir müəllimin tarixçəsi
72
II FƏSİL
ADLIQ HAL
1. Dilin varlığı
78
2. Çərşənbəxatun adamın üzünə tüpürər
83
3. Ananı baladan ayıran bayram
89
4. Haldan-hala düşən adlıq hal
92
5. İsmin yersizlik halındakı statuslar
96
6. Firəng qulbeçəsi
99
7. Yalançı xalq etimologiyası
102
8. Bizim kənddə aşura
104
9. Bakirəliyini itirməmiş ləyaqət
106
10. Müşfiq XANa açıq məktub
110
11. I Bakı Avropa oyunları
118
Şəmil
Sadiq
6
III FƏSİL
PEDAQOJİ HƏYAT
1. Füzulinin həyat və yaradıcılığının
tədrisi haqqında
121
2. Azərbaycan dilçiliyi dilimizlə
ayaqlaşa bilmir
134
3. Azərbaycan dili ilə ədəbiyyat dərslikləri
birləşdirilməlidir
139
4. Ədəbiyyat dərslərinin tədrisində yenilik vacibdir 145
5. Operativ dil mərkəzinə ehtiyac var
150
Şəmil
Sadiq
7
Diş ilə dırnağın dastanı
1999-cu ilin 1 sentyabrı idi. Mənim üçün dünyanın
17-ci yayının son ayında, gəncliyimizin çiçək açdığı vaxt-
larda Bilik Gününü qeyd edirdik. Qeyd edirdik deyəndə
ki, böyük bir təmtəraq-filan yox idi. Sadəcə ilk dəfə gördü-
yümüz Universitet auditoriyasının 304-cü otağının qapısı
açıldı və içəri üç şəxs daxil oldu. Nizami Cəfərov, Tofiq
Müzəffəroğlu (Hacıyev) və bir nəfər cavan oğlan. Nizami
Cəfərov əvvəl dekan olaraq özünü, sonra dekan müavini
Tofiq müəllimi təqdim elədi. Sonra dedi ki, “Baxın, bu ca-
van oğlan da fakültə Tələbə Həmkarlar Təşkilatının sədri
Şəmil Sadıqovdur”.
Üstündən 18 ildən artıq vaxt keçib, yəni “bir igidin
ömrü”. O görüş həmin Şəmil Sadiqin kəmərindən asılmış
iri bir “qozsındıran” mobil telefonla assosiasiya olunub
yaddaşımda...
İllər keçdi. Müəyyən mərhələlərdə Şəmil müəllimlə
kədərimizi, sevincimizi, uğurumuzu hətta dərdimizi belə
tən böldük. Eyni cığırla addımladıq. Eyni üfüqlərə boylan-
dıq. Və əlbəttə ki, həyatın gərdişi olaraq eyni yerdən zər-
bələr aldıq, təhlükələrlə qarşılaşdıq, xəbisliklərlə, paxıllıq-
larla üzləşdik.
“İnsanlar eyni olmur, atam balası”. İçini üzünün
təmənnalı təbəssümündə gizlədənlər var, ... dostu var, düş-
məni var bu gərdişi-dövranın. Yazıqlar olsun ki, zəhrimar
maddiyyat əldə etmək “çabasının” bataqlığında mənəvi
dəyərlərin korroziyaya uğrama reallığı bitmək bilmir ki,
bilmir. İndi yaşamaq, mübarizə aparmaq, dostluğu, mənə-
vi dəyərləri qorumaq çətindi, atam-qardaşım.
Sözün kor bucağında insan adlı anatomik ət maşınının
daxili enerjisinin faydalı iş əmsalı fizika elmi tərəfindən
hələ kəşf olunmayıb. Şəmil müəllimi tanıdığım vaxtdan
əmək və uğur üçbucağında zəhmətin episentrində olub.
O, arxadan atılan daşlara sadəcə gülümsəyib, uğur yoluna
davam edib. Sanki tarixin o tayından şaman babaların mü-
bhəm duası ilə öz missiyasını yerinə yetirir.
Dialektikanın qanunları var. İstəsən də, istəməsən də
Şəmil
Sadiq
8
Sizif kimi əzab çəkəcəksən. Yeknəsəq həyat yolu adlandı-
rılan çərçivədə öz izini müəyyənləşdirmək çətin olacaq.
Şəmil müəllim bütün çətinliklərə rəğmən öz yolunu, üslu-
bunu təyin etdi. “Uğurun formulu nədir?” sualına cavabı
hətta ən məşhur oratorların Şəmil Sadiqin təkcə 10-12 il-
lik fəaliyyət istiqamətini göstərməsi kifayətdir. Bəhrəsini
verən nümunəvi işgüzarlıq dəyəri kimi.
Bu gün hər evdə latın qrafikasında olan dərs vəsaitlə-
ri var, işıq var. Axundovların, Zərdabilərin, Vəzirovların,
Məmmədquluzadələrin, ... maarifçilik ənənələrinin fərqli
formada, fərqli üslubda, fərqli təzahürdə davamı var. Bu
mayak işığı gələn o evlərdə neçə fidan balaya işıqlı və düz
yol göstərir. Neçə körpə sabah bu tərbiyə ilə “Sən olasan
gülüstan” ifadəsini deyəcək.
Şəmil müəllimin zəhməti, qatlaşdığı əziyyətlər, maddi
və mənəvi sıxıntıları gözümün qabağında olub. Və bir də
söykəndiyi mənəvi dəyərlər – ailəsi, yaxınları, dostları...
Təbii ki, qarşılıqlıdır: Şəmil müəllim də onları tək qoyma-
yıb, həmişə yanlarında olub. Bax, uğurun əsas formulu
budur.
Arif Əsədov
Filologiya üzrə fəlsəfə doktoru
147 saylı Texniki humanitar liseyin direktoru
Dostları ilə paylaş: |